67.Diskusiyallarin təşkili və əhəmiyyəti. Diskussiya prosesində şagirdlər müzakirə olunan bu və ya digər məsələ barədə öz fikirlərini söyləməklə, öz baxışlarını əsaslandırmağı,faktları təhlil etməyi öyrənirlər. Bu zaman şagirdlərdə dinləmək və növbə ilə danışmaq bacarığı, başqa baxışlara dözümlülük, diskussiya mədəniyyəti kimi vərdişlər inkişaf etməyə başlayır.Diskussiya mədəniyyəti olduqca vacib və geniş bir məsələdir.
Qaydalar aşağıdakılardan ibarət ola bilər: 1 Eyni vaxtda yalnız bir nəfər danışa bilər 2 Danışanı dinləmək 3 Sözü kəsməmək 4 Tənqid edəndə, danəşanı deyil, fikri tənqid etmək 5 Reqlamenti nəzərə almaq 6 Heç kəsi məsxərəyə qoymamaq
Müəllim bu qaydaları iri flip çat və ya vatman vərəqində yazaraq,Sinifdə divardan asa bilər. Bu qaydaları dərs ilinin axırına qədər Saxlamaq olar ki, sonralar ona istinad etmək və ya ona əlavələr və Düzəlişlər etmək mümkün olsun. Diskussiyanın üstün cəhətləri:
1 Müxtəlif fərziyyələrin səsləndirilməsinə imkan verir 2 Qarşılıqlı ünsiyyətə yardım göstərir 3 Müəllim- şagird münasibətini yaxşılaşdırır 4 Sinifdə demokratik mühit yaradır 5 Dialoq aparma bacarığını təcrübədən küçirməyə imkan verir
Diskussiya metodunun tətbiqi zamanı müəllim ilk öncə nəzərə almalıdır ki, bu üsul bütün siniflə, böyük və kiçik qruplarda aparıla bilər. Ancaq qruplara bölərək bu üsulu tətbiq edərkən müəllim bir sıra problemlərlə üzləşə bilər.Həddindən çox səsküyün baş verməsi və vaxt çatışmazlığı, düzgün nəticəyə gəlim çıxa bilməmək. Bütün kollektivin diskussiyaya cəlb edilməsi və bir problem üzərində müzakirə aparılması daha məqsədəuyğun olar. Diskussiya zamanı imkan vermək olmaz ki utanmayan şagirdlər üstünlük təşkil etsinlər, lakin utanan şagirdlər müzakirədən kənar qalsınlar. Bütün sinfi diskussiyada iştiraka ruhlandırmaq lazımdır.Şagirdlərin doğru səsləndirdikləri fikirlər xüsusi vurğulanmalıdır.
68. Bədii üslub və əsas tələblər Bədii üslub milli bədii təfəkkürün ifadəsi olub obrazlı, emosional nitq formasıdır. Bədii üslub bədii əsərlərin dilidir. Ədəbi dilin tarixində bədii üslub hər zaman aparıcı olmuşdur, müəyən mərhələlərdə isə bütövlükdə ədəbi dili təmsil etmişdir. Bədii üslub funksional imkanlarının genişliyinə görə bəzi hallarda ədəbi-bədii dil adlandırır. Bədii üslubda obrazlılıq əsas şərtdir. Yəni bu üslubda fikir obrazlı, tfadəli şəkildə verilir. Obrazılılıqdan isə emosionallıq –ekspressivlik yaranır. Obrazlı nitq emosional nitqdir.Bədii üslubun obrazlılığı dilin müxtəlif səviyyələrində özünü göstərir:
• fonetik səviyyədə; • leksik səviyyədə; • qrammatik səviyyədə. Fonetik səviyyədə bədii üslubun götəriciləri alliterasiya, assonans, təkrar,
intonasiyadır. Bunlardan alliterasiya, assonans, təkrar ritm yaradan vasitələrdir. Fonetik səviyyədə obrazlılıq daha çox səslərin hesabına yaranır.Alliterasiya sözlərin əvvəlində eyni səslərin təkrarlanmasına deyilir.Assonans sözlərin müxtəlif yerlərində səslərin ritm yaratmasıdır.Leksik səviyyədə bədii üslubun göstəriciləri: epitet, təşbeh, mübaliğə, istiarə, kinayə, frazeologiya, omonimlik, sinonimlik, antonimlik,çoxmənalılıq və s. Leksik səviyyədə obrazlılılq ,əsasən, sözlərin köməkliyi ilə yaranır.Qrammatik səviyyədə bədii üslubun göstəriciləri: söz sırasının dəyişməsi, qeyri-normativ cümlə konstruksiyalarının işlənməsi, ellipsis (sözlərin və ya şəkilçilərin ixtisarı) və s. Qrammatik səviyyədə obrazlılıq, əsasən, cümlə iləbağlı olur.Obrazlılığın fonetik, leksik və qrammatik səviyyələri bir-biri ilə sıx bağlıdır.Bədii üslub ümumxalq dilinə əsaslanır. Xalq təfəkkürünün məhsulu olan sözlər, ifadələr, dialektizmlər bədii üslubda işlənirBədii üslub aşağıdakı formalarda təzahür edir:
• şeir dili; • nəsr dili; • dramaturgiya dili.
Şeir dili müəyyən süjetə malik təhkiyənin – hekayənin, povestin, romanı dilidir.Dramaturgiya dili monoloq və dialoqlardan ibarət səhnə dilidir.Ədəbi janrların müxtəlifliyi ədəbi-bədii dilin (bədii üslubun) imkanlarının genişlənməsinə gətirib çıxardır.