Sessiyasında kitabxanalar tərəfindən qeyri-maddi mədəni irsə dair



Yüklə 267.72 Kb.
səhifə1/3
tarix31.01.2017
ölçüsü267.72 Kb.
  1   2   3


Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsi Göygöl rayon MKS.


(“İnformasiya hamı üçün” YUNESKO Proqramının IX Hökümətlərarası 
sessiyasında kitabxanalar tərəfindən qeyri-maddi mədəni irsə dair 
informasiyaların toplanmasına xüsusi əhəmiyyət verilmişdir.)
Göygöl rayon Qeyri-maddi-mədəni irs nümunələrindən seçmələr”
(Metodiki vəsait)

GÖYGÖL- 2016
Buraxılışa məsul və ixtisas redaktoru: Əliyeva. İ.
Tərtib edən:
Metodiki və biblioqrafiya söbəsinin böyük

metodisti: Qasımova. M.


Kompyuter dizayn və yığımı: Əsgərova. F.

doğma daş qırmazdı. Ata qızını başa düşür və öz səhvini anlayır. Sonanın sevgisinə xeyir-dua verir.

Toğanalı kənd sakinlərinin söylədikl

64

Giriş.


Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Milli-mənəvi dəyərlər nədir?- “Mənəvi dəyərlər” insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri
1

altında formalaşmışdı. Bu kodeks haqqında məlumatı “Dədə Qorqud” (XI əsr) və “Koroğlu” (XVI əsr) kimi türk dastanlarından almaq olar: Ya hər şey - ya heç nə; Məğlubiyyət - ölümdən pisdir; Kömək diləmək - ayıbdır; Şücaət xeyirdən yeydir; Qənaət - xəsislikdir; Ehtiyatlılıq - qorxaqlıqdır; Qonaq - Allahındır; 5 Ailə - müqəddəsdir; Söz verdinsə - əməl elə; Qadının namusu - toxunulmazdır. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqımıza mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri tariximizi, mənəvi dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli-mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır.


2
baxdıqda adamın canına üşütmə düşürdü. Dağ havasında böyümüş qaraqaş, qaragöz, ucaboylu, yaraşıqlı bədənli 17 yaşlı Sona tayfanın mötəbər kişilərindən birinin qızı idi. Sonanı istəyən çox idi. Gözəlliyi iə bərabər olduqca diribaş olan Sona heç kimə könül vermirdi. Evdəki mübahisədən sonra iki nəfərin üstə dayanmışdılar. Sona öz tayfalarından mərd, cəsarətli, ədəb-ərkan yeri bilən kasıb bir oğlana “hə” deyirdi. Atası isə onu uzaq tayfadan olan varlı bir oğlana vermək istəyirdi. Sonanın isə cavabı aydın idi:-Öz elimin nökərinə kəniz olacağam, yad yerin ağasına xanımlıq eləməyəcəyəm! Varlı oğlan Sonanın arxasınca gah arana, gah da dağa sürünür. Dalbadal elçi göndərir, ancaq bir nəticə hasil olmur. Oğlan hirslənir, zora əl atmağı qərara alır. Günlərin birində Sona səhəngini götürüb qayanın təpəsindən fəvvarə vuran bulağa su doldurmağa gedir. Oğlan yoldaşları ilə qızı izləyirdi. Sona səhəngi doldurub bulaqdan çəkiləndə qızı tuturlar. Sona səhəngi buraxıb onlarla əlbəyaxa olur. Səhəng başıaşağı dığırlanır. Hay düşür camaat səsə tərəf axışır. Oğlan görür, zorla da məqsədinə nail ola bilməyəcək. Xəyanətə əl atır. Dağlar lalasını qayadan atır. Hamı tükürpədən bir səslə qışqırır.Onlar Sonanı öldü bilib aradan çıxırlar. Qayanın böyründə bitən ağac Sonanı tutub saxlayır. Səhəngdə aşağıda salamat qalıbmış. Camaat bu sirrə heyrətlənir. Qızın atası: -Qızım, şükür salamat qurtardın! Sona:-Ata, qorxma doğma ağac məni dərəyə uçmağa qoymazdı. Qızın atası:-Qəribədir, səhəng də salmat qalıb? Sona: -Ata, yad əllərin təhriki ilə qayalara çırpılan səhəngi
63

Öndə geniş vadi, Balçılı kəndi, bir az da qabaqda qədim Gəncə aydın görünür.

Qalanın arxasında isə əzəmətli dağlar, dərələr, yollar, döngələr qıvrıla-qıvrıla göz işlədikcə uzanıb gedir. Orda-burda xaraba yerlər də gözə dəyir. Təpələrin arxasından uçuq barılar “boylanır”. Ortalıqda isə dupduru kəhriz suyu axır.

Namaz Quliyev



Sona Uçan Qaya
Qədim zamanlarda Kəpəz dağının ətəklərində, gözəl meşələrin qıraqlarında, göz yaşı kimi duru bulaqların başında köçəri tayfaları yurd salırdılar. Onlar yaz, payız aylarını bu səfalı yerlərdə qalar, qışda isə arana qayıdardılar. Beləliklə, onlar yarımköçəri həyat keçirərdilər. Yenə də yaz ayı Azərbaycan torpağına qədəm qoyduğu bir vaxtda bu tayfalar öz obalarına köçür. Novruz bayramından sonra elə bil, dağlar cənnətə dönür. Meşələrdə quşların şən səsləri bir-birinə qarışır, ağaclar çiçəklənib ətrafa xoş ətir saçır. Belə bir zamanda bu tayfalardan biri Kürək çayının qırağına düşür.Bura olduqca gözəl, mənzərəli bir yer olur. Obanın düşdüyü yerin bir tərəfi meşəlik, o biri tərəfi hündür dağlar,digər tərəfin üstü gözəl tala, altı isə diş-diş olan qayalıqlar idi. Bu taladan aşağıya uçuruma
62

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır. Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Deyilənləri nəzərə alaraq sizə təqdim edilən bu metodik vəsaitdə milli-mənəvi dəyərlərin qorunmasında ulu öndər Heydər Əliyev şəxsiyyətinin rolundan, milli-mənəvi dəyərlərin 6 təbliği məqsədilə kitabxanalarda həyata keçirilən kütləvi tədbir formalarından, milli-mənəvi dəyərlərin mühafizəsi və gələcək nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi sənədlərdən və mövzu ilə əlaqədar əlavə materiallardan bəhs edilmişdir.



Əfsanələr
GÖY-GÖL, KƏPƏZ VƏ AĞSU
Ağsu Kəpəzin ətəyində axırdı. Ağsu Kəpəzi sevirdi, bütün varlığıyla, dəlicəsinə sevirdi. Ancaq ürəyini aça bilmir, məhəbbətdən söz salmağı mənliyinə sığışdırmırdı. Qıvrılırdı Ağsu, qıvrıla-qıvrıla da axırdı. Kəpəz Ağsuya etinasız idi. Aşağılara heç baxmaz, hey yuxarılara can atardı. Yaxın, uzaq buludların məclisində
3

kef sürməyi xoşlayar, ənginliklərin xəyalı ilə yaşayardı. Kəpəz necə oldusa, bir gün aşağı baxdı. Baxdı və bir könüldən min könülə Ağsuya vuruldu. Göylərə meydan oxuyan Kəpəzin məğrur başı Ağsuyun önündə əyilir, sevgisini Ağsuya elan edir. Onun titrək səsindən, məhəbbətlə dolu sözlərindən Ağsu qürrələndi, yaman qürrələndi, sevinci aşıb-daşdı. Kəpəz ona etinasız olmuşdu, dağ çəkmişdi. Ağsu da Kəpəzə etinasız oldu. Məğrur Kəpəzi Ağsuyun eşqi bir an rahat buraxmadı. Ağsuya elə hey dediyi bu oldu: - Məhəbbətinlə qəlbim alışıb yanır, mənə “hə” deyəcəksənmi, Ağsuyum? Axma, dayan, dayan Ağsuyum!..... Dayan hey!... Ağsu etinasız cavab verdi: - İnanmıram sevginə, sədaqətinə inanmıram, Kəpəz!. Deyirsən ürəyin alışıb-yanır, görmürəm yandığını, görmürəm! Ağsu məğrur Kəpəzi yandırmaq üçün belə deyirdi. Kəpəz cavab verdi: - Görmək istəyirsən? - İstəyirəm! Kəpəz dərindən ah çəkdi, coşdu. Yox, yox qəlbindən od püskürdü. Elə bir zəlzələ qopdu ki, ara sakitləşəndə Kəpəzin qoynuna sığındı Ağsu. Kəpəzə “hə” dedi. Günlər keçdi, aylar dolandı. Ağsu ana oldu, Kəpəz ata. Ancaq körpə olar olmaz Ağsu həyata göz yumdu. Kəpəz dağların qoynunu əbədi məskən seçdi. Ağaclar başlarını əyib ona mahnı oxudular, onu yayın istisindən, qışın soyuğundan qorudular. Körpə dirçəldi, dağların gözəli oldu. Görən valeh oldu ona. Görən ancaq bir söz dedi-Göy-göl


Aşıqlı kənd sakini: Həsənov Müseyib Musa oğlu

4

bilmirlər. Axırda talalılar qalada yaşayanların suyunu kəsmək istədilər. Lakin suyun yerini tapa bilmədilər. Onlar susuz bir qatırı qala tərəfə buraxdılar. Qatır Düzdağın boyunda suyun yerini tapdı. Onlar qalalıların istifadə etdikləri su kəmərini kəsdilər. Suyun olmaması qalalıları təslim olmağa məcbur etdi. Tayfa başçıları və üzvləri talalılar tərəfindən əsir alındı. Onlar zirvədən aşağı endilər və təxminən bir kilometr aralıda olan Mallosmaidə yaşamağa başladılar. Beləliklə də talalılar, qalalılar üzərində qalib gəldi və onlar bir tayfa halında birləşdilər. Talalılar ilə qalalılar arasında gedən mübarizədə çoxlu insan qanı axdığına görə bu tala “Qanlı Tala” adlanmışdır. Qalalılara isə igid, mərd bir qız rəhbərlik etdiyinə görə “Qız Qala” adlanmışdır. Bunlar burada yaşadıqları vaxt 10 km. uzunluğunda su arxları çəkdilər. Xıdır düzündə əkin yerləri hazırladılar.



************

Bu yerlərdə hələ tarixi, taleyi bəlli olmayan abidələr də az deyil. Bir neçə il bundan əvvəl Namaz Quliyev Qırıxlı-Balçılı bölgəsinə su çəkdirib. Özü də xeyli uzaqdan, 8-10 kilometr məsafədən. Onun izi ilə Molla Asman sahəsinə getdik. Dağların ətəyində qədim bir kəhriz! Dağların başında isə neçə gözlü, neçə dayaqlı Qız qalası qərar tutub.

Qala yığcam bir şəhərciyə oxşayır. Dörd-beş qala və qalaça bir-birinə söykənib, dayaq olub. Daxili yollar, dairəvi sal divarlar dağların başında əzəmətlə ucalır!

61

başında yerləşdiyi üçün buraya su çıxarmaq çətin idi. Onlar nəhayət təxminən 15 km aralı olan Axarça yaylağından su çəkirlər. Su çəkilişi zamanı Dərzi qayası onlar üçün çətinlik yaratmışdır. Bu qaya ona görə Dərzi qayası adlanır ki, bir vaxt Gəncə şəhərinə “xalyar”düşür və adamlar yaylağa çıxırlar. Bir dərzi də öz maşınını götürüb buraya gəlmiş, lakin xəstəlik onu tutmuş və bu qayanın dibində ölmüşdür. Buradan sonra ikinci çətinlik “Qarı uçan” idi. Bu da ona görə Qarı uçan adlanır ki, keçmişdə el arandan yaylağa köçəndə yol uzaq olduğu üçün bir qarı öküzə minmişdir. Öküz yuxarı çıxdıqda qarı öküzün belindən diyirlənib dərəyə yıxılır. Nəhayət su Qaratorpaq meşəsindən keçib bu yerə çatır. Bu sudan onlar hətta dən üyütmək üçün dəyirmanı işə salmaqda istifadə edirlər. Bu tayfanın qonşuluğunda (Qanlı Talada) başqa bir tayfa yaşayırdı. Talalılar dağın ətəyində Ağ suyun kənarında idilər. Ona görə də bunların yaşayışı Qalalarınkına nisbətən yaxşı idi. Bu tayfalar arasında ziddiyət var idi. Bunlar həmişə torpaq, yer üstündə vuruşardılar. Bu vuruşmalarda qalada yaşayan tayfa, talada yaşayan tayfaya üstün gəlirdi. Ona görə də Qanlı talada yaşayanlar Dağıstan ləzgilərindən kömək alırlar və qalalıların üzərinə hücum etmək üçün səngərlər düzəldirlər. Qalada yaşayanlar onların fikrini bilirlər. Ona görə də gecə ikən at ilxısını talada yaşayanların səngərlərinə buraxırlar. Talada yaşayanlar bilmədən bir-birini qırırlar. Ancaq buna baxmayaraq arxadan yenə kömək gəlir və qalanı mühasirəyə alırlar. Ancaq qaladıkıları məğlub edə


60
Qanlı daş
Sarısuda cavan bir ovçu yaşayırmış. Oxundan bir hədəf yayına bilməzmiş. Onun ovçuluq məharətindən cavanlar da, qocalar da ağız dolusu danışırmış. Cavan ovçu qonşu qızı Gülpərinin eşqinə alışır. Necə deyərlər, sinəsi işvəsindən, qəmzəsindən qara daşları əridən gözəllər gözəli Gülpərinin nişangahına çevrilir. Gündüzlər meşələri dolaşan aşiqin gecələr gözlərinə yuxu getmir. Gülpəri əvəzinə ulduzlarla danışır. Ovçu ata-baba adətilə qıza elçi göndərir. Qızın təkidi ilə atası oğlanı çətin sınaqdan çıxarmağı qərara alır:

-Meşədə maralı nənəm də vurar. Kəpəz dağında-“Maralgöl”ün qırağında, daşlar arasında məskən salan bir maral var. Əgər onu vurub gətirsən, qızı onda verərəm. Cavan ovçu yay-oxunu götürüb daşlı, qayalı yerə gedir. Deyilən maralı görüb izinə düşür. Ox atır, amma marala dəymir.Yenə ox atır,yenə maral salamat qalır... Hər dəfə bir qaya sipərə çevrilir maralı qoruyur. Oxlar qayaya dəyir, marala dəymir. Gecə-gündüz maralla ovçu arasında çətin mübarizə gedir. Ancaq ovçu yavaş-yavaş maralı sıxışdırır, ağzını qayalıqdan daşlığa salır. Qayalar kiçilir, sipərlər xırdalanır, maral üçün gizlənmək çətinləşir. Növbə daşlara çatır.Əlacı kəsilən, qayalardan uzaq düşən maral daşlara sığınır daşlara pənah gətirir. Daşlarda fədakarlığını göstərir, sədaqətini sübuta yetirir. Kiçik sinəsini böyük maralın özünə verir, mahir ovçunun oxuna hədəf edir. Nəhayət, ovçu maralı haldan salır. Maral amansız oxdan


5

yayınmaq üçün getdikcə balacalaşan daşların arxasında çox çətinliklə gizlənir. İşi asanlaşan cavan ovçu maralı yaman yerdə yaxalayır. Bu dağların, meşələrin yaraşığını qoruyan daş maralın özündən qat-qat kiçik olur. Marala sipər olmağa, marala dayaq olmağa imkan çatmır. Elə bu dəm ovçu arzusuna çatmaq üçün yayı çəkir. Ox beş addımlıqdakı marala dəyir. Ancaq onun əvəzinə daş inləyir. Son nəfəsdə maralı qoruya bilməyən daşın köksündən al-qırmızı qan axır... Oğlan “Qanlı daş”a baxıb ovçuluqdan da belə sevdadan da əl çəkir.

Sarısu kənd sakini Xəlil Bağırov.
Çoban və qoyun sürüsü
Başı dumanlı-çənli Kəpəzin qoynuna həmişə aran elindən yaylağa çıxarmışlar. Bir gün bu dağlara bir çoban da qonaq gəlir. O, öz sürüsünü Kəpəzin ətəyində otarır, buz kimi bulaq suyundan həm özü içərmiş, həm də qoyunlarını suvarırmış. Bir gün bu dağların daima qonağı olan duman-çən meşələri bürüyür. Nabələd çoban meşədə azır. O, havanın açılmasını gözləyir. Çox keçmir ki, hava açılır. Gözəl bir gün çıxır. Çoban baxıb görür ki, Kəpəz dağının çınqıllı bir qoluna gəlib çıxıb. Hava getdikcə isinir, çobansa bu çınqıllıqdan çıxıb getməyə bir yol tapmır. Çoban bərk susayır, baxıb görür ki, qoyunlarda susuzdur. Çoban dərin fikrə gedir, gəzir, dolanır, buradan çıxıb getməyə nə bir yol tapır,
6

kəsib deyir. Hanı Qaçaq Kərəm o isə deyir, piristavsan get tap. Bu sözdən sonra piristav deyir, birdə Qaçaq Kərəm kimi oğul dünyaya gətirə bilərsənmi? O isə əvəzində gülümsəyib deyir. Kərəm kimi oğul dünyaya gətirmək üçün İsgəndər tək kişi lazımdır.


Əzizinəm ər gərək

Karvanda nər gərək

Kərəm kimi oğlu dünyaya

Gətirmək üçün

İsgəndər tək ər gərək
Üçtəpə kənd sakini Qurbanov Camal Heydər oğlu
QIZ QALASI
Bu qala Göygöl rayonunun Balçılı dağında yerləşir. Qala hündür qayalardan ibarət olduğundan buraya gəlmək çox çətindir. Qalanın yalnız bir yolu var. Bu yolun ağzında qırmızı kərpicdən kümbəzlər tikmişlər. Həmin kümbəzlərdə gözcüklər var idi. Keşikçilər burada dururdular. Burada yaşayan tayfanın başçısı bir qız idi. Onlar bu çıxılmaz qayaların başında sementlə divarlar çəkmiş və çox möhkəm yaşayış yerləri düzəltmişlər ki, bu divarlar hal-hazırda durur. Bunların gözəl sənətkarlıq qabları vardır ki, bunu indiyədək qalan çini qabların qırıqları da göstərir. Onlar bir-neçə əsr bundan qabaq düzəldilməsinə baxmayaraq yenə də öz rəngini itirməmişdir. Bu tayfa qayanın
59
Əzrailə veriləcək pay oldum

Yaşamağa həvəs yoxdur neyləyim


Nə bilirdim dərd ürəyimi alacaq

Nə bilirdim arzularım qalacq

Bilmirdim ki, güllər açıb solacaq

Yaşamağa həvəs yoxdur neyləyim



Əbəsdir
Nə malım var nə də dəvəm

Varım yoxum bircə nəvəm

Tanrı nədən qoymur sevəm

Daha mənim yaşamağım əbəsdir


Kim nə bilir kimin dərdi necədi

Hərdən sanki gündüzlərim gecədi

Kövrəlmişəm qəlbim yaman incədi

Daha mənim yaşamağım əbəsdir


Dərd alıbdır ürəyimi

Ağrı kəsir kürəyimi

Tanrı kəsib çörəyimi

Daha mənim yaşamağım əbəsdir.


Yeni Zod kənd sakini Mirzəyev Əmrah
Rəvayətlər
Bir gün piristav Qaçaq Kərəmin anasının qabağını
58

nə də bir bulaq ki, qoyunlarını suvarsın. Çarəsiz qalan çoban Kəpəz dağına üzünü tutub yalvarır: - Ey Kəpəz, əgər səndə elə bir qüdrət varsa qoy buradan bir bulaq çıxsın, həm qoyunları suvarım, həm də özüm içim. Onda sənin yolunda bir ağ, bir dənə də qara qoç kəsərəm. Çox keçmir ki, çınqılların arasından bir bulaq qaynayıb çıxır. Çoban həm qoyunlarını suvarır, həm də özü doyunca içir. Ancaq çoban andına əməl etmir. O, Kəpəzi aldatmağına sevinərək gülür. Bunu görən Kəpəz dağı hirslənir, çobanı öz sürüsü ilə birlikdə həmin bulağın başında daşa döndərir. Elə o vaxtdan da Kəpəzin ətəyində çınqılların arası ilə şırıl-şırıl bir bulaq axır. Bulağın başında isə əlində çomağı olan bir çoban və onun sürüsü daş olub qalıb. Dağlara ova çıxan ovçular uzaqdan baxanda elə bilirlər ki, bu çoban yox bir sürü daşdı.

Danayeri kənd sakini

Məmmədhüseyn Allahverdiyev.


Gencə -Gəncə
Deyilənə görə bir şah gəzməyə çıxıbmış. Gəlib bir düzə çatır. Baxır ki bu düzdə hər gül, hər çiçəkdən var. Güllərin, çiçəklərin ətri adamı bihuşdarı kimi tutur. Bu düzdən dumduru çay keçir. Düzün yuxarısında meşəlik, qarlı dağlar var, buranın təmiz havası adama bir yüngüllük gətirir, ovqatındakı ağırlığı silib, aparır. Orada qoyun otaran çobanı çağırtdırıb ondan soruşur:- Buranın təkçə yazımı belə olur? Çoban deyir:- Buranın
7
yayı, payızı yazındanda gözəl olur. Şah cavabında xəbər alır:-Bura get-gəllidirmi? Çoban cavab verir ki, uzağın karvanları buradan keçib gedir. Tacirlər, səyyarlar qışyorğunluqlarını ,çox vədə burada alırlar. Şah çobana gənəşir:- Burada şəhər salmaq istəyirəm. Çoban da fəxrlə deyir:- Gencə yerdir, yaxşı şəhər yeridir. Şah orada şəhər saldırır,Adını Gencə qoyur, “Gencə” də yavaş-yavaş “Gəncə” yə çevrilir.

“Azərbaycan xalq söyləmələri”


Xanım tala əfsanəsi
Keçmiş zamanlarda Axarca yaylağındakı Xanım talada bir varlı qadın yaşayırmış. Bu qadının bir oğlu var imiş. Bu oğlan çox igid, vurub tutan imiş. Bir də xəbər çıxır ki,Ləzgi şahı dəstəsi ilə gəlir. Ləzgi şahının qəfil gəlişi qadını çaşdırmır. Bu igid qadın da öz qoşununu döyüşə hazırlayır. Yaxşı silahlanmış saysız-hesabsız ləzgi qoşunu talanı mühasirəyə alır. Qadın ləzgi şahının fikrini başa düşür. Torpağı, el-obanı qorumaq üçün vuruşa girməkdən başqa çarə qalmır. Döyüş başlanır. Hər iki tərəf böyük təlafat verir. Qan su yerinə axır. Şah qoşunun qat-qat çoxluğu öz işini görür. Qadının qoşunu dağılır. Ləzgi şahı qadını əsir alır. Lakin onun igid oğlunu tuta bilmir. Qadın son anda oğluna deyir:

-Oğul igidləri başına topla, meşənin sıx yerinə çəkil, vətənə xilaskar ol. Bundan sonra şahın qoşunu Aşağı-


8

Qıraqları burularaq yastılanır. Sonra fəsəli tavada hər iki tərəfdən qızarılır. Süfrəyə verərkən yanına bal və ya şəkər tozu qoyulur. Süfrəyə həm isti, həm də soyuq halada verilə bilə



Şirin çörək

Şirin çörək yağ ,süd , yumurta , pesok əlavə olunub yoğrulur. Sonra içlik hazırlanır. İçlik üçün qoz ləpəsi və şəkər tozu istifadə olunur. Xəmir yayılır və həmin içlik xəmirin üzərinə səpilib bükülür. Romb və paxlava formasında kəsib bişirilir. Üzərinə yumurta vurulur.

12 saylı Yeni Zod kənd kitabxanaçısı Mirzəyeva Firuzənin söylədikləri
Zaman gəldi xəstələndim puç oldum

Yavaş- yavaş gözdən düşdüm heç oldum

Baş hərləndi göz qaraldı heç oldum

Yaşamağa həvəs yoxdur neyləyim


Zalım fələk aman vermir yaşayım

Sanıram ki, dünya görmüş naşıyam

Dəmirdirmi ordan burdan daşıyam

Yaşamağa həvəs yoxdur neyləyim


Pəhləvan idim xəstələndim zay oldum

Zəiflədim ölülərə tay oldum


57

Bulğur yarması

Yarma belə hazırlanir. Taxıl xəlbirlənib təmiz yuyulur. Sonra da tobaya tökülüb ağacla döyülür. Onun samacı (üz qabığı) sovrulub qurudulur. Quruduqdan sonra kirkirə də çəkilir. Bişirəndə də suya tökülüb qaynadılır. Xəşil hazır olana yaxın qatılaşır. Bir azda un əlavə edib bişənə qədər qarışdırılır. Qablara çəkib ortasına dağ olmuş yağ, qurud və ya qatıq , məhməz tökülüb yeyilir.

Əriştəli aş
Əriştə hazırlamaq üçün xəmir yoğurub, yayıb nazik – nazik kəsib kəndirə sərib qurudulur. Quruduqdan sonra xəlbirlə əliyib 3 yere ayırırsan . İrisi xırdası sacda qovurub torbalara yığırsan. Bişirəndə qaynayan suya duz tökülür. Düyü , əriştə və kartof əlavə edib, qaynadıb süzüb dəmə qoyursan.Sonra süfrəyə verilir.

Fəsəli və qatlamanın hazırlanması.

Buğda unu, şəkər tozu, maya, ərinmiş yağ, duz. Ələnmiş una maya, su və duz qataraq bərk xəmir yoğrulur. 1-2 saat isti yerdə saxlanılır. Sonra xəmir kündələrə ayrılıb , yayılır. Yağ sürtülərək laylar 5- 6 qat üst-üstə  yığılır. Sonra laylar bükülərək eninə kəsilir.

56
pəyə dərəsində olan tayfaların üstünə hücum çəkir və onları qırır, qənimət götürür və yenidən yuxarıya-Axarçaya qalxır. Qadının oğlu öz dəstəsi ilə pusqu qurur. Şah tələyə düşür. Sınığın yanından keçəndə ləzgi şahına ox dəyir. Şah özünü saxlaya bilmir, gümüş yəhərli atdan yıxılır. Gözlənilməz atəş hamını çaş-baş salır. Qoşun qisasçıları tutmaq üçün meşəyə dağılır. Yaralı şahdan amansız bir yanğı baş qaldırır. O, atəşini söndürmək üçün aşağı Xanımcan bulağına enir və su içir. Su içən kimi də ölür. Qoşun oğlanın dəstəsini tuta bilmir, əksinə xeyli təlafat verib geri dönür. Vurulmuş şahı axtarırlar. Şahın meydini bulağın başında tapırlar. Onlar ləzgi şahının meyidini götürüb talaya çıxarırlar və gümüş yəhəri ilə orada basdırırlar. Qadın isə hələ əsir düşərkən özünü öldürmüşdü. Onuda həmin talada dəfn edirlər. Qadının adı Xanım imiş. Ona görə də həmin yer “Xanım tala” adlanır.
Balçılı sakini Xanım Novruzova

Danayeri sakini Hava Allahverdiyeva


Naltökən
Bağdad xəlifəsi bərk qəzəblənmişdi. Elçiləri göndərdi və dedi:-Minin ərəb atlarına. O yerlərdə gedib gizlənin.Aldədəni qəflətən tutub, əl-qolunu bağlayın. Nəbadə,onun başından bir tük əskik ola. O möcüzəli qocanı mən görməliyəm. Ərəb elçiləri kor-peşman yenədə Odlar ölkəsinə yola düşürlər. Onlar neçə gün
9

əziyyət çəkdilər, qayada-daşda gizləndilər. Elçilər Aldədənin oğlundan kiminin Qoroğlu, kiminin Qurdoğlu adlandırdığı igiddən bərk ehtiyat edirdilər. Nəhayət, günlərin birində Aldədəni xəlvətcə gecə ikən yatağından oğurladılar. Onlar qocanın əl-ayağını bağlayıb, ata sarıdılar.Aldədə ərəblərin fikrini başa düşdü və dedi:-

Məqsədiniz nədi? Məni hara aparırsınız? Elçi başı dedi: -İndi bizim əlimizdəsən. Qabaqda görünən aşırımı aşıb, asudəyə çıxaraq. Səni xəlifəyə sağ-salamat çatdırıb, əvəzində böyük ənamlar alacağıq. Aldədə güldü:- qorxuram zəhmətiniz əlinizdə qala...- Çətini bu alçaq aşırımı adlamaqdır.- O aşırım sizə alçaq görünür?.. Elçilər qocanın sözünə əhəmiyyət verməyərək atları mahmızladılar. Onlardan sökülənə kimi aşırımla vidalaşmaq istəyirdilər. Ərəblər aşırıma çatdılar.Səhər açılana kimi ha yol getdilər,heç aşırımın yarısını qalxa bilmədilər. Gündüz gizləndilər, gecə yenə yol başladılar,aşırım qurtarmaq bilmirdi. Atlılar neçə gün, gecə ayaq döydülər,bir nəticə hasil olmadı. Aşırım getdikcə uzanırdı. Daşlı yollarda ərəb atlarının nalları töküldü. Aldədənin atının nalına isə heç bir şey olmamışdı.Taqətdən düşən ərəblər əlacsız qalıb niyyətlərindən əl çəkdilər:-Qoca, bu sirri agah etsən, səni azad edəcəyik Niyə bu alçaq dağı biz aşa bilmədik, niyə bizim atların nalı töküldü, sənin atının yox?: Aldədə dedi:- Mən buna əmin idim ki, siz məni yad ölkəyə apara bilməyəcəksiz. Bu yerin adi Naltökəndir. Vaxtı ilə İsgəndər Zülqədərin də qoşunu bu dağda ah-nalə çəkib, yunan atları da bu torpağa nallı gəlib, nalsız gedib. Bu torpaq doğmaları da, yadları da yaxşı seçir.
10

— Axtarıcı oğrusunu tapsın!

Yerdə qalanlar da bu sözü xorla deyirlər. Oğru səsini çıxartmır. Axtarıcı bir-bir uşaqların üzünə baxır. Əgər oğrunu düz tapmasa, şah əmr verir. Vurucu axtarıcını cəzalandırır. Əgər oğrunu düz tapsa, oğruya cəza verilir.

QOTURUM SƏNDƏ
Bu oyunda əsas şərt əlini başqasına toxundurub qaçmaqdan ibarətdir. Onda qotur o biri uşağa keçir. O da əlini bir ayrısına vurub qaçır və deyir ki, qoturum sənə keçsin. Beləliklə, oyun davam edir.


Каталог: front -> files -> libraries -> 1046 -> documents
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
1046 -> Biri var idi, biri yox idi. Dünyada insanlar yox ik
documents -> Tərtib edəni: Metodika və biblioqrafiya şöbəsinin müdiri


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə