1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə70/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   66   67   68   69   70   71   72   73   ...   84
????AZƏRBAYCAN DİLİ

81. İ.Əliyevin natiqlik məharəti
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev siyasi-diplomatik ustalığı, yüksək idarəetmə bacarığı ilə bərabər, bir neçə dildə səlis, aydın, təsirli nitqinə görə də hər zaman diqqət mərkəzində olubPrezident İlham Əliyevin mahir natiq olması bir-birindən parlaq nümunələrlə özünü göstərdi. Prezidentin çıxışlarının ən diqqətçəkən cəhətlərindən biri onun öz fikirlərini ifadə edərkən, fərqli ictimai-siyasi və hərbi mesajlar verərkən Azərbaycan xalqının zəngin danışıq dilindən, ana dilimizin tükənməz qaynaqlarından, canlı və tutarlı deyimlərindən məharətlə bəhrələnməsidir.Ədəbi mühitdə, yazıçılar, şairlər arasında da cənab İlham Əliyevin özünəməxsus nitqi hər zaman maraq mövzusu olub. Bədii-poetik üsluba daha çox hakim olan bu şəxslər Prezidentin xalq danışıq üslubunu da özündə əks edirən çıxışlarını böyük məmnunluqla təqdir edirlər. Bunu həm dövlət başçısının Azərbaycan dilinin ən xırda incəliklərinə vaqif olması, həm də bir insan kimi səmimiyyəti ilə əlaqələndirirlər. O, hər nitqində sadədir, səmimidir, özünün də xalqdan biri olduğunu təbii və əsaslı tərzdə hiss etdirir. Buna görə də daha çox sevilir. Dövlətini, xalqını sevən hər bir azərbaycanlı onu bir rəhbərdən də artıq, ən doğma insan kimi, özlərinin yaxını, əzizi olaraq görürlər.

Onun bütün müraciətləri rəsmi üslubdan uzaqdır. O, öz xalqıyla quru, onların çətinliklə anlayacağı terminlərlə, uzun-uzadı rəsmi cümlələrlə danışmır. Xalqın öz dilində, canlı ifadə tərzində, uşağından böyüyünə kimi hər birinin rahatlıqla anlayacağı üslubla ona müraciət edir. Dövlət başçısının dedikləri illərdən bəri millətin içərisində yığılıb qalan sözlər, deyimlərdir. Odur ki, televizor qarşısında oturan, radiodan dinləyən hər bir soydaşımız həmin kəlmə və ifadələri Prezidentlə birgə həm də özünün dediyini düşünür və bunu qəlbən hiss edir. Nəticədə, çoxdankı fikir və duyğularının ifadəsini tapması ilə ruhən rahatlanır, dərindən, ürəkdolusu nəfəs alır.İlham Əliyevin nitqi eyni zamanda, bədiilikdən də kənar deyil. O, fikrini bədii ifadə vasitələriylə, məcazlarla dilə gətirməkdən geri qalmır. Bu cür ifadə tərzi dövlət başçısının nitqinin təsir qüvvəsini, ciddiyyətini, kəsərini daha da artırır



Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin