1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə75/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   71   72   73   74   75   76   77   78   ...   84
????AZƏRBAYCAN DİLİ

87. Səhnə nitqində əsas tələblər
Ədəbi tələffüz normalarının xalq arasında geniş yayılmasında televiziya, radio, qəzet və səhnənin rolu olduğu kimi kinonun da böyük rolu vardır. Diktorlar, aparıcılar və kinoaktyorlar şifahi nitqin qayda və qanunlarını az vaxtda minlərlə tamaşaçıya çatdırırlar. Onların nitqi daha emosional və bədii olduğundan buradakı orfoqrafiya və orfoepiya normalarını tamaşaçılar tez qavrayırlar.
Kinoaktyorun nitqi nümunəvi olmalıdır. Azərbaycan dili öz emosionallığı ilə dünyada ən gözəl dillərdən biridir. Dilimizin axıcılığını, emosionallığını qorumaq üçün incəsənət işçiləri, xüsusən aktyor və rejissorlar Azərbaycan dilinin orfoepiya prinsiplərini dərindən öyrənməlidirlər. Kino ustalarımız yaratdıqları obrazları ədəbi tələffüz normaları əsasında danışdırmalı, onları dialekt tələffüz üslubu ilə yox, sözün məntiqi gücü ilə tipikləşdirməlidirlər. Obrazların hərəsinin özünəməxsus nitqinin olması gənc kino aktyorlarımızı düşündürməlidir. Kino əsərləri başqa ədəbi janrlardan aktyorların danışığı ilə də fərqlənir. Kinorejissor filmi çəkərkən aktyorları dialoji nitqlə danışdırır ki, bu da əsərin təbii çıxmasına imkan yaradır. 
Kino dilinin əsas xüsusiyyətlərindən biri də obrazların nitqində tarixiliyin gözlənilməsidir. Hadisələrin baş verdiyi dövrdə qəbul olunmuş orfoepiya normaları az da olsa nitqdə saxlanılır. Əsər dövrü ilə səsləşməli, müasir inkişaf səviyyəsi ilə müqayisə edilməlidir. İnsanın dünyagörüşü, həyata baxışı, zövqü, hadisələrə münasibəti inkişaf nəticəsində dəyişir. Kino dilinə tələb get-gedə artdığı kimi, əsərdə qoyulan, yürüdülən ideyaya uyğun danışıq formasına da tələbat artır Filmin bədii, təbii və təsirli olmasında personajların nitqi ilə jestinin bir-birinə uyğun gəlməsi də əsas şərtdir. Düzgün, danışığa uyğun jestlər, mimika nitqin təsirini artıran vasitələrdən biridir. Məhz belə vasitələrə görə də dram əsərləri başqa ədəbi janrlardan fərqlənir; həcmi az, lakin təsir gücü çox olur.
Danışıq texnikasında surətlərin milli xüsusiyyətləri də nəzərə alınmalıdır. Obrazın milli mənsubiyyətindən asılı olaraq, onun psixologiyası və təşəbbüskarlığı dilindən də hiss olunmalıdır Kinoda informasiya tamaşaçıya “iki kanalla” – həm görmə, həm də eşitmə yolu ilə təsir edir. Kino insanın görmə və eşitmə mərkəzlərini daha da qıcıqlandırır ki, nəticədə tamaşaçı, sanki hadisələrin iştirakçılarından birinə çevrilir. Bu yolla da ekran dilə yardımçı vasitə kimi əsərin reallığının artmasına kömək edir. Bir sözlə, kino, radio, televiziya və səhnə dilində danışıq şəraitindən asılı olaraq, fərqli və oxşar cəhətlərlə müşahidə olunur. Lakin ədəbi tələffüz normaları səhnə dilində daha dərindən öyrənilir, aktyorlardan böyük zəhmət tələb olunur. Kino və televiziyadakı yardımçı (texniki) vasitələri rejissor və aktyotlar özləri əvəz edirlər. Məhz buna görə də teatr aktyorları kino, televiziya və radioda məharətlə çıxış edə bilirlər. Kino aktyorları isə ciddi hazırlıqlı olsalar da, istənilən vaxt səhnədə çıxış edə bilmirlər. Onun çəkilişində təkrar-təkrar məşqlər keçirilirsə də, lentə çəkildikdən sonra dəyişməz qalır. Məhz bu cəhətdən də kino və səhnə əsərləri biri digərini əvəz edə bilmir, dil baxımından da fərqlənir. Lakin istər səhnə, radio, televiziya, istərsə də kino işçiləri bir şeyi unutmamalıdırlar ki, orfoqrafiya və orfoepiya qaydalarına, qrammatik tələblərə və ədəbi tələffüz normalarına riayət etmək hamının borcudur.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin