1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə53/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   49   50   51   52   53   54   55   56   ...   84
????AZƏRBAYCAN DİLİ

59. Epistolyar üslub
Yunanca epistole, latinca epistola sözləri məktub deməkdir. Amma epistolyar üslub təkcə məktubları əhatə etmir. Epistolyar üslub ən mübahisəli üslubdur. Çünki həm bu üslubu müstəqil üslub hesab etməyənlər (A.N.Qvozdyev, J.R.Qalperin, E.Q.Qavennik, V.Matezius, M.İ.Kojina; həm də müstəqil L.V.Şerba, R.M.Meyer, Azərbaycanda hesab edənlər A.N.Yefimov; Ə.M.Dəmirçizadə), (Q.O.Vinokur, Azərbaycanda A.M.Qurbanov, K.Y.Əliyev, Y.Salehova) vardır. Hər iki tərəf öz arqumentini asaslandırmağa çalışır. Bundan əlavə, epistolyar üsluba hansı yazı nümunələri daxildir? Bu məsələ ətrafında da yekdil fikir yoxdur. Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola yazıb göndərmə, iki tərəf arasındakı yazışma deməkdir. Onda epistolyar üslubu mübahisəli hesab etməyə ehtiyac yoxdur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, epistolyar üslubda korrespandent (yazan) ve adresat (alan olur. Buna görə də təkcə məktublar deyil, nəsihətnamələri, öyüdnamələri, dəvətnamələri, çağırış tipli yazıları da epistolyar üsluba aid etmək olar.monoloji daxili və yazılı nitq formasında öz əksini tapır. Münasibətdən asılı olaraq yazıĢanlar müəyyən söz və ifadələrlə -əziz, əzizim, hörmətli qardaĢım,atam, anam, bacım, dostum, həmkarım və s. kimi nəvaziĢli müraciət etiketləri ilə bir-birinə müraciət edirlər. Məktubların rəsmi-iĢgüzar, ədəbi, açıq və intim-məiĢət növləri məlumdur. Rəsmi-iĢgüzar məktublar, adətən, ölkə baĢçıları arasında əlaqələr qurmağa hesablanır. Açıq məktublar ictimai-siyasi mahiyyətli olur və mətbuatda-qəzet və jurnallarda çap edilir, korrespondentin adresata müsbət və ya mənfi münasibəti açıqlanır, onun faydalı və ya ziyanlı fəaliyyəti ilə bağlı ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. Ədəbi məktublar sosial mahiyyətdə olur, yazanın dünyagörüĢünü, həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX əsrin böyük satirik Ģairi Qasım bəy Zakirin Azərbaycan dramaturgiyasının banisi, dostu Mirzə Fətəli Axundova, Seyid Əzim ġirvaninin

60. Rəsmi üslub
.Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buraya bütün dövlət sənədlərinin – protokol, akt, nota, əmr, qərar, bəyanat, qətnamə və s. sənədlərin dili daxildir.Azərbaycan ədəbi dilinin rəsmi üslubu əsasən XIX əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə formalaşmağa başlamışdır.Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşağıdakı cəhətlər xarakterikdir:
a) hər bir məsələ aydın və olduqca qısa izah edilir; b) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer verilmir; c) ikimənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir anlayışa dair dəqiq terminlər seçilir. d) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunur; e) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən geniş istifadə olunur.
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dəyişir və inkişaf edir. Sovet dövründə Azərbaycan ədəbi dilinin üslubları hər cəhətdən geniş inkişaf etmişdir və indi də bu iş davam edir.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin