1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə50/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   46   47   48   49   50   51   52   53   ...   84
????AZƏRBAYCAN DİLİ

56. Elmi üslub
Fikrin elmi şəkildə ifadə olunması elmi üslub adlanır. Elmi üsluba eyni zamanda elmi dil də deyilir. Elmi üslubda obrazlılıq, emosionallıq olmur. Buraya bütün elmi və metodik əsərlərin dili daxildir.Azərbaycan ədəbi dilində elmi üslub bədii üslubdan sonra formalaşmağa başlamışdır. Bu üslub tarix boyu geniş təkmil-ləşmə və inkişaf yolu keçirmişdir. Hazırda elmin bütün sahə-
lərinə dair bu üslubda mükəmməl elmi əsərlər yaradılır. Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılarla müəyyənləşir.Fikrin elmi izahı. Elm – təbiət və cəmiyyət qanunlarını aydınlaşdırır. Buna görə də elm mövcud anlayışlara dair dəqiq izahat tələb edir; müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bu xüsusiyyət elmi üslubu digər üslublardan fərqləndirir.Terminlərin çox işlənməsi. Məlum olduğu kimi termin elmin əlifbasıdır. Elə buna görə də elmi üslubda elmin müxtəlif sahələrinə dair aparılan tədqiqatla əlaqədar terminlərdən geniş istifadə olunur.Sözün həqiqi mənada işlənməsi. Elmi üslub üçün əsas əlamətlərdən biri sözü ilk mənasında işlətməkdir. Bu üslubda sözlərin məcazi, yaxud bir neçə mənada işlədilməsinə əsasən yol verilmir. Çünki elmi üslubda sözlərin çoxmənalılığı bəzən dolaşıqlığa, anlaşılmazlığa səbəb ola bilir.
Xüsusi ifadələrin işlənilməsi. Elmi üslubda bu və ya digər məsələ şərh olunarkən ―tədqiqat göstərir ki, ‖ ―belə nəticəyə gəlmək olur ki‖, ―bu nöqteyi – nəzərdən‖ və s. kimi xüsusi ifadələrdən tez-tez istifadə olunur. Bunlar elmi üslubun xüsusiyyətləri ilə bağlı ifadələrdir.
Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması. Elmi üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürəkkəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir.Müxtəlif işarələrin işlədilməsi. Ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif işarələr sistemindən istifadə edilir. Dialektlərə aid yazılmış əsərlərdə transkripsiya ilə əlaqədar işarələr buna misal ola bilər.Qədim yunan və latın əlifbalarından istifadə olunması. Bəzi elm sahələrində yunan və latın hərflərinə müraciətolunur.Məsələn, iks (x), iqrik (y və s.Bu və ya digər tədqiqat işi elmi üslubda şərh olunarkən hər bir müəllifin fərdi üslubu yaranır. Lakin bu fərdi üslub bədii üslubda yaranan fərdi üslub kimi xüsusi mahiyyətə malik olmur.Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir.Qeyd etmək lazımdır ki, ədəbi-tənqidi əsərlər də eyni üslubda yazılır. Bu növ əsərlər elmi üslubu ictimai-publisistik üsluba yaxınlaşdırır.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin