1. Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 69,24 Kb.
səhifə18/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
Fəlsəfə 1-25

Dördüncüsü, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fikri üçün həm də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları maarifçiliyin ilkin dövrü nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki, ilkin dövr maarifçiləri çıxış yolunu bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsində, dinc, ümumi sosial-siyasi, iqtisadi və mənəvi islahatların həyata keçirilməsində görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri əsas taktiki vasitə kimi yalnız ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm lə radikal taktiki tədbirlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini, demokratik azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai bazasını, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial bazasını cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və s.) təşkil edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Ağamalı oğlu, V.Xuluflu, N.Nərimanov və b. İnqilabi-demokratizmin əsas nümayəndələri idilər.
Beşincisi, XIX əsrin axirı XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün səciyyəvi cəhətlər mətbuatda, kosmoloji düşüncədə, bioloji, tibbi və s. Görüşlərdə elmi-realist ideyalara, dövrün təbii-elmi yeniliklərinə doğru dönüşdən ibarətdir. Bu dövr Azərbaycan ictimai fikrinin bir çox nümayəndələri (H.B.Zərdabi, C.Məmədquluzadə, N.Nərimanov, F.Köçərli, Omər Faiq, M.Hadi və b.) bəzi hallarda İslam dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərin açılmasını, Darvinin təkamül və Eynşteynin nisbilik nəzəriyyəsini, kainatın maddi vəhdətdən ibarət olmasını, təbii-tibbi biliklərin yayılmasını və s. Geniş təbliğ edirdilər. Bu cəhətdən ‘’Əkinçi” qəzeti, “Füyzat” və “Şəlalə” məcmuələri səhifələrində təbiətşünaslığa dair dərc olunmuş çoxsaylı yazılar xüsusi əhəmiyyət kəsb edirdi. Deməli, bu dövrdə ictimai-fəlsəfi fikirdə təbii-elmi ideyaların realist təbliği, mətbuatda, elmi-bioloji, tibbi baxışlarda, fəlsəfi araşdırmalarda naturalist-materialist istiqamət güclənir. Subyektiv idealist dini-mistik mövqelər zəifləyir.
Altincısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin milli müstəqilliyi; suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və müasirlik mənəvi prinsipləri ilə vəhdətdə həyata keçirilməsində görən xüsusi fəlsəfi-ideya cərəyanı də mövcud idi. Bu cərəyanın xalqımızın milli mənlik şüurunun oyanmasında, öz soy kökünə və mütərəqqi milli dəyərlərə qayıtmasında, müstəqil Azərbaycan dövlətçiliyi ideyalarının yaradılması və reallaşmasında (1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti) böyük mütərəqqi xidməti olmuşdur. Həmin ideya cərəyanının yaradıcıları və təbliğatçıları əsasən M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, A.Topçubaşov, Q.Vəzirov və b. Olmuşlar.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin