1. Gəncləri ailə həyatına hazırlanmasında ailə dəyərlərinin yeri


Erkən yazılı mənbələrdə ümumbəşər və ailə dəyərləri



Yüklə 35,33 Kb.
səhifə7/7
tarix31.12.2021
ölçüsü35,33 Kb.
#49673
1   2   3   4   5   6   7
ailə dəyəri

5. Erkən yazılı mənbələrdə ümumbəşər və ailə dəyərləri

Ağsaqqallıq və ağbirçəklik institutunun, milli ailə dəyərlərinin məqsədi, məramı və məzmunu bütövlükdə aydın olsa da, bu problemin əhatə dairəsi, miqyası, çalarları və tərifi, xalqımızın milli kimlik məsələsində yeri-rolu hələlik tədqiqatçılar, etnoqraflar, alimlər, sosioloqlar tərəfindən yetərincə araşdırılmamışdır.  

Xalqımız vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı, ibrətamizliyi ilə tanınır, sayılır, seçilir. Heç şübhəsiz, bu həmişəyaşar, yüksək bəşəri keyfiyyətlər arasında ailə dəyərləri – ağsaqqallıq, ağbirçəklik institutu böyük maraq doğurur, müstəsna məna və məzmun kəsb edir. Ağsaqqallıq və ağbirçəkliyin cəmiyyətdə oynadığı rol, tutduğu mövqe və bütün bunların öyrənilməsi, tədqiqi, son zamanlar getdikcə zəifləmə səbəbləri tədqiqatçıların mühüm tədqiqat obyektlərindən biri olmaqla yanaşı, həm də mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Onlar təlim-tərbiyə örnəyi, gör-götür abidəsi, şərəf, ləyaqət və hikmət mənbəyi sayıla bilər. 

Tarixən dünyagörüşü, həyata baxışı, dərin müşahidə qabiliyyəti olan müdrik ağsaqqallar həmişə mizan-tərəzini saxlayar, hökmlü, hünərli olduğu qədər də məsləhətli, mərhəmətli, rəhmli olardılar, bir əlində qılınc, bir əlində qalxan tutar, bir əllərində od, bir əlllərində su olardı. Dəyərli əsərlərdən də öyrənmişik ki, elin ağsaqqalı səliqəsahmanlı olar, ağır oturar, ağır durar, davranışı, duruşu, ağayana yerişi, müdrikliyi, sadəliyi, səmimiliyi, sədaqətliliyi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə seçilərdi. Yaşına görə deyil, başına görə ağsaqqal, ağbirçək sayılan şəxslər hazırcavab, az danışan, inamlı danışan, hikmət söyləyən, sözübütöv, əməlisaleh, zəhmətsevər, işgüzar, işbilən, gözü-könlü tox, tamahsız, təmənnasız, qəlbi təmiz, ürəyi təpərli, hünərli, arzusu geniş, sarsılmaz, el arasında başı yığnaqlı, qeylü-qallı, məclislərdə, mərasimlərdə başda oturan, məclis yaraşığı olardı. Onlar elin yolgöstərəni, adətənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, qoruyucusu, inkişaf etdirəni kimi milli-mənəvi dəyərlər sistemimizdə kultlaşıblar.

Ağsaqqallıq, eləcə də ağbirçəklik son dərəcə çətin, mürəkkəb, məsuliyyətli bir vəzifə, böyük zəhmət, min bir əziyyət, məhrumiyyətlər bahasına başa gələn ictimai missiya, məişət-sosial vəzifə sayılır. Ağsaqqalara, yaşlılara, dünyagörmüşlərə, çətinliklərə sinə gərmişlərə sınaqdan çıxmış insanlar arasında daha çox rast gəlinir. Belə ixtiyarların həyat təcrübəsi zəngindir, onlar öz əməlləri, uzaqgörənlikləri ilə sayılıb-seçilirlər. Bu şərəfli vəzifə əsasən başdan-binadan, nəsildən, əsildən-kökdən gəlir. Hər ixtiyar yaşında olana ağsaqqal səlahiyyəti verilməz. Ağsaqqallıq yaşda deyil, başdadı, işdə, əməldədi. Ağsaqqallığın çoxçalarlı keyfiyyətlərini özündə birləşdirən cavan və ya orta yaşlılar arasından da ağsaqqal hesab edilən şəxslər çıxa bilər. 

Tarixçilərin və etnoqrafçı tədqiqatçıların da vurğuladığı kimi, insan oğlu, bəşər övladı dünyaya gəldiyi gündən üstündə yaşadığı torpağın qədrini bilmiş, vətənini sevmiş, valideynlərinə, ağbirçək və ağsaqqallarına pənah gətirmiş, arxalanmış, güvənmişdir. Müxtəlif tarixi dövrlərdə – ibtidai icma dövründə, qəbilə dövründə, feodalizm və sosializm, eləcə də kapitalizm formasiyalarında toplumun inam bəslədiyi, dəyər vediyi, hörmət göstərdiyi, bəzi hallarda isə qorxduğu, çəkindiyi ağbirçəkliyin, ağsaqqallığın tarixi insanlığın tarixi, cəmiyyətin yaranması ilə bir dövrə təsadüf edərək zaman-zaman inkişaf etmiş, tarixi mərhələlərdən keçmişdir. Azərbaycanda bu tarixin yaşı iki milyon ilə qədərdir. 

Bəşəriyyətin ilkin çağlarından – insanlığın ilk vaxtlarından ağsaqqallar və ağbirçəklər kiçik insan dəstələrinə, kollektivlərə başçılıq etmiş, onların qayğıları ilə yaxından məşğul olmuşlar. Ağsaqqallar, bəzi vaxtlarda isə ağbirçəklər (məsələn, amazon qadınlarda, yaxud Nizami Gəncəvinin əsərlərində, “Min bir gecə” nağıllarında, dastanlarda göstərilən qadın başçılar, xanımlardan ibarət icmalar və s.) bütün hallarda başçılıq, rəhbərlik missiyasını ləyaqətlə yerinə yetirmiş, birliyi, bütövlüyü təmin etmişlər. 

Elin başçısı kimi, ölkə ağsaqqalı daha çətin, daha məsuliyyətli vəzifədir. Ağsaqqal həm də nəsil və ya dövlət başçısı, daha müdrik, təcrübəli, siyasətçi və uzaqgörən, səlahiyyətli, geniş təsir dairəsinə malik, yenilməz hökmlü, cəsarətli, inamlı, güclü əqidəli insan olmalıdır. 

Tarixi düşüncəmizdə bu hikmət dünyasında Dədə

Qorqud ağsaqqalların ağsaqqalı, müdriklərin müdriki, ucaların ucası kimi özünəməxsüs yerə – mövqeyə malikdir. Dədə Qorqud elə havadar olan, arxa duran, el üçün yanan, el üçün canından keçməyə hazır olan ər – ərən kimi təqdim edilir. Hər şeyin bilicisi, çətinliklərdən baş çıxaran uzaqgörəndir: loğman, münəccim Dədə Qorqud öz xeyir-duası ilə oğuzlara məsləhət verən, tədbir görən, onları döyüşə səfərbər edən, zəfərə səsləyən, qələbəyə ruhlandıran ilhamçı, xilaskar qəhrəmandır. 

Söz yox ki, yalnız Dədə Qorqud deyil, dastan – folklor düşüncəmizdə, tariximizdə Zərdüşt Peyğəmbər, Cavanşir, Babək, Şah İsmayıl Xətai, Koroğlu da elin ağsaqqalı, insanların – cəmiyyətin inandığı mənəvi ata vəzifəsində görsənir. Mənəvi mədəniyyət son əsrlərdə sivilizasiyanın, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir. 

XX-XXI əsrlər mədəniyyətlərin mübarizəsi əsri kimi özünü göstərdiyinə görə, Azərbaycan xalqının mənəvi mədəniyyətinin öyrənilməsi və təbliği, eyni zamanda gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır. Son 30 ildə isə Ermənistanın işğalçı siyasəti nəticəsində Qərbi Azərbaycan, Qarabağ və ona bitişik ərazilərdəki tarixi torpaqlarımızın, doğma bölgələrimizin bir çox qeyri-maddi və maddi sərvətləri talana uğramış, dəyərlərimiz aşınmaya məruz qalmış, qaçqın və məcburi köçkün soydaşlarımız doğma diyarlarından qovulub çıxarılmış, bütün bunların sonucunda ailə dəyərlərimiz – ağsaqqallıq və ağbirçəklik institutumuz zəifləmiş, deformasiyaya məruz qalmışdır.



Müasir cəmiyyətdə qədim ağsaqqal və ağbirçəklik dəyərlərinə söykənən milli ailə institutunun mövcud vəziyyətinin araşdırılması və bu ictimai-sivil yaşam fəlsəfəsi vasitəsilə daşınan mənəvi dəyərlərin aktivləşdirilməsi yollarını öyrənmək cəmiyyətimiz qarşısında çox vacib bir məsələ kimi durur.
Yüklə 35,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin