Qubadlı məktəbinin yaranma
tarixindən bəzi məqamlar.
Qubadlı məktəbinin yaranma tarixindən bəhs edərkən tarixin müxtəlif mərhələlərinə ekskurs etməyimiz təsadüfü deyil. Məktəb ilk dəfə Qubadlı kənd sakini Ağamirzə kişinin 4 dirəkli damında, sonra isə Xanlar bəyin atasına məxsus damda və onlardan daha yaxşı şəraiti olan Həşim bəyin evində fəaliyyət göstərmişdir.
Qubadlı məktəbi ilk dəfə 1882-ci ildə yaradılmışdır.
Qubadlı məktəbinin ilk müəllimləri: İrəvan gimnaziyasının məzunları olan Həşimbəy Nərimanbəyov və Mehdi bəy Məlikaslanov olublar. Həşimbəy həmdə məktəbin müdiri idi. Məktəbə 43 müqavim və iki müəllim qəbul edildi. Məktəbdə əsasən dünyəvi elmlər tədris olunurdu. Sonralar yerli sakinlərin xahişi nəzərə alınaraq “Qurani-Kərim” də bir fənn kimi tədris edilməyə başlanıldı. Ağdamın Hüsülü kəndindən olan Rəhim bəy Novruzov 1882 –ci ildə Qubadlı məktəbinə təyin olunsa da Qubadlıya 1 il gec 1883-cü ildə gəldi. Rəhim bəy Novruzov Qubadlı məktəbinin gələcək inkişafında çox böyük rol oynamışdır.
Rəhim bəy Novruzovun himayəsi ilə XX əsrin ilk illərində 1885-ci ildə Qubadlı maarifinin və təhsilinin səmasında bir ulduz parıldamağa başladı.
Bu ulduz Qubadlı kənd sakini Həsən bəy Teymur bəy oğlu Sultanov idi.
Həsən bəy dövrünün ən açıq fikirli, istedadlı və vətənpərvər ziyalılarından biri olmuşdur. Həsən bəy məktəbdə dövlətin idarə edilməsində mütləq monarxiya üsul- idarəçiliyinin də, respublikaçılığın da əsl mahiyyətini şagirdlərə başa salırdı. Həsənbəy barama istehsal etməklə və bağın məhsulunu satmaqla əldə etdiyi pulu məktəb tikintisinə və ya məktəbin digər ehtiyaclarının ödənilməsinə sərf edirdi
Həsən bəyin tikdirdiyi bina Qubadlının işğalına –1993-cü ilin avqustunacan dururdu. Həsən bəy ailə həyatı qurmayıb. Bütün həyatını, varlığını, atasından qalmış varidatı kəndli uşaqların təhsilinə, tərbiyəsinə, sərf edib.
Həsən bəy 1917-ci ildə sətəlcəmdən dünyasını dəyişib və qonşu Hacılı kəndində dəfn edilib. Həsən bəyin qəbri 1984-cü ildə yenidən abadlaşdırılmışdır.
Zəngəzurda ilk rus- tatar realnı məktəbi qəzanın Qubadlı kəndində XIX əsrin axırlarında 1882-ci ildə yaradılıb.
Qubadl təhsil Sisteminin və onun bəhrələndiyi
ictimai mühitin yaranma səbəbləri
Regionda XVIII-XX əsrlərdə dini xurafat və cəhalət ictimai- fəlsəfi fikrə nüfuz edə bilməyib. Bir çox bölgələrdən fərqli olaraq, buranın əhalisi öz qədim tarixi barədə mükəmməl biliyə malik olublar. Qubadlıda dünyəvi məktəb fəaliyyət göstərirdi və həmin məktəbin mövcudluğu geci-tezi öz sözünü deməliydi.
Bundan ötrü isə çalışmaq, öz düşüncələrini şagirdlərin beyninə ötürmək, onların Rusiyaya və Avropaya gedən yolunu müəyyənləşdirmək gərək idi. Buna görə də onlar ömürlərini, bəzən isə Həsən bəy kimi ailələrini, var dövlətlərini bu yolda sərf edirdilər. Elə bu təsirə Qubadlıda yaranmış ictimai-siyasi mühit 1882-ci ildə yeni bir məktəbin, iki sinifli rus-tatar məktəbinin açılmasına şərait yaratdı.
Zəngəzurda I886-cı ildə 129 min nəfər əhali yaşayıb ki, onların da əksəriyyəti türkdilli olublar. 1876-cı ildə rus imperatorunun fərmanı ilə bütün canişinlikdə, o cümlədən Gorusda, Göyçayda, Cəbrayılda və digər qəza mərkəzlərində 2 sinifli 4 illik ibtidai məktəblər yaradıldı. Beləliklə, 1882-ci ilin sentiyabr ayının I-də Yelizavetpol quberniyası Gorus qəzasının Qubadlı kəndində ilk 4 illik təhsil verən ikisinifli əsaslı məktəb açılır.
XX əsr təhsil sistemi.
1904-cü ilə kimi bu məktəblərə azərbaycanlı uşaqları qəbul etmirdilər.
1904-1905-ci illərdə Gorus məktəbinə azəri balalarını da qəbul etməyə başlayıblar.
Yarandığı gündən həmin məktəbdəki təhsil və inqilab ruhu bütün Zəngəzurda və eyni zamanda Qubadlıdakı ictimai mühitə öz təsirini göstərirdi. 1908-1912-ci illərdə Qubadlı məktəbində şagirdlərin sayı artdığına görə məktəb binasını genişləndirmək gündəmə gəldi. Məhz bu illərdə dövlətin yardımı ilə 8 otaqlı kürsülü yeni tipli məktəb binası tikildi.
Zəngəzur Mahalında geniş yayılmış fikrə görə, Qubadlı kəndində olan varlı bəylərin əksəriyyəti maarifçiliyi, savadı norma kimi dəyərləndirərmişlər.
Qubadlı bölgəsində ən imkanlı bəy İldırım bəy Sultanov olub. Hal kəndindən Mahmudlu – Çayzəmi də daxil olmaqla böyük ərazilər ona məxsus imiş. Bundan başqa, yerli bəylərdən Teymur bəy, Həşim bəy də məktəbin fəaliyyəti üçün xeyli köməklik etmişlər.
Çingiz İldırım Peterburqda Politexnik insitutunda tələbə ikən (1911-1916) oradan iki nəfər rus mənşəli qız müəllimlərini (1912) Qubadlıya gətirir. Bunlar da Qubadlı və digər kənd məktəblərində müəllimlik edirlər.
1905- 1917-ci illər ərzində Çingiz İldırım, onun qardaşı Cabbar bəy, Abbas bəy Sultanov, Hüseyinqulu Babayev, Həsənbəy Sultanov, İsmayıl Abaşov, Qulam Sultanov və bir çox başqaları Qubadlı məktəbini bitirəndən sonra Şuşada,Viladiqafqazda orta təhsil almış və nəhayət Peterburqda, Kiyevdə, Moskvada, Odessada, Xarkovda və başqa şəhərlərdə ali təhsil almışlar.
1920-ci ildə Qubadlı Qəza Partiya komitəsinin (Xanlıqda yerləşirdi) birinci katibi işləmiş Abbas bəy Sultanov (Güllü oğlu Abbas) 1917-ci ildə Kiyev şəhərindəki Politexnik İnsitutunda oxuyarkən inqilabi fəaliyyətinə görə insitutdan və şəhərdən qovulur. Sultanov da özü ilə iki nəfər rus mənşəli qız müəllimlərini Qubadlı məktəbinə gətirir.
XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədi ilə bir sıra məktəblərin açılmasına şərait yaradıldı.
Zəngəzur qəzasında yaşayan azərbaycanlılar belə bir vəziyyətdən yararlanıb təhsil almaq istəsələrdə ermənilər buna nəinki şərait yaratmaq, hətta müxtəlif bəhanələrlə onların həmin məktəbə daxil olmalarına mane olurdular.
Həsən bəy məktəbinin məzunları 20-ci illərdən sonra belə əhalinin təhsil olması işinin təşkilində həlledici rol oynamışlar. Bu sahədə Məmməd Axundovun Qubadlıda, Cəlal Eminovun Mahmudluda, Teymur Fərzəliyevin Teymur Müskanlıda, B. Xudatovun Əliquluuşağı, Hərtiz, Fərcan, Qulu Əsədovun İşıqlı, Muradxanlıda, Aslan Əsədovun nəinki Qubadlı, hətta Laçın kəndlərində gördüyü işlər diqqətəlayiqdir.
Böyük Vətən müharibəsi dövründə Qubadlı orta məktəbi rayonumuzun müəllim kadrlarına olan ehtiyacını ödəmişdir. Həmin vaxt IX, X siniflərdə təhsil alan şagirdlər xüsusi əmrlə müəllim təyin edilirdilər.
Əli Nəcəfov (Çardaxlı) Əşrəf Quluyev, İsmayıl Məhərrəmov (Xələc) Həmayil Əsədova (Xələc) Bahar Məmmədova (Çardaxlı) bu qəbildən olan məzunlardır.
Sonralar onların demək olar ki, hamısı təhsillərini qiyabi yolla davam etdirib ali tıhsil almışlar və əsl mütəxəssis olmuşlar. Qubadlı təhsil sisteminin yetirdiyi və Azərbaycan elminin, mədəniyyətinin, iqtisadiyyatının, ictimai–siyasi həyatının formalaşmasında böyük rol oynamış insanlar barələrində yazılsada, yazılmasada mövcuddur və onların adı artıq tarixə yazılıb.
1930-cu illərə kimi Qubadlı məktəbində təhsil müddəti 5 il idi. Lakin respublikamızın orta və ali məktəblərinə daxil olmaq üçün 5 illik təhsil kifayət etmirdi.
Ona görədə 30-cu illərin əvvəllərində Qubadlı kəndində təhsil müddəti 7 il olan natamam orta məktəb yaradıldı.
1932-ci ildə Qubadlı kəndində dövlət vəsaiti hesabına məktəb tikintisi başlandı və 1936-ci ilin axırında başa çatdı.
1937-ci ildə Qubadlı məktəbi orta təhsil ocağına çevrildi
1941-ci ildə rayon müəllimlərinin əksəriyyəti döyüşən orduya səfərbərliyə alındı.
1960-cı illərdə məktəbdə eyni vaxtda təhsil olan şagirdlərin sayı 600 nəfərdən çox olmuşdur.
Şagirdlərin sıxlığı nəzərə alınaraq 1968-ci ildə yeni məktəb binası tikilib istifadəyə verildi ki, burada 536 şagird təhsilini davam etdirirdi. Beləliklə, Qubadlı qəsəbə məktəbi I. I76 yerlik yeni binada yerləşdi.
I968-ci ildə Qubadlı I saylı şəhər orta məktəbinə Qara İlyasovun adı verilmişdir.
Təhsil anlayışının mənası zaman –zaman dəyişmiş, bəşəriyyət davam etdikcə dövrün yeni səciyyəvi cəhətləri əmələ gəldikcə təhsil anlayışına yeni çalarlar əlavə olunmuşdur.
Qubadlı Rayon Xalq Maarif şöbəsinin müdirləri.
İman Məmmədov (1938-ci ildə ) işləmişdir.
İsmayıl Hüseyn oğlu İsmayılov 15 il rayonun pedoqoji kollektivinə rəhbərlik etmişdir.
Xasay Əli oğlu Şahmuradov Baxış Hüseynalı oğlu Əliyev (1945-ci illərdə ) işləmişdir
Fərhad Namazov (1964-1979) işləmişdir.
Fazil Axundov (1979)
Əliyev Vahid- Təhsil Şöbəsinin müdiri.
Allahverdiyeva Afət- Təhsil Şöbəsinin müdiri.
Qara İlyasov adına Qubadlı məktəbinin
direktorları.
Haşim bəy - Nərimanbəyov,
Mehdi bəy- Məlikaslanov,
Rəhim bəy - Novruzov,
Həsən bəy- Teymuroğlu,
Ağalar bəy - Hacıyev,
Mövsüm - Orucov,
Əli -Qədiməliyev,
Fərhad - Məhərrəmov,
Əli- Vəliyev,
Həsənəli - Qorçuyev,
Məmməd - Salayev,
Hüseyn - Şirinov
İsmayıl - İsmayılov,
Baxış - Əliyev,
İman - Məmmədov,
Azad - Hacıyev,
Fərhad - Namazov,
Əlqəmə -Salayev,
İnqilab - quluyev,
Nuşirəvan - Əsədov
Hümbət - Hümbətəliyev.
Qubadl şəhər I saylı orta məktəbinin
yetirmələri olan alimlər
1.Əli Əmiraslanov-Azərbaycanlılar içərisində SSRİ Elmlər Akademiyasının ilk müxbir üzvü.
2. Əsgər Abdullayev-Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü.
3. Kamran Hüseynov- elmlər doktoru.
4. Həbib Şirinov - İqtisad elmləri doktoru.
5.Mədəd Allahverdiyev- İqtisad elmləri doktoru.
6. Edil Eyvazov-Fizika- riyaziyyat elmləri doktoru.
7.Xanlar Şirinov- fizika elmləri doktoru
8.Gürşad Hüseynov- tibb elmləri doktoru
9.İshaq Məmmədov- tarix elmləri doktoru
10.Əliheydər Həşimov- pedaqoji elmlər doktoru
11.Cahanbaxış Nəcəfov – biologiya elmlər doktoru
12.Qasım Qasımzadə- filologiya elmlər doktoru
13.Hüseyn Allahverdiyev- kimya elmlər doktoru
14.Həzi Abdullayev- tarix elmlər doktoru
15.Zahid Quliyev- filologiya elmlər doktoru
16.Bəhram Yusifzadə - fizika-riyaziyyat elmlər doktoru
17.İlham Şahmuradov - elmlər doktoru
18.Rafiq Əliyev ( Yusifoğlu) - filologiya elmləri doktoru
19.Rüstəm Qəhrəmanov – fizika-riyaziyyat elmləri doktoru
20.Mahirə Əliyeva – fizika –riyaziyyat elmləri doktoru
21.Muradxan Cahangirov - filologiya elmlər doktoru
22.Əhliman Axundov –folklorşünas, filologiya elmləri namizədi
23.Möhsüm Alışov – pedaqoji elmləri namizədi
24.Baxış Hüseynov – tibb elmləri namizədi
25.Rövşən Səlimov – tibb elmləri namizədi
26.Məhəmməd Cabbarov- tibb elmləri namizədi
27.Bəşir Fərəcov – tarix elmləri namizədi
28.Nəbi Quliyev-bilogiya elmləri namizədi
29.Zakir Abdullayev – kimya elmləri namizədi
30.Təhmasib İsmayılov – kimya elmləri namizədi
31.Hüsü Quliyev – tarix elmləri namizədi
32.Şamo Rəhimov – geologiya elmləri namizədi
33.Kamal Şirinov – riyaziyyat elmləri namizədi
34.Mübariz Hümmətəliyev – riyaziyyat elmləri namizədi
35.Mübariz Xəlilov – kimya elmləri namizədi
36.Kamil Zeynalov – iqtisad elmləri namizədi
37.Varşil Rüstəmov – pedaqoji elmləri namizədi
38.Yaşar Rəhimov – fizika-riyaziyyat elmləri namizədi
39.Rövşən Səlimov – tibb elmləri namizədi
40.Sabir Abdullayev – kimya elmləri namizədi
41.Zakir Əsədov – kimya elmləri namizədi
42.Surxay Səfərov – bilogiya elmləri namizədi
43.Məhəmməd Hacıyev – fizika-riyaziyyat elmləri namizədi
44.İslam Paşayev – fizika –riyaziyyat elmləri namizədi
45.Şamxal İsmayılov – texnika elmləri namizədi
46.Quluyev Ağəli- Texnika elmləri doktoru.
Qarabağ müharibəsi zamanı ölkəyə
6 Milli Qəhrəman verib.
1. Əliyev Əliyar Yusif oğlu.
2. Kərimov Kazımağa Mövsüm oğlu.
3. Məmmədov Aqil Səməd oğlu.
4. Əliyev Vasili Əhməd oğlu.
5. Mirzəyev Kərəm Ərşad oğlu.
6. Axundov Səfa Fətullah oğlu.
Təhsil sahəsində keçilən yola qiymət verərkən ulu öndər Heydər Əliyev vurğulamışdır ki, “XX əsrdə yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil olaraq həmin bu böyük potensialla başlamışıq. Azərbaycanda təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu bizim böyük nailiyyətimizdir ki, xalqımız savadlıdır, tam təhsillidir.”
Oubadlı təhsil sistemində yaxşı maddi –texniki baza yaradılmış müasir yeni tipli məktəblər inşa olunmuşdur.
İşğaldan əvvəl :
İşğaldan əvvəl rayonda 33 orta
16 səkkizillik,
12 ibtidai məktəb,
1texniki-peşə
2 axşam kəndli gənclər məktəbi fəaliyyət göstərirdi.
Orta ümumtəhsil məktəblərində 5523 şagirdin təlim –tərbiyəsi ilə 1317 müəllim məşğul olurdu.
Bu məktəblərin anası hesab edilən Qubadlı şəhər Qara İlyasov adına məktəbdə isə o dövrdə 461 şagird təhsil alırdı. Məktəbdə çalışan 95 ali və orta ixtisas təhsilli müəllim onların təhsili ilə məşğul olurdu.
Torpaqlarımız erməni təcavüzünün başladığı 1988-ci ildən bütün rayon əhalisi kimi məktəblərin müəllim və şagird heyyəti də cox çətinliklərlə üzləşmişlər. Bu çətin vəziyyətdə işləyən məktəblərin pedoqoji kollektivləri 5 il müddətində onların qarşısına qoyulmuş vəzifədən əlavə körpə məktəblilərin təhlükəsizliyini təmin etməli, onları mərmi yağışı altından, təhlükəsiz sığınacaqlara çatdırmalı idilər.
Taleyini uşaqların təlim- tərbiyəsinə, gələcək nəslin yetişdirilməsinə bağlayan müəllimlərimizin bu çətin illərdəki fəaliyyəti əsl fədakarlıq nümunəsidir.
1993-cü ilin avqust ayının 31-də rayonun işğal olunması yeni dərs ilinə həvəslə hazırlaşan müəllim və şagirdlərin arzusunu gözündə qoydu.
Eyni sinfin şagirdləri, eyni məktəblərin müəllimləri pərən –pərən olub ailələri ilə birlikdə respublikanın müxtəlif yerlərinə səpələndilər
İşğaldan sonra.
İşğaldan sonra respublikanın 42 şəhər və kənd rayonunda məskunlaşan əhalinin ən başlıca problemlərindən biri təhsil strukturlarının bərpası idi.
Rayon təhsil şəbəkəsinin yenidən formalaşdırılması sahəsində rayon icra başçısının və rayon təhsil şöbəsinin müdirinin çox böyük əməyi olmuşdur. 5-6 il ərzində təhsil şəbəkəsinin maddi-texniki bazasının yaradılmasına nail oldular. Bu illər ərzində əhalinin daha çox məskunlaşan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ən müasir tələblərə cavab verən 9 məktəb inşa edildi. 16 məktəb əsasılı təmir olunub istifadəyə verildi.
Azərbaycan Respublikası Prezidentinin qayğısı nəticəsində Qubadlıda dünyəvi təhsilin bünövrəsini qoyan Qara İlyasov adına 1saylı Qubadlı şəhər məktəbinin (əsası Həsənbəy Sultanov tərəfindən qoyulmuşdur)125 ijjik yubileyi respublika səviyyəsində qeyd edilmiş (2007-ci ildə), məktəb üçün Sumqayıt şəhərində müasir tələblərə cavab verən bina inşa olunmuşdur.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı M.İsaqov cənablarının və Təhsil Şöbəsinin müdiri Afət xanım Allahverdiyevanın bacarığı, işgüzarlığı və yüksək səviyyədə təşkilatçılığı nəticəsində bu gün Qubadlı məktəbləri və təhsili çox böyük uğurlar qazanıb. Qubadlıda hal –hazırda 32 məktəb fəaliyyət göstərir.
Ümumtəhsil məktəblərdən əlavə hazırda rayonda dörd məktəbdən kənar müəssisə:
-
Uşaq gənclər idman məktəbi
-
Uşaq şahmat mərkəzi
-
Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi
-
Texniki yaradıcılıq mərkəzi fəalıiyyət göstərir.
Azərbaycan Respublikası
Qubadlı Rayon İcra hakimiyyəti başçısının
Sərəncamı.
Qubadlı şəhər I saylı orta məktəbinin
125 illik yubileyinin keçirilməsi barədə
Qubadlı şəhər i saylı orta məktəbinin 125 illik yubileyi, 2007-ci ilin dekabr ayında keçirilsin. Həmin məktəbin Qubadlı təhsil şəbəkəsinin formalaşmasındakı tarixi rolunu , Azərbaycana yüksək ixtisas təhsilli , tanınmış şəxsiyyətlər verilməsindəki əvəzsiz xidmətlərini nəzərə alaraq yubiley tədbirlərini yüksək səviyyədə keçirilməsi üçün təşkilatı tədbirlər görülsün.
M.X İsaqov,
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı.
15 fevral 2007-ci il.
Qubadlı Rayon İcra Hakimiyyəti başçısının
çıxışından bəzi məqamlar
Hələ 90-cı illərin ortalarında, dövlətçiliyimizin yeni-yeni möhkəmlənməyə başladığı illərdə ulu öndərimiz Heydər Əliyev deyirdi ki, hər bir sahədən kəsib təhsilə calamaq lazımdır.
Azərbaycan Respublikanın Prezidenti möhtərəm İlham Əliyev çıxışlarından birində qeyd edib ki, təhsil hər bir millətin inkişaf yolunu müəyyənləşdirən başlıca meyarlardan biridir. İnanırıq ki, zəngin təhsil ənənələri olan Qubadlının təhsil şəbəkəsi, bu sistemdə fədakarlıqla çalışan müəllim ordusu həmin vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün respublikanın təhsil şəbəkəsində özünə layiq yer tutacaqdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əlavələrdə Qubadlı rayon Qara İlyasov adına orta məktəbin 125 illik yubileyinin keçirilməsi öz əksini tapmışdır.
2007–ci ildə rayon təhsil şəbəkəsində 31orta, 2 əsas və I ibtidai məktəb fəaliyyət göstərirdi.
6718 şagird və 950 müəllim çalışırdı.
Ulu öndər Heydər Əliyevin sözləri ilə desək “Bizim təhsil sistemimizin məqsədi Azərbaycanın gələcək inkişafını təmin etməkdir.”
Qubadlı təhsil şəbəkəsinin qurulması imkanlarına görə işğaldan əvvəlki, səviyyədən heç dən geri qalmır. İndi məktəblərimizin mütləq əksəriyyəti heç də şəhər məktəblərindən geri qalmayan ən müasir şəraitə malikdir.
Qubadlı təhsili və müəllimlərinə
verilən dəyərli qiymət.
Bütün sahələrdə olduğu kimi təhsil sisteminin inkişaf etdirilməsi sahəsində də əsası ümummilli lider H. Əliyev tərəfindən qoyulmuş siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bunun nəticəsidir ki son illər ərzində Qubadlı rayonunda vüsətli məktəb tikintisi işlərinin aparılması, əsaslı təmir edilməsi, məktəblərimizin istilik sistemi ilə təchizatı sahəsində görülən işlər dövlətimizin diqqət mərkəzində dir. Bunu qiymətləndirən Qubadlı məktəbliləri yüksək bilik nümayiş etdirərək, ölkəmizin müxtəlif Ali təhsil ocaqlarında təhsil alırlar. Prezident İlham Əliyevin və Təhsil Nazirliyinin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Qubadlı müəllimlərinə təsis etdiyi yüksək adlar, rayon müəllimlərini daha da çox ruhlandırır və gələcəkdə onları daha da yaxşı işləməyə imkan yaradır.
Qubadlı rayon təhsil şöbəsi üzrə “Təqəqqi medalı”na
layiq görülmüş müəllimlərin
S İ Y A H İ S I
№
|
Adı və soyadı atasını ad
ı
|
İs yerləri
|
İxtisası
|
Tutduğu vəzifə
|
Təltif olunduğu il
|
1
|
Allahverdiyeva Afət
Məhəmməd q.
|
Təhsil şöbəsi
|
Rus dili və ədəbiyyatı
|
Şöbənin müdiri
|
2005
|
2
|
Əsədov Nüşrəvan
Əbdüləli oğlu
|
Şəhər 1 saylı
|
Riyaziyyat
|
Məktəbin direktoru
|
2007
|
3
|
Əsədov Ədalət
İxtiyar oğlu
|
Fərcan
|
Azərbaycan dili və ədəbiyyatı
|
Müəllim
|
2011
|
4
|
Quliyev İnqilab
İsa oglu
|
Şəhər 1 saylı
|
|
Müəllim
|
2007
|
5
|
Məhərrəmov Lətif Fərhad oğlu.
|
Dondarlı
|
|
Müəllim
|
2008
|
Qubadlı rayon təhsil şöbəsi üzrə “Əməkdar müəllim”
adına layiq görülmüş müəllimlərin
S İ Y A H İ S I
№
|
Adı və soyadı atasını adı
|
İs yerləri
|
İxtisası
|
Tutduğu vəzifə
|
Təltif olunduğu il
|
1
|
Allahverdiyeva Afət Məhəmməd q.
|
Təhsil şöbəsi
|
Rus dili və ədəbiyyatı
|
Şöbənin müdiri
|
2010
|
2
|
Salayev Şöhrət
|
Şəhər 1 saylı
|
Coğrafiya
|
Müəllim
|
|
3
|
Kərimov Nüşrəvan Əbdüləli o.
|
Xocamsaxlı
|
İbtidaii sinif
|
Müəllim
|
|
4
|
Xudatov Məhəmməd
|
Fərcan
|
|
Müəllim
|
|
5
|
Atayev Misirxan Qoca oğlu
|
T. Müskanlı
|
|
Müəllim
|
|
6
|
İbrahimov İsfəndiyar
Haqverdi o.
|
Hal
|
Azərbaycan dili və ədəbiyyat
|
Məktəbin direktoru
|
|
7
|
İsmayılov Sabir Səfəralı o.
|
Xocahan
|
Riyaziyyat
|
Müəllim
|
2004
|
8
|
Həsənov Yadigar Həsən o.
|
Dondarlı
|
Riyaziyyat
|
Müəllim
|
2005
|
9
|
Sevdimalıyev Sevi İsmayıl o.
|
Fərcan
|
Ədəbiyyat
|
Məktəbin direktoru
|
2007
|
10
|
Bayramova Əminə Mədəd q.
|
Çaytumas
|
Fizika
|
Müəllim
|
2007
|
11
|
Orucov Həbib Əbdülkərim oğlu
|
Xanlıq 1
|
Tarix
|
Məktəbin direktoru
|
2009
|
12
|
Kərimova Çimnaz Əli q.
|
Mərdanlı
|
Rus dili və ədəbiyyatı
|
Məktəbin direktoru
|
2012
|
2010 – 2011-ci ildə Qubadlı təhsilinin uğurları.
Bu gün Qubadlı rayonundan olan 850-dən çox tələbə müxtəlif ali məktəblərdə təhsil alir.
Təkcə son 2010-2011-ci tədris ilində rayon məktəblərinin ali məktəblərə qəbul kompaniyasında iştirak edən məzunlarının 41% -ə qədəri tələbə adını qazanmışdır. Qəbul olan 132 nəfərdən 20 nəfəri 500-dən, 8 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülən məzunlardan: Hüseyn İsmayılov, Vüsal Əhmədov, Elvin Əşrəfzadə, Qürbət Cavadov respublikamızda və xaricdə yüksək ixtisaslı mütəxəssis kimi yetişməkdədirlər.
2012-ci ildə Təhsilin uğurları.
Hal –hazirda böyük müəllim ordusu fəaliyyət göstərir ki, onlar da böyük intelekti və potensialı güclü olan müəllimlərdi. Onların dərs dediyi şagirdlər çox yüksək biliyə malikdirlər.
2012-ci ildə keçirilən qəbul imtahanlarının nəticələri daha ürəkaçandır. Belə ki, bu il orta məktəbləri bitirənlər 316 nəfər olsada, onlardan 265 nəfəri Ali məktəblərə sənəd vermiş, 121 nəfəri qəbul olmuşdur. Onlardan 12-nəfəri 500-700 bal arası toplamışdır.
Beləliklə, sənəd verənlərdən Ali məktəblərə qəbulu 45.7%-dir.
Bu il Qubadlı təhsilinin uğurudur ki, respublikamızın ali təhsil ocaqlarına 600-dən çox bal toplayan gənclərimiz var.
600-dən çox bal toplayan tələbələrin
Siyası
-
S
№
|
Adı, soyadı, atasının adı
|
Oxudugu məktəb
|
Topladığı bal
|
Qəbul olduğu ali məktəb
|
1
|
Əsgərova Nərgiz Teymur qızı
|
Xanliq 2 sayli tam orta məktəbi
|
600
|
Azərbaycan Dillər Univerisiteti
|
2
|
Burcəliyeva Hökümə Gündüz qızı
|
Qubadlı səhər 3sayli tam orta məktəbi
|
630
|
Azərbaycan Tibb Univeristeti
Müalicə işi
|
3
|
Əhmədov Elvin Yusif oglu
|
Qubadlı şəhər 3-saylı tam orta məktəbi
|
616
|
Prezident Yanında İdarəcilik Akademiyası
|
4
|
Qorxmazzadə Fəridə İslah qızı
|
Saray tam orta məktəbi
|
650
|
Bakı Dövlət Univeristeti
Hüquq fakutəsi
|
İstifadə olunan ədəbiyyat:
M. Mükərrəmoğlu.
Əbədi şölənən məşəl.-Bakı: Hərbi nəşriyyat, 2007.-260s.
“Sözün sehri.”№08. 04 avqust-01 sentiyabr, 2012-ci il. səh.7.
Redaktor- MKS-nin direktoru Muradova. M.
Tərtib etdi: Kitabxana- Biblioqrafiya Proseslərinin
Avtomatlaşdırılması Şöbəsi Alıyeva.Ə.
Tərtibçidən.
Biz Qubadlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, diyarşünaslıq İşlərinin təşkili ilə əlaqədar olaraq bu biblioqrafik göstəricini tərtib etməkdə məqsədimiz Qubadlı təhsilinin keçmiş tarixini və bu günkü uğurlarını bir yaddaş kimi gələcək nəsillərə çatdırmaqdan ibarətdir.
Dostları ilə paylaş: |