Fәaliyyәt
1
13
ELEKTRON CƏDVƏLDƏ DİAQRAMLAR
• Mətn redaktorunda diaqramlar necə qurulur?
• Diaqramların hansı növləri ilə tanış olmusunuz?
Xәtti diaqram
Dairәvi diaqram
Lahiyələrim
>
İnformatika
>
Elektron cədvəllərdə diaqram
1. Microsoft Excel elektron cədvəl proqramını başladın.
2. Azərbaycan Respublikasının əhalisi ilə bağlı aşağıdakı cədvəli qurun. Cədvəlin
başlığını A1 xanasına yazın, cədvəlin özünü isə A3:J5 xanalar diapazonuna
yerləşdirin.
Әhalinin yaş qrupları üzrә bölgüsü (2015-ci ilin әvvәlinә)
0-9
10-19
20-29
30-39
40-49
50-59
60-
69
70 və
yuxarı
Cəmi
əhali
Әhalinin sayı
(min nәfәrlә)
1489,1 1427,5 1866,5 1465,1 1305,9 1170,7 473,1 395,1 9593,0
Әhalinin sayı
(faizlә)
15,6
14,9
19,4
15,3
13,6
12,2
4,9
4,1
100
3. Fayla uyğun ad (məsələn,
Azәrbaycan әhalisi) verib saxlayın.
Nәticәni müzakirә edәk:
- Ölkəmizdə 50 yaşadək nə qədər əhali var?
- Bu cədvəli sütunlu, yoxsa dairəvi diaqramla göstərmək daha əlverişli olar?
Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və keyfiyyətlə
emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani və anlaşıqlı
edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə diaqramlardır.
Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub.
Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə gözə
çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.
Elektron cədvəl proqramlarında xətti, dairəvi, sütunlu və başqa növ diaqramlar
qurmaq mümkündür.
Çevir
Histoqram
Sözlük
•
Diaqram
•
Xətti diaqram
•
Dairəvi diaqram
•
Histoqram
•
Legenda
Xәtti diaqram, yaxud
qrafik dəyişənlərin necə dəyişməsini göstərmək üçün
verilənlərin qiymətlərinin düz xətlərlə birləşdirildiyi diaqram növüdür.
Dairәvi diaqram faiz qiymətlərini dairənin, yaxud diskin sektorları kimi göstərən
diaqram növüdür. Belə diaqramda hər bir bölmə (sektor) uyğun qiymətin bütün
qiymətlər cəmində nisbi payını (faizlə ifadə olunmuş) əks etdirir.
Histoqram, yaxud zolaqlı diaqram (sütunlu diaqram) müxtəlif hündürlüklü (enli)
şaquli və ya üfüqi zolaqlardan ibarət olan qrafik növüdür. Bu zolaqların hər biri
verilənlərin müəyyən qiymətinə uyğundur ki, bu da onların kəmiyyətlərinin nisbətini
müşahidə etməyə imkan verir.
Elektron cədvəldə bir sətirdə, yaxud bir sütunda yerləşmiş verilənlərə sıra deyilir.
Diaqram qurarkən öncə sıraları seçdirmək, sonra isə diaqramın tipini seçmək
lazımdır. Diaqram özü mürəkkəb obyekt olub aşağıdakı elementar obyektlərdən
təşkil olunur: sıra, ox, başlıq, legenda, qurulma sahәsi.
Diaqram istər bir sıraya, istərsə də bir neçə sıraya görə qurula bilər. Seçdirilmiş
xanalar diapazonu üçün diaqramın qurulması bir neçə verilənlər sırası üzrə aparılır.
Bu halda hər bir sıra olaraq seçdirilmiş diapazonun uyğun sətri,
yaxud sütunu götürülür. Başlığı istifadəçi müəyyənləşdirir və o,
adətən, diaqramın üstündə yerləşdirilir. Diaqrama legenda –
sıraların adlarının, başqa sözlə, dəyişənlərin işarələrinin
siyahısını da əlavə etmək olar. Oxlarla əhatə olunmuş qurulma
sahәsi verilənlər sırasını yerləşdirmək üçün nəzərdə tutulub.
Nəticələrin təhlilini əlverişli etmək üçün qurulma sahəsinə tor da
əlavə etmək olar.
Fәaliyyәt
2
1. Azәrbaycan әhalisi adlı elektron cədvəl faylını açın.
2. Bu cədvələ uyğun diaqram qurmaq üçün öncə A3:I4 xanalarını seçdirin.
3. Insert menyusunda Charts bölümündə Pie düyməsini çıqqıldadın. Dairəvi diaqramların
müxtəlif növləri təklif olunacaq.
4. Birinci variantı seçin. İş sahəsində kiçik çərçivədə dairəvi
diaqram qurulacaq. Diaqramın sağında görünən legenda tam
deyilsə, çərçivədəki tutacaqlardan "tutub dartaraq" çərçivənin
ölçülərini o qədər böyüdün ki, legenda tam yerləşsin.
5. Eyni zaman alətlər zolağında diaqramın tərtibatını və
üslubunu kökləmək üçün variantlar əks olunacaq. Birinci
tərtibatı (Layout 1) və onuncu üslubu (Style 10) seçin.
6. Diaqramın sektorlarında yaş qrupları və hər yaş qrupundan olan əhalinin faizi
görünəcək. "Әhalinin sayı (min nәfәrlә)" yazılmış başlıq sahəsini çıqqıldadın və həmin
sahəyə "Azәrbaycan Respublikasında әhalinin yaş qrupları üzrә bölgüsü (2015-ci ilin
әvvәlinә)" cümləsini yazın.
7. Faylı mövcud adı ilə saxlayın.
Araşdıraq-
öyrәnәk
Sonuncu diaqramdakı faiz qiymətlərini dərsin başlanğıcında verilmiş
cədvəlin "Əhalinin sayı (faizlə)" sətrindəki qiymətlərlə müqayisə edin. Diaqramda
qiymətlərin nə üçün yuvarlaqlaşdırıldığını aydınlaşdırmağa və kəsr hissələri "bərpa etməyə"
çalışın.