1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə66/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   62   63   64   65   66   67   68   69   ...   84
????AZƏRBAYCAN DİLİ

75. Elmi-bədii proqramlar
Elmi bədii proqramlar dedikdə televiziyalarda verilən verlişlər
proqramlar nəzərdə tutulur. Burada əsas məzmun izləyiciləri
məlumatlandırmaq , onları xəbərdar etməkdir.
Burada fikir verilməsi lazım olan bir sıra tədbirlər vardır.
Məsələn, danışıq üslubuna danışıq tərzinə, sözləri yerli
yerində düzgün istifadə etmək, televiziya qarşısında olduğunu
unutmayıb hərəkət və davranışlara ciddi fikir vermək əsas
tədbirlərdən biridir.
Bunlarla yanaşı düzgün səhnə geyimini seçmək, izləyicilərin
marağına səbəb olur
76. Kütləvi-siyasi proqramlar
Kütləvi informasiya vasitələri (KİV) – informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir.[1] Kütləvi kommunikasiya anlayış baxımından bir şəxs və ya bir qrup insan tərəfindən yaranan ötürücü cihaz (medium) vasitəsilə böyük bir auditoriyaya göndərilən ismarıcdır. Kütləvi informasiya vasitələri isə kütləvi kommunikasiyanı ötürmək üçün istənilən mediumdur. Dövrümüzə qədər kütləvi informasiya vasitələri müəyyən edilmiş və səkkiz KİV industriyası tərəfindən təşkil olunmuşdur: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet.

  • İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış "Günün hadisələri" adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir. İlk jurnallar qəzetlərdən və kitab tacirlərinin kataloqlarından təşkil olunmuşdu. Radio və televiziya isə yalnız keçən yüzüllikdə meydana gəlmişdir.

  • Ən populyar kütləvi informasiya vasitəsi televiziyadır. Televiziya görüntünü və səsi birbaşa insanların evlərinə çatdırır. Belə ki, televiziyanın vasitəsilə kürsüdən ayrılmadan dünyanın müxtəlif nöqtələrində baş verən hadisələri seyr etmək mümkündür.

  • Ən geniş yayılan KİV radiodur. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla özünlə daşıya bilərsən. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü musiqidir.

  • Ən ucuz KİV jurnaldır. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.




Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin