Bügel protezlərin hazırlanma texnikası-3
A
1
Attaçmenli bügel protezinin qarmaqlı bügel protezindən fərqləndirən mənfi cəhət hansıdır?
Mütləq sağlam dişlər yonulmalıdır
2
Attaçmenlər hazırlanma üsuluna görə hansı növlərə bölünür?
Həm fərdi, həm fabrik istehsalı olur
3
Düymə şəklində olan attaçmenlər necə adlanır?
Anker
4
Ankerli-lentvari attaçmenlərə aid olan variant hansıdır?
Fərdi attaçmenlərə aiddir
5
İnterlok Nədir?
Attaçmen
6
Nə üçün titan bügelin karkasının hazırlanmasında istifadə olunmur?
Titan xəlitədən karkas almaq üçün xüsusi laborator şərait lazımdır
7
Hidrokolloid kütlədən dublikat qəlib alınmamışdan qabaq biz model ilə hansi işləri görməliyik? Modeli suya qoymalıyıq
8
Bügel protezin modelləşdirilməsi nəyin köməyi ilə aparıla bilər?
Bügel mumu ilə, plastmasdan olan şablonlar ilə
9
Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni nəyə bərabərdir?
Ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə
10
Üst çənədə hansı növ qövslər işlənir?
Transversal qövs, skeletşəkilli qövs
11
Yuxarı çənə gövsü “A” xəttindən nə gədər aralı olmalıdır ?
12 mm
12
Alt çənədə labial qövs hansı vəziyyətdə tətbiq olunur?
Alt çənə dişlərin oral tərəfə əyilməsində
13
Yuxarı çənə qövsünün qalınlığı nə qədərdir?
1,5-2,0 mm
14
Dilaltı qövs diş ətindən neçə mm aralı olmalıdır?
4 mm
15
Kəsən qövs başqa cür necə adlanır?
Transversal
16
Dilaltı qövs üçün işlənən anatomik mum profilinin quruluşu necədir?
Anatomik və Markskorsa görə
17
Qövsün qeyri hamar səthi nə zaman pardaxlanmalıdır?
Elektrolit üsulu ilə pardaxlandıqdan sonra
18
Skeletşəkilli qövs hansı çənədə işlənir?
Üst çənədə
19
Bügel protezi qövsünün yuxarı çənədə optimal eni nə qədərdir?
5-10 mm
20
İşçi modeli almaq üçün qəlib hansı materiallardan hazırlanır?
Silikondan
21
Tökmə üçün qoyulan qıf ilə modelin ən hündür nöqtəsi arasında məsafə neçə mm olmalıdır?
5-10 mm
22
Nəyə görə texnik orta damaq tikişini yuxarı çənədə bloklayıcı mum ilə örtməlidir?
Tikişə düşən təzyiqi aradan qaldırmaq üçün
23
Aşağıdakılardan hansı bügel protezlərinin kliniki mərhələsinə aiddir?
Mərkəzi okklüziyanın təyini
24
Verilənlərdən hansı bügel protezlərinin hazırlanmasının laboratoriya mərhələlərinə aiddir?
Şablon yastığının hazırlanması
25
Bügel protezi dişlər yerləşən hissəsi necə adlanır?
Yəhər
26
Bügel protezlərinin əsas elementləri hansılardır?
Plastmas, metal karkas, klammer, süni dişlər
27
Neçə üsulda fiksasiya var?
4
28
Torus harada yerləşir?
Üst çənədə
29
Bügel protezin hazırlanmasına göstəriş hansıdır?
Ağız boşluğunda 4-5 dişin olması
30
Karkas hansı hissələrdən ibarətdir?
Qövsdən , yəhərdən, qarmaqdan
31
Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb nədir?
Dayaq dişləri az olur
32
Bügel protezlərinin körpüvari protezlərdən üstün cəhətləri hansılardır?
Bu protez xəstə tərəfindən çıxarılıb təmizlənə bilər
33
Bügel protezlərinin mənfi xüsusiyyətləri hansılardır?
Çoxçiyinli qarmaqlar estetikanı pozur
34
Bügel protezlərinin hissəvi çıxan protezlərdən fərqli cəhəti hansı maddədə verilmişdir?
Metal karkas
35
Hissəvi protezi bügel protezindən fərqləndirən əsas səbəb nədir?
Dayaq dişləri az olur
36
Bügel protezlərinin hissəvi çıxan protezlərdən fərqli cəhəti hansı maddədə verilmişdir?
Metal karkas
37
Nə üçün oynaqlı birləşməsi olan bügel protezi Stomatologiyada geniş yayılmayıb?
Çənə sümüyündə atrofiya prosesi yaradır
38
Bügel protezləri hansı növ protezlərə aiddir?
Hissəvi çıxan
39
Bügel terminin mənası nədir?
Qövs
40
Hansı metalın bügel protezinin karkasında istifadəsi zamanı ağız boşluğunda allergiya
reaksiyası baş verir?
Nikel
41
Bügel protezin konstruksiyasında olan səhvlər nəyə gətirib çıxarır?
Stomatit
42
Patrisa nəyin köməyi ilə fiksasiya olunur?
Paralel tutucu ilə
43
Matrisa hansı alətin köməyi ilə karkasın içinə qoyulur?
Xüsusi açarın köməyi ilə
44
Üfüqi tip rigel birləşməsinin ən müsbət cəhəti hansıdır?
Dayaq elementləri arasında olan tutuculuq göstəricisi (fiksasiy çox az hallarda azalır
45
Şaquli rigelə göstəriş hansı bənddə əks olunub?
İki qoşa yan dişlərə
46
Matrisa patrisanın üzəriunə nə zaman otuzdurulur?
Hazır karkasın pardaxlanmasından sonra qoyulur
47
Nəyə görə konik qapaqları frontal dişlərə hazırlamaq uyğun görülmür?
Estetik görünüşü aşağı salır
48
Kombinəedilmiş bügel protezlərində blokvari birləşmə hansı vəziyyətdə tətbiq olunur?
Dişin sayı az olanda
49
İmplantüstü protezlərin hazırlanmasında hansı fiksasiya vasitəsi daha effektlidir?
Relsvari birləşmə
50
İlk dəfə blokvari birləşmələr kim tərəfindən təklif olunmuşdur?
Rumpel
51
İkili qapaqlı kombinəedilmiş protezin müsbət cəhəti hansıdır?
Dayaq diş itəndə belə protezin bazisini artırmaq asandır
52
Model almaq üçün alginatdan alınan ölçüyə gips nə zaman tökülür ?
Gips o dəqiqə tökülməlidir
53
Bügel protezlərini hazırlayanda hansı modeldən istifadə olunur?
Həm diaqnostik, həm də master-modeldən
54
Verilənlərdən hansı bügel protezlərinin laborator mərhələsinə aid deyil ?
Dişləmin hündürlüyünün təyini
55
Kombinəedilmiş protez hazırlayanda nə üçün master model (əsas model) ilə bərabər əlavə
model hazırlanır?
Əlavə model ağız boşluğun quruluşunu qoruyub saxlayır, əsas model isə üstündə
aparılan yonma və mişarlama nəticəsində bu quruluşunu itirir
56
Master –model suya salınandan sonra nə ilə qurulanmalıdır?
Yumşaq salfetka ilə
57
Kombinəedilmiş bügel protez üçün hazırlanan alt qapaqlar necə modelləşdirilməlidir?
Silindrik formada
58
Bügel protezlərinə aid olan əsas materiallar hansıdır?
KXƏ, plastmas, süni dişlər
59
Kombinəedilmiş bügel protezinin ağız boşluğunda fiksasiya elementləri hansılardır?
Attaçmenlər
60
Aşağıdakılardan hansı bügel protezlərinin kliniki mərhələsinə aiddir?
Mərkəzi okklüziyanın təyini
61
Kobalt-xrom ərintisinə hansı metallar daxildir?
Kobalt, xrom, molibden
62
Aşağıdakılardan hansı kombinəedilmiş bügel protezlərin fiksasiya elementlərinə aid edilə bilməz?Rouç qarmağı
63
Teleskopik fiksasiya vasitəsində çeynəmə yükü dişə hansı vəziyyətdə düşür?
Dişin şaquli oxu boyunca
64
Hansı klammeri kombinəedilmiş bügel protezlərində istifadə edirlər?
Teleskopik qapaq
65
Kombinəedilmiş bügel protezinin ağız boşluğunda fiksasiya elementləri hansılardır?
Attaçmenlər
66
Qiymətsiz metalların frezlənməsi üçün ucluğun dönmə sürəti:
1200 dövr/dəq
67
Obyektə tərəf əks istiqamətdə olan frezləmə üsulunun çatışmayan cəhəti hansıdır?
Şaquli şırımların əmələ gəlməsi
68
Mum karkası frezləmək üçün hansı burqulardan istifadə olunur ?
Metal karkası frezləmək üçün olan burqular
69
Diş səthində retensiya sahəsi harada yerləşir?
Mərz xəttinə nisbətən aşağıda
70
Mərz xəttinə nisbətən dayaq səth harada yerləşir?
Mərz xəttinin üstündə
71
Mərz xətti dayaq dişin səthini hansı sahələrə bölür?
Dayaq və retensiya
72
“Mərz xətti”-ni başqa cür necə adlandırırlar?
Horizontal xətt, qarmaq xətti
73
Paralelometriyanın seçmə üsulunda neçə növ kalibr istifadə olunur?
N:1, N:2, N:3
74
İlk dəfə paralelometriya üsulu kim tərəfindən təklif olunub?
Fortunati
75
Paralelometrdə olan kalibrlərin köməyi ilə nə ölçülür?
Podnutriyanın ölçüsü
76
Paralelometr verilən funksiyalardan hansını həyata keçirmir?
Okklüziyanın təyin edilməsi
77
Bügel protezinin konstruksiyasını təyin etmək üçün hansı üsuldan istifadə olunur?
Paralelometriya
78
Aşağı çənə üçün biz tökmə sistemini quraşdıranda tökmə qıfını harada yerləşdirə bilərik?
Dublikat-modeli hazırlayanda dublikat formanın içinə
79
Karkasın konstruksiyası hansı tökmə üsulunda daha dəqiq tökülür?
Model üstündə
80
Üst qapağın üzlüyü üçün işlədilən fotopolimer plastmasın hansı çatışmayan cəhəti var?
Rəngini tez dəyişir və tez sürtülür
81
Karkasin son işlənməsində hansı materiallardan istifadə olunur?
QOİ pastası
82
Bügel protezini lehimləmədən qabaq biz plastmas səthləri nə ilə örtürük?
Termoqoruyucu pasta ilə
83
Hansı metaltökmə üsulu tökməni daha dəqiq edir?
Vakuum şəraitində əridilmədə
84
Bügel protezlərinə aid olan köməkçi materiallar hansıdır?
Odadavamlı materiallar
85
Odadavamlı materialdan alınmış modelin qaynar muma salınması səbəbləri hansılardır?
Modelin möhkəmliyini saxlamaq üçün
86
Nə üçün teleskopik birləşməsi olan bügel protezləri hazirlananda alt qapaqda pillə qoyulur?
Dayaq sahəsini artırmaq üçün
87
Alt qpaqların üstündə mum ilə modelləşdirmə işi aparanda alt qapaq nə ilə izolə edilməlidir?
Vazelin ilə
88
Teleskopik qapaqlarda daxili qapaq necə fiksasiya olunur?
Dişə sementlənir
89
Texnik odadavamlı materialı ilk olaraq nə ilə qarışdırmalıdır ?
Əl ilə qarışdırılır, sonra vakuum aparatında qarışdırılır
90
Odadavamlı kütlə mumda neçə dəqiqə saxlanılmalıdır?
3 dəq
91
Odadavamlı model harada qurudulur?
15-20 dəq. havada və 30 dəq. 180-200 oC quruducu şkafda
92
Alt qapaqda pillə hansı hissədə qoyulur?
Dişəti sahəsinə yaxın hissədə
93
Metal karkasın ağardılmasında hansı turşulardan istifadə olunur?
Xlorid, sulfat, nitrat
94
Hidrokolloid kütlənin əsas hissəsi hansıdır?
Aqar-aqar
95
Gipsdən olan modeli silikon qəlibdən hansı vəziyyətdə çıxartmaq lazımdır?
Şaquli
96
Hidrokolloid kütlədən qəlib alınan zaman texnik küveti nə ilə təmizləməlidir?
Su ilə
97
Elektroliz üsulu ilə cilalanma zamanı qarmaqlarla hansı iş görülməlidir?
Qoruyucu lak ilə qarmaq səthi örtülür
98
Teleskopik qarmağın daxili qapağı dişəti cibinə neçə mm daxil edilir?
0,3 mm
99
Teleskopik qarmağın tətbiqinə nə aiddir?
Tacı qısa olan
100
Teleskopik qapaqda alt qapağın eni neçə mm olmalıdır ?
0,2 mm
101
Odadavamlı modelin alınmasında tətbiq olunan küvet hansıdır?
Xüsusi küvet
102
Kombinəedilmiş bügel protezlərin əsas hissələri hansılardır?
Alt qapaq, Üst qapaq, karkas
Dostları ilə paylaş: |