Sumqayit döVLƏt universiteti faküLTƏ


Fazaların aqreqat halına görə təsnifat



Yüklə 0,99 Mb.
səhifə4/22
tarix02.01.2022
ölçüsü0,99 Mb.
#47227
1   2   3   4   5   6   7   8   9   ...   22
Dispers sistem. tesn.

Fazaların aqreqat halına görə təsnifat. Bu təsnifatı ilk dəfə V.Ostvald vermişdir. Dispers sistemi təşkil edən fazaların aqreqat halına gö­rə təsnifat geniş yayılmışdır (cədvəl 1.2).

Cədvəl 1.2

Dispers sistemlərin növləri







Dispers faza

Dispers mühit

Sistemin şərti işarəsi

Sistemin növü

Bəzi misallar

1

Bərk

Maye

B/M

Zollar, suspenziyalar

Bulanlıq sular, bakteriyalar

2

Maye

Maye

M/M

Emulsiyalar

Süd, neft, yağlar

3

Qaz

Maye

Q/M

Qaz emulsiyaları, köpük­­lər

Sabun köpüyü

4

Bərk

Bərk

B/B

Zollar, bərk heterogen sis­temlər

Ərintilər, minerallar, rəngli şüşə

5

Maye

Bərk

M/B

Bərk emulsiyalar, məsa­mə­li cisimlər, kapilyar sis­temlər, gellər

Torpaq, nəm sü­xurlar, adsor­bent­lər, bəzi mine­ral­lar (mirvari, opal)

6

Qaz

Bərk

Q/B

Bərk köpüklər, məsa­mə­li və kapilyar sis­tem­lər, kserogellər

Aktiv kömür, silikagel, pemza

7

Bərk

Qaz

B/Q

Aerozollar (tozlar, tüs­tü­lər)

Tütün tüstüsü, kö­mür tozu

8

Maye

Qaz

M/Q

Aerozollar (dumanlar)

Duman, bulud

9

Qaz

Qaz

Q/Q

Sıxlığı fluktuasiya edən sistemlər

Hava

Dispers mühit maye(M), bərk cisim(B) və ya qaz (Q) ola bilər. Dispers fa­za da üç aqreqat halında ola bildiyindən prinsipcə dispers sistemlərin 9 nö­vü mümkündür. Hər bir sistemin öz şərti işarəsi və adı var: surətdə dis­pers fazanın aqreqat halı, məxrəcdə isə dispers mühitin adı göstərilir. Mə­sə­lən, M/M sistemi emulsiya adlanır.

Qazlar bir-birində həll olduğu üçün, adətən, Q/Q növlü sistemə ba­xıl­mır. Lakin qaz fazasında qatılığın fluktuasiyası nəticəsində heterogenliyin ya­ranması mümkündür.

Ümumi halda yüksək dispersli sistemlər zollar («solutio» – latınca məh­lul deməkdir) dispers mühitin xarakterindən asılı olaraq isə liozol, aero­zol, bərk zol adlanır. «Lios» – yunanca maye deməkdir. Maye dispers mü­hitin təbiətindən asılı olaraq liozollar hidrozollar (su), orqanozollar(üzvi mü­hit) və ya daha konkret olaraq alkozollar (spirtlər), eterozollar (efirlər) və s. adlanır. Mikroheterogen sistemlərə suspenziyalar (B/M), emulsiyalar (M/M), köpüklər (Q/M), ovuntular və tozlar (B/Q) aiddir. Kobud dispers sistemlərdən ən geniş yayılanları B/Q növlü sistemlərdir (qum, çınqıl və s.).




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin