1 ixtira və ya tapıntı bu mərhələdə gələcək nitq üçün lazım olan materialı toplayır və sistemləşdirirlər



Yüklə 23,55 Kb.
tarix02.04.2023
ölçüsü23,55 Kb.
#92594
İşgüzar ünsiyyətdə monoloq və monoloji nitqin növləri


§1.5.İşgüzar ünsiyyətdə monoloq və monoloji nitqin növləri

Monoloji nitq. Akademik lüğətlərdə monoloqu «öz-özü ilə təklikdə nitq, yaxud bir şəxsin dinləyicilərə ünvanlanmış sürəkli nitqi» şəklində izah edirlər. Şifahi monoloci nitq ünsiyyətinin mürəkkəb formasıdır.


İşgüzar ünsiyyətdə monoloq bir şəxsin davamlı bir ifadəsidir. Nisbətən davamlı, ardıcıl və məntiqli, nisbi bir tamlığa malikdir və quruluşu mürəkkəbdir.
Kütlə qarşısında nitq.İşgüzar münasibətləri saxlamaq vasitələrindən biri, şəxsi və dövlət bayramlarında tərəfdaşların, həmkarların, sponsorların, müştərilərin və s.-nin məcburi təbriki, habelə komanda adından ildönümü münasibətilə təbriki hesab olunur. Təbrikin həyata keçirildiyi forma "ünvan" adlanır. Ünvan təntənəli tədbirdə oxunur. Təbrik nitqləri və mətnlər etiket mətnlərinə aiddir. Xalqın nitqinin ənənəvi janrlarına salamlama nitqi, satış nitqi (reklam), məlumatlandırma nitqi, hesabat (iclasda, yığıncaqda) daxildir. İşgüzar ünsiyyətdə ictimai nitq, şifahi xalq nitqinin ümumi qaydalarına tabedir. Kütlə qarşısında nitq əvvəldən sona qədər maraqlı, cəlbedici və faydalı olmalıdır; kompozisiya baxımından düzgün tərtib olunmalı, giriş, əsas hissə və nəticə olmalıdır. İctimaiyyət qarşısında çıxış etmək təcrübəli, səriştəli natiqlərdən də hərtərəfli hazırlıq tələb edir və təcrübəsiz iş adamları üçün bu, çox vacibdir.
Nitq hazırlığı müəllifinə sevinc və qürur həyəcanı gətirən yaradıcı bir işdir. Bu hazırlıq, hər şeydən əvvəl, işin bütün mərhələlərinin ardıcıllığını əhatə edir. Qədim ritorik kanon nitqin hazırlanması və çatdırılmasının dörd mərhələsini müəyyənləşdirdi:
1) ixtira və ya tapıntı - bu mərhələdə gələcək nitq üçün lazım olan materialı toplayır və sistemləşdirirlər;
2) dispozisiya və ya yerləşmə - gələcək nitq müəllifi material üzərində düşünür, onu qurur, detalları birləşdirir, materiala şərh hazırlayır;
3) təfsir və ya düşüncənin verbal dizaynı - bu hissədə açar sözlərin ilk nəşri, əsas hissənin stilistik dizaynı, giriş və nəticənin tərifi, mətnin son nəşri aparılır;
4) xatirə və ya yadda saxlama - bu mərhələdə yazılı mətni zehni mənimsəmək, bəlkə də onu ürəkdən öyrənmək və ritorik olaraq mənimsəməyə çalışmaq lazımdır, yəni fasilə, səs modulyasiyası, mətnin qeyri-verbal dəstəyi və digər təzahürlərin lazım olduğu yerləri vurğulamaq fərdi danışma tərzi tələb olunur. Nitqdə təsirli bir nitq üçün bir iş adamının yalnız mövzunu seçməsi kifayət deyil, eyni zamanda nitqin məqsədi barədə düşünmək lazımdır.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
Mühazirə. Mühazirə əsasən ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur.
Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin görmə qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar, illüstrasiyalar, diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. Mühazirə idraki əhəmiyyət daşımalı, elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki materialın təhlilinə geniş yer verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir.
-Mühazırə zamana müəllimin səsi auditoriya ilə əlaqənin yaradılmasında böyük əhəmiyyət kəsb edir. Yəni nitqin monotonluğu tələbəni çox tez yorur, yuxugətirici olur. Bunun üçün də böyük auditoriyalardakı mühazirələrdə xüsusilə, hər tərəfində oturan tələbələrlə göz ünsiyyətində olmaq çox vacibdir. Hərdən bir mühazirəyə canlılıq vermək üçün bəzən yumordan da istifadə etmək lazımdır.
-Tələbəyönümlü metod daha effektli olur. Yəni, mühazirədə iştirak edənlərin hamısının müzakirələrə cəlb olunması (qrup halında, komanda halında və s.) yaxşı nəticə verir, heç kim kənarda qalmır. Burada "düşün, düşüncəni yoldaşınla, sonra qrupla bölüşdür" prinsipi də işləyə bilər.
- Ən effektli metodlardan biri də mühazirə zamanı interaktivlik məqsədilə sual-cavab modelidir. Bu forma tələbələri bütün mühazirə boyu diqqətli olmağa sövq edir.
- Mühazirə zamanı təlim texnologiyalarından istifadə, bəzi mövzuları slaydlar, kompüterlə təqdimatlar formasında vermək mühazirələrin səmərəliliyini, daha canlı olmasını və mənimsəmənin yüksək olmasını şərtləndirir. Amma unutmaq lazım deyil ki, bunlar ancaq bizim üçün bir vasitədir. Müəllim amili yenə də həlledicidir.
- Tələbəylə əks əlaqəni də unutmaq olmaz. Mövzu ilə bağlı dərsin bitməsinə 5-10 dəqiqə ərzində suallarla zala müraciət eləmək olar.
Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə məruzə deyilir. Məruzəni müxtəlif mövzu və şəraitdə aparmaq olar: məsələn, görülmüş işlərin yekunu ilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmi-praktik konfranslarda məruzə və s.
Hesabat məruzəsi - bu zaman rəsmi şəxs səlahiyyətli yığıncaq qarşısında görülmüş iş haqqında hesabat verir, onu təhlil edir və nəticələrini qiymətləndirir. Belə məruzə rəsmi xarakter daşıyır, orada eyni zamanda qarşıda duran fəaliyyət haqqında danışılır və vəzifələr müəyyənləşdirilir. Onun məzmunu həm müzakirə edilir, həm də hansısa hissələri izah edilir, Bəzən fəaliyyət üçün proqram kimi qəbul edilir.
Hesabat məruzəsi kollektiv yaradıcılığın nəticəsi ola bilər. Məruzədə bütün bölmə və müddəalarının düşünülmüş və ciddi dəlillərlə əsaslandırılmış olması, praktik istiqamətliliyi, nəticələrinin aydınlığı və tövsiyələrinin əsaslandırılmış olması tələb olunur.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir.
Mövzudan asılı olaraq məruzə həcmcə qısa və geniş ola bilər. Məsələn; hər hansı kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə nisbətən konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə fərqlənir.
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnində düzəlişlər aparılmalıdır.
Mitinq nitqi kəskin siyasi xarakter daşıyır və həmişə günün ən mühüm və ictimai baxımdan əhəmiyyətli probleminə həsr olunur, yüksək emosional gərginliyə malik olur, son dərəcə yüksək intonasiyası və pafosu ilə fərqlənir. Mitinq nitqi auditoriyanın hiss və meyllərini ifadə edir; onun məqsədi baş verənləri qiymətləndirmək və auditoriyanı inandırmaqdır.
Mitinqdə çıxış edən natiq yadda saxlamalıdır :
• Nitq lakonik olmalıdır;
• Nitqdə yalnız bir tezis olmalıdır;
• Artıq məlum olan dəlilləri təkrar etmək lazım deyil;
• Artıq dinlənilmiş nitqdəki ideyanı tənqid etmək olar, lakin onun müəllifinin şəxsiyytinə toxunmaq yolverilməzdir ;
• Nitq aydın, anlaşıqlı, emosional və dinamik olmalı, vərəqdən oxunmamalıdır.
Mitinq insanların konkret bir fəaliyyətə səfərbərliyini tələb edən məşhur daxili, xarici siyasi, yaxud beynəlxalq cari hadisəyə, və ya hansısa xüsusi hadisəyə (fakta) həsr oluna bilər.
Mitinqdəki nitq, bir qayda olaraq, həyəcanlı və ruhlandırıcı ola bilər. Yekun sözü parlaq, emosional baxımdan təsirli olmalıdır. Mitinqdə söylənən sözlər həmişə təsirli olub, ictimai həyatın bütün sahələrində böyük təşkiledici (yaxud dağıdıcı) əhəmiyyətə malikdir. (52.)
İstənilən halda o, parlaq emosionallığı, intonasiyasının son dərəcə dəqiqliyi və yüksək pafosu ilə seçilməlidir. Mitinqdə söylənən nitq 15-20 dəqiqə, bir saat da çəkə bilər. Mitinq nitqi mövzunun yeni istiqamətlərini aşkara çıxarmalı, təzə faktlarla möhkəmləndirilməli, bu səbəbdən də yeni şəkildə qəbul edilməlidir. Bu cür nitq çağırış səciyyəlidir və həmişə xarakterinə görə ümumi, vahid hiss və duyğuları təxirəsalınmaz məqsədə çatmaq üçün səfərbər etməyin ilk carçısı olur.
Çağırış - hansısa insan qrupuna müəyyən hərəkətə başlamaq müraciətidir. Müasir dövrdə daha çox kommersiya çağırışları eşidilir ki, onlar insanları hansısa məhsulu almağa, yaxud sərmayə yatırımı etməyə səsləyir, bəzən isə istənilən ticarət xidmətini təklif edir. Çox zaman kommersiya çağırışlarında birbaşa nitq taktikasından (alın, əldə edin və s. ) yox, dolayısı ilə (bilvasitə) –məsələn, satılan malın, təklif edilən xidmətin cəlbedici reklamından, malın keyfiyyətli, ediləcək alış-verişin sərfəli olması haqqında bu sahədə nüfuzlu sayıla biləcək və yaxud cəmiyyətin tanıdığı şəxsin rəyinin səsləndirilməsindən istifadə edilir.
Siyasi çağırışlar müxtəlif miqyaslı seçkilər dövründə, siyasi tədbirlərə (referendum, mitinq, etiraz aksiyası və s. ) hazırlıq zamanı, siyasi- iqtisadi sahədə böhran olduqda, artıq vaxtı yetişmiş problemin həlli tələb olunduqda fəallaşır. Siyasi çağırışın quruluşu hakimiyyətin müəyyən qurumuna (yaxud əhalinin müəyyən qrupuna, bəzən bütün cəmiyyətə) müraciətin səbəbi haqqında məlumatdan, onun mahiyyətindən (məhz nəyə, hansı hərəkətə çağırış edilməsindən) ibarətdir. Siyasi çağırışa xüsusi tələblər verilir – müraciətin səbəbləri kifayət qədər əsaslandırılmalıdır, çağırışın mətni yığcam və geniş əhali kütlələri üçün anlaşıqlı olmalıdır.
Şüar– qısa, aydın, yaxşı yadda qalan, tezisdən fərqli olaraq nə danışan, nə də dinləyənlər üçün heç bir əsaslandırma, yaxud isbat tələb etməyən ifadədir.
Şüar inandırıcı təsirin əhəmiyyətli ünsürüdür, lakin ondan sui-istifadə edilməməlidir. Bütün zamanlarda yüksək tribunadan arxasında heç bir iş dayanmayan şüarlarla danışan natiqlərin sayı az olmayıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanda Qarabağla bağlı edilən çıxışları, torpaqlarımızın mənfur düşməndən işğaldan azad olunması ilə bağlı verdiyi bəyanatlarda ruhlandırıcı şüarlar səslənir: –Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşısın Ali Baş Komandan! Şəhidlərimizin qanı yerdə qalmadı! Yaşasın Azərbaycan xalqı! Biz öz torpaqlarımıza qayıtdıq! Düşməni sona qədər qovduq! Ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Ruhlandırıcı nitq-şüarlar insanların hiss və arzularına yönələrək, ən yaxşı mənəvi duyğuların oyadılması məqsədi daşıyır, xalqın vətəndaşlıq borcunun şəxsi mənafedən üstün olması fikrinə istiqamətləndirir. Ruhlandırıcı nitqin əsas janrları bunlardır: hərbi vətənpərvərlik məzmunlu çıxışlar, salamlama, təbrik və başsağlığı nitqləri, dini natiqlik və s.
Hərbi vətənpərvərlik nitqi adətən komandir tərəfindən həlledici döyüş qabağı söylənilir. Əlbəttə, hərbi işdə natiqliyin ən müxtəlif növlərindən istifadə olunur. Lakin formasına və canr xüsusiyyətlərinə görə onlar sosial-siyasi və akademik natiqlikdən o qədər də fərqlənmir.
Son dərəcə qısa nitq - çağırış vətənpərvər xarakter daşıyır, mahiyyəti etibarilə sərtdir, həmişə qəhrəmanlıq ideyasına köklənmişdir, şəxsi igidlik, mərdlik göstərməyi tələb edir. Belə nitqin xüsusiyyətlərindən biri də onun müzakirə, xüsusilə də tənqid edilməyən olmasıdır.
Xarakterinə, çağırış intonasiyasına görə pafoslu, formasına görə lakonik, göstərişləri aydın və dəqiq olan hərbi vətənpərvərlik nitqi təkcə qəhrəmanlığa və hünərə çağırış yox, həm də əmrdir. Əgər belə nitq öz cəsarəti, hünəri ilə tanınmış şəxs tərəfindən söylənirsə, onu dinləyənləri xüsusilə ruhlandırır.
Lakin reklam xarakterli şüarlar da mövcuddur. Bunlar KİV–də hər kəsi yeni, maraqlı məmulatların alınması üçün çağıran şüarlarıdır.
İctimai-siyasi nitq. İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi nitq mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.
İstər keçmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. Keçirilən mitinqlər, nümayişlər, yığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur.
Siyasi natiqlikdə özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə nitqlərin təsiri nəticəsiz qalmır. İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən sonra qarşıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur.
İctimai-siyasi natiqlik əsasən mövcud iqtidarı müdafiə edir. Onun siyasi fikirlərini, məqsəd və vəzifələrini təbliğ edir. Müxalifət qüvvələrinin belə fikirlərlə razılaşmaması ziddiyyətli fikirlərin meydana gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişafına təkan verir.
İctimai-siyasi natiqliyin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, xalqa xidmət edir. Onun mənafeyini hər şeydən üstün tutur. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu xüsusiyyətlər onu digər növlərdən fərqləndirir.
İctimai-siyasi natiqliyin əsas xüsusiyyəti xalqa xid¬mət etməsidir, xalqın mənafeyini hər şeydən üstün tut¬masıdır. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan pro¬blemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzər-diqqəti cəlb edir. Məhz, bu xüsusiyyətlər onu natiqliyin digər növlərindən fərqləndirir.
Akademik nitq. Ali məktəblərdə oxunan mühazi¬rələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik nitqi digər növlərdən fərqləndirən əsas xüsusiyyəti ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. Hər bir natiq mühazirəyə hazırlaşar¬kən ona yaradıcı yanaşır, verilən sualları elmi əsas¬larla şərh edir.
Akademik nitqin əsas məziyyətlərindən biri möv¬zunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Hər hansı bir ixtisas sahibi hazırladığı mühazi-rəni dinləyicilərin səviyyəsinə uyğun qurmalı və müəyyən ümumiləşmələr aparma qabiliyyətinə ma¬lik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu nitqin təsir gücünü artırır.
Məhkəmə nitqi. Natiqlik sənətində ən qədim tarixə malik məhkəmə nitqi demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir. Qədim yunan hökmdarlarından Solonun islahatlarından sonra özünü müdafiə nitqlərinin yaranması, loqoqrafların yetişməsi məhkəmə natiqlik sənətinin bünövrəsini qoydu. Qədim Yunanıstanda Demosfen, Lisi, İsey, Romada Siseron, Fransada andlı məhkəmələrdə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, Konn kimi natiqlərin yetişməsi böyük bir məktəbin ya¬ranmasına gətirib çıxardı.
Məhkəmə nitqi müttəhimin müdafiəsi üzə¬rində qurulur və ədalətin zəfər çalması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir. Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə olunur.
Məhkəmə nitqinin digər növlərdən fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, o, hüquq, psixologiya, məntiq, pedaqogika, dil, ədəbiyyat və digər elmlərlə sıx şəkildə bağlıdır.
Məhkəmə nitqində əsas məsələlərdən biri müttə¬himin son söz söyləməsidir. Bu son söz, adətən, ibrə¬tamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşiman olduğunu bildirir. Bir də heç vaxt cinayət törət-məyəcəyinə söz verir.
Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını ha¬kimdən tələb edir. Hakim isə müttəhimin cavan və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətlərini nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.
Məhkəmə natiqliyi öz məzmun, forma və quru¬luşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlili və şərhini ustalıqla yerinə yetirməlidir. Vəkil isə qanunların aliliyini gözləməklə, müttəhimin hüquqlarını müdafiə etməli, həm də şahidlərin nitqini düzgün və dəqiq izləməli, üst-üstə düşməyən fikirləri təkzib etməlidir.
Məhkəmə nitqi, əsasən, rəsmi xarakter daşıyır. Hadisələrin gedişi sübutlar, dəlillər, faktlar əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur.
Məişət nitqi. Məişət nitqinin tarixi qədim olub xalq həyatının, məişətinin inkişafını əks etdi¬rir.
Məişət nitqinin bir sıra qolu indi də yaşama¬qdadır. Qəbirüstü nitqlər, nekroloqlar bu gün də davam etdirilir. Bu nitq növünün ən geniş yayılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, toylarda, do¬ğum günlərində, mərasimlərdə söylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda olur. Burada, nitqin səmimiyyəti, arzu və istəklər əsas yer tutub çıxışın əsasını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, məişət anlayışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. Natiqlik sənətinin digər növləri və onların qolları məişət natiq¬liyi ilə sıx əlaqədardır.
Dini natiqlik. Geniş yayılmış dinlərdən ən sonuncu və bəşəri olanı islamdır. Sövet dövründə bütün dinlər, o cümlədən islam dini yasaq olunmuş, dindar¬lar təqib edilmiş, dini adət və ənənələrə qadağa qoy¬ulmuşdu. Azərbaycan Respublikasının dövlət müstə¬qilliyi şəraitində dini etiqad azaddır. Məscidlər müstəqil fəaliyyət göstərir. Dindarlar sərbəst ibadət edirlər. Hazırda islam aləmi ilə əlaqələrimiz genişlə¬nir, gediş-gəliş artır, qarşılıqlı yardım güclənir.
Hər bir dinin, o cümlədən islam dininin faydalı cəhətləri çoxdur. Hələ islamdan xeyli əvvəl Azərbaycan ərazisində yaranmış Zərdüşt dinində xeyli bəşəri fikirlər irəli sürülmüşdü. Bu dinin yaradıcısı olan Zərdüştün fikirləri «Avesta» adlı kitabda şərh edilmiş¬dir. İslam dini adamları paklığa, halallığa, gözəlliyə, sağlamlığa yönəltməklə bərabər bədxahlığa, pisliyə qarşı amansız olmağa çağırır. Məhəmməd Peyğəmbərin hədislərində deyilir: «İnsanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur»; «Ən yaxşı adamlar bilikli adamlardır», «Biliksiz olan və bilik əldə etməyə çalışmayan adamlardan cəmiyyətə, xalqa xeyir gəlməz». Dini əqidəyə görə heç kəs təqib olunmur və hazırda doğma dilimizdə Quranı oxumaq imkanı yaranmışdır. İslam dinində halallığa, rəhmdilliyə, ədalətə, elmə, tərbiyəyə dair bəşəri fikirlər geniş təbliğ edilir
Natiqlik sənətinin bu növü (dini natiqlik) nisbətən, sonrakı dövrlərdə yaranmışdır. Qədim zamanlarda təbiət qüvvələri qarşısında aciz qalan insanlar mücərrəd anlayışlara əl atır və özləri üçün çıxış yolu axtarırdı. Lakin orta əsrlərdə özünə möhkəm yer eləmiş din öz ideyaları ilə yaşayıb inkişaf edirdi. Məsələn, İranda, Əfqanı¬standa, Avropada, Romada məscid və kilsələrdə fəa¬liyyət göstərən din xadimləri mülahizələrimizə nümunə ola bilər.
Azərbaycanda dini natiqlik ərəblərin hakimiyyəti illərin¬də geniş vüsət aldı. Ərəbizm, ərəbçilik siyasəti və islam dininin təbliği bu natiqliyin təməl daşının daha da möhkəmlənməsinə səbəb oldu. Azər¬baycanın ən ucqar kəndlərində açılan dini məktəblər, mədrəsələr, dini natiqliyin çiçəklənməsinə təkan verdi. Bu illərdə dini natiqlik «bəlağət» adı ilə tədris edilməyə başladı. Məscidlərin tikil¬məsi, müqəddəs günlərin bayram edilməsi (bu ənənə Azərbaycan müstəqillik qazanandan sonra da xalqımız arasında geniş təbliğ olundu; məsələn, orucluq bayramı, qurban bayramı, müqəddəs aşura günü və s.) xalqın şüurunda özünə yer tapdı. Doğrudur, məscidlərdə fəaliyyət gö¬stərən bəzi din xadimləri tənqid atəşinə tutulurdu. Amma bütünlükdə İslam dini xalqın inam yeri, müqəddəs qibləgahı hesab olunurdu. Dini ənənələr yaşadıqca təkmilləşdi və özü ilə bərabər dini natiq¬liyin nümunələrini də qoruyub saxladı.
Yüklə 23,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin