46. Jestlərin nitqdə rolu Jestlər Biz hamımız jestlərdən istifadə edirik və çox zaman bunu mexaniki surətdə edirik. Adətən, belə hesab olunur ki, jestlər əl və biləklərin hərəkətindən ibarətdir. Bunlar ən ifadəli və diqqəti cəlb edən jestlərdir. Lakin tələffüz edilən sözlərin əhəmiyyətini göstərmək məqsədi ilə edilən istənilən hərəkət jestdir. Başın, boyunun, çiyinlərin, bədənin və ayaqların hiss edilməyən hərəkətinin mürəkkəb uzlaşması olmadan həvəslə, inamla danışmaq, demək olar ki, mümkün deyil. Beləliklə, jestlərdən istifadədə yalnız peşəkarlara xas olan, hamıya müyəssər olmayacaq, əlçatmaz heç bir şey yoxdur.Lakin kütlə qarşısında çıxışlara yeni başlayan və əl jestlərinə vərdiş etməmiş natiq üçün jestlərdən düzgün istifadə çətin məsələdir. O, əvvəlcə lazım olan duruşa və çıxış zamanı özünü idarə etmək bacarığına yiyələnməli, sonra isə jestlər üzərində çalışmağa başlamalıdır.Siz jestlərin müxtəlif növlərini tətbiq edə bilərsiniz: qəlbinizdəki duyğuların hərəkətini ifadə etmək üçün, təsviri jestlər, işarəverici jestlər, təqlidi jestlər. İfadəedici jestlərdən daha çox istifadə edilir.Əllərin gərginliklə və uzun müddət qolaylanması ideyaların emosional baxımdan dolğunluğunu göstərir. Bu jestlər, adətən, nitqin qüvvətli, kulminasiya hisslərini müşayiət edir, lakin həm də rahatlıq, həvəsləndirmə, tərif, təsəlli və digər ideyaları ifadə edə bilər. Əgər iki kitabın həcmi arasındakı böyük fərqi təsvir edərkən siz əllərinizlə onların təxmini ölçülərini göstərməyə çalışırsınızsa, bu zaman təsviredici jestlərdən istifadə etmiş olursunuz. Eyni zamanda, onların köməyi ilə sürətli və yavaş, birbaşa və dairəvi hərəkətləri də göstərmək mümkündür və hətta bu jestin köməyi ilə məcazi mənada hərəkət, məsələn, inkişaf, yaxud tənəzzül haqqında da təsəvvür yaratmaq olar.İşarəverici jestlər bütün növlərdən ən sadələridir. Adətən, əl, yaxud barmaq işarəsi ilə yerləşmə yerini, yaxud istiqaməti göstərən işarələrdən ibarətdir. Aktyorluq qabiliyyətinə malik olan natiqlər çox zaman böyük uğurla təqlidi jestlərdən istifadə edirlər. İstənilən təsviri təqlidi üsulların köməyi ilə canlandırmağa çalışın və bu zaman jestl ərin yalnız əl hərəkətindən ibarət olmadığını unutmayın.
Jestlərdən istifadə edərkən aşağıdakı qaydalara əməl edin:
1. Jestlər qeyri-iradi, təbii olmalıdır. Jestdən ona tələbat yarandığını hiss etdikdə istifadə edin. Bu tələbat impulsunu yarımçıq boğmayın. Əgər əllərinizi yuxan qaldırmağa başlamış, lakin onların yuxanya sərbəst hərəkətinə mane olursunuzsa, bu zaman toyuqlan qovmaq jestinə bənzəyən bir hərəkət alınır: kiş-kiş-kiş. Belə jestlər yeni fəaliyyətə başlayanlar üçün olduqca adi haldır. 2. Əl-qol hərəkətləri arasıkəsilməz olmamalıdır. Bütün nitq boyu əl-qol atmayın. Bütün cümlələri jestlərlə müşayiət etməyə ehtiyac yoxdur. 3. Jestlərinizi idarə edin. Yel dəyirmanına bənzəməyə səy göstərməyin, qüvvələrinizə qənaət edin; yadda saxlayın ki, əl-qol hərəkətləri bütün duruşun ahəngdarlıq ünsürüdür. Jest heç vaxt qüvvətləndirdiyi sözdən geri qalmamalıdır. 4. Jest hərəkətlərinizə müxtəliflik gətirin. Fikirlərinizi qüvvətləndirməyə ehtiyac yarandığı bütün hallarda, heç bir fərq qoymadan eyni jestdən istifadə etməyin. 5. Jestlər öz təyinatına müvafiq olmalıdır. Onların miqdarı, intensivliyi nitqin və auditoriyanın xarakterinə uyğun olmalıdır. Məsələn, uşaqların əksinə olaraq, böyüklər jestlərdən az istifadəyə üstünlük verirlər.Elə ki, jestlərdən istifadəni öyrəndiniz, vaxtınızın bir qismini onun texniki tərəflərini mənimsəməyə ayırın.Ümumiyyətlə, jestlərin sayının çox olduğunu hiss etdiyiniz və onlan azaltmaq lazım gəldiyini düşündüyünüz hallar müstəsna olmaqla, nitq prosesində əl-qol hərəkəti haqqında düşünmək lazım deyil.