1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi


Siyasi xadimin nitqində əsas tələblər



Yüklə 227,5 Kb.
səhifə74/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   70   71   72   73   74   75   76   77   ...   84
????AZƏRBAYCAN DİLİ

86. Siyasi xadimin nitqində əsas tələblər
Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda, Romada natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Sokrat, Platon, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşünü göstərməklə bərabər həmin nitqin ifadə etdiyi dil elementlərini də qeyd edirdilər. Məsələn, Aristotel özünün “Ritorika” əsərində yazırdı ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən bir keyfiyyətdir”.
Siyasi xadimin nitqinə misal olaraq Ulu öndər Heydər Əliyevin nitqlərini misal göstərə bilərik. Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. Siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.
Nitq mədəniyyətində belə bir məqam özünü həmişə büruzə verir. Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların nitqi, adi söhbətləri təvazökarlıq baxımından sadə və xoşagəlimli olur. Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. Məsələn, “Bizim bu sahədəki nəticələrimiz olduqca faydalıdır”, “Bu məsələyə bir qədər aydınlıq gətirməyə çalışaq”. Buradan aydın olur ki, səmimiyyət, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. İnsan öz üstünlükləri ilə öyünməməlidir. “Əgər bacarırsansa hamıdan ağıllı ol, amma bu haqda heç kimə danışma”. Ağıllı adamlar “mən” şəxs əvəzliyini az hallarda işlətmişlər. Onlar öz uğurlarından tərəddüdlə danışmış, həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Bütün bu insani xüsusiyyətlər siyasi liderin nitqində öz real əksini tapmışdır.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin