97. Şifahi nitq və orfoepiya Tələffüz nitqin şifahi qoluna aiddir. Natiq yazdığı nitqi şərh edərkən və ya nəyin isə haqqında danışarkən onun tələffüzü mühüm rol oynayır. Tələffüz nümunəvi nitqin mühüm amilidir. Hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Nitqin gözəlliyinə xidmət edən diksiya aktyor, müəllim, diktor üçün çox mühümdür. Hər bir natiq nitqini şərh edərkən, emosionallığa ciddi riayət etməlidir. Çünkidiksiya emosionallıqla bilavasitə əlaqədardır. Dinləyicilərin diqqətini cəlb edən məsələlərdən biri də nitqdə səs tembrindən düzgün istifadə olunmasıdır. Natiq nitqi şərh edərkən auditoriyanı nəzərə almalı və səsin tembrini ona uyğun şəkildə qurmalıdır. Nitqdə təsvir olunan hadisələrlə yaşayan natiq səsinin tembrində də bunu hiss etdirməlidir. Yeri gəldikcə tempi dəyişməlidir.Orfoepiya yunan sözü olub düzgün nitq deməkdir. Orfoepik normalar da dilimizin şifahi qoluna aiddir. Orfoepiya şifahi nitq üçün səciyyəvi nə varsa hamısını əhatə edir.
Orfoepiyanın tədqiqat obyekti aşağıdakılardır:
1. Səslərin düzgün tələffüzü
2. Sözlərin, tərkiblərinin düzgün tələffüzü
3. Qrammatik normaların tələffüzü
Deməli, orfoepiya ümumi normalar əsasında yaranan fonetik qayda-qanunların bir-biri iləbağlı məsələlərini tədqiq edir, öyrənir. Bəzən orfoepiya dar mənada tədqiq olunur. Bura yalnız tələffüz anlayışı daxil edilir. Lakin orfoepiya çox geniş bir anlayışdır ki, bu anlayışlar hər biri ayrı-ayrılıqda nitqin əsas amillərindən birini təşkil edir. Məsələn, səslərin hansı şəraitdə tələffüz olunması, sözün əvəlində, ortasında, axırında işlənməsi, məxrəc sabitliyinə görə, yanaşı işləndikdə hansı xüsusiyyətə malik olması və sair məsələlər orfoepiyanın tədqiq obyektdir. Bura intonasiya və vurğunu da əlavə etmək olar
98. Üslubi səhvlər və onların təzahür sahələri Müasir Azərbaycan dilinin lüğət tərkibi olduqca zəngindir. Dilimizdə əsl türk sözləri ilə yanaşı, həm formaca, həm də məzmunca türkləşmiş ərəb və fars mənşəli sözlər işlənir. Yadda saxlamaq lazımdır ki, dünyanın başqa dillərində olduğu kimi, Azərbaycan dilində də leksik (leksik – semantik) normanın keyfiyyətini milli leksik müəyyən edir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik normada dəyişkənlik daha tez olur.Milli leksika, yəni əsl türk sözləri ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək tezliklə işlənir. İkinci yeri milliləşmiş alınma leksika tuturLeksik norma hər hansı bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edirHər bir söz tarixi inkişaf prosesinin nəticəsində müəyyən məna – məzmun ( semantika) qazanır.Leksik normanın tələbinə görə hər bir söz öz yerində işlənməlidir. Söz yerində işləmirsə, demək fikir düzgün ifadə olunmur və nitq mədəniyyətinin tələbi ödənilmir.