1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə62/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   58   59   60   61   62   63   64   65   ...   84
????AZƏRBAYCAN DİLİ

71. Dialektizmlərin dildə rolu
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbə­lə­rin­dən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsa­sıdır,onun qida mənbəyidir, dil sistemi həlqə­sin­dən kə­nar­­­­­­da deyildir» «Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öy­rən­dikcə xalqı və onun tarixini öyrənmiş oluruq» Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, mü­əy­yən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə et­dik­ləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dia­lekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sa­bit­ləş­mə­di­yini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qar­şı­lıq­lı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə söz­ləri ilə ədə­bi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümum­xalq, can­­lı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hə­lə­lik mü­əy­yənləşdirilməmişdir» [93, 214]. T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt söz­lərinin işlənmə sərhədləri hələ kifayət qədər öy­rə­nil­mə­mişdir» . Lakin buna baxmayaraq, milli ədəbi di­lin for­ma­laş­ma­sı üçün bəzi sözlər dialektdən ədəbi dilə, bə­zi­lə­ri isə əksinə, ədə­bi dildən dialektlərə keçir. Müşahidələr gös­tə­rir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funk­­siyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin da­im yanaşı möv­cud­luğu onların lüğət tərkibinin qarşılıqlı şə­kil­də zən­gin­ləş­mə­si­ni təmin edir». Beləliklə də, «bir tə­rəf­dən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zən­gin­ləş­dirir. Digər tərəfdən ədə­bi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bu­nun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir» Dialektizmlərin ədəbi dilin inkişaf edib zəngin­ləş­mə­sin­­­dən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi di­­lin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd et­mək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, on­dan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir» . Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsər­lər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə da­xil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlə­dilmə lüzumuna ma­lik olan dialektizmlər yazıçılar tərə­findən bədii ədə­biy­ya­ta gətirilir; bunlardan ümumxalq sə­ciy­­yəsi qazananlar ədəbi di­lin lüğət fonduna keçərək onu zənginləşdirir» Ədə­­­­­­­­­­­­bi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üs­lubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt söz­lə­rini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi di­­lə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o de­mək de­yildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədə­bi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, on­la­rı konkret olaraq müəyyən bir dialekt qrupuna aid et­­mək, can­lı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dia­­­­­­lektizmlərin an­caq müəyyən bir qismi ədəbi dildə iş­lənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi ne­o­­lo­gizm­lə­rinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt söz­lərinin ümum­xalq koloriti qazanmağının, giz­li üslubi im­kan­larının üzə çıxarılmasının qanunauyğun nə­ti­cə­si kimi mey­­dana çıxır»
«Ədəbi dil lüğətinin dialektlər hesabına inkişafında və zən­ginləşməsində, əsas etibarilə bu və ya digər dialektik əhatə et­­diyi məhəldən yetişmiş şair və yazıçılar böyük rol oyna­mış­lar».
«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan ta­pır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fər­di­­ləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli kolo­ritin ve­­rilməsində üslubi vasitələrdən birinə çevrilir» . Bədii di­lin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox iş­lə­nir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tə­rən­nüm edər­kən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə da­nış­maqla yanaşı, eyni zamanda daha çox personajların bir-bi­ri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman su­rət­lə­rin di­lin­də dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haq­da Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər su­­­­rə­tin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üz­vi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları can­lan­dır­maq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məq­sə­də­uyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir».
S.Ə.Cəfərov da Ə.M.Dəmirçizadənin fikri ilə razı­la­şa­raq yazır: «...hər hansı bir rayonun və ya yaşayış mən­tə­qə­si­nin həyatını daha real və qabarıq şəkildə vermək, əsərdə ayrı-ay­­­rı surəti canlandırmaq üçün yazıçı o yerin və ya surətin mən­­­­­­­sub olduğu şivə xüsusiyyətlərindən geniş istifadə edə bi­lər»­­
­şu­­luğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əla­qədar olur» Sözsüz ki, belə bir şəraitdə yaşayan is­tər şair,istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt söz­lərini işlədir. Bu həm sənətkarın fərdi lüğət fondunun ge­niş­lənməsinə səbəb olur,həm də əsərin ruhuna,obrazlarının di­li­nə məkan koloriti verir. Bütün deyilənlər bir daha göstərir ki,dialektizmlər bə­dii əsərlərin dilinə heç dəsəbəbsiz deyil, müəyyən üslubi mə­qam­larla əlaqədar gətirilir və işlənir. Azərbaycanın müx­təlif böl­­­­­gələrindən olub, canlı danışıq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektə məxsus söz və formaları müx­tə­lif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir ami­­­­­­­­­­­­­­­­­li də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funk­si­­­o­­­­­­­­­nal üs­lub­la­rında üslubi çərçivə var və dialekt sözlərinin ora­da iş­lən­mə­si mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bü­­tün üslubların elementləri, eləcə də dialekt sözləri burada iş­lənə bilir. «Dildə elə bir söz qrupu ola bilməz ki, bə­dii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üs­lu­bun ix­ti­ya­rın­dadır. Bədii üslubda bu və ya başqa üslubi mə­qam, yaxud su­rətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir». «Ümum­xalq di­linə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifa­də­lər­lə zənginləşdirmək üçün doğulduğu dairənin lüğət va­hid­lə­rin­dən [burada dialekt sözləri nəzərdə tutulur] is­tifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fər­di­ləş­dir­mək, zəngin si­­nonim cərgələr vasitəsilə fikri daha obrazlı ifa­­­­­­­­­­də etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazım idi». Məhz bu cəhəti nəzərə alan N.Xəzri əsərlərində yerli ko­lo­ri­tin bəzi səciyyəvi xüsusiyyətlərini daha qabarıq şə­kildə oxu­cu­­nun nəzərinə çatdırmaq üçün az da olsa, dia­lek­tizm­lərdən is­tifadə etmişdir.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin