1
HÜMBƏTOV HÜMBƏT SƏRXOŞ oğlu
1965- ci ildə Fizuli rayonu Aşağı Seyid-
əhmədli kəndində anadan olmuşdur. 1985-
ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsti-
titutunun Aqronomluq fakültəsinə daxil
olmuş, 1990 - cı ildə həmin fakültənin
Seleksiya və toxumçuluq ixtisasını fərqlən-
mə diplomu ilə bitirmişdir. 1989 - 90 - cı
illərdə V. Y. Yuryev adına Ümumittifaq
Bitkiçilik, Genetika və Seleksiya İnsti-
tutunda təcrübə keçmişdir. 1990 -1991- ci
illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıq-
çılıq instititunda elmi işçi işləmiş, 1993- cü
ildə AKTA-nın aspiranturasını, 2004 - cü
ildə doktoranturasını bitirmişdir. Kənd
təsərrüfatı üzrə fəlsəfə doktorudur. “Azər-
baycan respublikası şəraitində həna və
basma bitkiləri becərilməsinin optimal-
laşdırılması” mövzusunda doktorluq disser-
tasiyası yerinə yetirmişdir. Hazırda ADAU
- nun Bitkiçilik və bitki mühafizəsi kafedra-
sının baş müəllimi, Pambıq lifinin texnolo-
giyası laboratoriyasının müdiridir. Yerli və
xarici mətbuatda 50 - yə yaxın elmi məqalə
proqram və metodiki göstərişi çap edilmiş-
dir. “Azərbaycanda basma bitkisinin
becərilməsi və ondan istifadə edilməsinə
dair tövsiyələr” in (1994) və “Texniki
bitkilər” adlı dərsliyin (2010) müəllifidir.
“Basma (İndiqofera)” adlı monoqrafiyası,
və “Pambıq lifinin texnologiyası” adlı adlı
dərs vəsaiti çapa hazırlanır. Ailəlidir, bir
oğlu var.
2
HÜMBƏТOV H. S.
H Ə N A
(Lawsonia)
G Ə N C Ə - 2 0 1 1
3
UOТ 633. 863.8
HÜMBƏТOV H. S.
H Ə N A (Lawsonia)
(Monoqrafiya)
Monoqrafiyanın nəşrinə Azərbaycan Dövlət Aqrar Univetsiteti
Elmi Şurasının 17 May 2011 - ci il tarixli, EŞ - 10/5. 20 saylı
qərarı ilə icazə verilmişdir.
G Ə N C Ə - 2 0 1 1
4
Elmi redaktor: kənd təsərrüfatı elmləri doktoru,
professor İ. H. Cəfərov
Rəy verənlər:
ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı
kafedrasının professoru, k/t elmləri doktoru F. H. Axundov
Azərbaycan Elmi - Tədqiqat İpəkçilik İnstitutunun direktoru, k/t
elmləri doktoru, professor A. K. Seyidov
ADAU-nun Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri,
b. e. n., dosent Q. Y. Məmmədov
Elmi - Tədqiqat “Aqromexanika” İnstitutunun “Emal maşınları”
şöbəsinin müdiri, t. e. n. dosent İ. M. Hacıyev
ADAU - nun Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının
dosenti, b. e. n. F. H. Qurbanov
H. S. Hümbətov. Həna ( Lawsonia) (monoqrafiya) - Gəncə: ADAU -
nun nəşriyyatı, 2011, 145 s.
Monoqrafiya Azərbaycan respublikasının Gəncə - Qazax və Şirvan böl-
gələridə həna bitkisi üzərində 1991- 2004 - cü illərdə aparılmış elmi-tədqi-
qat işləri əsasında tərtib edilmiş və bu bitkinin bioloji, ekoloji, morfoloji,
fizioloji və s. xüsusiyyətlərinin öyrənilməsinin nəticələrini əks etdirir.
Monoqrafiyada həna bitkisinin (Lawsoniyanın) becərilmə texnologiyası,
torpağın təbii münbitliyinin qorunmasının əsasları, seleksiya və toxumçuluq
məsələləri, biçilmə və qurudulma texnologiyasının təkmilləşdirilməsi və s.
ətraflı şərh edilmişdir. Tədqiqatdan bu nəticəyə gəlinir ki, həna bitkisi yerli
şəraitdə becərilib istehsal edilsə, xaricdən respublikaya həna tozu gətirilməsi
məhdudlaşar, bu bitkinin becərilməsi ilə məşğul olan fermer təsərrüfatlarının
və iş adamlarının iqtisadi göstəriciləri yaxşılaşar.
Monoqrafiya ADAU - nun vəsaiti hesabına nəşr edilmişdir. Gösrərdiyi
qayğı və dəstəyə görə ADAU - nun rektoru, professor M. M. Sadıqova dərin
minnətdarlığımı bildirirəm. Monoqrafiyadan müəllimlər, tələbələr, fermer-
lər və iş adamları istifadə edə bilərlər. Monoqrafiya barədə irad və təklif-
lərinizi ADAU - nun Bitkiçilik və bitki mühafizəsi kafedrasına göndər-
məyinizi xahiş edirəm.
© ADAU - nun nəşriyyatı, 2011
SSN - L - 104 - 48
5
GİRİŞ
Mövzunun aktuallığı. Yer kürəsinin təbii florası 500
mindən artıq bitki növünü özündə birləşdirir. Bitki məhsul-
larına artan tələbat yeni sənaye əhəmiyyətli bitkilərin yayıldığı
bölgələri, onların məhsuldarlığının yüksəldilməsini və yeni
becərmə zonalarının öyrənilməsini tələb edir. Bu baxımdan
lavsoniya (həna) kimi cənaye əhəmiyyətli bitkinin öyrənilməsi
də vacib
məsələlərdən biridir. Son illərdə həna (Lawsonia)
boyayıcı, kosmetik və təbii dərman preparatı kimi dünyada
geniş tətbiq olunur.
Həna bitkisini respublikamızda, o cümlədən Gəncə - Qazax
və Şirvan bölgələrində geniş plantasiyalar şəklində becərməklə
nəinki respublikamızın xaricdən həna tozu almasına son
qoymaq olar, habelə bu məhsulların dünya bazarına çıxarıl-
masına da nail olmaq mümkündür. Onu da qeyd etmək lazımdır
ki, yerli şəraitdə becərilib istehsal olunan həna tozu öz
göstəricilərinə görə xaricdən alınan həna tozlarından üstündür.
Odur ki, bu bitkinin tədqiqat apardığımız bölgələrin təbii
şəraitinə uyğunlaşmasının öyrənilməsi aktuallığı baxımından
diqqətəlayiqdir. Monoqrafiya Azərbaycan respublikasının
Gəncə - Qazax və Şirvan bölgələrinin dağətəyi hissələrində
qoyulmuş təcrübələrin nəticələrinin müqayisəlii təhlili əsasında
yazılmışdır. Azərbaycanın Gəncə - Qazax və Şirvan bölgə-
lərində həna bitkisinin öyrənilməsinə həsr edilmiş bu elmi
tədqiqat işi ilk elmi əhəmiyyətə malik olan tədqiqat işi kimi
qiymətlidir.
Tədqiqatın məqsədi və vəzifələri. Həna yeni texniki
bitkilərdən ən qiymətlisi sayılır. Həna yarpaqlarının üyüdül-
məsindən alınan toz xüsusi ilə qiymətlidir. Bu toz əsas saç
rəngləyicilərinin içərisində ən geniş istifadə olunanıdır.
Həna tozu parça və xalçaların rənglənməsində, həmçinin
tibdə müalicə vasitəsi kimi istifadə edilir. Tədqiqatlar göstərir
ki, Azərbaycanın quru subtropik zonalarında həna bitkisinin
6
müvəffəqiyyətlə becərilməsi və onlardan yüksək məhsul
alınması mümkündür. Bu bitkinin göstərilən qiymətli cəhət-
lərini nəzərə alaraq onun respublikamızın Gəncə - Qazax və
Şirvan bölgələrində aqrobioloji və aqrotexniki xüsusiyyət-
lərinin araşdırılması bu tədqiqat işinin qarşısında duran əsas
vəzifədir.
Elmi yenilik və nəzəri məsələlər. Aparılan tədqiqat işində
əldə olunan yenilik ondan ibarətdir ki, ilk dəfə qiymətli texniki
bitki olan həna bitkisinin respublikamızın Gəncə - Qazax və
Şirvan bölgələrində də becərilərək keyfiyyətli quru yarpaq və
toxum məhsulu əldə edilməsinin mümkünlüyü və yolları
öyrənilmişdir.
Gəncə - Qazax və Şirvan bölgələrində həna toxumlarının
səpilməsi üçün ilk dəfə olaraq ən əlverişli səpin müddəti, səpin
norması və toxumların basdırılma dərinliyi müəyyən edil-
mişdir. Həna bitkisindən yüksək keyfiyyətli toxum və yarpaq
məhsulu əldə etmək üçün əlverişli bölgələr elmi cəhətdən
araşdırılıb dəqiqləşdirilmiş, hər iki bölgədə həna bitkisinin
çiçəkləmə biologiyası və meyvəvermə xüsusiyyətləri, yaruslar
üzrə toplanmış həna toxumlarının laboratoriyada cücərmə
enerjisi və qabiliyyəti, həna bitkilərinin meyvə orqanlarını
qoparmaqla yarpaq məhsulu artımı əldə edilməsi məsələləri
öyrənilmişdir.
Praktiki əhəmiyyəti. Hər iki bölgədə (Gəncə - Qazax və
Şirvan) yetişdirdiyimiz həna bitkisindən topladığımız məhsullar
Zaqatala Ətriyyat - Kosmetika fabrikinin laboratoriyasında
analiz edilmişdir. Bunların yüksək keyfiyyətə malik olması və
mövcud standartın (OCT 18-119-79) tələblərinə cavab verməsi
təsdiq olunmuşdur.
Azərbaycanın Gəncə - Qazax və Şirvan bölgələrində
gələcəkdə sənaye miqyaslı həna plantasiyalarının salınmasında,
əlaqədar toxumçuluq təsərrüfatlarında, yarpaq və toxum
məhsulu əldə etmək üçün əlverişli təbii şəraitin seçilməsində
tədqiqat materiallarından istifadə olunacaqdır.
7
Tətbiqi. Əldə etdiyimiz nəticələr ADKТA - nın (indiki
ADAU) Qovlarsarı tədris-təcrübə təsərrüfatında və Kürdəmir
rayonundakı ”Həna” istehsalat kooperativinin sahəsində tətbiq
edilmiş və yaxşı nəticələr alınmışdır. Тoxum və yarpaq
məhsulu üçün plantasiyalarının ayrılıqda bölgələr üzrə
salınmasına
dair
təkliflərimiz
gələcəkdə
yaranacaq
təsərrüfatlarda öz əksini tapacaqdır.
8
I FƏSİL. ТƏCRÜBƏ APARILAN BÖLGƏLƏRİN
ТƏBİİ ŞƏRAİТİ
GƏNCƏ – QAZAX BÖLGƏSİ
Coğrafi mövqeyi. Gəncə - Qazax bölgəsi Kür-Araz
dağarası depresiyasının qərb hissəsində yerləşir. Harami
çayının Kürə qovuşduğu yerdən Kürün Mingəçevir
yaxınlığında Böyük Qafqazın cənub dağətəyi sahəsini kəsib
keçdiyi yerə qədər uzanır. Massivin cənub sərhəddi Kiçik
Qafqaz dağlarının ətəyi, şimal sərhəddi isə Kür çayı boyunca
uzanır. Bölgənin çox hissəsi Kür-Araz ovalığında şimal-şərqə
doğru uzanan geniş düzənlikdə yerləşir.
Relyefi. Ərazi əsasən allüvial və allüvial-prolüvial tipli
akkumulyativ düzənlikdən ibarətdir. Kür çayına yaxın ərazidə
çay terrasları, dağətəyinə söykənmiş sahələrdə isə gətirmə
konusları xeyli sahə tutur. Gəncə - Qazax bölgəsinin Kürə
yaxın sahələrində mütləq yüksəklik 0-300 metr arasında
dəyişir. Gəncə - Qazax bölgəsinin Gəncə fiziki-coğrafi rayonu
ərazisində isə mütləq yüksəklik 200-500 metr, hətta 60 km
məsafədə 2500-3700 metrə qədər ucalır. Bu ərazi orta dağlığın
struktur erozion tipinə daxil olmaqla tektonik relyefin
yaranmasında fəal iştirak etmişdir (13).
Geoloji quruluşu. Ərazi ancaq dördüncü dövrdə çayların
gətirdiyi çay daşlarından, qumlardan, çaqıldaşlarından,
gillərdən, andezitlərdən və bazaltlardan yaranmışdır. Gəncə-
Qazax bölgəsinin dağlıq ərazisi mürəkkəb geoloji quruluşa
malik olub, süxurların yaşı şimaldan cənuba doğru artır. Əgər
dağ ətəklərində aşağı dördüncü dövr yaşlı kontinental suxurlar
geniş örtük yaradırsa, ondan cənub-qərbə üst təbaşirin dəniz
karbonat, vulkanogen və vulkanogen - cökmə fasiyaları
yayılmışdır. Gəncə dağları mərkəzdə ilk alp, şimal və cənubda
isə orta alp strukturuna malikdir (77; 78; 12; 13).
9
Тorpaq və iqlimi. Gəncə - Qazax bölgəsi torpaqlarının
planlı elmi tədqiqinə ilk dəfə 1925 - ci ildən başlanmışdır.
Sonralar bu iş V. V. Akimsev (68) V. İ. Smirnov Loginov
(138), H. Ə. Əliyev (18) və s. tədqiqatçılar tərəfindən davam
etdirilmişdir.
Burada torpaq əmələgətirici süxurlar karbonatlı, killi və
gillicəlidir. Тorpaqları əsasən şabalıdı və açıq şabalıdıdır.
Akademik H. Ə. Əliyev (18) Gəncə - Qazax bölgəsində 5
torpaq tipinin olduğunu qeyd edir. Тünd şabalıdı torpaqlarda 45
% -ə qədər humus vardır. Bölgədə açıq - şabalıdı torpaqların
qalın, orta qalın və az qalın növlərinə rast gəlinir. Ağstafa və
Şəmkir çaylarının Kürə qarışan hissəsinin yaxınlığı və Kür
vadisi allüvial - çəmən tipli torpaq örtüyünə malikdir (69; 60;
135).
Gəncə - Qazax bölgəsində yayılmış şabalıdı torpaqlar
azotla zəif, fosfor və kaliumla orta dərəcədə təmin olunmuşdur.
Bu torpaqlarda bitkilər tərəfindən asan mənimsənilən qida
formaları da azdır. Şabalıdı torpaqların 0-30 sm əkin qatında
ümumi azot 0,187 - 0,199 %, humus 2,12 - 2,50 %, ümumi
fosfor isə 0, 14 - 0,17 % arasında dəyişilir. Əkin qatında pH 7,5
- ə bərabər olduğu halda dərinə getdikcə artır və 100 sm
dərinlikdə 8,0 - ə bərabər olur. Bu da bölgədəki torpaqların
əsasən neytral və zəif qələvi xassəli olduğunu göstərir (37; 82;
83).
Yeddi bala qədər seysmik zonaya daxil olan bu ərazi
mülayim axıma malikdir (16). Sularının minerallaşması 13 q/l -
ə qədərdir. Suları sulfat - kalsium və natrium tərkiblidir. Dağ
ətəklərinə yaxın yerlərdə minerallaşma 1 q/l -dən də az olur
(13; 3; 11; 71).
Gəncə - Qazax ərazisi üçün qışı mülayim və yayı isti keçən
quraq səhra, yarımsəhra və quru çöl iqlimi səciyyəvidir (64).
Quru subtropik və mülayim iqlim hal-hazırda bölgə üçün
səciyyəvidir. Bölgənin aran hissəsində orta illik temperatur 12-
13
0
C, dağətəyi hissəsində isə 10-11
0
C- dir. 1991-1993-cü
10
illərdə orta illik maksimal temperatur 22,7
0
C, orta illik
minimal temperatur isə 6,7
0
C olmuşdur (3; 11; 61; 98).
Günəşli saatların illik miqdarı 2200 - 2500 - ə, ümumi
günəş radiasiyasının illik cəmi isə 125 -130 kkal/sm
2
-ə
bərabərdir. İl ərzində buxarlanmaya sərf olunan istilik 20
kkal/sm
2
olmaqla buxarlanma çatışmazlığı 500 - 900 mm - dir.
10
0
C - dən yüksək orta gündəlik temperaturun illik miqdarı
3800 - 4200
0
C olub, il ərzində 135
0
C arasında dəyişir (23; 74).
Yağıntıların orta illik miqdarı 300 - 400 mm-dir. Havanın
orta illik nisbi rütubəti 69,2 % - dir. İl ərzində tufanlı günlərin
sayı 25 - ə çatır. Küləklərin orta illik sürəti əsasən 3-5 bal olur.
Ərazidə qərb və şimal-qərb küləkləri hakimdir. Çay şəbəkəsinin
sıxlığı 0,2 km/km
2
-ə bərabərdir. Ərazidən keçən çaylar
tranzitdir. Yağıntılar əsasən payızda və qışda düşür (13).
Ərazidən Aqstafaçay, Тovuzçay, Gəncəçay, Şəmkirçay,
Kürəkçay, Qoşqar (Quşqara) və Zəyəm çayları keçir. Bu çaylar
Kiçik Qafqaz yüksəkliklərindən başlanğıc götürüb Kürə
qovuşurlar.
Bitki örtüyü. XX əsrin əvvəllərində Gəncə - Qazax bölgə-
sinin bitki örtüyü planlı öyrənilməyə başlanmışdır. Antropogen
amillərin təsiri nəticəsində ərazinin florası və bitkiliyi
dəyişiklik qazanmışdır (9).
Gəncə - Qazax bölgəsində səhra, yarımsəhra, bozqır,
kserofit seyrək meşə, subasar çəmənlik, meşə və kolluqlar
formalaşmışdır (24; 2).
Gəncə-Qazax bölgəsində torpaq örtüyü kimi, bitki örtüyü
də kəskin diferensiasiyaya uğramışdır. Kür çayı vadisində
qovaq, söyüd, qarağaç, saqqızağacı və s. tuqay meşələrinin əsas
botaniki tərkibini təşkil edirlər. 60 min hektarlıq sahəsi olan,
1978 - ci ildə yaradılan Qarayazı dövlət qoruğu da Tuqay
meşələrindən ibarət təbii kompleksin qorunmasına xidmət edir.
Düzən və dağətəyi sahələrdə yovşan, yovşan-şorangə və
müxtəlif taxıllardan ibarət səhra və yarımsəhra bitkiliyi
11
formalaşmışdır. Nar və qaratikandan ibarət kolluqlar dağətəyi
sahələrdə və alçaq dağlıqda əsas yer tutur (45).
Meşə bitkiləri orta dağlıqdan yüksək dağlığa keçid sahədə
dar bir zolaq təşkil edir. Meşə bitkiləri içərisində palıd, vələs,
cökə və şərq fısdığı hakim mövqe tutur. Nadir hallarda şərq
palıdı da talalar təşkil edir. Meşə ekosisteminin qorunması və
öyrənilməsi üçün Gəncə rayonu ərazisindəki Göygöl meşələri
1925-ci ildən dövlət qoruğu elan edilmişdir. Meşə bitkiliyi
2200-2300 m yüksəklikdə subalp, 2500 - 2600 m yüksəklikdə
alp, 2800 -3000 m yüksəklikdə isə ovuntulu qaya bitkiliyi ilə
əvəz olunur. Тəcrübə apardığımız düzən və dağətəyi sahələrdə
ara - sıra yaşlı meşə bitkilərinin qalıqlarına rast gəlinir. Bu da
həmin ərazilərin tarixən meşəlik olduğunu göstərir (9).
Gəncə - Qazax bölgəsində meyvəçilik, tərəvəzçilik,
üzümçülük, pambıqçılıq və taxılçılıq inkişaf etdirilir.
ŞİRVAN BÖLGƏSİ
Coğrafi mövqeyi. Şirvan mürəkkəb təbii şəraitə və
əlverişli coğrafi mövqeyə malik olub, Mingəçevir su
anbarından Hacıqabul gölünə, Kür çayından Babadağ (3632 m)
silsiləsinə qədər olan ərazini əhatə edir. Тəsərrüfatçılıq
baxımından aran və dağlıq yarımbölgələrə ayrılır. Həna
bitkilərinin dağlıq Şirvanda açıq sahədə becərilməsinin
mümkün olmadığını, təcrübə sahələrimizin Kür dağarası
çökəklik vilayətinin Küdrü-Şirvan rayonün (Kürdəmir inzibati
rayonunun Karrar yaşayış məntəqəsində) ərazidə yerləşdiyini
nəzərə alıb, biz aran Şirvanın təbii şəraitinin qısa şərhini
veririk.
Şirvanın aran hissəsi Kür-Araz ovalığının şimalında
yerləşib, onun sol sahil hissəsini əhatə edir. Aran Şirvan
bütövlükdə Şirvanın 52,13 %-ni əhatə edən ərazi olub, onun
mütləq yüksəkliyi 0-200 m arasındadır. Aran Şirvan 2 fiziki-
çoğrafi rayonun (Küdrü - Şirvan, Mərkəzi Aran) ərazisində
12
yerləşir (13). Şirvan düzünün öndağlıqların ətəkləri ilə sıfır
metr mütləq yüksəklik arasında qalan geniş zolağı Küdrü -
Şirvan, Mingəçevir su anbarından Hacıqabul gölünə qədər Kür
çayının sol sahil hissəsi və bütün cənub-şərqi Şirvan düzü
Mərkəzi Aran fiziki coğrafi rayonuna daxildir.
Relyefi. Aran Şirvan ərazisinin relyefi akkumulyativ
düzənliklərdən ibarət olub allüvial-prolüvial tiplidir (12; 13).
Relyefin ideal düzənlik şəraitini Тüryançay, Göyçay,
Girdmançay və Ağsu çaylarının gətirmə konusları yuxarı
Şirvan kanalı yaxınlığında pozur. Çayların aşağı axınında ara -
sıra çox da dərin olmayan yarğanlara rast gəlinir. Baş Şirvan
kollektoru ilə Kür çayı arasındakı ərazidə relyef ideal düzənliyə
malikdir. Burada səthi axımın zəifliyi, yüksək istilik şəraiti
(xüsusilə intensiv buxarlanma) ərazinin torpaq və bitki
örtüyünə səhra körkəmi verir (13).
Geoloji quruluşu. Ərazinin geoloji əsası Kaynozoyun 4-cü
dövrünə məxsus ən cavan çay çöküntülərindən təşkil
olunmuşdur. Ərazidə hal-hazırda da qalxma və çökmələr baş
verir. Aran Şirvanın oroqrafik litoloji əsası dördünçü dövrün
çaydaşı, qum, gil və s. çay çöküntülərindən yaranmışdır.
Dördünçü dövrün kontinental çöküntüləri alçaq dağlıqda
(şimalda) neogen dövrü suxurlarına söykənmişdir. Bu ərazi
gücü yeddi bala malik olan seysmik zonaya daxildir. İlk
baxışda hərəkətsiz görünən bu ərazidə intensiv müasir tektonik
canlanma vardır (63). Belə ki, müasir Kür depresiyasının
mərkəzi hissəsində Kürdəmir qalxması yerləşir. Bizim təcrübə
sahəmiz bu qalxmanın cənub-şərq hissəsində yerləşir. Alp
qırşıqlığının üst hissəsinə aid olan bu ərazi mərkəzi ovalığa
nisbətən qədim yaşa malikdir. Miosendə Aran Şirvan Sarmat
suları altında olmuşdur. Geoloji laylarda Sarmat çöküntüləri
talalar şəklində qalmaqdadır (63; 43).
Тorpaq və iqlimi. Aran Şirvanda 6 torpaq tipi (Şərqi
Zaqafqaziyanın şabalıdı və açıq -şabalıdı, boz-qonur,
şorakətvari boz-qonur, boz -çəmən və çəmən - boz, bataqlıq -
13
çəmən və lilli-bataqlıq, allüvüal-çəmən) əsas yer tutur (18).
Aran Şirvan rayonunun torpaqları öz genetik xüsusiyyətlərinə
görə müxtəlifdir. Mingəçevirlə Girdmançayın gətirmə
konusunun qərb qurtaracağı arasındakı ərazidə boz - çəmən,
Qarasu ilə Ağsu şəhərindən cənubda qalan ərazi arasında boz
və çəmən-boz, ondan cənub-şərqə doğru isə boz - qonur
torpaqlar inkişaf etmişdir. Şərqə, Hacıqabula doğru torpaqlar
boz-qonur olmaqla şorakətdir. Axmazlar, göllər və Şirvan
kanalı boyu çəmən - bataqlıq torpaqlarına, Kür çayının sol
sahili boyu boz-çəmən torpaqlarının yayıldığı sahədə şoran və
şorakətvari torpaqlara da rast gəlinir. Buradan şimal və qərbə
doğru boz-qonur şorakətli və şorlaşmış torpaqlar yayılmışdır
(18; 81; 128).
Şirvan bölgəsində təcrübə aparılmış sahələrin torpaqları
boz torpaqlar tipinə aiddir. Apardığımız analizlər nəticəsində
aydın olmuşdur ki, əkin qatında humusun miqdarı 1,55 % - ə
qədərdir. Aşağı qatlara getdikcə humusun miqdarı azalır və 1
metr dərinlikdə 0,70 % -ə düşür. Ümumi azotun da miqdarı
humusun miqdarına uyğun olaraq əkin qatında 0,12 % təşkil
edir, 1 metr dərinlikdə isə 0,02 % -ə düşür. Əkin qatında
ümumi fosforun miqdarı 0,14 %, ümumi kaliumun miqdarı isə
2,52 % təşkil edir. Əkin qatında pH 8,3 -ə bərabər olduğu halda
dərinlik dəyişdikçə artır və 1 metr dərinlikdə 8,4- ə bərabər olur
ki, bu da torpağın zəif qələvi xassəli olduğunu ğöstərir.
Тorpağın tərkibindəki mübadiləvi kationlardan Ca dominantlıq
təşkil edir. Sonrakı yeri Na kationu tutur. Əkin qatında (0 - 20
sm) mübadiləvi kationların cəmi 15,3 mq/ekv.- dir. Udulmuş
əsasların miqdarının dərinə getdikcə azalmasının səbəbi
torpağın kolloid hissəsinin dağılması ilə izah olunur. Əkin
qatında udulmuş natriumun miqdarı 2,0 % -ə çatır. Beləliklə,
məlum olur ki, Şirvan bölgəsinin boz torpaqları fosfor və
kaliumla zəif təmin olunmuş torpaqlardır.
Aran Şirvanın Kür - Araz (Mərkəzi Aran) rayonunda il
ərzində 300 mm -ə qədər, Küdrü -Şirvan rayonunda isə 350-
14
400 mm -ə qədər yağıntı düşür. Havanın orta illik temperaturu
14
0
C - dir. Yanvarda orta aylıq temperatur 0-3
0
C, iyulda isə
26
0
C - dir. Havanın il ərzində mütləq minimal temperaturu 22 -
24
0
C, mütləq maksimal temperatur isə 40 - 43
0
C - dir.
Havanın 10
0
C - dən yuxarı orta gündəlik temperaturunun illik
cəmi 4400
0
C - dən artıqdır. İl ərzində günəşli saatların cəmi
2500 -ə qədər olmaqla buxarlanmaya sərf olunan istilik 15-20
kkal/sm
2
- dir. Ümumi günəş radiasiyasının illik cəmi isə 130 -
135 kkal/sm
2
- dir. İlin soyuq yarısına nisbətən isti yarsında
yağıntı az olur. Qar örtüyü ildə 20 gündən artıq qalmır.
Havanın orta illik nisbi rütubəti 72 % olub, il ərzində 52 - 88 %
arasında dəyişir. İldə 70 günə qədər isti quru küləklər müşahidə
olunmaqla qərb və cənub - şərq küləkləri hakimdir. Ərazidəki
çaylarda axım çox azdır (1 l/san km
2
). Ən güclü küləklərin
surəti saniyədə 8 - 10 metrdən (4-5 bal) artıq olmur. Çay
şəbəkəsinin sıxlığı 0,05 km/km
2
- ə qədər uzanır (13). Dolu ildə
bir dəfə yağır, tufan isə ildə 5 gündən də az müşahidə edilir.
Ərazidəki çaylar (Тüryançay, Ağsuçay) qar, yeraltı və az
miqdarda isə yağış sularından qidalanır. Aran Şirvan ərazisi 2
hidroloji rayonu (Şirvan və Kür-Araz) əhatə edir (55; 13). Əkin
sahələrinin suvarılmasında çay sularından, Yuxarı Şirvan
kanalından, Baş Şirvan kollektorundan və həmçinin artezian
quyularından istifadə olunur. Aran Şirvanın qışı mülayim, yayı
isə quraq və isti keçir (64).
Dostları ilə paylaş: |