286. Mədəciklərarası çəpərin orta ölçülü defektində həqiqətə uyğun deyil: A) EKQ-də sol mədəciyin yüklənmə əlamətləri
B) sistolik küy
C) döş qəfəsi rentgenoqrammasında ağ-ciyər qanaxınının artması əlamətləri
D) böyüklərdə ən sıx rast gəlinən anadangəlmə ürək qüsurudur
E) sağdan sola şunt
287. Aortanın koarktasiyası üçün düzgün deyil: A) AT qollarda artmış, lakin ayaqlarda azalmışdır
B) EKQ-də sol mədəciyin hipertrofiyası
C) çox vaxt kollateral qandövranı əlamətləri olur
D) AT ayaqlarda qalxmış, lakin qollarda normal və ya aşağıdır
E) çox vaxt kürəkarası nahiyədə kobud sistolik küy olur