91. Dialoq üslubu Danışıq nitqi öz təbiəti etibarilə dialojidir. Dialoq iki nəfərdən az olmayan adamlar arasında müsahibədir. Dialoq prosesində adam müsahibindən nəyi isə xəbər fəaliyyətə qoşur. Şifahi nitqin geniş yayılmış forması olan dialoq nitq ünsiyyətinin təbiiliyini təmin alır, onu edir.Üslubuna görə dialoq danışıq dilidir. Akademik L.V.Şerba yazmışdır ki, dialoq «...öz aralarında ünsiyyət saxlayan iki fərdin, müsahibin situasiyasını və ya dediklərini müəyyənləşdirən qarşılıqlı əməliyyatdan iba ratdir. Dialoq mahiyyət etibarilə replikalar zənciridir» Dialoji nitqdə bir-birini əvəz edən replikaların köməyi ilə nitq reaksiyası yeni istiqamət alır. Danışanla dinləyən tez-tez rollarını dəyişirlər. Replikanın sərhədi müsahiblərdən birinin nitqinin qurtarmasına, digəri ninkinin başlanmasına xidmət edir. Replika müsahibinə sual vermək, onun sualına cavab vermək, dediklərinə etiraz etmək, mühakimə yürütmək, əlavələr etmək, münasibət bildirmək və s. şəklində özünü göstərir. Dialoq bəzilərinin təsəvvür etdikləri kimi bir-biri ilə məntiqi əlaqəsi olmayan sual-cavab deyil, bir məzmun ətrafında söhbətdir. Dialoqdakı replikalar arasında məna əlaqələri olmalıdır. Bu isə dialoji nitqdə şəraitin və danışıq mövzusunun ümumi olmasını təmin edir. Dialoqda iştirak edənlər heç bir hazırlıq olmadan müsahibin reaksiyasına əsasən söhbətə qoşulurlar. Ayrılıqda dialoqun iştirakçılarının replikaları bitmiş mənaya olmur, lakin onların hamısı dialoji vəhdətdə qavranılır.Dialoji nitqin yığcamlıq, lakonizm kimi sintaktik xüsusiyyətləri var. Dialoq bəzən məişət mövzuları ilə, bəzən isə mücərrəd mövzularla bağlı olur. Məişət mövzusunda situastiv dialoqlar adi danışıq dili üslubunun prinsip lərinə uyğun qurulmaqla jestlər mimikalarla zənginləşir. Danışıq dilinə xas olan emosionallıq və ekspressivlik dialoji nitqdə öz əksini tapır. Danışı və anlamanı özündə üzvi şəkildə birləşdirən dialoq qavrama vərdişlərinin və fikir irəli sürmək bacarığının inkişafına imkan yaradır. Dialoji nitq xarici stimullarla motivləşir. Belə ki, xarici şərait əyani situasiyanın köməyi ilə - birinci replika yaranır. Bununla da uşaqda lazımi fikir söyləmək üçün müəyyən morfoloji formadan sintaktik strukturdan istifadə etməyi stimullaşdırmaq imkanına malik olur. Dialoq prosesində lüğət ehtiyatından istifadə etməyin özünəməxsus, xüsusiyyətləri var. Belə ki, uşaqlar modal sozlər bağlayıcalar, nidalardan, əsasən, sadə cümlələrdən istifadə edirlər. Sintaktik əlavələr arasında qırıqlıq olur, bir çox hallarda yarımçıq cümlələrlə cavab verirlər, lakin belə cümlələr anlaşılır. Tədricən uşaqlarda belə hallara şüurlu münasibət yaranır. Dialoji nitqdə standart konstruksiyalı nitq ştamplarından istifadə olunur.