Sərbəst iş №:
Adı: Toğrul
Soyadı: İsmayılzadə
Fakultə: Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri
İxtisas: Kommunikasiya sistemləri mühəndisliyi
Qrup: 300a2
Kurs: 1
Fənn: Kimya
Sərbəst işin adı:
Məhlullar haqqında nəzəriyyələr,həll olma prosesində istilik hadisələri,məhlulların qatılığı, ifadə formaları
İki və daha çox komponentlərdən və onların qarşılıqlı təsir məhsullarından ibarət dəyişən tərkibli homogen sistemlərə məhlullar deyilir. Məhlullar tərkibcə həlledicidən və həllolan maddədən (maddələrdən) ibarətdir. Əgər məhlulun komponentlərindən biri maye, digərləri qaz və ya bərk maddələr olarsa, məhlulun həlledicisi maye komponent hesab olunur. Digər hallarda miqdarca çox olan komponent həlledici kimi qəbul edilir. Məsələn, etil spirti sudan ibarət məhlulda etil spirti ilə müqayisədə suyun miqdarı çox olarsa su, əks təqdirdə isə etil spirti həlledici rolunu oynayır.
Məhlulların tərkibcə bircinsliyi onları kimyəvi birləşmələrə, qeyri-sabitliyi isə mexaniki qarışıqlara oxşar edir. Odur ki, məhlullar mexaniki qarışıqlarla kimyəvi birləşmələr arasında aralıq mövqe tutur.
Məhlullar aqerqat halına görə qaz (qaz qarışıqları), maye və bərk məhlullara təsnif edilir.
Məhlullar içərisində ən çox praktiki əhəmiyyət kəsb edən maye məhlullardır. Əksər reaksiyalar məhlul mühitində baş verir. Məhlulda həll olan maddələrin molekulalar və ionlar şəklində olması onların görüşərək reaksiyanın elementar aktının meydana çıxmasına əlverışli şərait yaradır.
Məhlulun qatılığı və onun ifadə üsulları . Temperatur və tə - zyqlə yanaşı məhlulun əsas hal parametrlərinə həmçinin qatılıq daxildir . Məhlulun qatılığı onun vahid kütləsina , vahid hacminə və ya həlledicinin vahid miqdarıma , vahid kütləsina düşən həll olan maddənin kütləsi və ya miqdarı ilə ölçülür . Praktikada qatılığın ən çox aşağıdakı ifadə üsüllarından istifadə olunur :
Məhlulun vahid kütləsinə düşən hallolan maddənin kütləsini göstarir :
m-həll olan maddənin ,g-isə məhlulun kütləsidir.Faizlə
Məhlulun 1-L-də həll olan maddənin molları sayını(miqdarını göstərir)
N=m/M olduğundan yaza bilərik
Burada n – həllolan maddənin miqdarı,m- bu maddənin kütləsi(q-la), V – məhlilin həcmi (L – lə), M – isə mol kürləsidir.
Həlledicinin vahid kutləsinə dusən həllolan maddənin miqdarı ilə olculur.
Burada n - həllolan maddənin miqdarı, b - isə həlledicinin
kutləsidir. Məsələn, cm =2mol/kq olarsa həlledicinin 1kq-da
2mol sulfat tursusu həll olunduğu basa dusulur.
Məhlulun 1-L də həll olan maddənin ekvivalentləri sayını ifadə edir:
Dostları ilə paylaş: |