Sumqayit döVLƏt universiteti faküLTƏ



Yüklə 0,99 Mb.
səhifə1/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
  1   2   3   4   5   6   7   8   9   ...   22
Dispers sistem. tesn.




SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ

FAKÜLTƏ: Kimya və biologiya

İXTİSAS: Kimya mühəndisliyi

QRUP: 320-2

KURS: 3

FƏNN: Kolloid kimya

MÜƏLLİM: Əliyeva Aidə

TƏLƏBƏ: Xudiyeva Sünbül

SUMQAYIT 2021

Dispers sistemlərin təsnifatı
Dispers sistemləri müxtəlif əlamətlərə görə təsnifata ayırırlar.

Dispersliyə görə təsnifat. Dispers sistemlərin ən sadə təsnifatının əsa­sı­nı dispers faza hissəciklərinin ölçüsü təşkil edir. Şəkil 1.1-dən göründüyü ki­mi xüsusi səthin dispers faza hissəciyinin ölçüsündən asılılığı qrafik ola­raq bərabər tərəfli hiperbola ilə ifadə olunur. Qrafikdən göründüyü kimi his­səciyin en kəsiyinin ölçüsü azaldıqca xüsusi səthin qiyməti nə­zərə­çar­pa­caq dərəcədə artır. Əgər tili 1m olan kubu tili m olan kiçik kublara böl­sək, onda fazalararası ümumi səthin sahəsi 6 m2- dan m2-dək artar.

Dispers faza hissəciyinin ölçüsü olduqda hiperbola qırılır, his­­səciklər ayrı-ayrı molekul ölçüsünə qədər azalır və sistem homogen olur. Bu halda fazalararası səth mövcud olmur.

Dispersliyə görə sistemlər aşağıdakı kimi bölünür:



  • kobud dispers sistemlər, (yağış damcısı, yarma);

  • mikroheterogen sistemlər, (həll olan kofe, şəkər pud­­rası, his, bağırsaq çöpü);

  • kolloid dispers sistemlər və ya kolloid məhlullar (ultra­mik­ro­he­te­ro­gen sistemlər), (qızıl zolu, rubin şüşəsi, silikat turşusunun zo­lu); əgər dispers faza hissəciklərinin ölçüsü 1-10 nm olarsa, belə dispers sis­temlər nanosistemlər adlanır.

  • həqiqi məhlullar, ; (şəkərin suda məhlulu ,xörək duzunun su­da məhlulu).

Qeyd etmək lazımdır ki, yalnız kolloid məhlullarda dispers faza his­sə­cik­ləri ən böyük xüsusi səthə malik olur və bu halda da «faza» və «he­te­ro­gen­lik» anlayışları saxlanılır.

Qeyd edildiyi kimi, disperslik – dispers sistemlərin əsas xassələrinə: ki­netik, optik, katalitik və s. təsir edir. Dispers sistemlərin xassələri cədvəl 1.1-də verilmişdir.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin