Gözəlliklər diyarına çevrilən – İsmayıllı



Yüklə 8,97 Kb.
tarix29.11.2016
ölçüsü8,97 Kb.
#436
Gözəlliklər diyarına çevrilən – İsmayıllı.
İsmayıllının çox gözəl təbiəti, çox gözəl iqlimi var və ən əsası odur ki, burada çox gözəl insanlar – zəhmətkeş, vətənpərvər insanlar yaşayır”. İlham Əliyev.
Həqiqətləri üzə çıxarmaq, onları qələmə almaq doğrudan da savab işdir. İnsanın zəhməti layiqincə qiymətləndirilirsə, görülən işlərə ədalət baxımında dəyər verilirsə, zəhmət sahibinin sabaha inamı artacaq və hər yeri gülüstana çevriləcək.

Son 2 ildə İsmayıllı rayonunda görülən işləri qələmə almamaq olmur, bu işləri görərkən sevinməmək , fərəhlənməmək olmur. Rayonun əhalisinin asudə vaxtlarını keçirmək üçün geniş parklar, istirahət mərkəzləri, fəvvarələr meydanı, H.Əliyev Muzeyi, təzə Mədəniyyət binası, əhaliyə xidmət edən YAP – ın binası, Gənclər Mərkəzi, inzibati idarə binaları, küçələrin işıqlanması, işıqforların təzələnməsi, küçələrə asfalt örtüyünün döşənməsi, idman olimpiya kompleksinin tikilib tamalanması, İcra hakimiyyəti binasının, Maarif şöbəsinin binasının təzədən tikilb, təmir edilməsi və s. ərsəyə gəlməsində İsmayıllı rayonun icra hakimiyyətinin başçısı Cənab Mirdaməd Sadıqovun böyük zəhməti var. Bütün görülən işlər insanın zövqünü oxşayır.

Atalar gözəl bir misal söyləyir: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. İllərdən bəri baxımsız qalmış İsmayıllı bərbad vəziyyətdə idi. Sanki, onun bəxti üzünə gülmürdü. Yollar, binalar, müəssisə binaları uçub tökülürdü., ətraflar zibillik məskəni olmuşdur. İnsan gərək qurub yarada, quruculuq işlərini əzmlə yerinə yetirməyi bacara. Bizim başçımız belə qurub yaradan bir alimdir. O, zibillikləri təmizlətdirib yerində 2 ədəd 5 mərtəbə yaşayış binası tiktirir. Xəstəxanaları təmir etdirib gözəlləşdirib, avtobus dayanacağını isə çoxdan tikdirib. Təzə avtobus, taksiləri insanlara çoxdan xidmət edir.

Səs verib, sevdiyimiz, seçdiyimiz prezidentimiz İlham Əliyev İsmayıllı rayonuna gəlmişdir. “İsmayıllı rayonuna cənab Mirdaməd Sadıqov başçı təyin ediləndən sonra bu rayonda əhval-ruhiyyə birdən-birə gözəlləşməyə gedir, nəzərdə tutulan dövlət proqramı uğurla həyata keçirilir” söyləmişdi. Kənd və rayonun daxili insanları illərdən bəri narahat edən problemlərin həll edilməsi icra hakimiyyəti tərəfindən həyata keçirilir. İcra başçımız problemlərin dərhal həll olunması istiqamətində məmurlara göstəriş verir və köməklik edir. Belə ədalətli, səxavətli, insanpərvər, bacarıqlı bir alimi, eloğlunu bizə başçı təyin etdiyi üçün Prezidentimizə “çox sağ olsun” deyirik. Nə yaxşı ki, siz varsınız yoxsa İsmayıllı illər uzunu quruculuq, abadlıq işlərinə həsrət qalacaqdır. İsmayıllıların hörmət və məhəbətini öz əməyi və bacarığı ilə qazanan başçımız cənab Mirdaməd sadıqov gördüyünüz hər bir iş gözəldir və göz qabağındadır.



Hörmətli başçı icazə verin bu çətin və şərəfli işinizdə sizə uzun ömür, sağlam mənalı həyat, can sağlığı, gələcək işlərinizdə uğurlar arzulayaq və bu sözləri deyək “qurub yaradan bacarıqlı, qızıl əlləriniz var olsun”.

Yazıb hazırladı: İsmayıllı rayon Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi, 5 layihənin və 20-dən çox məqalənin müəllifi Cəbrayılova Surə Ziyad qızı.
Yüklə 8,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin