1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə51/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   47   48   49   50   51   52   53   54   ...   84
????AZƏRBAYCAN DİLİ

57. Məişət üslubu
Bu üslüb, adından da göründüyü kimi, ailə-məişət sferasında olan ünsiyyət tarzidir. Bu üslubu bəzən danışıq, bəzən rəsmi üslub hesab edirlər. Məişət üslubu müəyyən mənada azad üslub dur. Bu canlı xalq danışıq dili öz sərbəstliyi ilə təzahür edir. Bu üslubda norma sərhədi "məhdudluğu zəifdir. Burada terminlərǝ, poetik ifadələrə yol verilmir. Kimya üzrə mütəxəssis, alim evdə, ailədə su əvəzinə H₂O və yaxud xörək duzu əvəzinə NCI deyə bilməz. Məişət üslubu teleqram üslubuna oxşayır. Burada uzun-uzadı mürəkkəb cümlələrə, fikrin dolaşıq ifadəsinə, poetik ifadələrlə bəzədilməsinə yol verilmir. Ata nə qədər böyük vəzifədə olur, olsun ona Siz deyə müraciət etmək olmaz.Bu üslubda xalq danışıq dili bütün müsbət və mənfi (vulqar sözlər nəzərdə tutulur) cəhətləri ilə təzahür edir. Ailənin, onun hər bir üzvünün təhsilindən, tərbiyəsindən, ümumi mədəni səviyyəsindən asılı olaraq dilin lüğət tərkibinin layları üzrə sözlərişlədilir. Əks təqdirdə vulqar söz və ifadələr dildə yaşamazdı. Məişət üslubunda danişanın elmi səviyyəsi və tərbiyəsi apancı rol oynayır.Məişət üslubunda rəsmi yığıncaqlarda işlədilməyən bir sıra sözlərin - köməkçi ad kateqoriyalarının işlədilməsina yol verilir. Məsələn, rəsmi yığıncaqlarda ictimai yerlerdə adamları ləqəbi ilə adlandırmaq olmaz (ləqəblər hər hansı bir adama başqaları terəfindən, onun özünün xəbari olmadan, müəyyən cəhəti, xüsusiyyəti nəzərə alınaraq verilir).Məsələn, İclasda sədrlik edən adam heç vaxt deyə bilməz: Söz verilir Cin Məşədi Hüseynə!Və yaxud ictimai yerdə, «Salam, Meymun Hüseyn necəsan? -demak olmaz»>.Amma məişətdə ləqəblə adlandırılan adamın özü iştirak - etmədikdə eyni adlı adamları məhz ləqəbi ilə bir-birindən ayırırlar. Ləqəblər həmişə addan avval gəlir. Məsələn, At Hüseyn, It Əlisi, Daş Mammad, Dingir Vali, Vremya Kubra
Obiri kitabdad avar diye onuda elave edirem iim hansin isdese oxuyar beybilerim
MəiĢət üslubu və onun yaranma Ģəraiti.Məişət üslubu – gündəlik həyatda insanların bir-biri ilə ünsiyyət saxladığı dildir. Məişət üslubu adi danışıq dilidir – insanların bir-biri ilə hal-əhval tutduğu dildir. Məişət üslubu kitab-qəzet dili deyil, eyni zamanda məhəlli səciyyə də daşımır. Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır.Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur. Məktəbdə dərs zamanı müəllim də, şagird də bu üslubda danışır, bu üslubda fikirlərini ifadə edirlər. Məişət üslubu istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərinə görə yazılı ədəbi dildən fərqlənir. Burada sözlər orfoepik normalara uyğun şəkildə tələffüz olunur, cümlələr də quruluşuna görə yazılı ədəbi dildəki ilə müqayisədə fərqlənir.Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır. Məişət üslubunun canı dialoji nitqdir. Dialoji nitq dedikdə iki nəfərin gündəlik həyatda üzləşdiyi zaman istifadə etdiyi dil, üslub nəzərdə tutulur. Məişət üslubunun sərbəstliyi və yığcamlığı dialoji nitqdə daha qabarıq şəkildə özünü göstərir. Dialoji nitqdə intonasiya və jest-hərəkət mühüm rol oynayır, yarımçıq cümlələr çox işlənir.Bədii ədəbiyyatda da məişət üslubunun təsiri açıq-aşkar özünü göstərir. Bir çox şair və yazıçılar (məsələn, M.Ə.Sabir,
C.Məmmədquluzadə və s.) əsərlərində məişət üslubundan – canlı danışıq dilindən uğurla bəhrələnmişlər.Məişət dili yazılı dildən fərqlənir. Yazılı dil əvəzinə ―ədəbi dil‖ termini də işlənir, çünki o, bilavasitə yazıda təzahür edir. Buna görə də yazılı dil ədəbi nitq forması sayılır. Məişət üslubu isə yalnız şifahi şəkildə mövcuddur. Bu baxımdan məişət üslubu ədəbi dilə qarşı durmuş olur. Bununla belə, məişət üslubu nə loru nitqdir, nə də məhəlli səciyyə daşıyır. Məişət dili dialektüstü nitq formasıdır, yəni ədəbi dilin sərbəst və şifahi nümunəsidir.Bədii, elmi və publisistik üslubun nümayəndələri şifahi nitqdə məişət üslubundan istifadə edirlər. Deməli, müxtəlif üslubların nümayəndələri ünsiyyətdə olduqda məhz bu üslubda birləşirlər.Onu da yadda saxlamaq lazımdır ki, insanların yazılı və şifahi nitqləri eyni olmur.Qeyd: Loru dil yonulmamış, pinti danışıq şəklidir. Loru söz (kobud əvəzinə köntöy), loru ifadə (məs: fürsəti əldən vermək yerinə gönü suya vermək) anlayışları da var.Məişət dili danışıq dilidir. Danışıq dilinin qarşılığı isə yazılı dildir. Yazılı dil şifahi danışıq dilinin əsasında formalaşır. Yazılı dil çox vaxt ədəbi dilin sinonimi kimi formalaşır.Ədəbi dil üslublar sistemidir. Ədəbi dilin yaranması üslubların müəyyənləşməsi deməkdir.Ədəbi dilin üslubları danışıq dilinin əsasında və danışıq normasından uzaqlaşma yolu ilə yaranır. Sonralar ədəbi dil öz yazılı üslubları ilə inkişafının yüksək mərhələsinə çataraq xalqın dilinin, canlı ünsiyyətinin təbiiliyindən uzaqlaşır. Bu zaman ədəbi dil qəlibə, şablon dilə çevrilir. Belə olduqda insanlar bir-biri ilə ünsiyyətdə təbii danışığa ehtiyac hiss edirlər. Ədəbi dilin bu səviyyəyə çatması, həm də cəmiyyətdə mədəni səviyyənin yüksəlişi, maarifin genişlənməsi ilə insanların öz gündəlik ünsiyyətində məhəlli nitqdən, yerli şivəçilikdən uzaqlaşma meyilləri yaratmış olur. Yəni bu zaman ədəbi normativli dil insanın gündəlik məişətinə bu və ya digər dərəcədə təsir etmiş olur. Beləliklə, ədəbi dilin şifahi təzahürü – məişət üslubu yaranır. İndiki halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən sayılır.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin