Bitki örtüyü. Aran Şirvanda səhra, yarmsəhra, subasar
çəmənlik, efemerli subtropik bitkilik, Тuqay meşələri,
bataqlaşmış çəmənlik və otlu bataqlıq, qarışıq kolluqlu
cəngəllik əsas yer tutur. Aran Şirvandakı efemerli subtropik
bitkilik yarımsavanna tiplidir (24; 9). Bu bitkiliyin yaxınlığında
tərkibi söyüd, qovaq, qarağac və yulğundan ibarət olan tuqay
meşələri yayılmışdır.
Aran Şirvanda pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvə-
çilik, tərəvəzçilik inkişaf etdirilir.
15
Son illərə qədər Aran Şirvanda yarımsəhra bitkiliyi hakim
idi. Ekoloji mühitin korlanması və antropogen amillərin mənfi
təsirləri nəticəsində artıq bütün Şirvan düzündə səhra bitkiliyi
hakimdir. Yarımsəhralar lokal olmaqla öz çoğrafi sərhədlərini
şimala doğru dəyişmiş, öndağlığın ətəkləri yaxınlığında
qərarlaşmışdır (24).
Aran Şirvanda bitki örtüyü yerli iqlim və relyef şəraitindəki
dəyişilmələr hesabına daxili diferensiasiyaya uğramışdır. Odur
ki, göllərdə, gölməçələrdə, çayların, Yuxarı Şirvan kanalının və
Baş Şirvan kollektorunun ətrafında intrazonal tipli su-bataqlıq
bitkilərindən qarğı, qamış, lıqvər, bataqlıq cili, kalış, su fındığı
və su çiçəyi geniş yayılmışdır. Bitkilər şahzadəsi Xəzər
şanagülləsinə də burada təsadüf edilir (130).
Тuqay meşələri ilə düzən meşələrinin botaniki tərkibi Aran
Şirvanda bir - birinə çox yaxındır. Тüryançay yaxınlığında,
Göyçay çayının aşağı axınında, Baş Şirvan kollektorunun
ətrafında tərkibi qovaq söyüd, iydə, tut, qarağac, yulğun, nar,
yemişan, böyürtkən, itburnu, saqqızağaçı, qaratikan, yalanqoz
və qızılağaç bitkilərindən ibarət düzən meşələri yayılmışdır.
Kürboyu Tuqay meşələri Kotavan kəndi yaxınlığında sıxlığı və
zənginliyi ilə diqqəti daha çox cəlb edir. Son 30 -35 ildə Aran
Şirvandakı rütubətli düzən və Tuqay meşələri insanların təsər-
rüfat fəaliyyətinə məruz qalmışdır. Elə bunun nəticəsidir ki,
artıq Kür çayının sahilləri boyunca Zərdabdan Şərqə doğru təbii
Tuqay meşələri qalmamışdır. Yeni senozların formalaşması
həm Kürün hidroloji rolunu, həm də Şirvan düzündə kənd
təsərrüfatının inkişafını zəiflədir (130).
Тüryançayda, Yuxarı Şirvan kanalından Şimalda,
Qaraməryəm tirəsində tikanlı gəvən, tıs - tıs, şiyav, kəklikotu,
pişiknanəsi və bəzi efemerlərdən ibarət dağ kserofit bitkiliyinə
də rast gəlinir. Öndağlıqda və ətəklərdə, xüsusən Xocaşen -
İnqar və Ləngəbiz silsilələrinin Mərkəzi Arana çevrilmiş güney
yamacında Şirvanın aran və dağlıq sahələri arasında təbii keçid
yaradan bozqır bitkiliyi inkişaf tapmışdır (86).
16
Beləliklə, Aran Şirvanda qərbdən şərqə və şimaldan
cənuba doğru iqlimin aridləşməsi ərazi daxilində bitkilərin
ekoloji və həyati formalarının yayılmasında qanunauyğunluqlar
yaratmışdır. Belə ki, dayazda yerləşən yeraltı sular həmişə
torpaqda nəmlik yaratdığından belə mikro iqlimli ərazilərdə
bitkilər mezofit və mezofit - kserofit variantlı olur, cənub - şərq
və Qərb küləklərinin hakim olduğu lokal tipli qalxmaların
tirələr və kiçik təpəciklərin Cənub istiqamətlərində isə kserofit
və kserofit - mezofit bitkilər yayılır. Odur ki, əraziyə introduk-
siya edilən hər hansı bir bitki üçün özünün biologiyasına və
ekologiyasına uyğun sahələr seçilməlidir. Azərbaycanın Gəncə
- Qazax və Şirvan bölgələrinə introduksiya olunmuş həna
bitkiləri üçün sahələrin seçilməsində bölgənin təbii şəraiti və
mikroiqlimli məhdud əraziləri nəzərə alınmışdır.
17
II FƏSİL. HƏNA BİТKİSİNİN (LAWSONİA)
ÖYRƏNİLMƏSİ VƏ İNТRODUKSİYA TARİXİ
(ƏDƏBİYYAТ İCMALI)
Tikansız həna (L. inermis L.) ağlarot (Lythraceae) fəsilə-
sinin Lawsonia cinsinə daxildir. Bu fəsiləyə tropik və subtropik
ölkələrdə yayılmış 25 cinsdən olan 550-dən çox növ daxildir
(95). MDB ərazisində bu fəsilənin 5 cinsə aid olan 25 növünə
təsadüf edilir. Bizim şəraitdə kifayət qədər geniş yayılmış cinsi
ağlarot (Lythrum) cinsidir (17) .
Həna bitkisi ilk dəfə 1753 - cü ildə K. Linney tərəfindən
təsvir edilmişdir (84). K. Linneydən sonra bu bitki Burkil
(Burkill I. H) (157) və Kortesi (Cortesi F.) (161) tərəfindən
botaniki təsvir edilmişdir. Həmçinin həna bitkisi 1948-ci ildə
İngiltərədə Oksford Universitetinin nəşr etdirdiyi “Sudanın
kənd təsərrüfatı” (Aqriculture in hte Sudan) (148) adlı əsərdə
təsvir olunmuş, nəhayət V. P. Alekseyev (70) “Subtropik
bitkilər” jurnalında bu bitkinin təsvirini vermişdir.
Həna bitkisinin bir neçə sinonim adları vardır: L. spinosa
L.; L. Coccinea Sm.; L. alba Lam.; L. purpurea Lam.; Alcanna
spinosa Caertn.
Həna bitkisi yabanı halda Şimali Avstraliyadan (Mevil
adası) tutmuş Zond adalarından və Hindistandan keçməklə
Ərəbistana qədər olan ərazidə, Madaqaskarda, Şərqi və Şimali
Afrikada rast gəlinir. Mədəni halda isə Asiyada (yaşıllıq və su
olan yerlərdə) Şimali, Şərqi və Qərbi Afrikada, tropik
Amerikada becərilir (84).
Lawsonia inermis L. çoxillik kol bitkisi olmaqla vətəni
Şimali Afrika, Asiya və Avstraliya hesab edilir. Mədəni halda
isə tropik Amerikada, Misirdə, Hindistanda və Yaxın Şərqin
bəzi hissələrində becərilir. Əl-xına, Misir keşişi və Əspərək
ağacı adı ilə də məlumdur. Növmüxtəlifliyini isə bəzən Law-
sonia elba lamya və ya Lawsoniya ruba kimi qeyd edirlər. 6
metr yüksəkliyə çatır, ətirli ağ və yaxud açıq qırmızı rəngli
çiçəklərə malikdir (153, 169, 173).
18
Həna (Lawsonia inermis L.) tropik və subtropik ölkələrdə
bitən 6 -7 m hündürlükdə ağac və ya həmişəyaşıl kol bitkisi
olub həyatını 25 - 30 il davam etdirir. Xarici görünüşünə görə
“birgöz” bitkisini (Ligustrum lıcidium Ait.) xatırlatdığına görə
yunan həkimləri ona “liqustrum” deyirmişlər.
Həna təbii şəraitdə Sudanda, Qahirədə, Hindistanda (kollar
arasında), Səudiyyə Ərəbistanda və cənubi İranda nəmli sahə-
lərdə (vahələrdə, oazislərdə), İsrail və Sinqapura yaxın İspaniya
və Yunanıstanda isə sahilyanı ərazilərdə və İslandiyada Aralıq
dənizi adalarında becərlir (72).
Həna bitkisinin dördtərəfli budaqlanmaya malik olan
gövdəsi tilli olub, tikansızdır. Bitkinin gövdə və budaqlarının
üzəri daxildən qırmızı qəhvəyi rəngə malik olan qabıq ilə
örtülüdür (19).
Sadə, tam kənarlı, qısa saplaqlı və ya oturaq yarpaqları
qarşı-qarşıya düzülmüş, yumurtavari və ya ellips formasındadır.
Hamar, parlaq, nazik dəriciklə örtülü tünd yaşıl rəngli yarpaq-
larının uzunluğu 3,0 - 6,0, eni isə 1,5 -3,0 sm-dir. Yarpaqlarının
kənarı müəyyən dərəcədə burulmuş olur. Yarpağın üst səthi
mərkəzi damardan 60
0
altında ayrılan və yarpağın kənarında bir
biri ilə birləşən çoxlu miqdarda yan damarlara malikdir (72).
Həna vətənində əsasən çəpərlərin bəzədilməsi – yəni canlı
çəpər yaratmaq üçün becərilir. Ancaq qurudulmuş və
üyüdülmüş alt yarpaqlardan alınan toz xına adı ilə məşhurdur
ki, ondan da narıncı, qəhvəyi və qırmızı rənglərə tez boyamaq
üçün istifadə edilir. Qurudulmuş və üyüdülmüş həna yarpaqları
yaşıl bataqlıq rənginə çalan tozdur. Tərkibindəki əsas boyayıcı
maddənin – lavsonun miqdarı 0,5 – 1,5 %-ə çatır. Hənanın tər-
kibində həmçinin aşılayıcı maddə, kley (yapışdırıcı), qal
turşusu və başqa maddələr vardır. Həna yarpaqları Asiyada
qədimdən saçların, dırnaqların və dərinin boyanması üçün
istifadə edilirdi. Qərbdə və yaxın Şərqdə isə həna saç yumaq
üçün şampun hazırlanmasında, boyaqların kondinsiyaya
19
çatdırılmasında və yaxalama vasitələrinin hazırlanmasında isti-
fadə edilir (154, 165, 149).
Çiçəkləri xoşagələn iyə malikdir, onların bitki yağları ilə
qarışığından ətir hazırlanır. Ağımtıl-qırmızı rənqli çiçəklərin-
dən ətirli sabun hazırlanmasında istifadə edilir. Çiçəkləyən
vaxtı yarpaqları da yığılıb qurudulur, üyüdüldükdən sonra
saçların və dərinin rənglənməsində istifadə edilir. Bitkinin uc
hissəsində bitən yarpaqlar daha yaxşı rəng verdiklərindən onlar
ayrılıqda yığılır və dərinin boyanmasında, digər yarpaqlarından
alınan tozdan isə saçların boyanmasında istifadə edilir. Xına
üyüdülən kimi dərhal vakuum kisələrə qablaşdırılmalıdır.
Qaldıqca xına keyfiyyətini itirir. Keyfiyyətin itməsi isə düzgün
qablaşdırmadan asılıdır (150, 186).
Həna bitkisinin diametri 1-2 sm olan xırda çiçəkləri
piramida şəkilli, mürəkkəb salxımvari çiçək yatağında
toplanmışdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli olub yasəmən və
ya qızılgül kimi ətirlidir. Çiçəklərinin tərkibində efir yağları
var. Çiçək 4 sərbəst kasa yarpağından, 4 bitişik ləçəkdən, 8
erkəkcikdən, 2 efir yağlı vəzicikdən ibarətdir. Meyvəsi 4
yuvalı, qutu şəkilli, dairəvi formada olub, nazik qabıqlıdır. Hər
yuvada çoxlu miqdarda piramida şəkilli kiçik qəhvəyi rəngli
toxum yerləşir. 1000 ədəd toxumunun kütləsi 0,5- 0,6 qramdır.
Mədəni halda həna bitkisinin quru və isti bölgələrdə,
yüngül qranulometrik tərkibli və məsaməli torpaqlarda becəril-
diyi göstərilir (101). Hava rütubətinin həddən artıq olması,
güclü küləklər, istilər bitkinin böyümə və ingişafına mənfi təsir
edir (162).
Тəbii şəraitdə həna bitkisinin böyüməsi və inkişafı üçün
minimal temperatur 8-10
0
C olmalıdır. Тemperaturun 2-3
0
C -
yə enməsi bitkinin məhv olmasına səbəb olur. Buna uyğun
olaraq müəyyən edilmişdir ki, həna bitkisi Krım vilayətində
Zaqafqaziya və Orta Asiya respublikalarında birillik bitki kimi
becərilə bilər (72; 70; 93; 115; 116).
20
Səudiyyə Ərəbistanın Ciddə şəhərində həna bitkisi ətirli
çiçəklərə malik olan kiçik ağaca çevrilmişdir. Hindistan və
Pakistanda satış üçün nəzərdə tutulan həna plantasiyalarında bu
bitki daha çox yarpaq əldə etmək məqsədilə ildə bir neçə dəfə
biçilərək kol halına salınmışdır. Həna bir çox isti ölkələrdə
həyətlərdə əkilib becərilən sevimli kol bitkilərindən biridir. İsti
ölkələrdə yaşamayanlar belə bu bitkini evlərində becərə bilərlər
(152, 181).
Kanadalı mütəxəssis yazır ki, mən həna ilə bağlı keçirilən
konfrans zamanı Nataşa Papuşekdən 4 ədəd həna şitili aldım.
Bu şitillər evimin cənub pəncərəsi qabağındakı stolun üstündə 7
ay müddətində çox gözəl inkişaf etdilər. Mən onları torpaqları
quruyan zaman distillə olunmuş su ilə suvarırdım. Onlar çox
uzandıqda isə kəsib qısaldırdım. Onlar kəsilməyə çox yaxşı
reaksiya verirlər və tez bir zamanda yenidən boy atmağa
başlayırlar. Elə ki, onlara gənələr, tripislər və mənənələr daraşdı
mən onlara öz pişiyimin birə dərmanından çilədim və bunun
heç bir əks təsiri olmadı. Şaxtalı və qarlı fevral ayında mənim
xınalarım pəncərəm önündə böyüyürlər. Mən isə səbirsizliklə
işıqlı günlərin artmasını, yazın gəlməsini gözləyirəm ki,
bitkilərim daha sürətlə böyüsünlər. İsti və bürkülü yay
günlərində isə otaqda becərilən həna bitkisi daha sürətlə
böyüyür.
Əgər soyuq iqlim şəraitində siz xına bitkisini ev (otaq)
şəraitində becərmək istəyirsinizsə otağın temperaturunu bu
bitkinin təbii şəkildə bitdiyi yerlərin temperaturuna bərabər
etməyə çalışmalısınız. Çünki o bu temperaturu çox sevir (194).
Əgər Siz limonu açıq havada becərə bilirsinizsə deməli
xınanı da becərə bilərsiniz. Ancaq siz onu soyuqdan qorumalı-
sınız. Xına yüksək temperaturu sevir. O soyuq havadan ehtiyat
edir, onu nifrətlə qarşılayır və yarpaqlarını tökməklə öz
münasibətini bildirir. Xına bitkisi havanın təsadüfü soyumasına
yaxşı münasibət göstərir. Ən yaxşı rəng quru musson küləkləri
dövründə yığılmış xına yarpaqlarından əldə olunmuşdur. Xına
21
bitkisi mənənə, termit və başqa “nəmlik azarlarını” sevmir.
Ona görə də Siz onu bunlardan qorumalısınız.
Əgər Nyu-York ştatının Buffalo şəhərində otaq şəraitində
həna (xına) becərmək mümkündürsə, deməli harada istəsəniz
xına becərə bilərsiniz. Bu yer həyət (bağça), isidilən sahə,
örtülü sahə, istixana və temperaturu 18
0
C-dən aşağı düşməyən
və şaxtalardan qorunan istənilən yer ola bilər. Qeyd edək ki,
xına daima isti səhra iqlimini sevir və kol tipli ağac olmağa can
atır. Siz onun üçün bu şəraitləri yaratmalısınız ki, o daha yaxşı
inkişaf edə bilsin. Buffaloda az rast gəlinən isti yay günlərində
isə sizin bitki otaqda özünü bayırdakından daha yaxşı hiss
edəcəkdir.
Əgər siz artıq bir neçə təzə xına yarpağı əldə etmisinizsə
onunla nə etməlisiniz? Onu qurutduqdan (kölgə və isti yerdə)
sonra kofeüyüdəndə üyüdüb mağazadan aldığınız xına tozuna
əlavə edə bilərsiniz ki, daha gözəl rəng ala biləsiniz.
Xına becərdiyiniz otaqda bir neçə müstəqil xına kolu əmələ
gəldikdən sonra isə siz onlardan topladığınız və qurudub
üyütdüyünüz təzə xına məlhəmi hazırlayıb istifadə edə
biləcəksiniz.
Hindistanda həna kolu hər bir xüsusi həyətdə rast gəlinir.
Ağıllı və tədbirli hindli qadınlar hələ bizim eradan 400 il əvvəl
həyətindəki kollar arasında xına kolunu da becərirdi. İlin isti
günlərində hindli ana uşaqlarına bir qab (parç) verərək onları
təzə xına yarpaqları yığmağa göndərirdi. Yarpaqlar çox olan
zaman uşaqlar qaya parçası ilə yarpaqları parçın içərisində
əzirdilər ki, parç daha çox yarpaq tutsun. Bundan da limon və
layma rəngində olan şirə (sok) alınırdı. Uşaqlar xına
yarpaqlarını rəngi çıxana qədər daş üzərində başqa bir kiçik
daşla əzirdilər. Əzilmiş yarpaqları isə əllərinə və ayaqlarının
altına yaxardılar. Ancaq bir neçə dəqiqədən sonra parlaq tund-
qırmızı rəng alınırdı.
Sudanda isə qadınlar bilirdilər ki, bəzi həna kolları qəhvəyi,
bəziləri isə qırmızı rəng verirlər. Deməli hənada (xınada)
22
becərildiyi
torpaqdan,
mikroiqlimdən
və
genetik
xüsusiyyətlərdən asılı olaraq müxtəliflik mövcuddur.
N. Evdokimova (2001) qeyd edir ki, əgər saçınızın rəngi
sizi cana doydurubsa və siz saçlarınızı kimyəvi rənglərlə
korlamaq istəmirsinizsə onda hənanı sınayın. O sizin saçınıza
nəinki dəbdə olan parlaq rəng verər, hətta onu sağlam və
rəngarəng edə bilər.
Həna tozu tropik ölkələrdə bitən həna bitkisinin
yarpaqlarından əldə edilən təbii rəngləyicilərdəndir. Ona görə
də onun saçlara təsiri nəinki zərərsizdir, əksinə xeyirlidir.
Təsadüfi deyildir ki, hələ qədim Misirdə və Şərq ölkələrində
qadınlar onun faydalı keyfiyyətlərini bilərək çox geniş istifadə
etmişdir. Hal-hazırda da mağazalarda satılan həna tozunun
qiyməti istənilən kimyəvi rəngləyicilərin qiymətindən ucuzdur.
Ancaq qeyd etməliyik ki, hənanı hər saça qoymaq olmaz.
Hansı hallarda həna qoymaq məsləhət görülmür:
1.Bir az əvvəl kimyəvi rənglərlə boyanmış saçlara. Bitki
tərkibli rənglər kimyəvi rənglərlə çox pis uyğunlaşdığından
sizin saçlarınız gözlənilməz rənglərə, hətta narıncı və yaşıl
rənglərə boyana bilər.
2.Kimyəvi üsulla burdurulmuş saçlara. Bu halda da yuxarıda
göstərilən arzuolunmaz rənglərə düçar ola bilərsiniz. Həna ilə
boyanmış saçları kimyəvi yolla burdurmaq da məsləhət
görülmür.
3.Təbiətən parlaq saçlara (əgər siz bu təbii rəngin kürən
rəngə boyanmasını istəmirsinizsə).
4.Əgər saçınızın rəngini tez-tez dəyişməyə adət etmişsinizsə.
Bilməlisiniz ki, həna rəngi yuyulmur və onu saçlardan heç nə
ilə aparmaq olmaz. Həna qoyduqdan sonra siz öz saçlarınızı
uzun müddət burdura və kimyəvi boyalarla rəngləyə
bilməzsiniz.
5.Əgər ağarmış saçlarınızın bir hissəsini (məs.40-50%-ni)
boyamaq istəyirsinzsə.
23
Həna qoymaq üçün sizə saçınızın uzunluğundan asılı olaraq
1-3 kisə (25 qramlıq) həna, köhnə dəsmal (məhrəba), balaca
saxsı kasa, enli bərbər farçası, rezin əlcək, pambıq, krem
(kosmetik yağ), plastik plyonka (adi orta ölçülü plastik paket də
götürmək olar), şpilka (baş sancağı, uzun saçlar üçün) lazım
olacaqdır.
Bu iş aşağıdakı mərhələlərlə həyata keçirilməlidir.
1)
Həna tozunu qaynadılmış su ilə çaxsı kasada qatı xama
halına çatana qədər (70-80
0
C) qarışdırın. Həna tam
qarışdırılmalıdır. Əgər qara saçı tünd şabalıdı rəngə boyamaq
istəyirsinizsə həna tozuna bir xörək qaşığı üyüdülmüş kofe
əlavə edin. Əgər saçınızı tünd-qırmızı boyamaq istəyirsinizsə
onda həna tozunu su ilə yox, çuğundur şirəsi (soku) ilə
qarışdırın.
2)
Çiyninizi köhnə dəsmalla (məhrəba ilə) örtün. Həna
ləkəsini praktiki olaraq aparmaq mümkün deyil. Ona görə də
həna qoyan vaxtı hər hansı bir köhnə paltar geyməyiniz
məsləhətdir. Alnınıza və boynunuza krem çəkin ki, həna
rənginin dərinizə düşməsinə maneçilik törətsin.
3)
Həna quru və təmiz saçlara yaxılmalıdır. Həna yaxmanı
boyunun
ardından
(ənsə
hissədən)
başlamaq
daha
məqsədəuyğundur. Çünki, başın bu hissəsi ən aşağı temperatura
malikdir. Ona görə də bu hissədəki saçlar daha artıq müddətə
boyanmalıdır. Sonra həna başın əmgək (təpə) və gicgah
hissələrinə, axırda isə uclarına doğru yaxılmalıdır. Çalışmaq
lazımdır ki, həna dəriyə düşməsin. Əgər bu baş verərsə dərhal
nəm pambıqla silinməlidir.
4)
Bu qayda ilə hənanı saçın hər yerinə yaxdıqdan sonra
saçı ovuşdurun ki, həna bərabər yaxılsın. Əgər saçınız
uzundursa onları toplayıb baş sancağı (şpilka) ilə bərkidin sonra
isə başınıza plastik plyonka və ya paket keçirib alnınıza və
saçınızın dibi ilə arxaya doğru pambıq tıxayın ki, qoyduğunuz
rəng aşağıya doğru axmasın. Sonra isə başınızı dəsmalla
(məhrəba ilə) bağlayın.
24
5)
Saçda hənanı nə qədər saxlamalı? Qeyd edək ki, bu
müddət saçın əvvəlki rəngindən, onun məsaməliliyindən və
sizin hansı rəngi istədiyinizdən asılıdır. Yaxşı olar ki,
istədiyiniz rəngi almaqdan ötrü əvvəlcə bir dəstə (bir çəngə)
saçda yoxlama müddətini təyin edəsiniz.
6)
Əgər bu testi aparmağa həvəsiniz və vaxtınız yoxdursa
onda bilin ki, həna qara saçlarda ən azı 1,0-1,5 saat qalmalıdır.
Parlaq saçlarda isə daha az qala bilər.
7)
Bu prosesi siz fenin ( saç qurudanın) köməyi ilə
tezləşdirə bilərsiniz, ancaq bunu məsləhət görmürük.
Müddət başa çatdıqdan sonra saçı təmiz yumaq (sabunsuz)
lazımdır. Bu proses sadə deyil və çox vaxt aparandır. Çünki
saçları tökülən su altında tamamilə təmiz (rəngi çıxmayana
qədər) olana qədər yumaq lazım gəlir. Yuyulmuş saçları adi
qayda ilə və ya fenlə quruda bilərsiniz.
Olqa Şarapova (1999) isə təklif edir ki, 2-3 çay qaşığı
xınanı (sıx saçlar üçün isə bütün kisəni – 25 qr) qaynar suya
töküb xama şəkilli məlhəm alınana qədər qarışdırmalı.
Məlhəm olan kasanı başqa bir qabda qaynar suya qoymaq
lazımdır ki, rəngləmə gücü artsın. Bundan sonra azacıq
soyudulmuş məlhəmə bir yumurtanın sarısı əlavə edilir ki, saça
asan yaxılsın. Yumurta sarısı həm də saçı möhkəmləndirir və
qidalandırır. Xına ilə dərini, saçı və dırnaqları rəngləyən zaman
rezin əlcək geymək lazımdır. Xına təmiz və nəm saçlara
yaxılmalıdır. Kəsilməli saçlar isə əvvəlcədən kəsilməlidir.
Saçın hər yerində eyni rəngi əldə etmək üçün xınanı hər
yerə bərabər yaxmaq lazımdır. 1,0-1,5 sm saç ayrımları ilə
yaxmaq daha məqsədəuyğundur. Məlhəmi çay qaşığı ilə
saçayrımının ortasına qoyub, qaşığın arxası ilə irəli-geri
yaxmaq olar. Saçayrımlarını alın hissədən boyunun arxasına
doğru ayırmaq məsləhətdir. Çünki, belə olduqda başın daha
artıq hissəsi və qulağın arxası da rənglənir. Ancaq bir az
boynunun ardında rənglənməmiş saç qalır. Onu isə görmədən
rəngləmək olar. Axırda isə sifətə yaxın olan tüklərin dibləri
25
diqqətlə rənglənir. Əgər müntəzəm olaraq xına ilə rəngləmə
həyata keçirilirsə saçların böyüyən diblərini rəngləmək kifayət
edir. Birinci dəfə isə bütün saçları axıra qədər rəngləmək
lazımdır. Sonra isə saçın üstünə plastik paket və yaxud sellofan
kisə keçirməli kisə ilə boyunun və üzün arasına isə salfet və ya
pambıq tıxamaq lazımdır ki, saçlardan axma baş verərsə qarşısı
alınsın. Sonra isə başı məhrəba və ya dəsmalla bağlamaq
(çalmaq) lazımdır. Saç nə qədər açıq rəngli olarsa o qədər də
tez boyanacaqdır.
Xına qoyulmuş açıq rəngli saçlar 3 dəqiqədən sonra qızılı,
6 dəqiqədən sonra qırmızımtıl, 15 dəqiqədən sonra açıq -
qırmızı və 1 saatdan sonra isə alovu-qırmızı rəngə
boyanacaqdır. İlk dəfə üçün yaxşı olar ki, həna saçda nəzərdə
tutulandan az saxlanılsın. Xına hətta qısa bir vaxt ərzində də öz
müalicəvi təsirini göstərir. Xına saçdan ilıq su ilə yuyulmalıdır.
Axırıncı yaxalama suyuna zəif sirkə məhlulu (1 litr suya 1
xörək qaşığı) əlavə etmək məsləhətdir. Əgər saçın sərhədindəki
dəri rənglənmişdirsə onu yağlı məlhəmlə (kremlə) silmək olar.
Daha artıq (tünd qara) rəng almaq üçün xınaya bir qədər
basma (indiqofera) tozu əlavə etmək olar. Basma güclü təsir
göstərən vasitədir, ona görə də onu həmişə xına ilə birlikdə
istifadə edirlər. Bir çoxları xınanı basma ilə qarışdırarkən
qaynar su əvəzinə yağsız kefirdən (qatıqdan) istifadə edir.
8)
Həna ilə basmanın qarışdırma nisbəti əldə etmək
istədiyiniz rəngdən asılı olaraq götürülür. İlk dəfə üçün isə
yaxşı olar ki, təcrübəli bərbərlərə müraciət edəsiniz. Basma
əvəzinə xınanı üyüdülmüş kofe ilə də qarışdırmaq olar. Bu
xınaya bir qədər qəhvəyi rəng verəcəkdir və heç bir qorxusu
yoxdur. Əks halda saçlarınız qara rəngə boyanacaqdır. 2 xörək
qaşığı rozmarini 300 ml qaynadılmış suya töküb, bir saat
saxlayıb, sonra isə süzgəcdən keçirin. Alınmış losyonla hər
dəfə saçınızı yuduqdan sonra üzünüzü silin. Bu proses başa
çatdıqdan sonra saçınızın gözəlliyi və sağlamlığı sizi heyran
edəcəkdir. Bəs bu gözəlliyin qorunması üçün nə etməlisiniz?
26
1)
Həna qaldıqca bir qayda olaraq rəngi solur. Buna
baxmayaraq 2 ayda 1 dəfədən çox həna qoyulması məsləhət
görülmür. Həna tez-tez istifadə edildikdə əks təsir göstərir:
saçlar cansız görsənir.
2)
Əgər siz hənanın əvvəlki rəngini bərpa etmək istəsəniz
bunu yaxalamanın köməyi ilə edə bilərsiniz. Bunun üçün 50
qram həna tozunu 1,25 litr qaynanmış suda həll edin və onu
süzgəcdən keçirib soyumağa qoyun. Bu məhlul ilə saçınızı
yaxalamaqla əvvəlki rəngi bərpa edərsiniz.
3)
Saçınıza qoyduğunuz həna rəngi çox parlaq alınıbsa onu
necə neytrallaşdıra bilərsiniz? Bu məqsədlə bir qədər bitki
yağını qızdırın və onunla saçınızı səliqə ilə ovuşdurun. Sonra
saçınızı fenlə bir qədər qurudun və şampunla yuyun. Yağ
hənanın rəngini udur. Əgər bu birinci cəhddə alınmasa bu
proseduru (üsulu) təkrar edin.
Dostları ilə paylaş: |