47. Mimika və natiqlik Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışam elm – ritorika nəzərdə tutulur.Nitqi mövcud ədəbi normalara uyğun (düzgün) olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan adamlar natiq adlanırlar.Natiqlik müəyyən peşəkarlıq tələb edən sənətdir. Natiqlik sənətinə verilən əsas tələblər aşağıdakılardan ibarətdir: 1.Düzgün, dəqiq, gözəl və ifadəli danışmaq; 2. Auditoriyanın səviyyəsini nəzərə almaq, yəni auditoriy üçün anlaşıqlı olmaq;
3. Nitqin intonasiyasına, ritminə fikir vermək və həmin ritmin tələblərinə uyğun bədən, baş və əl-qol hərəkətləri etmək; 4. Mümkün qədər qısa, yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq; 5. Nitqə əvvəlcədən hazırlıqlı olmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.Natiqlik sənəti qədim tarixə malikdir. Qədim dünyanın, xüsusən antik dövrün yetirdiyi görkəmli natiqlər bu sənətlə dərindən məşğul olmuş, tam bir elmi -nəzəri sistem hazırlamışlar. Platon, Aristotel antik dövrün ən görkəmli natiqləri olmuşlar.Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmişdir.
Natiqliyin bir neçə sahəsi var;
1.Bədii natiqlik 2.Akademik natiqlik 3.Siyasi natiqlik
4.İnzibati- idarə natiqliyi 5.İşgüzar natiqlik
Natiqlik sənətinin mühüm şərtlərindən biri də jestlər və mimikadir.Jestlərdən nitqin intonasiyasına, ritminə uyğun şəkildə istifadə edilir. Jestlər nitqin təsirliliyini artırır, onu emosionallaşdırır.Yerli- yersiz əl-qol hərəkətlərindən istifadə etmək nitqin təsirliliyini artırmaq əvəzinə, azalda bilər.Bütün natiqlər eyni bir jest formasından istifadə edə bilməz. Hər bir natiqin özünəməxsus jest üslubu var.Nitq prosesi zamanı üz əzələlərinin mənalı hərəkəti (təəccüb, narazılıq, ehtiram, sevinc və s. Müxtəlif emosiyalar ifadə etməsi) mimika adlanır. Danışarkən üzü hərəkətsiz saxlamaq mümkün deyil, əlbəttə ki, mimika nitqi aydın başa düşməkdə mühüm rol oynayır.Mimikanın köməkliyi ilə natiq öz nitqinə müəyyən emosionallıq bəxş edir, nitqinə müəyyən çalarlar gətirir.Jestlə mimika vahid psixofizioloji akt olub, mükəmməl nitqdə bir – birini tamamlayır. Şifahi ədəbi dili bunlarsız təsəvvür etmək mümkün deyil.
48. Üslubi Fonetika.
Fonetikanın üslubi imkanları-Fonetik vasitələr nitq prosesində işlənmə yerinə, məqamına görə müəyyən üslubi mahiyyət kəsb edir ki, onlardan ən başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, gözəlliyi, onun dinləyənə xoş təsir bağışlamasıdır. Dilimiz öz təbiətinə, səslənməsinə görə ahəngdar dillərdən biridir. Bu ahəngdarlığı yaradan bir sıra vasitələr, xüsusiyyətlər vardır ki, onlardan ən başlıcası lüğət tərkibinə daxil olan sözlərin özünəməxsus strukturudur, başqa sözlə, səsdüzümüdür. Məlumdur ki, saitlər tonun, samitlər küyün iştirakı ilə yaranır. Saitlər samitlərlə müqayisədə daha ahəngdardır. Samitlərdən sonorlar sədalı olduğu üçün saitlərə yaxındır. Bunlar nitqdə avazlı, müsiqili səslər hesab olunur. Sait və samitlərin sözlərdəki ahəngdar düzümü tələffüzdə asanlığı, səlisliyi təmin edir, harmoniya yaradır. Dilimizdəki təkhecalı, eləcə də çoxhecalı sözlərin müəyyən bir qismi son hecadakı səsə görə həmqafiyə olur.
Səslərin, sözlərin təkrarından yaranan ahəngdarlıq, ritm bu şeir parçasında öz musiqisini, nəğməsini də oxucuya diqtə edir. Səslərin yaratdığı ahəngdarlıq təkcə şeirlərdə deyil, nəsr üslubunda yazılan mətnlərdə də özünü göstərir. Nəsr əsərlərində eyni və ya yaxın səslərin sözlərin əvvəlində və ya ortasında ardıcıl düzümü üslubi effekt yaradır.
Natiq nitqdə ahəngdarlığı yaradan vasitələr, xüsusən ədəbi tələffüz haqda geniş linqvistik məlumata malik olmalı, həmin bilikləri öz nitq praktikasına tətbiq edə bilməlidir.