1. Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya. Ritorikanın tarixi



Yüklə 227,5 Kb.
səhifə54/84
tarix27.05.2022
ölçüsü227,5 Kb.
#59796
1   ...   50   51   52   53   54   55   56   57   ...   84
????AZƏRBAYCAN DİLİ

61.İşgüzar üslub,
Rəsmi-işgüzar üslub. Rəsmi sənədlərin dili. Rəsmi-işgüzar üslub – rəsmi və işgüzar sənədlərin dilidir. Bu üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi-işgüzar üslub hamı üçün eynidir – standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşır. Bunun da əsas səbəbi əvvəllər ərəb və fars dillərinin, sonra isə rus dilinin Azərbaycanda ya bütünlüklə, ya da əsasən həmin funksiyanı daşımasıdır.Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslub müəyyən tarixi təkamül prosesinin məhsuludur. Buna görə də bu üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər (konstruksiyalar) uzun müddət qorunub saxlanılır. Hər hansı bir dilin dövlət dili olması dövlətin rəsmi-işgüzar üsluba münasibəti ilə müəyyən edilir. İdarə və müəssisələrdə rəsmi ünsiyyət dövlət dilində olur. Beynəlxalq münasibətlərdə də dövlət bu dildə təmsil olunur.Rəsmi-işgüzar üslub iki yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.Dövlət, hökumət təşkilatlarının tərtib etdiyi və rəsmi qaydada (rəsmi şəxsin imzası, möhür və s.) təsdiq olunan sənədlər (məsələn, prezident fərmanları, hökumət sərəncamları, nazirlərin əmrləri, konstitusiya və s.) rəsmi sənədlər sayılır.Rəsmi sənədlər mütəxəssislər tərəfindən hazırlanır, yerlərdə müzakirə edilir, sonra isə təsdiqlənir. Rəsmi sənədlərin əsas xüsusiyyətləri bunlardır:
– Dilin maksimum mükəmməlliyi;
– Fikrin tam aydınlığı;
– Fikrin (sözlərin) birmənalılığı;
– Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması);
– Dil yığcamlığı.
Hər bir dövlətin ən mühüm rəsmi sənədləri konstitusiya, qanunlar, sərəncamlar, nazirlərin əmrləri və s.dır. Rəsmi sənədlər mühüm hüquqi məzmun daşıyır, dövlətdaxili münasibətlər bu sənədlərin köməyi ilə həyata keçirilir.Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl tərtibinə xüsusi diqqət yetirilir.

Yüklə 227,5 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin