1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi


Kitab üslubu bunuda deqiq bilmrem cunki uslublar movzusunda deildi qiraqda bisey idi



Yüklə 227,5 Kb.
səhifə56/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
????AZƏRBAYCAN DİLİ

63. Kitab üslubu bunuda deqiq bilmrem cunki uslublar movzusunda deildi qiraqda bisey idi.
Kitab üslubu. Bu üslubda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf tərkibini əsas götürür və belə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də tələffüz olunmalıdır. Məktəblilərin, tələbələrin, radio və televiziya verilişində çıxış edənlərin danışığında (daha çox mətn üzrə oxusunda) yazılışı tələffüzündən fərqli olan sözlərin (məs.: atamdan, vətəndən, yarpaqlar, komissiya, intonasiya, ailə, gəlirsiniz, qanlı, növbətçi, dovğa və s.) yazıldığı kimi deyilməsi hallarına təsadüf olunur. Belə deyiliş ədəbi tələffüz baxımından qüsurlu sayılır, natiq bu qəbildən olan, yəni orfoepiyası orfoqrafiyasından fərqlənən söz və qrammatik formaları ədəbi tələffüz qaydasında söyləməli və ya oxumalıdır

64. Natiq və auditoriya
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.Mədəniyyətin ayrılmaz tərkib hissəsi olan nitq mədəniyyəti dil normalarının toplusu kimi təzahür edir. Hər bir şəxs elə danışmlı, nitqini elə qurmalıdır ki, dinləyicilər onu aydın başa düşsün, həm də onun nitqinə həvəslə qulaq assın, danışıqdan xüsusi həss alsınlar. Doğrudur, bu heç də asan başa gəlmir, hamıda yaxşı alınmır, bunun üçün böyüklə böyük, kiçiklə kiçik dilində danışmaq, nə barədə, nə məqsədlə, harada, hansı şəraitdə, kiminlə və ya kimlərlə danışdığını bilmək və bunları mütləq nəzərə almaq lazımdır. Bu, nitq mədəniyyətinin əsas şərtidir. Deməli, nitq mədəniyyəti qrammatik cəhətdən düzgün cümlələr qurmaq, fikri aydın, dəqiq, məntiqi ardıcıllıqla çatdırmaq, ədəbi dilin tələffüz, intonasiya, vurğu, fasilə kimi tələblərinə praktik əməl etmək bacarığıdır. Nitq mədəniyyəti cəmiyyətin müəyyən dövründə danışıq qaydalarını öyrənən və insanlar arasında əsas ünsiyyət vasitəsi kimi formalaşdırma və ifadə etmə qaydalarının elmi əsaslarını müəyyənləşdirən dilşılik sahəsidir.
Hər bir insan kiçik yaşlarından başlamış ömrünün sonuna qədər danışır, yazır, nitq söyləyir, çıxış edir. O, illər keçdikcə danışıq tərzini təkmilləşdirir, arzuedilən qədər öz sözünü deyir, nitqini həyatdan, cəmiyyətdən gələn yeni-yeni sözlər hesabına zənginləşdirir, başqalarından daha yaxşı, müdrikcəsinə danışmağa, nitqini gözəl, ifadəli, rəvan çatdırmağa çalışır. İnsanın danışıq vərdişləri formalaşdıqca, söz ehtiyyatı, dilinin lüğət tərkibi artdıqca, müxtəlif yaş və peşə sahibləri ilə ünsiyyət saxldıqca özü üçün daha rəvan, səlis, düzgün danışanları nümunə kimi qəbul edərək açıq cıxış etmək qbiliyyətinə yiyələnir. Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz seçmək mədəniyyəti, düzgün danışmaq və yazmaq mədəniyyəti olmasını zaman-zaman məhşur natiqlər öz şəxsi həyatlarında, öz üzərlərində illərlə gərgin çalışmaqla sübut etmişlər. Hər adam rəssam, bəstəkar, heykəltaraş, şair ola bilmədiyi kimi, natiq də ola bilməz. Natiq olmaq üçün də fitri qabiliyyət istedad lazımdır, zəngin dünyagörüşünə malik olmaq vacibdir.Eradan əvvəl Qədim Yunanıstanda və Romada natiqlik bir elm kimi inkişaf etmiş və görkəmli filosof və natiqlər bu sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmişlər. Qədim Romada natiqlik sənətinin inkişafında böyük rolu olmuş M.T.Siseron mədəni nitqin qarşısında üç əsas tələb qoyurdu.Nitq öyrətməli, bilik verməlidir; Nitq dinləyənlərə güclü müsbət təsir göstərməlidir; Nitq söylənilən zamanı qulaq asanlara ləzzət verməlidir.Müxtəlif məkanlarda istənilən şəxs tərəfindən söylənilən nitqlər bu məqamları özündə cəmləşdirməlidir. Gözəl nitq insanın iç dünyasını aşkarlayan başlıca vasitədir. İnsanları tanımaq, onlara bələd olmaq üçün ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Aydın, səlis, məntiqli, yığcam, nəzakətli nitqə və nitq mədəniyyətinə malik olmaq hər kəsdə açıq çıxış etmək bacarığını formalaşdırır. Müasir dövrdə auditoriya qarşısında çıxış etmək işgüzar adam üçün ən vacib bacarıqlardan biridir. Lakin kütlə qarşısında çıxış təcrübəli və ya təcrübəsiz bir çox insanın qorxulu yuxusu hesab edilir. “özümü doğru ifadə edə bilmərəm”, “utanıram”, ”hər hansı bir səhvim olarsa”, “sözləri düzgün tələffüz edə bilmərəm” kimi səbəbləri əsas gətirərək bir çox insan toplum qarşısında çıxışdan çəkinir. Ancaq unutmaq olmaz ki, bu qorxu işgüzar həyatda insanların bir addım geridə qalmasına səbəb ola bilər. Çünki uğurlu karyeraya yol məhz gözəl nitq qabiliyyətinə malik olmaqdan keçir.
İşgüzar gələcək pillələrində irəliləyən hər kəsin bir gün müəyyən sayda kütlə qarşısında çıxışı qaçılmazdır. Hətta idarəçilər və rəhbər vəzifədə çalışanların müxtəlif təqdimatlarla nitq söyləməsi iş həyatlarının ayrılmaz hissəsi hesab edilir. Bəs həyacanlanmadan, yerində işlədilən mimika və jestlərə sahib olaraq arzulanan çıxışla kütlə qarşısına çıxmaq üçün nələrə diqqət etmək lazımdır?
Açıq çıxış etmək və öz fikirlərini auditoriyanı stimullaşdıran və motivləşdirən formada təqdim etmək bacarığı əvəzsiz qabiliyyətdir. Bəzi hallarda bu bacarıq cox az adamda rast gəlinir. Mükəmməl nitqə sahib olmaq üçün bəzi məlumatları nəzərdən keçirib, öyrənmək vacibdir.Kütlə qarşısında çıxış zamanı istənilən nəticəni əldə etmək üçün öncədən hazırlaşmaq lazımdır. Əvvəlcədən açar sözləri və mövzusunun başlıqlarını qeyd edərək mətn hazırlamaq və çıxış zamanı bundan istifadə etmək olar. Ancaq onu sözbəsöz təkrarlayaraq əzbərləməyə çalışmaq lazım deyil. Sərbəst danışmaq üçün çıxışa hazırlaşarkən əsas diqqəti sözlərə yox, ifadə edəcəyin fikirlərə yönəltmək lazımdır. Fikirləri o vaxta qədər təkrarlamaq lazımdır ki, zehnində onlar arasında məntiqi əlaqə qurulsun. Əgər çıxış məntiqi ardıcıllıqla tərtib olunubsa və yaxşı planlaşdırılıbsa, bu, çətin olmayacaq, çıxış zamanı fikirlər asanlıqla və təbii olaraq bir-birinin ardınca gələcək. Üzündən oxumaq natiq üçün arzuolunmaz hesab edilir və bu dinləyənlər tərəfindən xoş qarşılanmır. Çıxış zamanı müəyyən adət edilmiş vərdişləri unutmaq lazımdır. Nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq, əcnəbi sözlərdən yerli-yersiz istifadə etmək gündəlik nitqdə ən çox təkrarlanan xətalar arasında yer alır. Bu kimi xətalar nitqdə söz bazasının azlığından, dili mükəmməl bilməməkdən xəbər verir. Əgər nitq zamanı davamlı olaraq bu kimi səhvlərə yol verilirsə, dinləyicilər tərəfindən belə nitqlər müsbət hesab edilmir və növbəti dəfələrdə belə çıxışa qulaq asılmır. Qüsurları aradan qaldırmaq üçün bol mütailə etmək, dilin leksik və qrammatik qaydalarına riayət etmək lazımdır. Eyni zamanda, nisbətən asta templə danışaraq dabu problemi həll etmək mümkündür. Asta tempdə önəmli olan məsələ bir sonraki sözün nə olacağını düşünmək üçün özünüzə qısa bir zaman fürsəti verməkdir. Çox insan təqdimat və çıxış zamanı stol arxasında danışmağa üstünlük verir. Stollar qeydlər aparmağa yararlı olduğu qədər, mühazirəçi ilə auditoriya arasında əngəl yardır. Ona görə də oturmaq əvəzinə ətrafda gəzmək və jestlərdən istifadə edərək dinləyənləri özünə cəlb etmək lazımdır.Çıxış nitqinin mətni hazırlanarkən uzun cümlələr qurmaqdan çəkinmək, qısa və aydın cümlələr qurmaqla mövzunun məğzini xüsusilə vurğulamaq lazımdır. Yaxşı bir nitq üçün nəfəs alışı və nitq ritmi uyğunlaşdırılmalıdır. Səs çıxışın uğurlu alınmasında olduqca əhəmiyyətlidir. Əgər natiq ifadəli, isti, mehribanlıq tonunda danışırsa, onun jestləri pozitiv və səmimidirsə auditoriya onun çıxışına maraqla yanaşır. Nitqdə intonasiya da olduqca əhəmiyyətlidir. Çünki monoton nitqdən darıxdırıcı və yatızdırıcı heç nə yoxdur. İntonasiya deyilənlərə məna verir. Cümlələr sözlərdən qurulmuş bir skleti xatırladır. Biz ona intonasiya verməklə canlandırırıq.
Natiqin səsinin qüvvəsi də auditoriya üçün çox böyük əhəmiyyətə malikdir. Əgər o, çox ucadan danışırsa, həm də bu zaman kəskin səsə malikdirsə, bu onu dinləyən adamlarda narahatlıq yaradır və çıxışın təsiri əhəmiyyətli dərəcədə aşağı düşür. Əgər natiq astadan danışırsa, onu yalnız yanında olanlar eşidir, yerdə qalanlara onun nitqinin mahiyyəti çatmır, bu da dinləyənlərin narazılığına səbəb olur. Bunlara yol verməmək üçün çıxış zamanı tədricən və ahəngdar surətdə səsin gah yüksəldilib, gah da alçaldılması lazımdır.

Güzgü qarşısınada çıxışın edilməsi bir qədər qəribə olsada, bu təcrübə müsbət nəticə verir. Bu zaman buraxılan səhvləri görmək imkanı yaranır, üz ifadəsinə, duruşa, və əl-qol hərəkətlərinə diqqət yertirilir.Səsin yazılması və daha sonradan nitqin dinlənilməsi və təhlil edilməsiburaxılan səhvləri və daha yaxşı bir nitq üçün qeydlərin edilməsinə şərait yaradacaq. Bəzi insanlar özlərini dinləməyi və yaxud izləməyi sevməzlər. Ancaq səsin tonuna və kamera görüntüsünə alışmaq insana daha yaxşı nitq ilə kütlə qarşısında çıxış etməyə kömək etmiş olacaq.
Çıxış zamanı dinləyici kütləsini hədəf almaq lazım deyil. Nəzərə alsaq ki, telefonu ilə məşğul olan və əsnəyən şəxslər istənilən auditoriyada ola bilər, ona görə dinləyici kütləsini hədəf almaq əvəzinə nitqi xüsusi maraqla dinləyən kütlə ilə bəzən göz təması qurmaq müsbət nəticə verə bilər.Qeyd elədik ki, qədim yunanlar yaxşı natiq hesab olunurdular. Onlar insanların qarşısında səmərəli çıxış etmək üçün üç məsələni ön plana çəkirdilər. Etos, pafos, loqos. Etos natiqin inandığı və müdafiə etməyə hazır olduğu mövzusudur. Pafos natiqin çıxışın mövzusuna münasibətdə güclü hissdir. Loqos isə öz düşüncələrini ifadə etmək üçün sözlərdir. Başqa sözlə desək, natiq çıxışını formalaşdırmaq üçün öz beynini necə istifadə etməsidir. Nitqdə yunan faktoru adlanan bu məqamdan yerli-yerində istifadə etmək nitqin təsir gücünü artırır.Çıxışın başlanğıcı demək olar ki, nitqin əsasını təşkil edir. Düşünülmüş başlanğıc auditoriyanın diqqətini cəlb edir və maraq oyadır. Başlanğıc nə qədər düzgün qurulursa, nitqin yekunlaşdırılmasıda əsas məqamlardan biridir. Dahi odur ki, başlamağı bacarır, daha böyük dahi odur ki, yekunlaşdırmağıda bacarır. Çıxışda bu məqam əsas sayılır. Çünki müasir dövrün insanları daha cox informsıya ilə yüklənir, ətraf mühitdə hər yerdən televiziyadan, radiodan, sosial şəbəkələdən, mətbuatdan itənilən qədər məlumatlanırlar. Məhz bu səbəbdən mühazirəçilər çıxışı yükləməməli, dinləyənləri yormamalı, auditoriyanı fəaliyyətdən kənarda saxlamamalıdır. Orta heabla insan çıxış edəni iyirmi dəqiqəyə qədər diqqətlə dinləyə bilər. Bundan sonra çıxış edən natiq olduqca maraqlı və cəlbedici hadisələrdən danışmalıdır ki, dinləyicilər ona diqqətlə qulaq asmağı davam etdirsinlər. Peşəkar natiq və mühazirəçi auditoriyanı hər zaman nəzərə almalı, fikirləşməli,mənə nə üçün qulaq asmırlar, nədən izafi səs-küy yaranır, yuxulamalar baş verir sualları ətrafında düşünməlidir. Bu halları aradan qaldırmaq üçün fikrə genişlik, sözə yığcamlıq vermək, nitq mədəniyyətinin qaydalarına riayət etmək lazımdır. Natiq həmişə bir qaydanı yadda saxlamalıdır. Çıxış zamanı təqdim edilən mövzu əlçatan olmalı, yerli-yersiz mənası bəlli olmayan sözlərdən uzaq durulmalı, düzgün faktlara istinad edilməlidir. Bu zaman insanların düşünmə səviyyəsi nəzərə alınır, nitq inandırıcı və aydın olur. Bu auditoriya ilə qurulan ünsiyyətə də müsbət təsir göstərir.
İnsanlar qarşısında uğurlu çıxış etməkdən daha xoş və özünə hörmət yaradan heç nə yoxdur. Bu zaman insanlar öz fikirlərini ifadə etmək və onları dinləyicilərə çatdırmaq imkanı əldə edirlər. Şəxsiyyətin ucalmaq və liderlik səviyyəsinə çatmaq yolunda ən dəyərli silahlarından biri natiqlik mədəniyyətidir. Çünki insanlar liderin özünə, ideyasına, danışdıqlarına inanıb hörmət edirlərsə, onun ardınca gedib, ona yardımçı olmaq istəyində olurlar. İdeyanı da insanlara çatdırmaq yolu natiqlik mədəniyyətindən keçir. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha böyük uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də aydın, məntiqli, səlis və düzgün danışmaq, insanları inandırmaq və onları öz arxasınca aparmaq kimi bacarıqlara malik olan şəxslərin payına düşür.



Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin