F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə1/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler




Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Bakı Mühəndislik Universiteti 
 
F.M. ŞİRZADOV 
 
TRİBOTEXNİKİ AVADANLIQ VƏ 
VASİTƏLƏR 
(Dərs vəsaiti) 
Bakı Mühəndislik Universitetinin 
04.01.2018- ci il tarixli 609 
nömrəli 
əmri 
ilə 
təsdiq 
edilmişdir. 
BAKI – 2018 



UOT 621.89:621.7. 
Rəyçilər: Bakı Mühəndislik Universitetinin, “Mexanika 
Mühəndisliyi” kafedrasının müdiri 
dos., t.f.d.
Y.Ə. Babayev; 
Azərbaycan Texniki Universitetinin “Tribotexnika” 
elmi-tədqiqat laboratoriyasının müdiri, 
prof., t.e.d. 
Ə.H. Sadıxov. 
 
 
 
F.M. Şirzadov. Tribotexniki avadanlıq və vasitələr
. Dərs 
vəsaiti, Bakı- BMU 2018. 304 səh. 
Dərs vəsaiti 050630 – “Mexanika mühəndisliyi” ixtisası (proqramı) üzrə 
bakalavr hazırlığı üçün nəzərdə tutulmuş, “Tribotexniki avadanlıq və vasitələr” 
fənninin tədris proqramına müvafiq olaraq yazılmışdır. Burada tribotexniki səthlər 
almaq üçün tribotexniki avadanlıq və vasitələr haqqında məlumatlar verilmiş, 
aparılmış eksperimentlərin nəticələri qiymətləndirilmiş və üsulların tətbiqinin 
aktuallığı əsaslandırılmışdır.
Kitab maşınqayırma və materiallar texnologiyası istiqamətində təhsil alan və 
işləyən oxucular üçün tövsiyyə oluna bilər.
Dərs vəsaiti Bakı Mühəndislik Universitinein “Mexanika Mühəndisliyi” 
kafedrasında hazırlanmışdır. 
 
BMU - 2018 



Ön söz 
Qədim tarixə malik olan Azərbaycan, uzun illərdir 
çoxmillətli vətəndaşları ilə avropaya nümunə olacaq 
sülh şəraitində yaşamış, demokratiyanın min illik 
tarixini qoruyub saxlayaraq, zəngin enerji resurslarına 
malik ölkə imperialst ölkələrinin müdaxiləsi əsasında 
münaqişələrin hökm sürdüyü bir mühitdə, Hörmətli 
Prezidentimiz İlham Heydər oğlu Əliyev və onun 
ətrafında olan ziyalılarımız tərəfindən müstəqilliyimiz, 
dayanıqlığımız və inkişafımız qorunub saxlanılır və 
bunun təməli olan elm-təhsil sahələri inkişaf etdirilir. 
Müasir dünyada sülhsevər, zəhmətkeş, vətənpərvər 
insanlarımızın yalnız xoşbəxt olacağı Azərbaycanın 
inkişafında görəcəyi işlər müstəqilliyimizin təməlini 
daha da möhkəmləndirməkdədir. 
Ölkənin texniki potensiyalı, hər zaman sonda 
müharibələrə gətirib çıxaran münaqişələrdə həlledici rol 
oynamış və ölkəmizə qarşı olan məkrli siyasi prosesləri 
tam dəyişmə gücünə malikdir. 
Cəmiyyətin gələcək inkişafında sivilizasiya etmiş 
ölkələr sırasında ulu demokratik keçmişə malik 
Azərbaycanın yerini görür və belə bir sivilizasiyada 
ziyalılarımızın məsuliyyətini dərk edirik. 
Dünyanın beş qlobal problemlərindən biri olub, 
demoqrafik 
problemdən 
sonra 
gələn 
enerji 
resurslarından səmərəli istifadə olunması, tribotexnika 
elminin də məşqul olduğu problemdir.
Nəzəri biliklərə əsaslanan tribologiya elminin tətbiq 
olunduğu tribotexnikanın ən geniş bir sahəsi olan 



tribotexnologiya, tribologiyanın və tribotexnikanın 
tədqiqat obyektlərinin reallaşdırılması istiqamətində 
qabaqcıl mərhələdir. Belə ki, burada çoxsaylı variantlar 
içərisindən əsaslandırılmış, praktiki səmərə verəcək 
texnologiyalar və bu texnologiyaları həyata keçirəcək, 
tribotexniki 
avadanlıq 
və 
vasitələr 
işlənib 
hazırlanmalıdır.
Tərtib olunmuş dərs vəsaiti, oxuculara tribotexniki 
problemlərin həllində tətbiq oluna biləcək tribotexniki 
materiallar, mütərəqqi texnologiyalr, bu texnologiyaları 
reallaşdıracaq avardanlıqlar və vasitələr haqqında ətraflı 
məlumat verəcəkdir.
“Tribotexniki avadanlıq və vasitələr” geniş sahədir. 
Bu baxımdan sürtünmə və yeyilmənin tədqiqi üçün 
maşınlar elmi-tədqiqat işləri ilə bağlı olduğundan, 
bakalavr peşə istiqamətində dərindən öyrənilməsi 
tövsiyyə edilməmiş, dərs vəsaitində ölkəmiz üçün daha 
da səmərə verə biləcək səthin davamlılığının 
yüksəldilməsi texnika və texnologiyalarına geniş yer 
ayrılmışdır. Bundan əlavə elmi-tədqiqat maşınları 
haqqında “Tribologiyanın əsasları” və “Tribotexnika və 
tribotexniki sınaqlar” fənnlərində verilən məlumatlar 
bakalavr peşə təhsili üçün kifayət edir.
Dərs vəsaiti 2005-2012 ci illərdə Almanıyanın Berlin 
Texniki
Universitetində və “BAM”- da („Bundesanstalt 
für 
Materialforschung 
und 
–prüfung“, 
yəni 
„Materialların tədqiqi və sınağı üçün federal institut“) 
işlədiyim və təhisl aldığm dövrdə toplanan materiallar 
əsasında tərtib olunmuşdur. 



Giriş 
Texniki hissələrin səthlərinin gərgin vəziyyətləri 
ilə əlaqədar olaraq, səth təbəqəsində tətbiq olunan 
materiala yüksək tələblər qoyulur. Hissələrin 
yeyilməyədavamlılığının təminatı, ilkin olaraq onlarda 
nisbətən iqtisadi baxımdan səmərəli üsullarla əldə 
olunan materialların tətbiqi ilə həyata keçirilir ki, bu 
da məsələnin konstruktiv həllində öz əksini tapır. Yeni 
maşınların 
layihələndirilməsində 
və 
mövcud 
maşınların müasirləşdirilməsində materiallara daha da 
yüksək tələblər qoyulduğundan, istismar şərtlərini 
təmin edən yeni xüsusiyyətlərə malik materialların 
axtarılması tələb olunur ki, buradan da yeni 
texnologiyaları reallaşdıracaq texnikanın tətbiqi 
potensialı yarnır.
Texnikanın etibarlılığı və uzunömürlülüyü, ona 
daxil olan hissələrin gərgin vəziyyətdə olan səthlərinin 
quruluş və xüsusiyyətlərindən əhəmiyyətlı dərəcədə 
asılıdır. Bu səbəbdən son zamanlar hissələrin 
səthlərində texnoloji üsullarla yeyilməyədavamlı 
təbəqələrin alınması ilə optimal gərginlik vəziyyətinin 
yaradılması mühim əhəmiyyət kəsb edir.
Tribotexnikanın beş bölməsindən biri olan, 
sürtünən 
maşın 
hissələrinin 
etibarlıq 
və 
uzunömürlülüyünü artırmaq üçün texnoloji tədbirlər, 
sürtünən cütlərdə tələb olunan xüsusiyyətlərə malik 
material və örtüklərin alınmasını əhatə edir. 



“Tribotexniki avadanlıq və vasitələr” fənni bu sahəyə 
daxil olub, onun tədqiqat obyekti tələb olunan 
xüsusiyyətlərə malik tribotexniki səth alınması üçün, 
texnika və vasitələrdir.
Fənnin tədrisində tribotexniki avadanlıq olarq 
səthin emalı texnoloji prosesində istifadə olunan əsas 
örtükçəkmə texnikası, belə ki, səthin plastiki 
deformasiyası, termiki emalı, elektroqövs emalı, 
termomexaniki püskürtmə və s. avadanlıqları nəzərdə 
tutulmuşdur. 
Tribotexniki 
vasitələr 
olaraq, 
yeyilməyədavamlı 
materiallar, 
örtükçəkmə 
əməliyyatlarında istifadə olunan qoruyucu posalar
emaledici və qoruyucu qazlar, örtük materialları və s. 
tədris olunacaqdır.




Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin