Bir fazalı düzləndiricilər. Idarə olunan ve idarə olunmayan. Qısa məlumat



Yüklə 243,12 Kb.
səhifə1/7
tarix30.03.2023
ölçüsü243,12 Kb.
#91575
  1   2   3   4   5   6   7
referat 6542


Bir fazalı düzləndiricilər.
Idarə olunan ve idarə olunmayan.
Qısa məlumat :
Dəyişən cərəyan sabit cərəyan çevirən qurğuya düzləndirici deyilir.
Şəbəkə gərginliyin fazalarının sayına görə birfazalı və üçfazalı düzləndiricilər mövcuddur. Bir fazalı düzləndiricilər, düzləndirilmiş yarımdalğaların sayına görə bir və iki yarımperiodlu olurlar. İki yarımperiodlu düzləndiricilər iki cür olurlar: tansformatorun ikinci tərəf dolağının orta nöqtəsindən istifadə etməklə (bir yollu) və kürpü sxemli (iki yollu) düzləndiricilər. Düzləndiricilər idarə olunmayan, və idarəolunan olurlar. Düzləndiricilər gücə görə şərti olaraq üç qrupa, alçaq, orta və böyük güclü düzləndiricilərə, bölünürlər.
Bir fazalı bir yarımperiodlu düzləndirici :
Sadə biryarımperiodlu düzləndirici ardıcıl qoşulmuş gərginlik mənbəyindən, dioddan və aktiv müqavimətdən (yük müqavimətindən) ibarətdir. Fərz edək ki, diod idealdır və giriş gərginliyi sinusoidal qanunla yəni, qanunu ilə dəyişir.
Diodun anodunda gərginliyin müsbət qütbü olduqda dioddan yükün
müqavimətinə tərs mütənasib olan cərəyan axır. Anodda mənfi qütblü gərginlik olduqda diod bağlıdır və dövrədən cərəyan axmır. Nəticədə
Ry müqavimətində bir istiqamətli döyünən İy cərəyanı axır. Ry müqavimətində yarımsinusoidal formalı gərginlik impulsları əmələ gəlir. 0 < t < T/2 intervalında yarımkeçirici diod VD düz istiqamətdə sürüşüb və yük rezistorundakı gərginlik və cərəyan giriş siqnalını təkrarlayır (Şəkil 1)T/2 < t < T intervalında D diodu əks istiqamətdə sürüşüb və yükdəki gərginlik və cərəyan sıfıra bərabər olur.

Verilmiş giriş gərginliyinin tək yarımperiodunda, yəni halında, düzlənmiş cərəyan yük rezistorunda gərginlik düşküsü yaradır. Bu gərginliyin orta qiyməti



olur.

Şəkil 2 - də göstərilən ikinci qida mənbəyi diod düzləndiricisindən və


süzgəcdən ibarətdir.

VD diodunun katodu süzgəcin C1 kondensatoruna və L1 drosselinə
qoşulmuşdur. C2 kondensatoru sabit cərəyan döyüntülərini hamarlamaq üçündür. Qida mənbəyinin çıxışına R müqaviməti qoşulmuşdur. Bəzi sxemlərdəçıxış birbaşa yükə qoşulur. R müqaviməti (bu halda R köməkçi yük müqaviməti adlanır) çox az cərəyan işlətdiyindən çıxış siqnalının stabilləşdirilməsi funksiyasını da yerinə yetirir. R müqaviməti bir neçə çıxışı olan bir rezistordan və yaxud ardıcıl qoşulmuş bir neçə rezistordan ibarət ola bilər. Real sxemlərin çıxışında siqnalın döyünmələri (amplitud dəyişməsi) baş verir. Döyünmələrin qiyməti süzgəcdən asılıdır.
Bir fazalı iki yarımperiodlu düzləndirici :
İki yarımperiodlu düzləndirici sxemində dəyişən siqnalın həm müsbət, həm də mənfi hissəsi (yarımperiodu) iştirak edir, yəni yük cərəyanı giriş siqnalının hər iki yarımperiodunda axır. Ona görə də, sxem üçün iki diod və ortaq nöqtəsi olan transformator tələb olunur. Orta nöqtə sxemin ümumi nöqtəsinə qoşulur (torpaqlanır) (şəkil 3).
Transformatorun ikinci dolağındakı tam gərginlik qida
mənbəyinin çıxış gərginliyinin iki qat qiymətinə bərabər olur.

Süzgəcin kondensatorları bir yarımperiodlu sxemə nəzərən iki dəfə tez
dolurlar, çünki köməkçi R yük müqavimətindən hər iki yarımperiodda eyni istiqamətdə cərəyan axır. Ona görə də, döyünmələrin tezliyi iki dəfə çox olur. Bu halda çıxış gərginliyinin hamarlanması dərəcəsi bir fazalı bir yarımperiodlu düzləndiriciyə nəzərən iki qat yüksək olur.


İki yarımperiodlu körpü düzləndiricisi :
Körpü sxemi ortaq nöqtəsi olmayan transformatordan istifadə etməklə iki yarımperiodlu düzləndirmə almağa imkan verir (şəkil 4).
Müsbət yarımperiodda, yəni transformatorun ikinci dolağının yuxarı ucu müsbət olduqda, cərəyan ikinci dolağın yuxarı ucundan VD2 diodu vasitəsiləyükdən və yaxud köməkçi R yük müqavimətindən, VD4 diodundan ikinci dolağın aşağı ucuna doğru axır. Mənfi yarımperiodda, yəni transformatorun ikinci dolağının aşağı ucu müsbət olduqda, cərəyan dolağın aşağı ucundan VD3
diodu, R1 müqaviməti və VD1 diodu vasitəsilə dolağın yuxarı ucuna axır. Hər
iki yarımperiodda R1 müqavimətindən eyni istiqamətdə cərəyan axır. Odur ki,
iki yarımperiodlu düzlənmə alınır. Bu sxem döyüntünün daha yüksək tezliyini
və onun səmərəli süzülməsini təmin edir. Çıxış gərginliyinin böyük
qiymətlərində bu sxem daha səmərəli olur.

Əgər düzləndiricinin körpü sxemi ortaq nöqtəsi olan qida gərginliyi ilə
birlikdə istifadə olunarsa, hər cüt diodların orta nöqtələrini yük müqaviməti
vasitəsilə giriş mənbəyinin orta nöqtəsinə qoşduqda, düzləndiricinin çıxışında
qiymətcə bərabər, işarəcə əks olan gərginliklər alınır. Orta nöqtəsi olan qida
gərginliyi üçün körpü sxemi şəkil 5–də göstərilmişdir. Düzləndiricinin belə
sxemi ƏG istifadə olunan qurğularda tətbiq edilir.




Yüklə 243,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin