1. Excel cədvəl prosessoru


Tarix tipli verilənlər və onlar üzərində əməliyyatlar



Yüklə 0,76 Mb.
səhifə37/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   30   31   32   33   34   35   36   37   38
UNEC 1638823694

4.4. Tarix tipli verilənlər və onlar üzərində əməliyyatlar
Tarix tipli verilənlər ədədi verilənlərdən fərqlənirlər. Tarixin yığılma və təsvir olunma formatı ölkədən və həll olunan məsələnin xüsusiyyətlərindən asılıdır. Məsələn: ABŞ-da tarix ay, gün və il, Avropa ölkələrində gün, ay və il ardıcıllığı ilə təsvir edilir.

Elektron cədvəldə tarix WINDOWS-un Regional Setting\Язык и сдандарты bölməsinin tələb etdiyi kimi yığılmalıdır. Yığıldıqdan sonra isə müxtəlif formatlarda təsvir edilə bilər.

Regional Settings-də seçilmiş ölkədən asılı olaraq tarix aşağıdakı kimi ola bilər:

d/mm/yy; /mm/yyyy;

dd.yy; mm.dd.yy və s.

Burada d – gün, m – ay, y – ildir. Yazılışda hərflərin sayı tarixin hər parametrinin neçə rəqəmlə göstərildiyini bildirir. Məsələn: d – günün 1 rəqəmlə, dd – günün 2 rəqəmlə, yy – ilin 2 rəqəmlə, yyyy – ilin 4 rəqəmlə göstərilməsi deməkdir. Bunların hansının sizin WINDOWS-da doğru olmasını bilmək üçün onu yoxlamaq lazımdır: əgər siz ili «04» yazdıqda düstur sətrində «2004» olursa, formatı düz tapmısınız. Məsələn: xanada «15.1.04» yığdıqda, düstur sətrində «15.01.2004» görünür.

Hərdən xanaya tarix daxil etdikdə o, ədəd kimi görünür. Bu o deməkdir ki, həmin xanaya ədədi format tətbiq edilib, onu tarix formatı ilə əvəz etmək lazımdır. Tarix üzərində də ədədi verilənlər kimi riyazi əməliyyatlar aparmaq mümkündür. Tarix tipli nəticəsi olan xüsusi funksiyalar da vardır. Məsələn: Day\День - ədədi tarixə çevirir, ToDay\Сегодня – bu günkü tarixi verir və s.



Tarix tipli verilənləri redaktə etmək, təmizləmək, dəyişmək, formatını dəyişmək olar. Doldurma markeri ilə bu verilənlərin surətini çıxardıqda tarix dəyişir. Məsələn: xanada 31/12/03 tarixi yığılıbsa, doldurma markerindən tutub çəkəndə aşağıdakı xanaya 01/01/04 tarixi yazılacaq. Tarix tipli verilənlərin surətini Copy\Копировать, Paste\Вставить əmrlərinin köməyi ilə çıxardıqda tarix olduğu kimi qalır.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin