MÖVZU 4. BAZAR MÜHİTİNİN TƏDQİQİ , İSTEHLAKÇI DAVRANIŞLARI
План:
1.İstehlakçının davranış modeli və ona təsir edən amillər
2.Qavrayış və onun təzahür formaları
3.Alıcı davranışı və alış haqqında qərar qəbul etmə prosesinin mərhələləri
1.İstehlakçının davranış modeli və ona təsir edən amillər
İstehlakçıların davranışlarının başa düşülməsinin giriş nöqtəsi kimi alıcıların marketinq stimulları və cavab reaksiyaları modeli çıxış edə bilər (şəkil 6.1). Bu modelə uyğun olaraq, marketinq stimulları və ətraf mühitin sövqedici amilləri alıcının şüuruna təsir göstərir, konkret alış üzrə qərar isə fərdin xüsusiyyətləri və onun qərar qəbul etmə prosesi əsasında müəyyən olunur. Marketinq üzrə mütəxəssisin vəzifəsi – xarici stimulların təsiri və alış haqqında qərar qəbulu anında istehlakçının şüurunda nə baş verdiyini başa düşməkdir.
Dostları ilə paylaş: |