Krizisin kliniki əlamətləri



Yüklə 26,96 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü26,96 Kb.
#16216

Krizisin kliniki əlamətləri 

Depressiya 

Həyəcan,  yüksək  halsızlıq,  gərəksizlik  hissi,  intihara  dair 



fikirlər,  iştahanın  azalması,  yuxusuzluq,  psixomotor 

tormozlanma  və  ya  həyəcan,  həmçinin  müxtəlif  somatik 

simptom  və  şikayətlərlə  müşayiət  olunan,  əhval-

ruhiyyənin  enməsi  ilə  səciyyələnən  psixi  pozuntudur. 

Tibbi  kontekstdə  depressiya    –    ümidsizlik,  əzginlik  və 

kədər  halından  fərqlənir  və  tibbi  yardımın  göstərilməsini 

tələb  edir.  Bir  əlamət  və  ya  sindrom  kimi  depressiya  bir 

çox somatik və ya psixi xəstəliklərin əlaməti və ya nəticəsi 

kimi meydana gələ bilər.

 

 



Epidemiologiya

 



Depressiya ən geniş yayılmış psixi pozuntudur  

kişilər arasında  2,5-10%-dək rast gəlinir 



qadınlar arasında 5-20%-dək rast gəlinir 

Irsi meyillilik olanlarda 1.5-3 dəfə daha çox 



təsadüf olunur  

Uşaqlar arasında 2% -dək rast gəlinir 



Yeniyetmələr arasında 4-8%-dək rast gəlinir 

 


Depressiyanın 

 

gedişi və nəticələri



 

Ən çox 25-30 yaş arasında başlayır. 



Qəfildən və ya bir neçə gün və həftə ərzində tədricən inkişaf edə bilər. 

Davamlığı bir neçə aydan bir neçə ilədək tərəddüd edir. 



Müalicə olunmadan yaşanan depressiv epizod adətən 6-9 ay davam 

edir 



1-ci epizoddan sonra residiv təhlükəsi 50% 



2-ci epizoddan sonra 75% 

3-cü epizoddan sonra 90% təşkil edir 



20% hallarda, xüsusilə də adekvat müalicə olunmayan hallarda

depressiya xroniki xəstəliyə çevrilir və remissiya olmadan keçir.  

Depressiyadan əziyyət çəkən şəxslərin 15-20%-i həyatlarına intiharla 



son qoyurlar 

 


İKİ ZƏRURİ SUAL

 



Əhvalınızın  enməsini,  ruh  düşkünlüyü  və  ya 

tənhalıq hiss edirsinizmi? 

 

 

 



Adətən Sizin üçün xoş olan məşğuliyyətə 

marağın və aldığınız zövqün enməsini müşahidə 

edirsinizmi? 

 


DEPRESSİV POZUNTUNUN 

DİAQNOSTİKASI

 

Depressiyanın əsas əlamətləri: 

Pasiyent üçün qeyri-normal hesab edilən 



səviyyəyədək uzun müddət əhvalın enməsi 

Adətən pasiyent üçün xoş olan məşğuliyyətə aydın 



formada marağın və alınan zövqün azalması 

Demək olar ki, hər gün müşahidə edilən yorulma və 



güc tükənməsi. 

 

 



Depressiyanın əlavə əlamətləri: 

Özünəinamın və özünüqiymətləndirmə hissinin enməsi 



Səbəbsiz özünütənqid  və ya qeyri-adekvat günahkarlıq hissi 

Təkrarlanan ölüm və ya özünəqəsd fikirləri və ya intihar davranışı 



Düşünmə və fikir cəmləmə qabiliyyətinin azalması 

Tormozlanma və ya həyəcanla müşayiət olunan psixomotor 



fəallığın pozulması (subyektiv və ya obyektiv) 

İstənilən növ yuxu pozuntusu (yuxusuzluq və ya yuxuculluq-



süstlük) 

Çəki dəyişkənliyi ilə müşayiət olunan iştahanın dəyişməsi 



(artması və ya azalması) 

 


De

pressiyanın ağırlığı

 



Yüngül depressiya epizodu (F32.0) – əsas əlamətlərdən ən azı 2-



si  və  əlavə  əlamətlər  müşahidə  olunur  (ümumi  sayda  4-dən  az 

olmayaraq) 



Orta dərəcəli depressiya epizodu (F32.1) – əsas əlamətlərdən ən 

azı 2-si və əlavə əlamətlər müşahidə olunur (ümumi sayda 6-dan 

az olmayaraq) 



Psixotik  əlamətlərsiz  ağır  depressiya  epizodu  (F32.2)  –  əsas 

əlamətlərin hər üçü və əlavə əlamətlər müşahidə olunur (ümumi 

sayda 8-dən az olmayaraq) 



Psixotik  əlamətlərlə  ağır  depressiya  epizodu  (F32.3)  – 

sayıqlama,  qarabasma  və  ya  depressiv  stupor  zamanı 

diaqnozlaşdırılmalıdır. 

Bu 


halda 

özünügünahlandırma 

sayıqlamaları,  ipoxondrik  məzmunlu  münasibət  daha  xarakterik 

mövzulardandır. 

 

 


Depressiyanın səbəbləri və risk 

faktorları

 

Psixoloji faktorlar arasında aşağıdakılar böyük əhəmiyyət daşıyır:  

uşaq vaxtı keçirilmiş psixoloji travmalar,  



ailədaxili və şəxsiyyətlərarası problemlər,  

həyatda baş verən önəmli dəyişikliklər,  



yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər,  

tənhalıq 



 

 

 



Depressiyanın inkişafına təkan verə biləcək sosial faktorlar arasında aşağıdakıları qeyd etmək olar:  

müharibə, təbii fəlakətlər, bədbəxt hadisələr daxil olmaqla arzuedilməz sosial dəyişikliklər,  



kasıblıq,  

işsizlik,  



cinayətkarlıq,  

sosial müdafiənin olmaması.    



 

 

Bioloji faktorlardan depressiya zamanı aşağıdakılar vacib rol oynayır:  

depressiyaya irsi meyllilik,  



bəzi somatik xəstəliklər (xüsusilə xronik və residivverici),  

alkoqol və narkotiklərin qəbulu,  



bəzi medikamentlərin qəbulu (hipotenziv vasitələr, H2 blokatorlar, kortikosteroidlər, 

estrogenlər/progesteronlar, interferonlar, yağda həll olan β- blokatorlar). 


Diqqətinizə 

görə 


minnətdaram 

Yüklə 26,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin