Rollar və statuslar. Bütün ömrü boyu fərd müxtəlif qrupların (ailə, dostlar və müxtəlif təşkilatlar) fəaliyyətində iştirak edir. Onun hər bir qrupdakı mövqeyi ifa edilən rol və statuslarla müəyyən edilir. Rol – fərd tərəfindən həyata keçirilməsi onu əhatə edən şəxslər tərəfindən gözlənildiyi fəaliyyətlər dəstidir. Hər bir ifa edilən rola müəyyən status uyğun gəlir. ABŞ-ın ali məhkəməsinin hakiminin statusu, sözsüz ki, satış üzrə menecerin statusundan yüksəkdir; öz növbəsində satış üzrə menecerin statusu kompaniyanın adi işçisindən yüksəkdir. Adi insanlar, onların sosial statuslarını təsdiqləyəcək və möhkəmləndirəcək əmtəələri alırlar. Buna görə də, onlar nəqliyyat vasitəsi kimi «Mercedes»ə, bahalı geyimə və «Chivas Regal» viskisinə (çaxırına) üstünlük verirlər. Malgöndərən kompaniyanın məhsul və ya ticarət markasının status simvoluna çevrilə bilməsinin potensial imkanını dərk etməsi çox vacibdir.