68. Miokardın diffuz zədələnməsi nəticəsində onun yığılma qabiliyyətinin kəskin azalması, ürək kameralarının proqressivləşən dilatasiyası ilə xarakterizə olunan qeyri koronarogen , qeyri iltihabi, metabolik dəyişikliklərlə əlaqəsi olmayan birincili xroniki ürək xəstəliyi hansıdır? A) Dilatasion kardiomiopatiya
B) Restriktiv kardiomiopatiya
C) Hipertrofik kardiomiopatiya
D) Miokardit
E) ÜİX
69. Xroniki ağciyər ürəyinə səbəb olmur: A) astmatik status
B) ağciyərlərin xroniki obstruktiv xəstəliyi
C) Bexterev xəstəliyi
D) birincili ağciyər hipertenziyası
E) vaskulitlər
70. Kəskin perikarditin qeyri - spesifik simptomları aşağıdakından başqa hamısıdır: A) anemiya
B) titrəmə
C) perikardın sürtünmə küyü
D) leykositoz
E) qızdırma