Bir fazalı düzləndiricilər. Idarə olunan ve idarə olunmayan. Qısa məlumat


Birfazalı „0“ – nöqtəli idarəolunmayan düzləndiricinin aktiv yük rejimi



Yüklə 243,12 Kb.
səhifə6/7
tarix30.03.2023
ölçüsü243,12 Kb.
#91575
1   2   3   4   5   6   7
referat 6542

Birfazalı „0“ – nöqtəli idarəolunmayan düzləndiricinin aktiv yük rejimi

Düzləndirici ikinci dolağından sıfır nöqtəsi çıxarılmış birfazalı transformator, iki ventil və yük dövrəisndən ibarətdir. Düzləndiricinin elektrik, ekvivalent sxemləri və onun iş pri nsipini aydınlaşdıran cərəyan və gərginliklərin zaman diaqramları şəkil - də təsvir olunduğu kimidir.


Düzləndirici çıxışına görə əslində ikifazalıdır, çünki transformatorun çıxışında qiymətcə bir-birinə bərabər, istiqamət etibarilə əks olan iki e. h.q - si yaranır. Bu rejim üçün A açarının qapalı olduğu hal nəzərdən keçirilir. Transformatorun ikinci dolağının faz gərginliyini aşağıdakı şəkildə göstərmək olar:
ud U2f sin t
Düzləndiricini təşkil edən ventillər növbə ilə işləyirlər. Belə ki, (0, ) intervalında VD1 ventilinin anodu müsbət potensiala malik olduğundan, o açılır və cərəyan bu diod və yükdövrəsindən keçərək e. h. q – si e1 olan yarımdolağa daxil olur.
anında VD 1 ventili bağlanır. İkinci yarımperiod ( ; 2 ) ərzində müsbət potensial VD 2 diodunun anoduna tətbiq olunur. Bu halda cərəyan həmin diod, yük dövrəsindən keçərək transformatorun e. h. q – si e2 olan yarımdolağına daxil olur. Deməli, hər iki yarımperiodda yük dövrəsindən eyni istiqamətdə cərəyan keçir və o, düzlənmiş olur.


Birfazalı idarəolunmayan „0“ - nöqtəli
düzləndiricinin aktiv yük rejimi.
a)Düzləndiricinin elektrik dövrəsi;
b) transformatorun ikinci dolağındakı e. h. q - sinin və cərəyanın
zaman diaqramları;
c) VD 1 diodundakı cərəyanın;
ç) VD 2 diodundakı cərəyanın;
d) Yük dövrəsindəki gərginlik və cərəyanın ani qiymətlərinin;
e) Transformatorun birinci dolağındakı cərəyan və gərginliyinin
zaman diaqramları;
f) Dioddakı əks gərginlik
Transformatorun hər iki yarımdolaqlarından period ərzində bir dəfə cərəyan axır.
Nəticədə, transformatorun yarımdolaqlarındakı cərəyanların sabit təşkiledicilərinin m. h. q– si bir-birinə qarşı yönəldiklərindən onun nüvəsində (içliyində) həyəcanlanmış maqnitlənmə olmur. Diaqramlardan göründüyü kimi ventillərdə əks gərginliyin maksimal qiyməti təxminən ikiqat faza gərginliyinə bərabərdir. Bu da böyük əks gərignlikli ventillərin seçilməsini tələb edir. Biryarımperiodlu düzləndiricilərdə olduğu kimi bu düzləndiricilərdə də bütün zaman anlarında transformatorun ikinci dolaq faza e. h. q – sindən onun ikinci dolağının aktiv müqavimətində və düz istiqamətdə ventilin müqavimətindəki gərginlik düşgüsü qədər az olur. Bu düzləndiricinin digər çatışmayan cəhəti xüsusi sarınmış transformatordan istifadə olunmasındadır. Əgər standart transformatortdan istifadə olunsa (S1 = S2 = St), onda transformatorun ikinci dolağı artıq, birinci dolağı isə az yüklənmiş olur.
Transformatorun yarımdolaqlarındakı cərəyanlar əks istiqamətdə olduqlarından onun nüvəsinin sabit maqnitlənməsi, daha doğrusu, əlavə maqnitlənməsi yaranır. Şəkil - də düzləndiricinin xarici xarakteristikası təsvir olunmuşdur.
Xarakteristika
Yüklə 243,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin