Fənn: Biologiya
Sinif: VII.
Dərsin adı: Xaççiçəklilər fəsiləsinin mədəni növləri. Kələm cinsi.
Dərsin metodu: İnteraktiv (Əqli hücum, BİBÖ)
Dərsi tamamlamaq üçün lazım olan vaxt: 70 dəq.
Salamlaşma – 2 dəq
Quruplaşdırma – 3 dəq
Motivasiya – 3 dəq
Tədqiqat – 30 dəq
Təqdimat – 19 dəq
Müzakirə - 8 dəq
Qiymətləndirmə - 5 dəq
Dərsin məqsədi :
Xaççiçəklilər fəsiləsinin mədəni növlərindən biri olan kələm cinsinin növləri və digər mədəni xaççiçəklilər barədə şagirdlərə bilik vermək, şagirdlərin kompyuter biliklərini genişləndirmək, əməkdaşlıq səviyyəsini yüksəltmək, internetdən istifadə etmək bacarığını inkişaf etdirmək, araşdırma qabiliyyətini artırmaq, təqdimat keçirmək və müzakirə etmək qabiliyyətini formalaşdırmaq.
Dərsdən gözləninən nəticələr:
Xaççiçəklilər haqqında bilgilər əldə edəcəklər, internetdən istifadə qabiliyyətləri artacaq, əməkdaşlıq səviyyəsi yüksələcək, araşdırmaq qabiliyyəti artacaq, təqdimat keçirmək və müzakirə etmək qabiliyyəti formalaşacaq.
Dərsi tamamlamaq üçün şagirdlərdən tələb olunan bilik və bacarıqlar:
Xaççiçəklilər fəsiləsinə aid biliklər, kompyuterdə internetdən istifadə etmək bacarığı, coğrafi biliklər, bioloji biliklər, əməkdaşlıq, tədqiqat, təqdimat, müzakirə etmək bacarıqları.
Lazım olan material və resursların siyahısı:
VII - sinif biologiya, VII - sinif coğrafiya, ASE, Uşaq Ensklopediyası, proyektor və kompyuter, Avropanın fiziki xəritəsi, internet. A-4 vərəqələri.
Dərs prosesi:
Salamlaşma.
Şagirdləri bilik və bacarıqlarına görə 3 qrupa bölür və adlandırır.
I qrup –Turp.
II qrup – Kələm.
III qrup – Vəzəri.
Motivasiya:
Sonra lövhədə BİBÖ cədvəlini çəkmək.
Bilirəm
|
İstəyirəm biləm
|
Öyrəndim
|
1.
|
1.
|
1.
|
Tədqiqat:
I qrup Turp – Xaççiçəklilər fəsiləsinə daxil olan kələmin vətənini araşdırmaq və xəritədə göstərmək.
Word proqramında işləmək.
Biologiya VII, Coğrafiya VII, Avropanın fiziki xəritəsi, Uşaq ensiklopediyası, İnternet: www.google.az – Xaççiçəklilər fəsiləsi.
II qrup Kələm– İnternetdən kələmin digər növlərini araşdırmaq. Power – point proqramında işləmək, Biologiya VII, Coğrafiya VII, Uşaq ensiklopediyası, İnternet: www.google.az – Xaççiçəklilər fəsiləsi.
III qrup Vəzəri – Xaççiçəklilər fəsiləsinin başqa mədəni növlərini araşdırmaq.
Biologiya VII, Uşaq ensiklopediyası, ASE, İnternet www.google.az – Xaççiçəklilər fəsiləsi.
TƏQDİMAT:
I qrup Turp – word proqramı. Proyektor vasitəsi ilə.
II qrup Kələm – power point proqramı, proyektor vasitəsi ilə.
III qrup Vəzəri– power point proqramı, proyektor vasitəsi ilə.
MÜZAKİRƏ:
İşin təqdimatından sonra müəllimin təqdim olunan işinin şagirdlərlə müzakirə etməsi (tənqidi dostlar).
QİYMƏTLƏNDİRMƏ:
Qrupun
Adı.
Meyarlar.
|
Turp
|
Kələm
|
Vəzəri
|
Əməkdaşlıq
|
|
|
|
Bilik
|
|
|
|
Təqdimat
|
|
|
|
Nizam intizam
|
|
|
|
Son qiymət
|
|
|
|
Texnologiyadan istifadənin mümkün olmadığı şəraitdə ehtiyat plan:
Biologiya – VII, coğrafiya – VII, Avropanın fiziki xəritəsi, ASE, uşaq ensiklopediyası, A-4 vərəqələri, flip chart, marker, yapışqanlı lent, lövhə, təbaşir,
Dostları ilə paylaş: |