1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə80/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   76   77   78   79   80   81   82   83   84
????AZƏRBAYCAN DİLİ

92. Monoloq üslubu
Monoloji nitqdə şifahi dialoqda işlənən danışıq üslubunun eyhamlı ifadə və cümlələrdən istifadə olunur: məsələn, «Sənin oyuncağın mənə çox lazımdır.» (yəni "Sənin oyuncağın mənə lazım deyil."), «Məndən bir də kömək görərsən!»>, (yəni «Məndən bir kömək görmə yəcəksən»), «Bəh-bəh, nə yaxşı oxuyursan» (yəni <Monoloq danışanın öz-özünə müraciətlə söylədiyi nitqdir. Monoloqun məqsədi müəyyən faktları xəbər vermək, müəyyǝn hadisələri təsvir etmək, onların haqqında sadə mühakimə yürütməkdir. Deməli, uşaq bağçalarında monoloq, əsasən, nəqli xarakter daşıyır. Monoloji nitq nitqin ən mütəşəkkil növü olub, danı şandan bütün monoloqu bir tam kimi planlaşdırmağı tələb edir. Monoloji nitqdə kontekst daxilindəki cümlələr arasında məntiqi əlaqə olur. Burada fikirlərin yardıcılığı ön plana çəkilir.
Dialoq danışıq üslubudursa, monoloq kitab üslubudur. Monoloji nitq məzmununa, sintaktik tərkibinə, yazılı nitqə yaxınlaşır. L.V. Şerba yazmışdır: «...Dialoqun danışıq nitqinin əksinə olaraq ədəbi dilin əsasında monoloq durur... Monoloq artıq fikirlərin şifahi şəkildə yüngülləşmiş mütəşəkkil sistemidir... Hər hansı monoloq ədəbi əsərin rüşeymidir»>. Monoloq daha mürəkkəb sintaktik quruluşa malik olması, daha geniş məzmunu əhatə etməsi ilə səciyyələnir. Monoloji nitqdə yarımcıq cümlələr işlənmir. Kontekst daxilində cümlələrin məntiqi əlaqəsi olur. Monoloji nitq daha çox daxili motivlərə görə stimul laşdırılır. Onun məzmunu və vasitələri danışan tərəflə müəyyən edilir. Monoloji nitq daha düşünülmüş, etibarilə daha məhdud, az situativ və daha kon tekstualdır. Ona görə də nitqin bu növündə daha mürək kəb sintaktik konstruksiyalardan istifadə edilməklə fikir tam ifadə olunur.
Sırf nəqli xarakterli monoloqla yanaşı, təsviri və mühakimə xarakterli monoloq da mövcuddur. Əgar nəqli monoloqda faktlar, planlaşdırılmış və ya yerinə yetirilmiş tədbirlər bir-birinin ardınca çatdırılırsa, təsvir xarakterli monoloqda əşya və ya hadisənin əlamətləri, xassələri ardıcıl sadalanır. Mühakimə xarakterli monoloqda səbəb-nəticə münasibətlərində olan faktlar haq qında məlumat verilir. Mühakimə məntiqi cəhətdən ardıcıl formada ifadə olunan bir çox fikirlərin əqli nəticəsidir. Fikri mühakimə şəklində ifadə etmək uşaqdan düşünməyi, əşya və ya hadisə haqqında fikir söyləməyi tələb edir.



Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin