HÜMBƏtov hüMBƏt sərxoş oğlu


V FƏSİL. HƏNA POPULYASİYASINDA BAŞ



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix01.01.2017
ölçüsü2,06 Mb.
#4036
1   2   3   4   5   6   7   8   9

V FƏSİL. HƏNA POPULYASİYASINDA BAŞ 
VERƏN FENOTİPİK NÖVDAXİLİ  DƏYİŞKƏNLİK 
  
 
 Respublikamızda  kənd  təsərrüfatı    sahələrini  gələcəkdə  
daha  da  inkişaf  etdirmək,  üçün    yüksək  məhsuldar  bitkilərin 
yaradılması və  becərilməsi işində  səmərəli  üsul və  vasitələrin  
axtarılıb  tapılması    gündəlikdə    duran  əsas    və    vacib 
məsələlərdən biridir.  
Növdaxili  dəyişkənliyin  öyrənilməsi  lüzumu  da  bu 
baxımdan  təqdirəlayiqdir.  Hələ  vaxtilə    N.  İ.  Vavilov  yazırdı 
«Növ  anlayışı  bitkiləri    asanlıqla  tanımaq  üçün  deyil  həm  də  
təkamül  prosesinin  mahiyyətini  dərk etmək üçün  lazımdır». 
Dəyişkənlik haqqında təsəvvür xüsusilə seleksiya işlərində 
lazımdır.  Növ  əlamətlərinin  dəyişkənliyinin  tədqiqatının  elmi 
mənbəyi  ondan  ibarətdir  ki,  bunun  köməyi  ilə  biz  təkamülün  
qanunauyğunluqları ilə tanış ola bilirik.  
Növdaxili  dəyişkənliyin  öyrənməsinin  praktiki  əhəmiyyəti 
isə    ondan  ibarətdir  ki,  əlverişli  populyasiyaların  eləcə  də  
xüsusi  bitkilərin  seçilməsi  və    çoxaldılaq  üçün    tövsiyə 
edilməsinə imkan yaranır ki, bu da kənd təsərrüfatı bitkilərinin  
məhsuldarlığının artırılması problemini həll  etməyə  müəyyən 
dərəcədə  köməklik göstərir.  
Başqa k/t bitkilərində  olduğu kimi həna populyasiyalarında 
da  növdaxili    dəyişkənlik  məsələsi  həm  elmi  cəhətdən  həmdə 
ki,  praktiki  cəhətdən  böyük  əhəmiyyətə  malikdir.  Həna 
populyasiyalarında  növdaxili  dəyişkənliyin    öyrənilməsi 
məsələsi  həm  də  ona  görə  qiymətlidir    ki,  bu    məsələ 
qarşımızda  duran  planlı surətdə öyrənilməsi ilk dəfə  nəzərdə 
tutulan, vacib bir  elmi-tədqiqat işidir.  
Ç. Darvinə  görə hər hansı bir mədəni bitki növü becərildiyi 
şəraitdə  müəyyən  növ  müxtəlifliyinə  malikdir.  Hər  hansı    bir 
növ  müxtəlifliyi    başlamaqda  olan    növdür,  növ  isə 
qurtarmaqda  olan  növ  müxtəlifliyidir.  Növlər    hazır  şəkildə 

 
93
 
 
yaranmayıb  təbii    yolla,    tarixi  təkamül  prosesi    nəticəsində 
yaranır. Hər hansı növ içərisində xarici mühitin kompleks təsiri 
nəticəsində baş verən xırda dəyişikliklər təbii seçmə  vasitəsilə  
toplanaraq  növ    müxtəlifliyi  əmələ  gətirir.  Bu  dəyişikliklər 
irsiyyət  nəticəsində  möhkəmlənərək    nəsildən  nəsilə    keçir  və  
yeni növə çevrilir. 
Həna 
populyasiyalarında 
növdaxili 
dəyişkənliyin 
öyrənilməsi  haqqında    məlumat  yoxdur.  Yalnız  ədəbiyyat  
materiallarından    məlumdur  ki,  yarpaqlarından  həna  kimi 
istifadə  edilən  bitki  növü  tikansız  həna  -  Lavsonia  inermis  L
növüdür.  
Sonrakı  digər  tədqiqatlardan məlumdur ki,  həna bitkisinin 
iki forması – L. inermis və L. alba formaları  var.  
2001-ci  ildən  başlayaraq  müxtəlif  torpaq-iqlim    şərait-
lərində  həna  bitkisinin  bioloji  xüsusiyyətlərinin  öyrənilməsi 
tədqiqatlarında tikansız həna – L. inermis L. növündən istifadə 
edilmişdir.  Tədqiqat  zamanı  bütün    bölgələrdə  becərilən  həna 
populyasiyalarında  əsas    növdən  müəyyən  morfoloji    əlamət-
lərinə  görə  fərqlənən  bir  neçə    formalar  müəyyən    etdik. 
Bununla  əlaqədar olaraq tədqiq etdiyimiz formaların bir-birin-
dən    eləcə  də  əsas  növdən  fərqlənən  fenotipik    dəyişiklikləri, 
böyümə  və  inkişafı,    məhsuldarlığı,  təsərrüfat  üçün  yararlılığı  
öyrənilmişdir.  
2001-2003-cü  illərdəki  müşahidələrimiz    göstərdi  ki, 
toxumdan alınan həna bitkiləri müəyyən morfoloji əlamətlərinə 
görə  bir-birindən    fərqlənirlər.  Həna    populyasiyalarında    bir 
sıra morfoloji  əlamətlərinə  -- kolun  forması,  gövdəsinin rəngi, 
yarpağının  forması,  ölçüsü,  rəngi  və  sayı,  çiçəklərinin  rəngi, 
toxum  qutucuqlarının    rəngi,  böyümə  və  inkişafı,  toxum  və 
yarpaq  məhsuldarlığı  və  s.    əlamətlərinə  görə    bir-birindən 
fərqlənən formalar seçilmiş toxum  və vegetativ yolla   çoxal-
dılaraq onlar üzərində lazımi müşahidələr  aparılmışdır.  
Respublikamızın  Gəncə  -  Qazax,  Mil-Muğan,  Lənkəran-
Astara  və  Şəki-Zaqatala  bölgələrində  müxtəlif  torpaq-iqlim 

 
94
 
 
şəraitin  və  başqa  faktorların    təsirindən  populyasiya  halında 
həna  bitkisinin    növdaxili  dəyişkənliyi  nəticəsində  əmələ 
gəlmiş  12  forması  müəyyən  edilmişdir.  Həna  bitkisinin  
növdaxili  dəyişkən    formaları  fenotipik  əlamətləri  ilə  kəskin 
fərqləndiyi  kimi    ehtimal  ki,  onların  genotipində,  fizioloji    və  
biokimyəvi  xassələrində də kəskin fərqlər olmalıdır.  
Həna  bitkilərində    morfoloji  əlamətlərin    dəyişkənliyinin 
öyrənilməsinə  bitkinin  yarpağının  formasından  başlamışıq.  
Məlum  olduğu kimi  yarpaq bitkinin xarici mühit şəraitinə ən 
tez  reaksiya  göstərən    və    başqa  orqanların  böyümə  və  inki-
şafını təyin  etməyə imkan verən ən hissiyyatlı orqanıdır.  
K.  A.  Tmiryazev  bitkinin  həyatında  yarpağın  funksiyasını 
aydınlaşdırmaqla tam  əsasla  qeyd edirdi  ki,  bitki elə yarpaq 
deməkdir.  Məhz  buna  görə  də    həna  populyasiyalarında 
yarpağın  formasına  görə  fərqlənən  bitkilər  ilk  müşahidələr 
zamanı nəzəri cəlb etmişdir.  
Çoxillik tədqiqatlarımız  zamanı apardığımız müşahidələrin 
nəticələri cədvəl 5. 1- də  verilmişdir.  
Cədvəldən  göründüyü  kimi,  formalar  populyasiyalar 
halında  bir  sıra  morfoloji  əlamətlərinə  görə  bir-birindən    və 
əsas  növdən  fərqlənirlər.    Bitkilər  kolun  formasına  görə  çox 
şaxəli, şaxəli, düzböyüyən, gövdənin rənginə görə; açıq, parlaq 
və tünd qəhvəyi rəngli, gövdənin möhkəmliyinə görə; qalın və 
elastik gövdəli olurlar.  
Yarpağın    formasına  görə  ellipsvarı,  uzunsov,  yumurtavarı, 
dairəvi formalı,  yarpağın səthinə görə əsasən düz, bəzilərində 
isə    yarpaq  kənarlarının    içəriyə  qatlanması  müşahidə  edilir. 
Yarpağın    rəngi  parlaq  yaşıl,  tünd    yaşıl,  açıq  yaşıl,  sarımtıl 
yaşıl rənglər arasında  dəyişilir.  Yarpağın ucu iti və   küt uclu, 
səthi isə nazik və qalın olmaqla iki  yerə ayrılır. Yarpaq forma-
larında  ölçülərinə,  saplaqlarına  görə  də    dəyişkənlik  müşahidə 
edilir.  Çiçəkləri  də    tünd  çəhrayı,  açıq      çəhrayı  və  ağ    rəngli 
olmaqla bir-birindən fərqlənir. Eyni zamanda həmin formaların 
böyümə inkişaf  və məhsuldarlığı da  müxtəlif olur.  

 
95
 
 
 

 
96
 
 
 

 
97
 
 
5. 1.  Müxtəlif  həna formalarının botaniki  təsviri   
 
1. Əsas  növ. Əsas növ nisbətən hamar  və qalın gövdəyə 
malikdir.  Sıx  şaxələnən  budaqları  yarpaqların  dibindən  əmələ 
gəlir. Belə ki, dörd  tərəfli  budaqlanmaya malikdir. Gövdə tünd 
qəhvəyi  rəngli  qabıq  qatı  ilə  örtülmüşdür.  Bitkinin  yarpaqları 
ellipsvarı formada olub, iti  uclu və səthi hamardır. Yarpaqların 
orta  uzunluğu  4,5  sm  eni  isə  3,2  sm-dir.  Yarpaqlar  saplaqsız 
olub, tünd yaşıl rəngdədir. Çiçək salxımının orta uzunluğu 15,0 
sm,  çiçəklərin  orta  sayı  isə  120  ədəddir.  Diametri    2  sm  olan  
çiçəkləri  ağ  rənglidir.  Çiçəkləmə  bitkilərin  müxtəlif 
yaruslarında müşahidə edilir.  
 2.  Xətvari  yarpaq  forma.  Bu  formaya  malik    olan 
bitkilərin  yerüstü  hissəsi – gövdəsi şaxəli olmayıb  əsasən düz 
böyüyəndir.  Budaqlanma  yarpaq    qoltuğundan  2,0-2,5  sm 
yuxarıda  qarşı-qarşıya  əmələ    gəlir.    Bitki  II,  III  dərəcəli 
budaqlara  malikdir.  Budaqlanma    seyrəkdir.  İki,  budaq  arası 
məsafə  (əsas  gövdə  üzərində)  4,5-5,8  sm-dir.  Əsas    gövdə  və 
yan budaqlar açıq qəhvəyi rəngli, nazik, səthi düz olub, xətvarı 
formadadır.  Uzun  saplaqlı  (1,0  sm)  yarpaqlarının  olması  ilə  
başqa  formalardan seçilir. Yarpağın orta uzunluğu 7,5 sm, eni  
isə  2,5  sm-dir.  Çiçəklər    açıq  çəhrayı    rənglidir,  çiçək 
salxımının uzunluğu 15,7 sm, bir çiçək salxımındakı çiçəklərin  
sayı  110  ədəddir.  Çiçəyin  diametri  11,1  mm-dir.  Çiçəkləmə 
bitkinin  yalnız aşağı yarusunda müşahidə edilir.  
3.    Sivri    yarpaq  forma.  Bu  formadan  olan  bitkilərin 
gövdəsi  qalın, parlaq qəhvəyi rəngli, şaxəli  və sıx budaqlıdır. 
Budaqlar yarpaq qoltuğunda əmələ gəlir. Buğumarası məsafə 2 
sm-  dir.  Yarpaqları  iti  uclu,  tünd  yaşıl  rəngli,  qalın,  uzunsov 
formadadır.  Səthi  düzdür  yarpaqlarının  ensiz  olmasına  görə 
başqa  formalardan  fərqlənir.  Yarpaqlarının  uzunluğu  6,3  sm, 
eni  isə  2,0  sm-dir.  Yarpaqlar  qısa    saplaqlı  olub,  saplağın 
uzunluğu 0,4 sm-dir. Bu formada olan bitkilərin çiçəkləri tünd 
çəhrayı  olmasına  görə  başqalarından  seçilir.  Nazik  saplaqlı 

 
98
 
 
çiçək  salxımının  uzunluğu  14  sm  olub,  105  ədəd  çiçəyə 
malikdir.  Çiçəklərin  diametri  2  sm-dir.  Çiçəkləmə  bitkilərin 
orta yarusunda gedir.  
4.  Enli  yarpaq  forma.  Bu  formanın  əsas  xarakter  əlaməti  
yarpağın  ölçüsüdür.  Bitkilər  kolun  formasına  görə  düz 
böyüyəndir, budaqlanması seyrəkdir. Buğumarası uzundur (3,8-
4,3  sm).  Yan  budaqlar  yarpaq  qoltuğundan  əmələ  gəlir. 
Gövdəsi  qalın  olub,  qabığı  tünd  qəhvəyi      rəngdədir.  Bitki  
yarpaqlarının  enli  olması  ilə  başqa  formalardan  seçilir. 
Yarpaqlar saplaqsız oturaq, tünd yaşıl rəngli, qalın, iti  ucludur. 
Yarpağın  enli olması ona dairəvi forma  verir.  
Yarpağın  orta  uzunluğu  6,3  sm,  eni  isə  3,5  sm-dir.  Bu 
formalı bitkilərdə orta yarusda  bir və ya  iki  budağın üzərində 
kiçik  çiçək  salxımı  görünür.  Çiçəkləri  ağ    rənglidir.  Çiçək 
salxımının  uzunluğu  7,0  sm,  çiəçəklərin  sayı  75-ə    qədərdir.  
Çiçəklərin diametri 18,5 mm-dir.  
5.  Dairəvi    yarpaq  forma.  Formanın  şaxələnən  gövdəsi 
qalın olub,  tünd  qəhvəyi rənglidir.  Bitkilərdə sıx  budaqlanma 
müşahidə    edilir.  Budaqlar  yarpaq  qoltuğundan  0,8-1  sm 
yuxarıda əmələ gəlir. Budaqlanma əsasən qarşı-qarşıyadır. Bəzi 
hallarda  əsas  gövdə  üzərində  növbəli  budaqlanma  müşahidə 
edilir  (əsasən  orta  yaruslarda).  Buğumarası  1,2  -  1,7  sm-dir. 
Yarpaqlarının  dairəvi  formada  olması  ilə    başqa  formalardan 
seçilir.  Yarpaqları  saplaqsız  ,  tünd  yaşıl  rəngli  qalın  və  səthi 
düzdür.  Yarpaqların  uc  hissəsi    kütdür.  Yarpaqların  orta 
uzunluğu 5,5 sm, eni isə 3,0 sm-dir. Vegetasiya müddətində bu 
formada olan bitkilərdə çiçəkləmə müşahidə edilməmişdir.  
6.  Uzun,  ensiz  yarpaq  forma.  Bitkilərin  əsas  xarakterik 
əlaməti  yarpağın  formasıdır  bu  formaya  malik  olan  bitkilərin 
gövdəsi şaxəli, sıx budaqlanan olub, elastikidir.  Gövdəsi parlaq 
qəhvəyi rəngli  qabıqla örtülmüşdür. Saplaqsız uzun yarpaqları 
qalın  olur,  tünd    yaşıl  rənglidir.  Bu  formaya  mənsub  olan 
bitkilərin digər mühüm xüsusiyyəti  yarpaq kənarlarının içəriyə 
doğru  qatlanmasıdır.  Bu  cür  qatlanma  yarpağa  nov  forması 

 
99
 
 
verir. Yarpaqları iti  ucludur, başqa formalara nisbətən uzundur. 
Yarpağın  orta  uzunluğu  7,2  sm,  eni  isə  2,0  sm-dir.  Uzun 
yarpaqlı formaların əksəriyyətində çiçəklənmə müşahidə edilir. 
Yalnız  bəzilərində  bitkinin  aşağı  yarusunda  9,5  sm 
uzunluğunda  bir  və  ya  iki  çiçək  salxımı  görünür.    Belə  çiçək 
salxımındakı  çiçəklərin  sayı  61  ədədə  çatır.    Çiçəkləri  ağ 
rəngdədir.  
7.  Xırda  yarpaq  forma.  Bu  formadan  olan  bitkilər 
yarpaqlarının həddindən  artıq kiçik olması  ilə fərqlənir. Belə 
bitkilər  elastiki,  düz  böyüyən  gövdəyə  malikdirlər.  Gövdələri 
açıq qəhvəyi rəngli qabıqla örtülüdür. Budaqların qarşı-qarşıya 
düzülür  və  yarpaq  qoltuğundan  çıxır.  İti  uclu  yarpaqlarının 
uzunluğu  2,0  sm,  eni  isə  1,0  sm-dir.  Ellipsvarı  formada  olub, 
nazik 0,44 mm və açıq yaşıl rənglidir. Bitkidə çox az miqdarda 
çiçəklər  müşahidə    edilir.    Çiçək  salxımının  uzunluğu  4,7  sm, 
bir salxımdakı çiçəklərinin  sayı isə 27 ədəddir. Çəhrayı rəngli 
çiçəklərinin diametri 14,5 mm-dir.  
8.  İti  yarpaq  forma.  Yarpağının  formasına  görə  asanlıqla 
başqa formada olan bitkilərdən fərqlənir. Parlaq rəngli gövdəsi 
qalın  olub  şaxəlidir.  İti    uclu  yarpaqları  ensiz  olub,  açıq  yaşıl 
rəngli, qalın və uzunsovdur. Yarpaqların uzunluğu 2,5 sm, eni  
isə  0,7  sm-dir.  Ağ  rəngli  çiçəkləri  bütün  bitki  boyunca 
müşahidə  edilir. Çiçək salxımının uzunluğu 18,5 sm, çiçəklərin 
sayı isə 310 ədədə  qədərdir.  Çiçəklərinin diametri  18,5 mm-
dir.  
9. Sarımtıl – yaşıl yarpaq forma. Bu formanın  xarakterik 
əlaməti yarpağın forması və rəngidir.  Bu formaya mənsub olan  
bitkilərin gövdələri şaxəli və elastikdir. Yan budaqlar üzərində 
II  və  III  dərəcəli  budaqlanma  müşahidə  edilir.  Bu  budaqlar 
yarpaq  qoltuğundan  2  sm  yuxarıda  əmələ  gəlir.  Buğumarası  
1,7-2,3  sm-dir.  Gövdəsi  yuxarıda  təsvir  etdiyimiz  formalardan 
fərqlənir.    Yarpaqları  saplaqsız  olub,  qalın,  uzunsov  və  səthi 
düzdür.  Yarpaqları əsasən küt ucludur. Yalnız uc hissələrində 
iti  uclu  yarpaqlar  müşahidə  edilir.  Sarımtıl-yaşıl  rəngli 

 
100
 
 
yarpaqlar  yalnız  bu  formaya  mənsub  olan  bitkilərdə  müşahidə 
edilir.  Yarpaqların  uzunluğu  4,5  sm,  eni  isə  3,0  sm-dir.  
Bitkinin aşağı  yaruslarında qısa  çiçək salxımları  yerləşir.  Belə 
çiçək salxımının uzunluğu 8 sm, çiçəklərinin sayı isə 53 ədədə 
qədər olur. Açıq qəhvəyi rəngli çiçəklərinin diametri 15,7 mm 
olur.  
10.  Sıx  budaqlı  forma.  Bu  formaya  mənsub  olan  bitkilər 
çox  şaxələnən  sıx  budaqlı  yerüstü  hissəyə  malikdir.  Yan 
budaqlar yarpaq qoltuğundan əmələ gəlir. Buğumarası 1,5 -2,1 
sm-dir.  Yan  budaqlar  üzərində  II,  III  dərəcəli  budaqlar 
müşahidə  edilir.  Bitkilərin    gövdəsi  qalın  olub,  tünd  qəhvəyi 
rənglidir.  Bitkinin  budaqlarının  çox  olması,  sıx  yarpaq  örtü-
yünün  əmələ  gəlməsinə  səbəb    olur.  Yarpaqları  qısa  saplaqlı 
olub,    qalın,  səthi  düz,  açıq  yaşıl  rəngli,  ellipsvarı  formada  iti 
ucludur.    Yarpağın  orta  uzunluğu  6,0  sm,eni  isə    2  sm-dir. 
Aşağı  və  yuxarı  yaruslarda  çox  kiçik  çiçək  salxımı  əmələ 
gətirirlər.  Belə  çiçək  salxımının  uzunluğu  6,5  sm,  bir 
salxımdakı  çiçəklərin  sayı  50-yə  qədərdir.  Çiçəkləri  ağ  rəngli 
olub diametri 16 mm-dir.  
11.  Seyrək  budaqlı  forma  .  Formanın  əsas    xarakterik 
əlamətləri  seyrək  budaqlanmaya  malik    olmasıdır.  Bitkilərin 
gövdəsi  qalın  olub,  tünd  qəhvəyi  rənglidir.  Budaqlar  yarpaq 
qoltuğundan    1,5  –  2,1  sm  yuxarıda  əmələ  gəlir.    Buğumarası 
məsafə    4,0  –  4,8  sm-dir.  Bu  formaya  mənsub  olan  bitkilərin 
yarpaqları  qısa    saplaqlı  (0,3  sm)  olub  açıq  yaşıl  rəngli,  nazik 
(0,42 mm) səthi düz, dairəvi formadadır. İti uclu yarpaqlarının  
uzunluğu  3,2  sm,    eni  isə  1,7  sm-dir.  Çiçəkləri  yalnız  aşağı 
yaruslarda müşahidə edilir.  Çiçək sıxlığının uzunluğu 13,4 sm, 
çiçək salxımındakı çiçəklərin sayı isə 110-a qədərdir. Ağ rəngli 
çiçəklərinin diametri 13,2  mm-dir.  
12. Qısa  boylu forma. Bu forma gövdənin budaqlanması, 
yarpağın  ölçüsü  və  alçaq  boylu  olması  ilə  başqa  formalardan 
fərqlənir.  Bitkilərin  gövdəsi  az  şaxəlidir.  Budaqlanma 
seyrəkdir.  Əsas  gövdə  boyunca  budaqlar  aşağı  yaruslarda 

 
101
 
 
növbəli, yuxarı  yaruslarda isə qarşı-qarşıya  yerləşir.  Budaqlar 
yarpaq qoltuğundan 2,0–2,5  sm yuxarıdan qalxır.  Buğumarası 
məsafə 5,3- 5,8 sm-ə  çatır. Bitkilərin gövdəsi qalın olub, tünd 
qəhvəyi    rəngdədir.  Küt  uclu  yarpaqları  saplaqsız  olub,  tünd 
yaşıl  rəngli,  qalın  və  dairəvi  formadadır.  Yarpağın  orta  uzun-
luğu  2,1  sm,  eni  isə  1,3  sm-dir.  Bu  formalı  bitkilərdə  bütün 
yaruslar boyunca çiçəklənmə müşahidə edilir. Çiçək salxımları  
başqa  formalara  nisbətən  uzundur.  Belə  çiçək  salxımının 
uzunluğu  18  sm-ə,  salxımdakı  çiçəklərin  sayı  isə    180  ədədə 
çatır. Çiçəkləri ağ rəngli olub, diametri 18,0 mm-dir.  
13.  Elastiki    gövdə  forma  .  Formanın  əsas  xarakterik 
əlaməti  başqa  formalara  nisbətən  yarpaqlarının    daha  qalın 
(0,52 mm) və gövdəsinin elastiki  olmasıdır. Bitkilərin gövdəsi 
şaxəli qolu-budaqlı olub açıq qəhvəyi rəngdədir. Yarpaqları küt 
uclu, yarpaq saplağı 0,5 sm-dir. Yarpağın orta uzunluğu 5,8 sm, 
eni  isə  1,9  sm-dir.  Bitkilərdə  vegetasiya  ərzində  çiçəklənmə 
müşahidə olunmamışdır.  
2001-2003-cü  illərdə  həna  populyasiyalarında  növdaxili 
dəyişkənliyi    öyrənən  zaman  müəyyən  etdik  ki,  tədqiq 
etdiyimiz  həna  formaları  böyümə  və  inkişafına  görə  bir-
birindən  fərqlənirlər.  Belə  ki,  həna  formaları  yerüstü 
hissələrinin  hündürlüyü,  çətirinin  və  kök  boğazının  diametri, 
budaqlarının  sayına  görə  seçilirlər.  Eyni  ilə  həmin  formalar 
inkişaf  fazalarının  başlanması,  vegetasiya  müddətinə  görə  də 
fərqlənirlər.  Həna  formalarının  böyümə  və  inkişafına  dair 
apardığımız  tədqiqatların  nəticələri  cədvəl  5.  2  və  5.  3  -  də 
verilmişdir.  
Cədvəl 5. 2- dən göründüyü kimi müxtəlif formalar yerüstü 
hissələrinin  böyüməsinə  görə  bir-birindən  fərqlənirlər. 
Müşahidələrimiz  göstərdi  ki,  əsas  növə  daxil  olan  bitkilərin 
hündürlüyü  82  sm,  çətirinin    diametri  45  sm,  kök  boğazının 
diametri    17  sm,  yan  budaqlarının  sayı  44  ədəddir.  Dairəvi 
yarpaq,  iti  yarpaq,  uzun  ensiz  yarpaq,  enli  yarpaq,  elastiki 
gövdə, sivri yarpaq və xətvarı yarpaq formalara daxil olan  

 
102
 
 
Cədvəl 5. 2 
 
 Müxtəlif həna formalarının morfoloji göstəriciləri  
 
Sıra
 s
ay
ı 
Formalar 
Bitkilərin yerüstü hissəsinin 

nd
ür


,  
sm
-lə
 
Ç
ətir
in
in
 d
iam
etr
i, 
 s
m
-lə
 


bo
ğaz
ın
ın
  d
iam
etr
i,
 
 mm
-lə
 
Yan
 b
ud
aq
lar
ın
ın
 s
ay
ı, 
əd
əd

 

Əsas növ  
82 
45 
17 
44 

Xətvari yarpaq  
104 
58 
19 
48 

Sivri yarpaq  
103 
60 
18 
46 

Enli  yarpaq  
110 
71 
20 
50 

Dairəvi yarpaq  
120 
71 
22 
64 

Uzun, ensiz yarpaq 
105 
77 
21 
60 

Xırda yarpaq 
85 
38 
17 
42 

İti yarpaq 
115 
40 
16 
66 

Sarımtıl - yaşıl yarpaq  
95 
60 
18 
58 
10  Sıx budaqlı  
90 
63 
19 
56 
11  Seyrək budaqlı  
97 
52 
17 
40 
12  Qısa boylu  
75 
42 
17 
38 
13  Elastik gövdə  
108 
48 
18,5 
42 

 
103
 
 
 
 

 
104
 
 
 

 
105
 
 
bitkilərin  hündürlüyü  100-120  sm,  çətirin  diametri  71-58  sm, 
kök boğazının diametri  19-22 mm, yan budaqlarının sayı 48-64 
ədəd arasından dəyişilir. Orta hündürlüyə malik olan bitkilərdə 
morfoloji göstəricilər uyğun olaraq 90-97 sm, 52-60 sm, 17-18 
mm, 40-58 ədəd arasında dəyişilir. Qısa boylu və xırda yarpaq 
bitkilərin hündürlüyü isə 75-85 sm, çətirin  diametri 38-42 sm, 
kök boğazının diametri 17 mm, yan budaqların sayı 38-42 ədəd 
təşkil edir.  
Həna  formalarının  inkişaf  fazalarının  başlanması, 
vegetasiyanın qurtarması və vegetasiya müddəti cədvəl 5. 3 - də 
verilmişdir. Göründüyü kimi  eyni torpaq-iqlim şəraitində həna 
formalarının  inkişaf  fazaları  bir-birindən  müəyyən  dərəcədə 
fərqlənir.  Belə  ki,  iti  yarpaq,  xırda  yarpaq  və  qısa  boylu 
formalar  öz  inkişaf  fazalarını  başqa  formalara  nisbətən  20-30 
gün tez başlayırlar.  Bu formalarda iyul  ayının I-II ongünlüyü 
qönçələmə  müşahidə  edilir.  Həmin  formalar  iyunun  axırı  və 
avqustun  əvvəllərində  çiçəkləmə  fazasına  daxil  olurlar.  Qeyd 
etmək  lazımdır  ki,  qısa  boylu,  xırda  yarpaq  formalarda 
qönçələmə  və    çiçəkləmə  yalnız  bitkinin  aşağı  yarusunda  bir 
budaq üzərində müşahidə  edilir.  
Qalan  iki  formada  isə  iyunun  axırlarında  tam  qönçələmə  
və  avqustun  ortalarında  tam  çiçəkləmə  gedir.  Avqustun 
ortalarından  sonra  həmin  çiçək  salxımlarında  ilk  meyvə 
qutucuqların görünməyə başlayır.  
Sivri  yarpaq  forma  və  seyrək  budaqlı  forma  iyulun 
axırlarında qönçələmə fazasına daxil olurlar. Qönçələmə yalnız 
bitkinin aşağı yaruslarında gedir. Avqustun əvvəllərində həmin 
formalarda çiçəkləmə müşahidə edilir. Avqustun axırlarında ilk 
meyvə  qutucuqları  görünür.  Vegetasiyanın  sonunda  yetişmiş 
toxum məhsulu toplamaq olur.  
Xətvarı  yarpaq,  sarımtıl-yaşıl  yarpaq,  sıxbudaqlı,  uzun 
ensiz  yarpaq  formalarda  qönçələmə  mərhələsi  avqustun  I  on-
günlüyündən  sonra  başlayır.  Qönçələmə  bitkinin  ancaq  aşağı 
yarusunda  bir və ya iki budaq üzərində müşahidə edilir. 

 
106
 
 
Həmin  formalar  avqustun  axırı,    sentyabrın  əvvəllərində 
çiçəkləmə fazasına daxil olurlar. 
Avqustun  axırlarında  kiçik  çiçək  salxımları  üzərində  ilk 
meyvə  qutucuqları  görünməyə  başlayır.  Vegetasiyanın  sonuna 
qədər həmin toxumlar tam yetişmir.  
 Enli  yarpaq  formada  qönçələmə  nisbətən  gec  -  sentyabrın 
əvvəllərində başlayır. Bitkinin yalnız bir budağında kiçik çiçək 
salxımı  müşahidə  edilir.  Bu  formalarda  çiçəkləmə  uzun 
müddətdən  sonra  sentyabrın  axırlarında  başlayır.  İlk  meyvə 
qutucuqları vegetasiyanın sonunda  görünür.  
Vegetasiya  müddəti  ərzində  toxumlar  tam  yetişmir.  Həna 
populyasiyalarında  müşahidə  edilən  elastik    gövdə  və  dairəsi  
yarpaq  formalarda  bir  vegetasiya  müddəti  ərzində  qönçələmə 
və çiçəkləmə müşahidə edilməmişdir.  
Göründüyü  kimi  inkişaf  fazaları  tez  başlayan  formalarda 
toxumların  yetişməsi  başqa  formalara  nisbətən  15-20  gün  tez 
başa  çatır.  Eyni  zamanda  inkişaf  fazalar  tez  başlayan 
formalardan  yığılan  toxumlar  səpin  materialı  üçün  yararlı, 
yüksək cücərmə qabiliyyətinə malik olur.  
Apardığımız  müşahidələr  göstərdi  ki,  həna  bitkisinin  ayrı-
ayrı  formalarının  inkişaf  fazaları    fərqləndiyi  kimi    onların 
yarpaqlarının  tökülməyə  başlanması  və  eyni  zamanda 
vegetasiya müddəti də fərqlənir, məlum olduğu kimi oktyabrın 
əvvəllərində  iqlim  şəraiti  ilə  əlaqədar  olaraq  həna  bitkisi 
«vegetasiyanın qurtarması» mərhələsinə daxil olur.  Eyni ilə bu 
hadisə  formalarda  da  müşahidə  olunur.  Yarpaqların  tökülməsi 
birinci  olaraq  sıx  budaqlı,  iti  yarpaq  və    xırda  yarpaq  forma-
larda  başlayır.  Bu  formalarda  yarpaqların  kütləvi  tökülməsi 
oktyabrın  axırı,  noyabrın  əvvəllərinə  təsadüf  edir.  Həmin 
formalarda  vegetasiya  müddəti  285-290  gün  davam  edir. 
Yarpaqların  tökülməsi  ən  gec  elastiki  gövdə,  enli  yarpaq, 
dairəvi  yarpaq, seyrək budaqlı formalarda müşahidə edilir. Bu 
formaların  vegetasiya  müddəti  yuxarıda  qeyd  edilən  vaxtlara 
nisbətən  15-20  gün  gec  qurtarır.  Ümumiyyətlə  həna  bitkisinin 

 
107
 
 
ayrı-ayrı formalarının vegetasiya müddəti 285-305 gün arasında 
dəyişir. Ən uzun vegetasiya müddəti seyrək budaqlı və elastik 
gövdə formalarında müşahidə edilir. 
Əsas  növdən  olan  bitkilərdə  inkişaf  fazaları  müxtəlif 
formalara  nisbətən  tez  başlayır.  Belə  ki,  iyunun  II  ongün-
lüyündə  həmin  bitkilərdə  qönçələmə  mərhələsi  başlayır. 
Toxumların  tam  yetişməsi  oktyabrın  I  ongünlüyünə  düşür. 
Yarpaqların  tökülməsi  oktyabrın  əvvəllərindən    başlayaraq 
axırına  qədər  davam  edir.  Vegetasiya    müddəti    isə  285  gün 
davam edir.  
Həna  populyasiyalarında  formaların  müəyyən  morfoloji 
əlamətlərini  öyrənən zaman ayrı-ayrı formaların tozcuqlarının 
fertilliyi  də  öyrənilmişdir.  Çünki  formaların  toxum  məhsul-
darlığının  öyrənilməsində  tozcuqların  həyatilik  qabiliyyətinin 
böyük  əhəmiyyəti    vardır.  Bunun  üçün  ayrı-ayrı  formaların 
çiçəkləməsi  zamanı  onların  çiçəklərindən  yığılmış  tozcuqların 
cücərmə qabiliyyəti ümumi  metodikaya əsasən yoxlanılmışdır. 
Qidalandırıcı  mühit  kimi  15%  şəkər  və  1%  aqar-aqar 
məhlulundan istifadə edilmişdir. Tədqiqatın nəticələri cədvəl 5. 
4 - də verilir.  
Məlum  oldu  ki,  müxtəlif  həna  formalarının  tozcuqlarının 
ən əlverişli qida mühitində cücərmə qabiliyyəti bir-birindən və 
eləcə  də  mövcud  növlərdən  fərqlənir.  Belə  ki,  xırda  yarpaq 
formada  tozcuqların  fertilliyi  üstünlük  təşkil  edir.  Tozcuqlar 
85,0 ±2,61% cücərmə qabiliyyətinə malikdir. Bu formaya daxil 
olan  bitkilərdə  çiçəkləmə  iyul  ayında  başlanmış  və  avqust 
ayında  onlarda    tam  çiçəkləmə  müşahidə  edilmişdir.  Buna 
yaxın  olan  iti  yarpaq  və  qısa  boylu  formaların  tozcuqlarının 
cücərmə qabiliyyəti uyğun olaraq 82,7 ± 2,06 və 80,3 ± 1,45% 
təşkil edir. 
Uzun ensiz, sivri yarpaq, seyrək bucaqlı, xətvari yarpaq və 
enli yarpaq formaların tozcuqlarının fertilliyi
 
76,3 ± 1,01 – 79,0 
± 1,34% arasında dəyişilir. Sıx budaqlı və sarımtıl-yaşıl  
 

 
108
 
 
Cədvəl 5. 4 
Müxtəlif həna formaları tozcuqlarının həyatilik qabiliyyəti 
 
Fo
rm
alar
  
Qid
alan
dır
ıcı 
m
üh
it (
şək
ər
 +1
% a
qar
 -
 
aq
ar
),
 %
-lə
 
To z c u q l a  r ı n  
C
ücə
rm
ə 
qab
iliy
yəti,
 %
-lə
 
Aseto
kar
m
in
də 
bo
yan
m

qab
iliy
yəti,
 %
-lə
 
Fo
rm
ası 
 
Ölçüsü, 

 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin