Nənələrimizin söz boxçasından
Axşam oldu. Suğra nənənin yan-yörəsi doldu nəvə-nəticəynən. Biri nağıl istədi, biri tapmaca soruşdu. Ən balaca Müşfiq də başını başlara qatdı:
-Nənə bir gülməli şey də danış mənə, nə olar. Özü də bəydən olsun.
-Nə deyirəm ağrın alım, a mənim, bəy balam.
Keçmişdə bir bəy varmış. Qapısına ağlı kəsməyən adam gələndə nökəri göndərərmiş ki, get denən ağam xəstədir. Bir gün bəyə yenə qonaq gəlir. Bəy də nökərini göndərir ki,get denən ağam xəstələnib. Qonaq da üzlü qonaq imiş haa... Qırsaqqız olur ki, ağanın xəstəliyi nədir axı? Nökər özünü itirir, başlayır kəkələməyə.
-Ağam uzanıb yerə. Başı şişib qarpız boyda olub.Qarnı boranı boyda olub.Ayaqları elə bil yemişdir...Rəngi badımcan kimi qaralıb.Əlləri...
Bu yerdə qonaq qəhqəhə çəkir:
-A bala,daha denən ağam bostana dönüb də...ha...ha...,ha... vay səni.
Təbabət haqqında
Bağayarpağı-Mədə-bağırsaq xəstəliklərinin
44
danışır.Qoca deyir: -Qala çayının qırağına gözətçi qoyun, Ağca suya gələndə götürüb qaçın. Ağca da talalıların hiyləyə əl atacaqlarını başa düşür. Elə həmin gündən suya getmir.Səhəngi uzun hörüklərinə bağlayır, Qala çayına sallayıb su götürür. Sən demə, Ağcanı öz tayfalarında Qaya adlı kasıb bir oğlan da sevirmiş, amma qəlbindəkini aça bilmirmiş. Ağcanı qoşa hörükləri ilə su götürən görəndə ürəyi ağrıyır. Qaya gündüzlər yatır,gecələr sarı bulaqdan qalaya, yerin altı ilə, gizlicə su arxı çəkir. Sakitlik çox sürmür. Talalılarla qalalılar arasında vuruş başlanmalı olur.
Talalıların ağsaqqalı deyir: - Qalalılara bir içim də su vermək lazım deyil. Ağca səhənglə su götürəndə onun qoşa hörüklərini kəsin! Bunu bilən qaya utana-utana Ağcanın yanına gəlib deyir:- Talalılar pusqudadırlar. Su götürəndə sənin hörüklərini kəsəcəklər.Xəbər Ağcanı sarsıdır,çox məyus olur, deyir:-Bəs nə edim? Qaya deyir:-Mən qalaya su arxı çəkmişəm. Gündüzlər yatmışam, gecələr işləmişəm. Ağca sevinir. O, Qayanı bərk-bərk bağrına basıb deyir:-Sən mənim xilaskarım, gözlərimin işığısan. Qayanın gözlərində bəxtiyarlıq çağlayır. Ağca deyir:-Talalılar hücuma hazırlaşır, gəl biz onları qabaqlayaq. Atalar havayı deməyib ki,”vaxt bir quşdur,onu unudan bihuşdur”. Gecə yarı at ilxısını talalılara tərəf ötür. Elə biləcəklər ki, biz vuruşa başladıq. Yuxulu-yuxulu bir-birini qıracaqlar. Belə də olur.Bir tərəfdən də Ağca talalıları səhərəcən oxa tutur.Talada qan su yerinə axır.Çarpışmada qalalılar da az zərər çəkmir. Atışmada Qaya ölür.Ağca onu öz qızıl yəhəri ilə birlikdə qalanın
21
başında dəfn edir. Ağca qalanın gah bu,gah da o bürcünə qaçıb, ox atır ki, tək olduğu bilinməsin. Ağcanın oxundan təngə gələn tala ağsaqqalları bir yerə yığılıb məsləhətləşir, deyirlər: -Qalada susuz qalmaq olmaz. Yəqin haradansa yerin altı ilə qalaya su gəlir. Bir qocanın tədbiri ilə quru arpa yemiş susuz qatırı qalanın dövrəsində gəzdirirlər. Ağca görür qatır Sarı bulaq tərəfə gedir. Anlayır ki,talalılar suyu tapacaqlar. Fürsət tapır, taladan çıxıb qaçır. Talalılar qatırın köməyi ilə su tüngünü tapıb dağıdırlar. Daha qalaya su gəlmir.Onlar bir neçə gün gözləyirlər. Görürlər ki, Ağca qaladan bir yana çıxmır, onda qalaya hücum edirlər. İçəri girəndə görürlər ki,Ağca yoxdur. Tayfa başçısı olan qoca:
-Tayfam qırıldı, oğlum öldü. Tala öldü qanlı tala, dağılmadı dağda qala,-deyib canını tapşırır. O gündən həmin yerin adı Axarca qalır. Sözügedən Tala Qızılca kəndi yaxınlığındadır.
Balçılı kənd sakini Hüseyin Yusifov
Başqa dərmana ehtiyac yoxdur.
Bir gün Qədim kişinin ayağından yara çıxır. Ayağının bərk ağrıdığını görüb həkimin yanına gəlir. Həkim onun yarasına baxdıqdan sonra belə qənaətə gəlir ki, yaranın sağalması üçün xeyli dava dərman lazımdır. Həkim resept yazıb Qədim kişiyə verir və deyir:
-Al bunu, qoyarsan yaranın üstünə,tənziflə də
22
Tərəvəz göyərməyən həyətdə tikan bitər.
Güclü qalmaq istəyirsənsə,torpağı qüvvədən düşməyə qoyma.
Birinin həyəti uzun-uzun qamışlıq, o birinin bostanı şirin-şirin yemişlik.
Palıdı kəsdi, yerinə qarpız əkdi.
Qanqal gözünü qızıl gülə zilləyib baxırdı:”Ay yazıq,-deyə fikirləşirdi,-gör nə yekəlikdə qəbahətin var ki, xəcalətindən üzün qıpqırmızı alışıb yanır”.
Qara qarğa rişxəndlə tovuz quşuna baxıb dodaq büzürdü.”Ay yüz rəngin çalarından yaranmış”deyirdi ona.
Soruşurlar:”Ay bulud, niyə yağmırsan?”
-Dedi:”Dünyaya yazığım gəlir. Yağsam, sel-su yuyub apara onu
Ağacı kəsdilər, oda qovuşmaq üçün odunluq oldu.
Otu biçdilər, palçığa qarışmaq üçün ələf oldu.
Hər onu görəndə deyirlər:”Meşə çaqqalsız olmaz”.
Quyu suyu bəyənmirdi çay suyunu. Deyirdi”Duruşu yoxdur,
43
Deyimlər.
Qaranquş baharı başlayır, bülübül tamamlayır.
İl quraqlıq gələndə quş yuvasını kölgə tərəfdə, yağıntılı gələndə günəşli tərəfdə tikir.
Torağay səhər tezdən oxumursa, deməli yağış gözlənilir.
İlin bərəkəti bahar çiçəklərinin sayı qədərdir.
Dumanlı yaz ilin bolluğundan xəbər verir.
Leylək dimdiyini şaqqıldadırsa, deməli, il yaxşı keçir
Sərçələr səhər tezdən bir yerə cəm olub civildəşirsə, hava günəşli olacaq.
Kömyə yetəndir-Vətəndir torpaq.
Torpağa yanmasan-yandırar səni.
Bütün məhəbbətlərin ibtidası torpağa məhəbbətdən başlayıb.
Torpağı uca tutanı ucaldar torpaq.
Kövşənsiz naxır, düzənsiz at bəslənməz.
Torpaq da sevinir barını insanlara verəndə.
42
sarıyarsan. Bir həftədən sonra yanıma gələrsən,başqa dərman yazacağam.
Bir həftədən sonra Qədim kişi yenə həkimin yanına gəlir. Həkim yaranın sarığını açanda görür ki, öz yazdığı resept kağızı yaranın üstünə qoyulub. Yaradan isə əsər-əlamət qalmayıb. Həkim özünü gülməkdən zorla saxlayır və qayıdıb Qədim kişiyə deyir ki, daha başqa dərmana ehtiyac yoxdur.
Gəlin qayası.
Sellər, sular bir-birinə qarışanda,yallar-yamaclar səməni kimi göyərəndə, bənövşələr kolların dibində boyun büküb,həsrətlə yol gözləyəndə, ellərin yaylağa doğru ağır-ağır, karvan-karvan köçü başlarmış. Deyirlər Kəpəz dağının ətəklərinə,Qaraçuxalar yaylağına uzaq aran elindən ağzı yaşmaqlı, uzun tuman, hörükləri topuqlarına dəyən qızlar,gəlinlər,ağbirçək qarılar,ağsaqqallar, igid-igid oğullar at belində yüklü-farmaşlı qoyunlu-quzulu ləngərlənə-ləngərlənə göy yamacların gülünü, çiçəyini dərə-dərə dişgöynədən şərbət bulaqlardan içə-içə süfrə çəmənliklərdə əyləşə-əyləşə gəlib bir ağır el köçü düşmüşdü. Cavanlar bir kənarda çubuqdan alaçıq tikirdilər. Uşaqlar kəpənək kimi gülə çiçəyə qonurdular. Qızlar nazlana-nazlana, güyümləri,sənəkləri doldurub güzgü bulaqların başında özlərinə sığal çəkirdilər.Gəlinlər bir tərəfə çəkilib,yorğunluqlarını alır, uşaqlarını əmizdirirdilər. Ağsaqqallar, ağbirçək qarılar isə baş-başa verib gəlimli, gedimli dünyanın işlərindən şirin-şirin danışırdılar.Gəlin
23
xəlvət bir guşədə çadrasını başından kənara atıb saçlarını topuğuna darayırdı. Sonrada ağlayan körpəsini qucağına alıb əmizdirməyə başladı. Yazıq gəlinin nədən xəbəri vardı ki, hardan biləydi ki,belə üzü, gözü açıq halda qayınatası çağıracaq.
-Ay Həlimə,ay Həlimə, qızım haradasan, tez özünü bura yetir.
Həlimə üz-gözünü örtməyə,çadrasını başına salmağa, uşağı yerə qoymağa macal tapmadı.Qaynatasının üzünə elin adətini pozmuş halda çıxdı.Bu, gəlinə çox ağır gəldi.Üzünü göylərə tutub dedi:Ay allah,sənə yalvarıram,mən böyük günah işlətmişəm,o qocanın üzünə bir də çıxa bilmərəm,məni daşa döndər.Deyirlər gəlin qucağında uşaq, ətrafındakı qoyun-quzu, köç-karvan, hamısı bir anın içində daşa döndü. O vaxtdan insan nəsli neçə yüzillik ömür sürüb. Qaraçuxalar yaylığının yaşıl düzənliyində daşa dönmüş el köçü hələ də dağdan arana qayıtmayıb.Həlimə isə öz körpəsini bağrına basıb el yolu ilə gəlib gedənə tamaşa edir.
Göygöl şəhər sakini. Aydın Hacıyev.
Cinnər həmməşə istəyillər ki, adamnara pisdih eləsinlər.Bir də görürsən ki, cinnər göyə qalxıp ya günü,ya da ayı tutdular,qabağa örtüh cəkip qoymadılar ki, işığı yerə düşsün. Onda gərəh göyə güllə atasan,dəmr qabları döyəsən ki, möhkəm gurultu qopsun,cinnər də, qorxup qaşsınlar.
24
Qaz qaqqıldayar,
İliyin tökər.
Açması: nəhrə.
Atalar sözləri
Yaz gəlişi-el alqışı.
Yazda bir gün itirən yayda bir ay, payızda bir il itirər.
Yazda yatan qışda üşüyər.
Yazda torpağa qardaş-qışda hörmətli yoldaş.
Baharım çiçək-çiçək, meyvəsi daha göyçək.
Yaz bitirər,yay yetirər.
Yazda əkin əkərəm,qışda olar,arı da!
Yazam, nazam, borclu qalmazam.
Torpağın sirrini əli torpaqda olandan soruş.
Çörək ətirli, torpaq nəfəsli.
Torpaq ovuclayan qızıl ovuclar.
41
Qızıl gülün yarpağı,
Astanalar torpağı.
Kim balamı istəməsə,
Gözünə bibər yarpağı.
Balama quzu qurban,
Quzunun yüzü qurban.
Quzudan qurban olmaz,
Anası özü qurban.
Qurban olum qurbana,
Yüyürər çıxar xırmana.
Xırmançı vurar qıçına,
Yıxılar arxın içinə.
Arxın içi çiçək olar,
Balam hamıdan göyçək olar.
Kolayır kənd sakini Şövkət Şərifovanın dilindən.
Bilməcələr
Eləmi qan ayağı,
Kəkliyin qan ayağı.
Aşıq bir höküm görüb,
Üç başı, on ayağı.
Açması:sağıcı, inək və buzov.
Sağsağan səkər,
Quyruğun bükər.
40
Danayeri kənd sakini Qasımov Bəhri
Hacıməlik kəndi adı haqqında
Hacıməlik kəndnin adı haqqında yaşlı ziyalılar belə deyirlər: Çar Rusiyasının ordusu 1904-cü ildə Gəncə şəhərinə hücum edən vaxtlarda kəndin ərazisində ordunun silah- sürsat, barıt anbarı olub. Gəncə şəhərindən hacı Məlik adında bir şəxs həmin anbara su axıdıb. Silah-sürsatı yararsız hala salıb. Rus ordusuna çox ziyan dəyib. Bunu eşidən Türk generalı hacı Məlik kişini yanına cağırıb ona böyük torpaq ərazisi hədiyyə edib. Kənd isə həmin ərazidə bir necə ildən sonra salınıb. O zaman kəndin əhalisi cəmi 10 ailədən ibarət olub. Hökümətin əli ilə Qulaca deyilən yerdə kəndin yaxınlığında yerdən qazma evlərdən ibarət Alıuşağı və Hacı Məmmədli yaşayış məskənləri kəndə köçürülmüşdür. Kəndə 3050 hektar ərazi verilmişdir. Kəndin adı isə Əzizbəyov adlandırılmışdır. Amma el arasında həmişə kəndə Hacıməlik deyilib.
Hacıməlik kənd sakinlərinin söylədiklərindən
Rəvayətə görə bir çoban Göygölün ətrafındakı səfalı yaylaqda qoyun otarırmış. Sürüdəki qoyunların, qoça gələn vaxtı imiş. Amma çobanın qoçu yox imiş. Odur ki, Allahdan arzu edir ki, ona qoç yetirsin, qoyunları qısır qalmasın. Qarşıdan gələn il yaylağa
25
gələndə gölün kənarında bir qurban kəssin.Biraz keçmir ki, yer- göy titrəyir. Göygöl bərk təlatümə gəlir. Göldən bir ağ, bir qara qoç çıxıb sürüyə qarışır.Az keçir, qoçlar qayıdıb suya girirlər. Çobanın sevinci yerə-göyə sığmır.
Vaxt gəlib çatanda sürüdəki qoyunların hamısı qoyunların hamısı quzulayır. Heyvanların sayı birə-iki çoxalır. İl dolanır yenə yaylaq vaxtı çatır.Çoban quzuları da analarının yanında sərin Göygöl yaylağına gətirir.
Bəli, bir gün sürü çəmənliyə yaylıb şirin-şirin otlayırdı. Çobanda həvəslə gah sürüyə, gah da Göygölə tamaşa edirdi. Birdən yadına düşdü ki, keçən ilki vədinə görə Gölün kənarında qurban kəsməlidir.
Çoban sürüdəki heyvanlarına qiymadı.Yerdən bir həşərat tutub öldürüb dedi ki, bu da buranın qurbanı. Çoban bunu demişdi ki, yenə yer-göy titrədi. Göygöl təlatümə gəldi. Keçən ilki qoçlar göldən çıxdı. Bir göz qırpımında sürünü döşləyib gölə tökdü.
Çoban başına döyə-döyə qaldı. Dediyinə peşman oldu. İtinin yanına salıb gölün qırağına gəldi, heç nə görmədi.
Deyilənə görə, çobanla iti o qədər durub baxdılar ki, şəkilləri həmişə lik düşüb suda qaldı.
Əsli və Kərəmin qəbirləri tapıldı
Göygölün Kərəmli kəndində Nakam məhəbbətin tərənnümü olan Əsli və Kərəm dastanı bir xaçpərəst qızının eşqilə od tutub yanan Gəncə xanzadəsinin əhvalatı haqdadır. Onlar bu yolda hər çətinliyə dözürlər. Lakin Qara Keşişin bədbin cadugərlik
26
Qəbrim üstə əkməyə,
Gül götürüb yazda gəl.
Haralıyam, harlı
Bu dağların maralı
Dost olursan, yaxın ol,
Olmursan gəz aralı.
Köynəyi biçən olsun,
Biçibən tikən olsun.
Mən sənə göz dikmişəm,
Sənə göz dikən olsun.
Oxşamalar.
Balam haradan gəlir?
Zülfü sabahdan gəlir.
Çirməyib qol-biləyin
Çiçək yığmaqdan gəlir.
Çirmənib ağ biləklər,
Dam üstdə qar kürəklər.
Görsə atası gəlir,
Həm yüyürər, həm iməklər.
Qarayam Qənbər kimi,
Müşk ilə ənbər kimi
Anam məni çox sevir,
Tanrı,peyğəmbər kimi
39
Gəlir yaman soyuqlar.
Müdirlərin cibində
Yumurtalar toyuqlar.
Vəzifəm həmdəm oldu
Görün, qohum qardaşım
Başıma nə cəm oldu.
Əzizinəm iş mənim,
Kabab mənim, şiş mənim
İşçilərin adına
Yazılan bəxşiş mənim.
Qəmər Quliyeva
Eləmi dəlisənmi,
İlqara bəllisənmi.
Cəllad-bıçaq gələndə,
Çağırram gəlisənmi.
Dağda maral xoş mələr,
Xoş inildər, xoş mələr.
Mənim ahu-zarımdan,
Dağ inildər daş mələr.
İpək yaylıq ad oldu,
Yırtıldı bərbad oldu.
Sən mənə yar olmadın,
Üstümdə bir ad oldun.
Mən aşiqəm yazda gəl,
Gül gətirib yazda gəl.
38
əməlləri nəticəsində qovuşa bilməyən sevgililər od tutub yanırlar.
Dastan qərhəmanlarının qəbirləri Göygöl rayonunun 25 il bundan əvvələdək elə “Qara keşiş yurdu” adlanan Kərəmli kəndində tapıldı.
Əsli və Kərəmin məzarları məhz bu kəndin yuxarı hissəsində, Gülazar bulağı yolu istiqamətində qədim qəbristanlığın qalıqları arasındadır.
Qəbirlərdən birinin Əsliyə, digərinin isə Kərəmə aid olduğu bildirilir. Bu da Qara keşişin qəbri! Üzərində də günahları böyüklüyündə ağır daş.
Qəbirlərdən əlavə ərazidə Əsli Kərəm əhvalatına uyğunlaşdırılmış başqa nişanələr də var. Qəbirlərin üstündə yer alan və indi yalnız xaç kimi qəbul edilən işarələr onların tarixçəsinin xristianlıqdan daha qədim olduğunu deyir.
Şifahi xalq yaradıcılığının məhsulu olan dastanlar çox vaxt müəyyən təhriflər olsa da, keçmişdə baş verən hadisələri özündə əks etdirir. Bu baxımdan iki aşiqin uyuduğu bu qəbirlərin yerləşdiyi ərazinin araşdırılması əhəmiyyətli ola bilər.
*****************
Bir gün Qamanov Bəhrəm həmkəndlisi Hacıyev Fərrux ilə yeyib içir. Hər gün pulu Qamanov Bəhrəm verir. Bir neçə zaman keçir. Hər gün eyni vaxtda yemək yeyirlər, pulu yenə Qamanov verir. Axır ki, təngə gəlib deyir, ay yoldaş harda yazılıb ,Bədoy yesin, Bəhrəm versin.
*****************
27
Bir gün də Qamanov Bəhrəm İrəvan şəhərinə gedir. Görür ki, camaat hara isə yığılır. Deyir ki, gedim mən də baxım. Görür ki, futbol oynayırlar. Oturub oda baxır. Birdən bir nəfər arxadan ayağa qalxıb qışqırır. Qamanov geri çevrilib deyir, niyə qışqırırsan?.-Deyir ya bolelşik. Bəhram kişi deyir sən bala eşşəksənsə mən ana eşşəyəm.
*****************
Bir gündə Hacıyev Fərrux oğluna toy edir. Çölə çıxır, içəri girib camaata deyir, siz oturun. Toya da 5- 10 nəfər gəlibmiş. Yenə mağara girib deyir , yoldaşlar siz çörəyinizi yeyin camaat da gələcək . Elə bu zaman Fərrux kişinin qızı içəri girib deyir. Ay dədə sən kimin toyuna gedibsən ki, bizim toyada gəlsinlər. Elə özümüz yeyib, özümüz də içərik.
*****************
Bundan əvvəl camaat ot biçilən zaman yerini dırmıqla yığmağa gedirdi. Fərrux kişi də briqadir işləyirmiş. İşə gedən fəhlələrə əmək günü yazmaq əvəzinə hər gün bir qurud qaba qoyur , qoyduğu qurudları da uşaqları oğurlayib yeyir. Ayın axırı olanda fəhlələrin əmək gününü yazanda az yazır. Bundan hirslənən fəhlələr Fərrux kişiyə deyir, mən 20 gün, o biri deyir mən 25 gün işə getmişəm. Fərrux kişi fəhlələrə hirslənib deyir, qabda 10 dənə qurud var. Deməli sən 10 gün işə gedibsən. Elə bu zaman qızı deyir, ay dədə qurudlari biz yemişik. Elə fəhlələr düz deyir ki, bizim əmək günlərini düz yaz.
*****************
28
Bala-bala qonşudan
Toyuq cücə əkərəm.
Var bir sənətim.
Şanım, şöhrətim mənim.
Böhtan atan, şərbazam-
Budur adətim mənim.
Nəhəng mənəm, nər mənəm.
Kişi mənəm, nər mənəm
Üç ailə dağıtmışam,
Yurdu dərbədər mənəm.
Qələndər Əliyev
* * * * * * * * * * * * *
Əzizinəm yatmayır,
Ağlıma söz batmayır,
Beş aydı restoranda
Təmir başa çatmayır.
Əzizim bəzə gətir,
Gül gətir, təzə gətir,
Burada mən müdirəm
Xırıd eylə bizə gətir.
Halıma yanmayırlar,
Qeydimə qalmayırlar,
Özgə yerdən qız aldım
Uçota salmayırlar.
37
Bağban, qolun qırılsın,
Yara gül az gəlibdir.
Ağ alma, qızıl alma,
Gəl yola düzül, alma.
Ya gəl muradımı ver,
Ya məndən üzül, alma
Pənahlılar kənd sakini Qasım
Baba söyləmişdir.
Mağazda malım var-
Əla kef-əhvalım var.
Kimsəyə göstərmərəm,
Ayrıca dəllalım var.
İllər ayımdır mənim,
Qışda yayımdır mənim.
İşləmədən pul allam,
Müdir dayımdır mənim.
Yoxdur heç nəyim mənim.
Var bir diləyim mənim.
Şərab qanım olaydı,
Araq ürəyim mənim.
Soruşmayın nə karəm.
Veyil gəzən bekaram.
36
Bir gün də bir kişi kirvəsigilə qonaq gəlir. Xeyli yeyib içirlər. Ev yiyəsi kirvəsini evlərinə yola salır. Kirvəsi əl çəkmir deyir mən də səni yola salmalıyam . Hə birdə görürlər səhər açılıb.
12 saylı Yeni Zod kənd kitabxanaçısı Mirzəyeva Firuzənin söylədikləri
Bayatılar
Quzular mələr gələr,
Dağ-daşı dələr gələr,
Telefona əl atanda
Başıma nələr gələr.
Saralmaram, solmaram,
Bulud kimi dolmaram.
Təcili yardım gəlsə,
O dünyalıq olmaram.
Tükəndi sözüm daha,
Dözüm ver, dözüm daha.
Avtobus gözləməkdən
Yoruldu dizim daha.
Çəkmə bazara məni
Salma azara məni.
Bu cala-cuxur yollar
Gətirib zara məni.
29
Xörəyim yox, küsərəm.
Əsim-əsim əsərəm
Evimizdə qaz yansa,
Gündə qurban kəsərəm.
Əzizinəm ad etdi,
Hansı qəlbi şad etdi.
Təmircilər evimi
Dahada bərbad etdi.
Mən aşiq bəndinə bax,
Obaya, kəndinə bax!
Diş cəkib, manat alır,
Bir bunun fəndinə bax.
Bürüyüb qürur məni,
Gözlə burda, dur məni.
Xalturaçı maşınam
Milis qoruyur məni.
Əzizim yatan günü,
Murada çatan günu,
Bayramıdı, malların
Əl altdan satan günü.
Kabab yeyib doymuram,
Hər yetəni soymuram.
Böyüklərin cibinə
Əl atmağa qoymuram.
**************************
30
Göyçə -göyçə dilimdə
Çiçək açdı gülüm də
Vətənim yox, elim yox
Necə yatım qəbirdə
Üçtəpə kənd sakini Qurbanov Camal Heydər oğlu .
Əzizim xoş bulağa,
Suyu sərxoş bulağa
Birin sən de, birin mən,
Tökülsün yaş bulağa
Daş gələr, daşa dəyər,
Tərpənmə, başa dəyər.
Bir vəfalı yar olsa,
Yüz min qardaşa dəyər.
Mən aşiq sarı qaldı,
Gün keçdi sarı qaldı.
Çox gözlədim, gəlmədin,
Gözüm yol sarı qaldı.
Açıq qoy pəncərəni
Gözüm görsün gələni.
Qəbrə necə qoyarlar?
Yar dərdindən öləni.
Bu gölə qaz gəlibdir,
Boy sərvinaz gəlibdir.
35
Bir nurlu səhərim var
Bu mənə bəsdir.
Əsəbləşmək əbəsdir
Hava təmiz , sular gəlir
Bu mənə bəsdir
Dəlinin gücü qolundadı
Şoferin gücü yolundadı
Qurdun gücü gözündədi
Şairin gücü sözündədi
Halal yeki! Nur çilənsin üzünə
Doğru danış! Qüvvət gəlsin sözünə
Qadın var qeyrəti! Qılınc tək kəsər
Kişi var tülkü tək! Yüz dona girər
Dost yolunda boran olar, qar olar
Kişisənsə döz borana, döz qara
Şükür olsun Allaha
Ruzi verib! Azda olsa besimdir
Bütün qızlar! Ana bacımdır
Tək birisi yarım olub! Bəsimdır
Üçtəpə kənd sakini Qurbanov Camal Heydər oğlu
Göyçə
Əzizinəm bənövşə
Hardan gəldi bənövşə
Göyçəmin ətri gəldi
Nə söylədi bənövşə
34
Kim deyər ki, qocaldıq,
İldən-ilə ucaldıq.
Yerdə, yurdda durmadıq,
Ulduzlardan baç aldıq.
Çölümüzü var etdik,
Hər an iftixar etdik.
Torpağın sinəsini,
Qarış-qarış bar etdik.
Dalda duraq niyə,
Biz layiqik yüksəyə.
53 min ton üzüm,
Bəxşiş verdik ölkəyə.
Əzizim ala qoyun,
Balanı yala qoyun!
Normanı ikiqat verib,
Doğdu cüt bala qoyun.
İl dolanır, yay keçir
Demirik gün boş keçir
Fərəhli günlərimiz.
Bir-birindən xoş keçir.
El çöldə külünk vurar.
Dağı dağ üstə qoyar.
Ərizəbaz ərizə ilə
Planını doldurar.
31
Sədirə bax, sədirə,
Yağ qatıbdır fətirə.
Kaş nə ola planı,
Kabinetdə yetirə.
Pis addan gendəyik biz.
Hamıdan öndəyik biz
Gözü götürməyənlər
Baxma deyir nəyik biz.
(Bayatıların müəllifi Q. Qəmərdir).
*****************
Yerişin qaza bənzər.
Boyun Şahbaza bənzər
Qış günü qapıdan girsən
Qış günüm yaza bənzər.
Aşıq elə bir də gəl
Ceyran çölə birdə gəl
Sən olasan öz canın
Bizim elə bir də gəl.
Ayağım yalınıydı.
Tikanım qalınıydı.
Heç ölmək istəməzdim.
Əzrailim zalım idi.
Əzizinəm bilən olsa,
Göz yaşımı silən olsa.
32
Bacı-qardaş yaxşıdı,
Qədrini bilən olsa.
Yeni Zod sakini : Briliyant Hacıyeva
Əzizinəm analar
Nənə olar qocalar
Nağıl deyən nənələr
Nəvələrə tac olar
Ay gəldi batdı getdi
Gün gəldi yaxdı getdi
Buludlar axdı getdi
Bu dünya bir, şəkildi
İnsanlar baxdı getdi
Körpə yırğalanır beşiyində
Mehriban ana durub keşiyində,
Boran qar, olsa da , eşiyində
İsidər onu ana laylası
Yoxsada dünyanın ucu bucağı
Hər yerdən istidir ana qucağı
Atam qoydu adımı
Anam daddı dadımı
Allah mənə yetirdi
Sənin kimi ağıllı qadını
************
33
Dostları ilə paylaş: |