Hipertrofik kardiomiopatiya: instrumental müayinə



Yüklə 13,04 Kb.
tarix26.12.2016
ölçüsü13,04 Kb.
#3596

Hipertrofik kardiomiopatiya: instrumental müayinə

Hipertrofik kardiomiopatiyanın diaqnostikasının daha qiymətli, qeyri-invaziv üsulları elektrokardioqrafiya və exokardioqrafiya (o cümlədən doppler-exokardioqrafiya), mürəkkəb hallarda maqnit-rezonans tomoqrafiyadır.

Elektrokardioqrafiya əlamətləri:

1. Sol mədəciyin hipertrofiyası əlamətləri

2. ST seqmentinin depressiyası və T dişciyinin inversiyası.

3. Qulaqcığın elektrik yüklənməsi və hipertrofiyası əlamətləri (P-mitrale).

4. Patoloji Q dişciyi və QS kompleksi (Hipertrofik kardiomiopatiyalı xəstələrin 1/3-də rast gəlir).

5. Mədəciküstü və mədəcik aritmiyaları.

Exokardioqrafiya əlamətləri:

1. MAÇ-ın qalınlaşması və onun hərəkətinin məhdudluğu (asimmetrik Hipertrofik kardiomiopatiya üçün MAÇ-ın qalınlığının sol mədəciyin sərbəst divarlarının qalınlığına olan nisbə-tinin 1.3 və çox olması xarakterikdir).

2. Sol mədəcik boşluğunun azalması və sol qulaqcığın genişlənməsi.

3. Mitral qapağın ön tayının sistolik hərəkəti (sol mədəciyin çıxacaq traktının daralan hissəsində qan axınının xeyli sürətlənməsi nəticəsində).

4. Sistolanın ortasında aortal qapağın sistolik örtülməsi və sol mədəciyin çıxacaq traktında dinamik təzyiq qradiyentinin meydana çıxması.

5. Doppler-exokardioqrafık müayinə zamanı sol mədəciyin çıxacaq traktında qan axınının yüksək xətti sürəti aşkarlanır.

6. Sol mədəciyin diastolik disfunksiyası əlamətləri.

7. Sol mədəciyin arxa divarının hiperkineziyası.

8. Mitral requrgitasiya.

Ürəyin rentgenoloji müayinəsinin məlumatları az informativdir. Bir sıra xəstələrdə sol mədəcik və sol qulaqcığın qövslərinin böyüməsi, ürək zirvəsinin girdələşməsi və mötədil venoz ağ ciyər hipertenziyasının əlamətləri qeyd olunur.



Maqnit-rezonans tomoqrafiya. Yüksək həlletmə qabiliyyətinə və müayinə obyektinin üçölçülü təsvirini almaq imkanına malik olan bu üsul, ürəyin morfologiyasının daha dəqiq qiymətləndirmək imkanı verir, bu da HKMP-nin diaqnostikasında vacib rol oynayır.

Ürək boşluqlarında təzyiqin ölçülməsi mədəcikdaxili obstruksiyanın mövcudluğunu və onun dərəcəsini dəqiqləşdirməyə imkan yaradır.
Yüklə 13,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin