1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə49/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   45   46   47   48   49   50   51   52   ...   84
????AZƏRBAYCAN DİLİ

53. Ədəbi dil və üslublar
Üslub – dil vasitələrindən məqsədyönlü istifadə olunur. Bu üsulları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Funksional üslublar bütövlükdə ədəbi dilin fonetik, leksik, qrammatik normaları bütün funksional üslublar üçün məcburidir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən bir görkəmli şair və yazıçıya aid olur. buridir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən bir görkəmli şair və yazıçıya aid olur.
:Azərbaycan ədəbi dilinin funksional üslubları:
Ədəbi üslub.Azərbaycan ədəbi dilinin bədii, elmi, publisistik, məişət, rəsmi-işgüzar funksional üslubları vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqasından fərqləndirir. Bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik normasına tabe olur. Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi publisistik üslub və digər funksional üslublarla bağlıdır.
53 cü suala digər üslublar haqqındada yazın, bədii,elmi,publisistik və s.
54. Üslub nədir? Fərdi üslub.
Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun müxtəlif üslublara malik olmasıdir.Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. Məsələn: dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz.Dilin üslubu dedikdə ümumi üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallıgını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır. Elə buna görədir ki, Səməd Vurğun demişdir: ―öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq şair üçün səadətdir! Başqalarından söz, düşüncə və duyğu pərdələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.‖Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqə-dar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkən yaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də alim-müəllim və digər qrup ziyalıların böyük
xidməti olur.Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlərindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilikdə üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə öyrənilir.Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubisistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.
Fərdi üslub(nitq)
Fərdin şifahi və yazılı nitqində özünəməxsus xüsusiyyətlər olur.Həmin xüsusiyyətlər bütövlükdə fərdi üslubu təşkil edir.Fərdi üslub hər fərdin özünəməxsus, xarakterik üslubudur.Fərdi üs- lubun ən qabarıq təzahürü ədəbi üslubdadır.Çünki bədii üslub hər bir fərdin, müəllifin keçirdiyi ovqatın, emosiyaların əksidir. Deməli, bədii əsərdə fərdilik daha qabarıq, daha güclü olur. Bu mənada ―Nizami dili‖, ―Nəsimi dili‖, ―Sabir dili‖, ―Füzuli dili‖ ―Nəbi Xəzri dili‖, ―Bəxtiyar dili‖, ―Rəsul Rza dili‖, ―Hüseyn Arif dili‖ ifadələri fərdi üslubu əks etdirir.Fərdi üslub digər funksional üslublarda da özünü göstərə bilir. Belə ki, elmi, publisistik, məişət üslublarında da nitq fərdiliyi müəyyən qədər olur. Rəsmi-işgüzar üslubda fərdilik, demək olar ki, yoxdur. Fərdi üslub dövrlə də bağlıdır.Məsələn, S.Vurğunun 30-cu illərdə yazdığı əsərlərin dili ilə 50-ci illərdəki əsərlərinin dili, ifadə tərzi fərqlidir.
-55. Bədii üslub
Fikrin bədii ifadə və təsvir vasitələri ilə ifadə olunmasına bədii üslub deyilir. Bədii üslub eyni zamanda bədii dil də adlanır.Azərbaycan ədəbi dilində bədii üslub xüsusi yer tutur. Bu üslub tarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir.Bədii üslubun iki forması vardır: nəzm üslubu və nəsr üslubu.Bədii üslubun bu formaları bir sıra cəhətlərinə və əlamət-lərinə görə bir-birindən fərqlənir. Məsələn, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur; belə ki, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır və s. Lakin nəsr əsərlərində isə bu ölçülər hazırkıdövrdə nəzərə alınmır (ədəbiyyatımızda qafiyəli nəsr də olmuşdur).Bədii üslubun hər iki formasında janrlarla əlaqədar bir sıra üslublar da olur; məsələn, qəzəl üslubu; qoşma üslubu; hekayə üslubu; dram üslubu; satira üslubu və s.Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, bunlar onu başqalarından fərqləndirir. Həmin fərqlər, əsasən, aşağıdakı sahələrdə özünü göstərir.Söz seçməkdə. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və oradan rəngarəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan
istifadə etməsin. Dildə hər nə varsa bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir. Bununla bərabər həmin üslubda sözlərin məna qruplarından – eyni səslənməyə malik müxtəlif sözlərdən (omonim); müxtəlif formalı, lakin yaxın məna ifadə edən sözlərdən (antonom) bədii ifadə vasitəsi kimi çox geniş istifadə olunur. Bütün bunlar isə oxucu və ya dinləyicinin bədii zövqünü oxşamağa qüvvətli təsir göstərir.Sözlərin işlədilməsində. Bədii ədəbiyyat dil sahəsində geniş novatorluq meydanıdır. Burada mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları çox müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətdə işlətmək olur.Bədii ədəbiyyatda ayrı-ayrı sözlərdən yeni mənalarda istifadə olunması. Onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası dildə müəyyən obrazlılıq əmələ gətirir. Bədii ədəbiyyatda məcazların müxtəlif formalarından olduqca geniş şəkildə istifadə edilir. Buna görə də bədii üslub obrazlı olur və bucəhətinə əsasən digər üslublardan fərqlənir.Qrammatik vasitələrin istifadəsində. Bədii üslubda bəzi dil vasitələrinə bədii meyarla yanaşılır. Bu və ya başqa bir vasitə bədii qanunlara müvafiq olaraq bədii zərurət əsasında işlənilir. Bədii üslubda sintaktik fiqurlar – ritorik suallar, bədii nidalar və xitablar çox işlənir. Bu da öz növbəsində onu başqa üslublardan fərqləndirir.Fonetik materialın istifadəsində. Bədii üslubda dilin səs sistemi bir növ estetik təsir vasitəsinə çevrilir. Xüsusən poeziyada gözəl ahəng, musiqilik səslərlə yaradılır. Eyni zamanda, səslərin fonetik sıralanması vasitəsi ilə bəzən ifadənin təsiri də qüvvətləndirilir. Belə bir vəziyyət, əsasən, bədii üslub üçün xarakterikdir. Sitatlardan istifadə. Bədii üslubda sitatlardan geniş istifadə olunur. Burada işlənilən hər bir poetik sitat öz vəzifəsinə görə elmi sitatdan fərqlənir. Poetik sitatlar bədii surətlərin nitqini fərdiləşdirmək və s. kimi üslubi cəhətlər üçün işlənilir.Epiqrafların verilməsində. Bədii üslubda epiqraflara tez-tez müraciət olunur. Hər bir epiqraf mətnin əvvəlində verilərək həmin mətnin məzmunu ilə uyğun gəlir. Bunların vasitəsilə müəllif ifadə olunan fikrin təsirini daha da artırır.Bədii üslub bütün öz xüsusiyyətləri ilə olduqca obrazlı, emosional və ekspressivdir. Bu üslub başqa üslublara nisbətən xalq danışıq dilinə daha yaxındır. Hazırda Azərbaycan ədəbi dilinin bədii üslubu çox inkişaf etmişdir. Bu üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da təkmilləşir.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin