Sessiyasında kitabxanalar tərəfindən qeyri-maddi mədəni irsə dair



Yüklə 169,87 Kb.
səhifə2/3
tarix31.01.2017
ölçüsü169,87 Kb.
#6752
1   2   3

Mətbəximiz haqqında

Qurudlu xəngəlin hazırıanması

Xəngəli yayıb suya tökürük. Sonra onu aşsüzənə töküb buludlara çəkib üstünə əzilən qurud töküb, soğanı isə toyuq əti ilə qara düzəldib qurudun üstünə tökürük.

Qurud isə belə hazırlanlr. Qatığı nəhrədə çalxalayırıq sonra onun üzündə yağ əmələ gəlir. Ayrandan yağı yığıb ayranı torbaya tökürlər, bir neçə gün torbada qalır. Suyu tam çəkilir süzmə olur. Süzməyə duz qatılır sonra onu xəmir kimi yoğurub, parça süfrəyə yumru şəkildə düzülür. Bir neçə günə quruyur. Onuda nə zaman istifadə edilsə ilıq su ilə əzib qurud hazırlamaq olar.

55
başlayırlar. Oyunçular bir-bir dəyənəklə əvvəlcə pələ vurur, onu yerdən bir qədər aralayıb ikinci dəfə dəyənəklə vurub cızıqdan çıxarmağa çalışırlar. Göstərilən qaydada oyunçular bir-birilə yarışırlar.


Bənövşə oyunu
Oyun zamanı bir-birindən 10-15 metr aralıda əl-ələ verib xətt üzrə düzülən iki dəstə uşaq sözlə deyişər. Sonra “bənövşə”, “bəndədüşə”, “bizdən sizə kim düşə”, “sizdən bizə.... düşə”. Həmin uşaq qarşı tərəfin əllərini yarıb keçməklə özü ilə bir nəfəri gətirərdi. Yarıb keçə bilməsi özü bu dəstədə qalırdı. Adamı tükənən dəstə uduzmuş sayılırdı.

Gizlənpaç
Gizlənpaç oyununda  müəyyən olunmuş yerdə bir uşaq əlləri ilə gözünü yumar, “Alma saraldı, gözüm qaraldı” deyər, digərləri qaçıb gizlənərdi.  Ğözbağlayan  gözlərini açaraq gizlənilən uşaqlardan birini tapmalı idi. Yeri müəyyən olunan uşaq həmin yerə birinci gələrdisə oyun digərlərini tapanadək davam etdirilərdi. Əks halda oyun tapılan uşağa keçər, o gözlərini yumardı.
XAN – VƏZİR
Oyunda beş uşaq iştirak edir. Eyni ölçüdə beş kağız götürülür. Kağızlara beş ad yazılır. Xan, vəzir, axtarıcı, vurucu, oğru. Püşk atırlar. Hərə kağızdan birini götürür. Heç kəs dinmir. Şah kimdirsə, əvvəlcə o dillənir:

54

Aldədəni aparanlara yol versəydi dağlar xəcalətindən əriyib suya dönərdi. Belə alçaq aşırımlar ucalıb keçilməz zirvələrə çevrilirlər.Bizim torpaq yağıların niyyətini ayaqlarının səsindən də bilir. Yad adamların atlarının nalını salır ki, atların ağlı başına gəlsin. Ərəblər torpağı da özü kimi möcüzəli olan Aldədənin əl-ayağını açıb azad etdilər. Onlar məyus halda Bağdada üz tutdular.


Balçılı kənd sakini -Oruc Məmmədov.

Göy-göl
Göy-Göl Şəhri-zərrin şəhərinin hər tərəfi sıldırm dağlar və qayalarla əhatə olunmuşdur. Buranı Salsal adlı bir padşah idarə edirdi. Onun hökmü yerə göyə sığmırdı. Bir gün padşahın qulluqçuları gördülər ki, elçi daşının üstə üç ərəb oturub.Qulluqçular tez padşaha xəbər verdilər. Padşah elçilərin onun yanına buraxılmasını əmr etdi. Ərəblər ədəb-ərkanla baş əyib gətirdikləri naməni padşahın qabağına qoydular. Padşah naməni oxumağı əmr etdi. Orda yazılmışdı.:- Ey Salsal, gəl müsəlmanlığı qəbul et, əgər qəbul etməsən hazırlaş, sənlə dava eləyəcəm. Bu sözlər Salsalı elə götürür ki, az qala hirsindən başı partlasın. İstəyir ərəblərin başını vurdursun.Amma vəzir ağıllıydı, qoymayıb dedi:-qibleyi aləm sağ olsun, elçiyə zaval yoxdur, bunların nə təqsiri var? Padşah bu sözdən sonra ərəblərə bir məktub yazıb verir və yola saldırır. Ərəblər bir neçə gündən sonra gəlib öz ölkəsinə çıxırlar
11

və məktubu xəlifəyə verirlər. Xəlifə məsələni biləndən sonra yol alıb Salsalın ölkəsinə gəlir. Salsal sərhəddə o qədər qoşun yığmışdı ki, otun-suyun sanı var idi, amma qoşunun sanı yoxuydu. Ərəb qoşunlarını görəndə Salsalın bir qədər rəngi qaçdı. Xeyli fikir edir. Salsalın Zərəngiz adlı gözəl-göyçək bir qızı var idi. Onun 17 yaşı yenicə tamam olmuşdu. Rəmmalığıda cox yaxşı bilirdi, həm də cadügər idi.Padşah qızı yanına çağırtdırıb dedi ki, ey mənim mehriban qızım, bir rəml at, görək bu işin axrı necə olacaq? Qız bir rəml atır, amma rəngi saralır.Atası soruşur:-Hə,mehriban qızım de görək rəngin niyə saraldı? Zərəngiz cavab verir ki, atayi-mehriban, deyəsən ərəblər bizə qalib gələcəklər. Elə bil Salsalı ildırım vurur.”Ey çəpəl, sən də ərəblərin sehrinə uydun”,-deyib qıza bir şillə çəkir.Qız bihuş olub yıxılır. Padşah əmr edir ki, bu çəpəlin boynunu vurun. Vəzir qabağa yeriyib deyir:- Şah sağ olsun,hələlik əlini saxla, qoy görək bu işin axrı necə olur. Salsal qızı zindana saldırır. Ertəsi gün Salsalın qoşunu ilə ərəblərin qoşunu qabaqlaşır.Qızğın dava başlanır. Hər gün ərəblər qalib gəlir. Salsalın qoşunu artıq davam gətirə bilmir. Onlar Şəhri-zərrinə tərəf çəkilirlər. Axırda ərəblər lap qalaya yaxınlaşır. Salsal qoşunla bərabər qalaya girib qapını bağlayır.Bir gün padşah əmr edir ki, qızı gətirin Zərəngizi gətirirlər. Bu dəfə Salsal üzünü qıza tutub deyir ki, bir rəml at görək iş nə yerdədir. Qız rəml atdıqdan sonra atasına deyir:-Ata,istəyirsən məni tikə-tikə doğra,yenə sözün düzünü deyəcəyəm ərəblər sənə qalib gələcək və üç günə kimi şəhəri alacaqlar.


12
olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə imkan verir.

Qədim oyunlar
Topalhəsənli kəndində ən qədim oyunlardan dirədöymə oyununu göstərə bilərik. Dirədöymə-qayışagirmə oyununda cəsarət, ağrıyadözmə, həm də cəldlik tələb olunur. İki dəstədən (üç-beş nəfərlik) biri cızığın-yerə çəkilmiş geniş dairənin içərisində, digəri isə çölündə olur. İçəridəki oğlanların hər birinin ayağı altında olan qayış olar və onu qoruyurlar. Kənardakılar əllərindəki toqqalı qayışla içəridəkiləri vurur, ayaq altdakı qayışı ələ keçirməyə cəhd edirlər. Ağrıya dözənlər qayışı buraxmaz, üstəlik bayırdakının vurduğu qayışdan tutub onu içəri çəkməyə çalışırlar.

Həmin oyun hal-hazırda uşaqlar tərəfindən yenə oynanılır.



Çilingağac oyunu
Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və bir "pəli" olmalıdır. Pəl bir qarış uzunluğunda hər iki ucu düzünə kəsilmiş çubuqdan düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu

53

olan Anahidə (Roma panteonunda qarşılığı Selena sitayiş edən Qafqaz albanlarının məbədi olmuş,sonradan xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilmişdir.


Alban məbədi
Yeni Zod Alban məbədi Göygöl rayonunun Yeni Zod kəndi yaxınlığında yerləşən Qədim Alban məbədlərindən biridir. Hündür qayalıq üzərində tikilmişdir. Bu məbəd tikiliş quruluşuna görə orta əsrə aid etmək olar. Bu kilsənin üzərində albanlara məxsus çoxlu xaç işarələri və bir Alban əlifbası ilə yazılmış kitabəsi vardır. Məbədin interyerində hücrə yeri vardır, 2 neflidir və içərisində də çoxlu albanvari xaç oymaları vardır. Məbəd əsasən sərt çay və qaya daşı birazda tuf daşından tikilibdir. Məbəd qəzalı vəziyyətdədir.
Zurnabad kurqanı
Zurnabad kurqanı Gəncəçay vadisində, Göygöl şəhəri yaxınlığında, Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar
52

Şah qıza heç nə deməyərək fikirə gedir. Sonra başını qaldırıb soruşur:- Ey mənim mehriban qızım, bəs indi tədbirin nədir, Zərəngiz bir qədər fikirləşdikdən sonra deyir:- Ata sən bilirsən ki, mən həm rəmdar, həm də sehrkaram. İndi əmr et, üç günə kimi bir böyük gəmi qayrılsın. Bütün lazım olan şeyləri o gəmiyə yığdır. Məndə bir sehr duası oxuyaram qalanın içindəki tilsim qırılar. Orda böyük bir çay kimi bulaq əmələ gələr. Elə də edir. Bu bulağın suyu yavaş-yavaş qalxaraq şəhəri basır. Elə bu vaxt qala qapısı ərəblər tərəfidən qırılır. Qalaya daxil olan xəlifə nə görsə yaxşıdır. Görür ki, su yavaş-yavaş qalxıb şəhəri basır. Salsal isə böyük bir gəmidə əyləşib, günbatan tərəfə gedir. Bir müddət sonra su böyüyüb bir dərya əmələ gətirir. İndi bu dərya Göygöl adlanır. Bax, Göy-göl bu cür əmələ gəlib. ərəblər isə cox təəccüb edirlər.


Aşıqlı kənd sakini - Museyib Həsənov
Qız qalası
Keçmişdə adilliyi ilə deyil, qatilliyi ilə “şöhrət” tapan bir padşah vardı. Bu zalım hökümdarın ağ buxaqlı, gül yanaqlı, incə belli, pəhləvan qüvvəli bircə qızı var idi. Həddi buluğa çatmış qıza hər tərəfdən adlı-sanlı, varlı-dövlətli, şanlı-şöhrətli elçilər gəlirdi. Lakin qız hamısını geri qaytarırdı. Çünki o şərt kəsmişdi: kim güləş meydanında ona güc gəlsə, ona gedəcək. Şərti qəbul edən neçə-neçə pəhləvan-aşiq elçi daşının üstündə oturur rüsxət almış, meydan sulamış
13

pəhləvanlarla güləşmişdi, ancaq ona üstün gələn olmamışdı. Bir gün hökümdar qızına dedi:

Qızım, axı belə olmaz. Necə oldu ki, bu qədər oğlanlardan birini bəyənmdin. Axı məndə kürəkənlə öyünmək istəyirəm. Qız atasına belə cavab verdi: - Ata şərt, şərt bağlandıqdan sonra müqəddəsləşər. Onu pozmaq kişilikdən deyil. – Axı sən kişi deyilsən... – Mən pozmuram ki, kişilər heç pozmasın. Hökümdarın ağacların dilini gözəl bilən bir bağbanı var idi. Gözünün ağı- qarası bircə oğlu atasının yeganə köməkçisi idi. Oğlan hökümdar qızına bənd olmuşdu. Onlar bir dəfə qarşılaşmışdılar. Qız sayılmaz bağban oğlunun baxışından yerişini itirmişdi. Hökümdar qızının məhəbbətinə tab gətirməyən oğlan dərdini atasına açır. Atası: - Sənin ona gücün çatmaz, oğul bizi el gülüncü elemə. Oğlan:- Ata, mən onsuz yaşaya bilmirəm. Mənim məhəbbətim onun ürəyinə düşsə, hökmən qolları boşalacaq, ağlı ürəyinə tabe olacaq. Ata oğluna xeyir-dua verib hökümdar qızının meydanına yola saldı. Beləliklə elçi daşı yenə aşiqin sifarişi ilə adamları meydana çağırır. Başda padşah olmaqla bütün saray adamları tamaşaya yığılır. Hökümdar qızı bağban oğlu ilə qarşılaşmalı olur. Nə qədər ki, onlar bir-birinin gözlərinə baxmır. Qız onu ora-bura çırpıb əldən salır. Eləki baxışlar qarşılaşır, sanki pəhləvan qızın ürəyinə od tökülür. Sirli bir xülya onu uzaqlara səsləyir. Hara baxırsa, bağban oğlunu görür, qolları boşalır, ona təslim olur.

Bağban oğlu güləşə tamaşa eden hökümdara deyir: - Qalib gəldim, hökümdar, şərtə əməl edək. Qız


14

Lüləli ocağı əhali tərəfindən Gəncəbasar zonasında İmamzadədən sonra ən sınanmış ocaq kimi tanınır.

*** *** ***

İkinci abidə isə Topalhəsənli kəndində Gəncə çayı üzərində salınan Ağ körpüdür. Körpünün tikilmə tarixi XII əsrə aiddir. Həmin körpü o vaxtı kənd əhalisinin Gəncə şəhərinə araba ilə gediş-gəlişini təmin edirmiş. Həmin körpü hal-hazırda Mədəniyyət və Turizmi şöbəsi tərəfindən qorunur.


Topalhəsənli kəndinin yaşlı sakinlərinin dediklərindən.
Anahid məbədi
Çaykənd kəndi ərazisində yerləşir. Dəqiq tikilmə tarixi bəlli olmasa da, tikiliş üslubuna görə xristianlığın erkən dövrünə aid edilir. Anaid məbədi XVI əsrdə bərpa edilib. Çay daşı və qum qarışığından inşa edilən məbədin tikintisində mismardan istifdə olunmayıb. Məbəddə növbəti təmir SSRİ dövründə aparılıb. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub.

Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə Pompey Qafqaz Albaniyasınayürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahid məbədi yaxınlığında düşərgə salmışdı.Bu məlumat onu təsdiq edir ki,Anahid məbədi xristianlıqdan əvvəl Ay ilahəsi

51

ha, bax o da təkədir. Axta keçi heyiz adlanır. Qaldı ki, qoyun, onun da ilki quzu, altı aylığında toğlu adlandırılır. Dişisinə şişək erkəyinə qoç deyirlər. Hə, bir heyvan da var. Üzünüzdən iraq ulaq. Ulağın əvvəli qoduq, sonra isə dişisi sıpa, erkəyi eşşək adlanır. A bala bəlkə ata-babanızdan belə bir misal eşitmiş olarsınız.Deyirlər qatır soncuq atanda eşşəyi gözü qabağına bağlayarlar. Hə, burada mətləb bir az dərindir. Qatır deyilən heyvan atla eşşəyin törəməsidir. İşlək heyvandır. Ancaq artıb törəməyi yoxdur. Onu da eşitmiş olarsınız ki, el arasında əslini-kökünü danan adamlara misal çəkənlərə belə deyirlər:qatırdan soruşurlar ki, kimin oğlusan, o da cavab verir ki, atın bacısı oğluyam.



Sonra da Həsənqulu baba üzünü bayaqkı qonşu uşağa tutdu:

-Hə, oğul, bir də madyanla ürgəni qarışıq salma.


Toğana kənd sakini Əiyev Həsənqulu
*** *** ***

Topalhəsənli kəndinin ərazisində olan abidələrdən biri Lüləli qəbiristanlığıdır. Tarixi XV əsrə təsadüf edilir. Çünki qəbiristanlıqda olan ən köhnə qəbrin üstündəki tarix 1475-ci ilə təsadüf edilir. Sözlər ərəb dilində yazılıb. Lüləlinin köhnə adı yaşlı sakinlərin dediyinə görə Nurəli olub. Sonralar da əhali arasında Lüləli kimi deyilib. Lüləli ocağı el yolunun üstündədir. Ocaqdakı qəbir isə peyğəmbərlərin əsabələrindən birinin qəbridir.

50
razı olduğunu bildirir. Hökümdar isə bərk pərt olur. Bu nə deməkdir? Zavallı, çılpaq, aciz bir bağban oğlu onun kürəkəni olmaq istəyir? Hökümdar qizini öldürər, ancaq bu sevdaya razı olmaz. Hökümdar şərti pozmaqdan çəkinərək hiyləyə əl atır. Oğlanı gedər-gəlməzə göndərməyi qərara alır: - Filan şəhərdə uçan xalca var, onu mənə gətir, qızımı apar. Oğlan razı olur. Bu iş üçün yeddi il möhlət istəyir. O yola düşdükdən sonra qıza çox yerdən elçi gəlir. Atası nə qədər edirsə, qızı əhdindən dönmür. Axırda naəlac qalan qız elçilərdən canını qurtarmaq üçün imarətdən kənarda, şəhərin girəcəyində hündür bir qala tikdirir. Qala hazır olduqdan sonra qız öz kənizləri ilə oraya köçür. Yeddi il tamam olur. Oğlan axırıncı gün gəlib çıxır. Qız bunu eşidib çox şad olur. Atası isə bağban oğlunu özünə kürəkən etməyə heç cür rəva bilmir, oğlanı başqa bir şey gətirmək adı ilə başqa bir çətin səfərə göndərmək istəyir. Lakin oğlan bu dəfə bunun kələyini başa düşür, qızın imarətinə yaxınlaşır. İşi belə görən hökümdar öz adamlarına əmr edir ki, oğlanı tutub öldürsünlər. Oğlan qalaya çatanda görür ki, qız imarətdən ona baxır. Oğlan içəri girmək istəyir. Ancaq bu vaxt namərd oxu oğlanın ürəyini deşir. O. Yıxılıb ölür. Bunu yuxardan görən qız özünü imarətdən oğlanın üstünə atır. O, da oğlanla birlikdə ölür. Zalım hökümdar sonra çox peşman olur. O vaxtdan xalq möhtəşəm binanı “Qız qalası” adlandırır.
Gəncənin Bağbanlar qəsəbə sakini

Cəlil Zeynalabdinov yazmışdır.


15

Xan yurdu

Gəncə xanı hər ilin yaz, yay aylarında Kəpəzdə olardı. Xanın orda yurdu vardı. O, xəzinəsinidə bu yurdun altında basdırmışdı. Bir il payız elə gözəl keçir ki, hər yanı alısın basır, yurdlar itir. Xan bir də yaylağa çıxanda öz yurdunu tapa bilmir. Unnüyə düşər deyin, bir yer seçib alaçıq qurur, lakin pünhan-pünhan yurdunu gəzir, tapa bilmir.Xanın cavan bir çobanı vardı. O, gizli-gizli xanın qızı Maralı sevirdi.Bunu az-çox qız da hiss etmişdi. Lakin hər ikisi də bilirdi ki, bu, mümkün olan iş deyil. Çoban tütək çalırdı, dərələrə səs salırdı. Xan bir gün qulaq asanda gördü ki, onun çobanı “xan, qızını mənə versən, yurdun hardadı deyərəm” çalır. Xan arvadına deyir: - Eşidirsənmi, o mənim yurdumun yerini bilir, onu dilə tutmaq lazımdır. Xanın arvadı dedi: - O, Maralı sevir. Onu ancaq bu vədlə yola gətirmək olar. Xan qəzəbdən dodağını çeynəsə də, “olsun” –dedi. Axşam bu barədə söbət başladı. Maral dedi: - Mənim bir şərtim var. Kəpəzin sinəsində gözəl bir göl quruyur. Mən o oğlana ərə gedəcəyəm ki, həmin gölə bağdan bir bulaq çəkdirsin. Çoban bu təklifi qəbul etdi. Dumanlı bir gündə xəzinədən xeyli qızıl götürüb, usta çağırdı, işə başladı. Bulaq suyu gölə töküldü. Bu, hamını sevindirdi. Eşidən- bilən xan qızı Marala “əhsən!” – dedi. Elə o gündən bulaq “Xan qızının bulağı”, göl də “Maral göl” adlandı.


Sarısu kənd sakini Tamara Bağırova

16

-Ata,ay ata. Madyanı gətirmişəm,salım tövləyə?



Həsənqulu kişi qonşu uşağın səsinə döndü. Boz ürgə çal-çəpəri imsiləyə-imsiləyə irəliləyirdi. Kişini təəccüb bürüdü:

-A qırışmal, nə madyan, bu ki ürgədir.

-Nə fərqi var, ay Həsənqulu dayı, at atdır də.

Həsənqulu kişi bir istədi uşağı danlasın. Sonra öz-özünə fikirləşdi ki,bu yazığın nə günahı var. Gərək öyrədəsən,o da seçə ürgə madyanı. Odur ki, uşağa üz tutdu:

-Ədə tay-tuşlarını yığ bir yerə, sizə öyrədim bu ev heyvanlarının adlarını.

Bir azdan Toğana kəndinin cavan-comrulu kəsdirmişdi Həsənqulu babanın dizinin dibini. Kişi də bir-bir sayırdı:

-A bala, kürük olur, bir ildən sonra ona daylaq deyirlər. Sonralar erkəyinə ürgə, dişisinə qulan deyirlər. Ana at madyan adlanır. Hə, bir ayğır sözü də var ha, eşitmiş olarsınız, o da ilxıda atların başçısına deyilir. Çünki hər ilxıda başçılıq etmək ancaq bir ata qismət olur. Bu belə. İndi görək inəyin balası,anası necə adlanır. Yadınızda saxlayın ha, ilkin doğulan bala bılıq, sonra buzov, bir azdanda danadır. Vaxt ötdükcə erkəyinə cöngə, dişisinə düyə deyirik. Axırda isə anaya inək, erkəyə isə kələ deyilir. Əkinçilikdə bir öküz də işlədilir ha, bax o da cöngənin axtalanmışıdır.

Keçini tanımayanınız yoxdur. Ancaq indi desəm ki. Onun hansı adları var, bilirəm ki, gözünüzü döyəcəksiniz. Lap bala keçi çəpiş və ya oğlaq adlanır. Bir azdan erkəyinə dıbır, dişisinə düyər deyirlər. Bir də sürünün qabağında haçabuynuzlu bir keçi görürsünüz


49

Hicran qılıncını çəkmə üstümə,

Yaralı könlümü yaralar yenə.

Nə müddətdir gözləyirəm dər indi,

Dedim könlüm qəmin gölü dərindi.
Aşıq deyər dərindir,

Qəmin gölü dərindir.


Odur ki, söz xəzinəmiz çözələndikcə çözələnir. Kamran Əlişov folklor toplumuzun bu nömrəsinə çap üzü görməmiş bir cığalı təcnis göndərib. Müəllifi heç bir təhsil, savad görməmiş, lakin aşıq şerinin bütün formalarında şerlər yazmış Uğurlu kişinin oğlu Əmrah Uğurluyevdir.
Sinəm üstü gül açıb.

Nadan-naşı, yaralarım dərindir.

Dincəlmir bir ləhzə yaralar yenə.

Əmraham fələk verib dərdimi.

Mən çəkirəm kim nə bilir dərdimi.
Aşıq deyər dərdimi,

Əğyar gülü dərdimi?

Fələyə bel bağladım,

Çox artırdı dərdimi.

Təzələnir köhnə yaralar yenə.
Unudulmuşlar, yaddan çıxmışlar.

4

Qızılgül əfsanəsi


Əfsanəyə görə, Kəpəz dağının ilk adı Arzu dağı olmuş, Zəlzələdən sonra dağın adı dəyişib, Kuhipəs-yəni Yanardağ olmuşdur. Əlbəttə, bu hər şeydən əvvəl, xalq etimologiyası ilə bağlı mülahizədir. Türk yazılı mənbələrinə görə, Kəpəz qədim dövrlərdə toyu olan qızın gəlinlik papağının, daha doğrusu, gəlinlik tacının adı olmuşdur. Həqiqətən Kəpəz dağlar gözəli Göy-Gölün başında gəlinlik tacına bənzəyir.
Toğana kənd sakini Yasəmən Alıyeva
Gəlin qaya
Yazın gül gülü, çiçək çiçəyi, bulaqlar, çaylar, göllər sonaları çağıran vaxtı imiş. Təzə gəlin körpəsini qucağına alıb,çölü, çəməni gəzməyə çıxır. Görür ki, sonalar göllərdə üzür. Çox xoşuna gəlir. O da soyunub göldə çimir. Gəlinin ağ, mərmər bədəni ətrafa işıq saçır. Çiçəkli dağdan gəlinə tamaşa edən qoca elə bilir ki, suda çimən məlakədir heyran qalır. Gəlin də qocanı görür. Onlar bir-birini tanıyırlar: sən demə, həmin qoca gəlinin qaynatası imiş. Gəlin körpəsini də qucagına alıb evə yollanmaq istəyir, ancaq yerindən tərpənə bilmir. Gəlin həyalanıb üzünü göylərə tutub yalvarır:-Ya məni quş elə, ya da daş elə! Elə ordaca daşa dönür.

Hacıməlik sakini Dursun Göyüşova.


17

Koroğlunun qılınclı daşı


Kəpəzin ətəyində bir dağ var. Həmin dağın başında böyük bir daş vardır. Yaxından baxanda bu daş böyük bir stola oxşayır. Deyirlər, Koroğlu həmişə döyüşdən yorğun qayıdanda gəlib o daşın üstündə oturub dincələrmiş. Ətrafın seyrangahı bu daşın üstündən daha gözəl görünərmiş. Hücumdan qabaq bu daşın üstündə döyüş planları cızılarmış. Bir sözlə, bu daş Koroğlunun məsləhət yoldaşı, sirdaşı imiş. Deyirlər, artıq Koroğlu qocalıbmış. Qolu qüvvətdən , səsi nərədən düşübmüş. Ancaq Misri qılınc öz kəsərində qalırmış. Həyatının son günlərini yaşayan Koroğlunu bir fikir təşvişə salır, narahat edir:” Birdən Misri qılınc başqa bir qüvvətli ələ keçə bilər. Birdən o əl sahibi xalqın qanına yerikləyən olar, xanların, bəylərin, padşahların xidmətində dayanar. Xalq üçün vuruşan Misri qılınc birdən xalqa qarşı çevrilər”. Çox götür- qoydan sonra Koroğlu Misri qılıncı götürüb həmin daşa çaxır. Misri qılıncın taleyindən rahatlaşan, arxayınlaşan Koroğlu oradaca ölür. Buna görə də xalq həmin daşa indi” Koroğlu daşı” deyir. Həqiqətən həmin daş durur. Daşın ortasında paslı yarıq Misri qılıncın yeridir.
Sarısu kənd sakini Xəlil Bağırov.
Göyün qəzəbi
Bir gün arvad sadəcə fətir bişirirmiş. Körpə uşağı yanına gəlir,ana fətirin birini yerə sərir ki, uşaq onun
18

Ayağının bərk ağrıdığını görüb həkimin yanına gəlir. Həkim onun yarasına baxdıqdan sonra belə qənaətə gəlir ki, yaranın sağalması üçün xeyli dava dərman lazımdır.Həkim resept yazıb Qədim kişiyə verir və deyir:

-Al bunu,qoyarsan yaranın üstünə, tənziflə də sarıyarsan.Bir həftədən sonra yanıma gələrsən,başqa dərman yazacağam.

Bir həftədən sonra Qədim kişi yenə həkimin yanına gəlir.Həkim yaranın sarığını açanda görür ki, öz yazdığı resept kağızı yaranın üstünə qoyulub.Yaradan isə əsər-əlamət qalmayıb. Həkim özünü gülməkdən zorla saxlayır və qayıdıb Qədim kişiyə deyir ki,daha başqa dərmana ehtiyac yoxdur.


Deyilən söz yadigardır
Hər deyilənə də yadigar demək olmaz. O söz ki, əsrlərdən-əsrlərə adlaya bilir, yarandığı gündən yüz illər belə sonra ürəklərə yol tapa bilir, yadigar bax budur. Azərbaycan xalqının söz xəzinəsi niyə zəngindir?Çünki bizlər sözü sazla deyirik.
Demədimmi, keçən sözü söyləmə,

Qəmlənən qəlbimi yaralar yenə.


Aşıq deyər yaralar,

Satsan məni yar alar.

Loğman gəldi sağalmır.

Namərd vuran yaralar

47

oynaqlardakı duzu əridir. Yayda və payızda çıxarmaq məsləhət görülür.


Qayaçöpü-Qan təzyiqini aşağı salır.Payızda toplamaq mümkündür.
Heyva çiyidləri-Dəmləyib içdikdə soyuqdəymənin qarşısını alır, nəfəs borusunu yumşaldır. Payızda yığıb qurutmaq lazımdır.
Meşə çiyələyi-Kökünü və yarpaqlarını qurudub dəmlədikdə qan təzyiqini aşağı salır, böyrəkdə olan kəskin ağrıları kəsir.
Meşə əzgili-Budaqlarından çay dəmlədikdə qarında olan ağrıları kəsir.
Qantəpər çiçəyi-öskürək və soyuqdəymənin müalicəsində istifadə edilir.Yayın axrıncı ayında dərmək lazımdır.
Əvəlik-Bişirib yedikdə qarında olan xəstəlikləri aradan qaldırır.

Göygöllü nənələrin söz boxçasından


Başqa dərmana ehtiyac yoxdur.
Bir gün Qədim kişinin ayağından yara çıxır.
46
üstündə otursun,əyin-başı toz-torpağa bulaşmasın. Göy qəzəblənir, yerdən yeddi qat uzaqlaşır. Buğda sünbülü də fəryad qoparır, aşağıdan yoluna- yoluna çağırır, heyvanlar mələşir, atlar kişnəşir, itlər ulaşır. Sünbülün harayı kəsilmir, başında bir az dən saxlayır, onu da çörəyin qədrini bilənlərə...
Sarısu kənd sakini Tamara Bağırova.

Qırxbulaq
Gəncə xanı hər il yaylağa çıxar, Qoşqar dağının ətəyində yurd salarmış. Gözünün ağı-qarası bircə qızı varmış. Xan qızı qırx kənizlə hər gün çəmənlikdə gəzər, güllərin, çiçəklərin içində dövrə vurub oturar, çalıb-çağırar, kefi kök, damağı çağ halda binəyə dönərmiş. Bir gün yenə seyrə çıxır, hər kəniz bir qucaq dolusu gül-çiçək dərir, xan qızının başına güldən tac hörür, saçlarının cığasına çiçəklər düzür, sonra da onu üzük qaşı kimi araya alıb əyləşir. Hərəsi bir nəğmə oxuyur. Birdən dağları, dərələri qalın duman bürüyür. Onlar binənin hayanda olduğunu unudurlar. O qədər çaşırlar, ora-bura qaçışırlar ki, xan qızını da itirirlər. Səsləri ünləri dağlara əks edir, yamaclara yayılır, onların səsinə səs verən tapılmır. Neçə gün, neçə gecə dağlarda ac-susuz dolanırlar. Axırda bir qayanın altına yığışıb baş-başa verirlər, acı göz yaşları axıdırlar. Göz yaşları ilə əriyib yerə hopurlar. Həmin vaxtdan orada qırxbulaq
19

göz verib, qışda donur, yaz gələndə çağlayıb axır, yayda da həmişə bir həsrət nəğməsi oxuyur.


Hacıməlik kənd sakini Dursun Göyüşova.
Qız qala
Qədim zamanlarda Balçılı dağlarında iki tayfa yaşayırmış. Bunlardan birinə talada yaşadıqları üçün talalılar,o birinə isə qalada yaşadıqları üçün qalalılar deyərmişlər. Bu qonşu tayfalar arasında torpaq, su üstündə tez-tez vuruşma olarmış. Talalılar çox, qalalılar isə az imişlər. Amma qalalılar çox cəngavər adamlarmış, həm də onlar uca qayaların zirvəsində məskən salıblarmış. Talalılara qoca bir kişi, qalalılara isə ox atmaqda mahir olan Ağca adlı cəsur bir qız başçılıq edirmiş. Бир эцн талалыларын тайфа башчысынын оьлу Ağcaya elçi göndərir. Qız deyir:-Sözüm yoxdu,amma bir şərtim var: tayfalarımız yola getmirlər, sudan da çox korluq çəkirik. Əkinimiz, biçinimiz az olur. Oğlan əgər məni sevirsə, Quşqaradan Quru Qobuya su arxı çəksin. Ora köçək, mən də onun olum. Xəbəri oğlana çatdırırlar. O, razı olur. Quşqaradan Quru Qobuya su arxı çəkir. Oğlan çarəsiz qalıb, arx boyu şüşə düzür. Gün vuranda şüşə su kimi bərq vurur.Bundan sonra oğlan Ağcanın yanına gəlib deyir:-Suyu Quru Qobuya çıxartdım. Gör, arxda su necə işıldayır? Qız diqqətlə baxıb deyir: Arxla-su axmır, ora şüşə düzülüb su kimi parıldayan da odur.Oğlan kor-peşman atasının yanına gəlir və əhvalatı ona
20

müalicəsində istifadə olunur,həmçinin şişli yaraların üstünə qoyulur.Qaynadıb suyunu içmək məsləhət görülür. Yarğanların başından və çay kənarlarından yay və payız aylarında yığmaq olar.


Qaraçörəkotu-Qaynadıb suyunu içdikdə qarın ağrısını kəsir.Yay vaxtı göy çəmənlikdən yığmaq lazımdır.
Gicitkən-Kökünü və gövdəsindəki toxumları qaynadıb suyunu içdikdə, yaxud da duzla ovub yedikdə astma və yel xəstəliyini aradan qaldırır. Kökünü yazda,toxumunu isə payızda əldə etmək lazımdır.
Şehdərən çiçəyi-Soyuqdəymənin qarşısını alır, yayda şehli-şehli çəmənlikdən dərirlər.
Palıd qozası-Şəkər xəstəliyinin müalicəsində istifadə olunur, meyvələri payızda yetişir.
Zırnış-Qaraciyər və sarılıq xəstəliklərinin dərmanıdır, payızda yetişmiş meyvəsini dərmək lazımdır.
Xurili çiçəyi-Böyrəkdəki daşı və duzu əridir. Qaynadıb axşamdan saxlamaq, səhər qatılaşmış vəziyyətdə bir çay qaşığı çay qatıb içmək lazımdır. Yayda dərmək olar.

Cökə ağacının yarpağı- Qurudub dəmlədikdə böyrək ağrılarını kəsir.Əsasən payızda istifadə olunur.


Boyaq bitkisi-Kökünü qaynadıb suyunu içdikdə
45

onun.Yüz dağın-dərənin daşqınından yaranıb.

Ehtiram Hacıyev, Göygöl şəhəri.


Yüklə 169,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin