Həkim-dezinfeksionistin nümunəvi vəzifə



Yüklə 137,34 Kb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü137,34 Kb.
#4112

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-dezinfeksionistin nümunəvi vəzifə 

 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

 

1. Bu vəzifə  təlimatı  həkim-dezinfeksionistin vəzifə öhdəliklərini, hüquq və 



məsuliyyətini müəyyən edir. 

2.  


Həkim-dezinfeksionist vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin 

edilir. 


3. Həkim-dezinfeksionist Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur 

və vəzifədən azad edilir. 

4. Həkim-dezinfeksionist bilavasitə  şöbə müdirinin tabeliyində  fəaliyyət 

göstərməklə   tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5. Həkim-dezinfeksionist aşağıdakıları bilməlidir: 

5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 

səhiyyə qanunvericiliyinin və Əmək Məcəlləsinin əsaslarını; 

5.2.  səhiyyə müəssisələrinin, o cümlədən dövlət sanitariya-epidemioloji 

xidmətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.3. sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini;  

5.4. sanitariya qanunvericiliyini, sanitariya epidemioloji xidmətin  fəaliyyətinin 

hüquqi əsaslarını; 

5.5.  sanitariya-epidemioloji xidmətin işinin planlaşdırılması prinsiplərini, forma 

və metodlarını; 

5.6.  təşkilati-sərəncamçı sənədləri, kargüzarlıq qaydalarını; 

5.7.  laboratoriyaların işinin təşkilini; 

5.8. gigiyenik tərbiyənin və sağlam həyat tərzinin formalaşdırılmasının məqsəd?  

forma və metodlarını; 

5.9.  ətraf mühitin kimyəvi, fiziki və bioloji faktorlarının, fəaliyyətin müxtəlif 

növlərinin və mümkün olan optimal iş yükünün gigiyenik normalaşdırma prinsiplərini; 

5.10. gigiyenik,  epidemioloji, klinik, fiziki, kimyəvi, statistik, laborator və 

instrumental tədqiqatın metodlarının əsaslarını; 

5.11. epidemiologiyanın ümumi qanun və meyarlarını, yoluxucu xəstəliklərin 

bioekoloji xarakteristikasını, epidemik prosesi və onun inkişafına təsir edən  amilləri; 

5.12.  epidemiya əleyhinə  tədbirlər sistemini, yoluxucu xəstəliklərin 

profilaktikası prinsiplərini və aradan qaldırılması yollarını; 

5.13. gigiyenik və sağlamlaşdırıcı tədbirlərin təşkili və aparılması prinsiplərini; 

5.14.  obyektlərin tikintisinə dövlət sanitariya nəzarətinin mahiyyətini, onun 

forma və metodlarını; 



5.15. cari və  xəbərdaredici sanitariya nəzarətinin mahiyyətinin, təşkilinin və 

metodların ümumi prinsiplərini; 

5.16.  mülkü müdafiənin tibb xidmətinin təşkili və fəaliyyəti məsələlərini; 

5.17.  sanitariya-maarifləndirmənin əsaslarını; 

5.18. Dezinfeksiya xidmətinin vəzifələrini, təşkilini, dezinfeksiya işi üzrə 

qüvvədə olan hüquq- normativ və metodiki-təlimat sənədlərini; 

5.19. sənədlərin tərtibatı qaydalarını; 

5.20. dezinfeksiya xidmətinin fəaliyyətinin planlaşdırılmasını və hesabatını, bu 

fəaliyyətə nəzarətin qayda və üsullarını; 

5.22. istifadəsinə icazə verilən dezinfeksiya, sterilizasiya, dezinseksiya və 

deratizasiya məqsədilə  nəzərdə tutulmuş  vəsaitlərin xüsusiyyətlərini və  tətbiq 

üsullarını; 

5.23. dezinfeksiya avadanlığından, fərdi mühafizə vasitələrindən istifadə 

qaydalarını və zəhərlənmələr zamanı ilk yardımın göstərilməsini; 

5.24. kompyuterlə  və digər müasir informasiya texnologiyaları vasitələri ilə 

işləməyi; 

5.25.  daxili əmək intizamı qaydalarını,  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası və yanğına qarşı mühafizə qayda və normalarını  bilməlidir. 

 

 



II. Vəzifə öhdəlikləri 

 

6. Həkim-dezinfeksionist dezinfeksiya tədbirlərinin keçirilməsi üzrə  işi təşkil 



edir, onun həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının aparılması metodikası  və 

vasitələrini müəyyən edir. 

7. Dezinfeksiya məhlullarının hazırlanmasına, istifadəsinə, aparatların iş vaxtı 

dezinfektorlar tərəfindən  şəxsi və ictimai təhlükəsizlik qaydalarına və  əməyin 

mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 

8. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə  aid bütün  sənədləri tərtib edir.  

9.  Cari və yekun dezinfeksiyanın keyfiyyətinə nəzarət edir. 

10.  Nəzarət obyektlərində  həkim-epidemioloqla birlikdə dövlət sanitariya 

nəzarətinin həyata keçirilməsində iştirak edir. 

11  Dezinfeksiya və sterilizasiya rejiminə riayət olunmasında aşkar edilmiş 

çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər işləyib hazırlayır. 

12.  Mərkəzi sterilizasiya bölmələrinin və dezinfeksiya-kamera bloklarının 

tikintisi və yenidənqurulması üzərində aparılan  xəbərdaredici sanitariya nəzarətinin 

həyata keçirilməsində iştirak edir. 

13. Obyektiv nəzarət metodunun tətbiqi ilə planlı  şəkildə  və epidemik 

göstərişlər üzrə cari dezinfeksiyanın təşkili və aparılması qaydalarına riayət 

edilməsinə, müalicə-profilaktika müəssisələrində  və ixtisaslaşdırılmış  uşaq 

müəssisələrində  tibbi təyinatlı  məmulatların sterilizasiyasına nəzarəti də  həkim-

epidemioloqla birlikdə həyata keçirir. 

14.  Müalicə-profilaktika müəssisələrinin dezinfeksiya-kamera bloklarına 

metodik rəhbərlik və nəzarəti həyata keçirir. 


15. Dezinfeksiya şöbəsinin (bölməsinin) epidemioloq köməkçilərinin işinə 

metodik rəhbərlik və  nəzarəti həyata keçirir, onlar tərəfindən sənədlərin  tərtibatının 

düzgünlüyünü yoxlayır. 

16. Öz ixtisası üzrə ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də 

toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərini təşkil edir   sanitariya-

epidemioloji rəylər  hazırlayır. 

17. Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə  məsləhət 

yardımı göstərir. 

18. Ona tabe orta və kiçik tibb heyətinin işinə  rəhbərlik və  nəzarət edir, öz 

vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 

19. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti 

tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə 

nəzarət edir. 

20.  Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak 

edir. 


21.  Öz işini planlaşdırır və  iş fəaliyyətinin göstəricilərini təhlil edir. 

22.  Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında 

və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir. 

23.  Sanitariya-maarifləndirmə işini  həyata keçirir. 

24.  Həkim etikasının qayda və prinsiplərinə riayət edir. 

25.  Müəssisə  rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, eləcə  də öz peşə 

fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir. 

26. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, 

sanitariya-epidemioloji rejimə riayət edir. 

27.Mülki  müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir; 

28. Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz ixtisasına aid olan digər 

məsələlərin həll edilməsini təmin edir. 

29. Mütəmadi olaraq öz ixtisasını artırır. 

 

III.



 

Hüquqları 

 

30. Həkim-dezinfeksionistin aşağıdakı hüquqları vardır: 



30.1 Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi ilə verilmiş, özünə 

aid olan səlahiyyətlərdən tam istifadə etmək; 

30.2. dezinseksiya tədbirlərinin təkmilləşdirilməsi və keçirilməsi, özünün əmək 

fəaliyyətinin təşkili və şəraitinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;  

30.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, göstərişlər vermək və onlardan dəqiq icra tələb etmək, tabelikdə olanların 

həvəsləndirilməsi və tənbeh edilməsi  üzrə rəhbərliyə təkliflər vermək; 

30.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri tələb etmək, əldə etmək və istifadə etmək;  

30.5. onun işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

30.6. qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi sahə üzrə 

təkmilləşdirmə kurslarından keçmək; 


30.7.  müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək; 

30.8. müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq məqsədilə 

attestasiyadan keçmək; 

31.  Həkim-dezinfeksionist Azərbaycan Respublikasının  Əmək Məcəlləsinə 

uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 

IV.

 

Məsuliyyəti 

 

32. Həkim-dezinfeksionist aşağıdakılara görə məsuliyyət daşıyır: 

32.1. ona həvalə olunmuş  vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

32.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların tələblərinin vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

32.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına 

riayət edilməsinə; 

32.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

32.5.  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

32.6. ona tabe işçilərin icra intizamına və  vəzifə öhdəliklərinin yerinə 

yetirilməsinə; 

32.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə  və      müəssisədə olan digər 

şəxslərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğın və sanitariya qaydalarının 

pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da 

daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 

33. Həkim-dezinfeksionist əmək intizamının, qanunvericilik və normativ-hüquqi 

aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, hərəkətin ağırlıq 

dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə  cəlb 

edilə bilər.  



 

 

Yüklə 137,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin