76. Xroniki ağciyər ürəyi olan xəstədə aşağıdakılardan hansı xas deyil? A) anemiya
B) hipoksemiya
C) eritrositoz
D) hemoqlobinin qanda səviyəsinin artması
E) hiperkapniya
77. Xronik ağciyər ürəyi zamanı Exo-KQ-də dəyişiklik: A) sol mədəciyin hipertrofiyası
B) mədəcikarası çəpərin qalınlaşması
C) mitral requrgitasiya
D) sağ mədəciyin hipertrofiyası
E) sol mədəciyin sistolik disfunksiyası
78. Xroniki ağciyər ürəyi zamanı rentgenoloji dəyişikliklərdən hansı əlamətlər xarakterikdir?
A) ağciyərin kökünün genişlənməsi
B) ağciyər əsas arteriyasının böyüməsi
C) sağ mədəciyin ölçüsünün böyüməsi
D) bütün sadalananlar xarakterikdir
E) ağciyər arteriyası periferik şaxələrinin qəflətən "qırılması"