Birfazalı düzləndiricilərin iş rejimləri və parametrləri Birfazalı biryarımperiodlu idarəolunmayan düzləndiricinin aktiv yük rejimi Birfazalı biryarımperiodlu düzləndirici transformator, ventil və aktiv yükdən ibarətdir.Burada ra0 və La =0 şərti qəbul olunur. Yəni, transformatorun ikinci dolağının səpələnmə induktivliyi nəzərə alınmır. Düzləndiricinin prinsipial, ekvivalent sxemləri və onuniş prinsipini aydınlaşdıran gərginlik və cərəyan diaqramları şəkil - də təsvir olunmuşdur.
Transformatorun ikinci dolağının e2 = E2m sin , e. h. q –in təsiri altında (şəkil ,c) yük dövrəsindən o yarımperiodlarda cərəyan axır. Bu zaman diodun katoduna nəzərən anodu müsbət potensiala malik olur. Qrafikdən göründüyü kimi ( 0, ) intervalında diod açıq olur, yük dövrəsindən cərəyan keçir. ( , 2 ) intervalında isə diod bağlı olur, yük dövrəsindən cərəyan keçmir. Çünkü, ikinci yarımperiodda diodun anoduna mənfi potensial tətbiq olunmuşdur.
b)
Biryarımperiodlu idarəolunmayan düzləndiricinin aktiv yük rejimi: a- prinsipial sxemi; b- ekvivalent sxemi; c - e - cərəyan və gərginliklərin zaman diaqramları
Ayrı-ayrı intervallar üçün cərəyanın ani qiyməti aşağıdakı kimi hesablanır:
Burada düzlənmiş cərəyanın amplitud qiymətidir.
İstənilən zaman anında yükdə gərginliyin ani qiyməti transformatorun ikinci dolağının e. h. q-sinin qiymətindən ra müqavimətindəki gərginlik düşgüsü qədər az olur. Yükdə düzlənmiş gərginliyin ani qiyməti
ud = Rd ∙ id = Udmsin ifadəsinin köməyilə müəyyən olunur. Anod dövrəsinin şərti f.i.ə. a ilə işarə olunur: a=Rd /Rd+ra Düzlənmiş gərginliyin orta qiyməti aşağıdakı kimi tapılır: