AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix03.02.2017
ölçüsü1,35 Mb.
#7588
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

 

FAKÜLTƏ:     “Əmtəəşünaslıq” 

İXTİSAS: 

“İstehlak mallarının ekspertizası və marketinqi” 

 

 



BURAXILIŞ  İŞİ 

 

 



MÖVZU:    

“Müxtəlif idman növləri üçün olan avadanlıqların 

ekspertizası” 

 

İŞİN RƏHBƏRİ: 

b/m. Cəfərova A.M.

 

 

TƏLƏBƏ:  

Quliyev Tofiq Rafiq 

 

 

 

BÖLMƏ:  azərbaycan

 

 

QRUP: 

314

 

 

“TƏSDİQ EDİRƏM” 

KAFEDRA MÜDİRİ:                 

 

prof. Ə.P.HƏSƏNOV     

“_________” __________________________ 

 

 

 

BAKI – 2015 

 

 

 

2

М Ц Н Д Я Р И Ж А Т 



 

 

 

 



Səh. 

 

GİRİŞ……………………………………………………………...  3 



I. 

İDMAN MALLARININ TƏSNİFATI VƏ AYRI-AYRI 

QRUPLAR ÜZRƏ ÇEŞİD XARAKTERİSTİKASI ...................  7 

1.1.  Gimnastika üçün avadanlıq ..............................................................  7 

1.2.  Atletika və idman döyüşləri üçün ləvazimatlar ................................  17 

1.3.  Boks üçün ləvazimatlar.....................................................................  23 

1.4.  Qış idman növləri üçün avadanlıq ....................................................  30 

II.  İDMAN MALLARININ KEYFİYYƏTİNƏ VERİLƏN 

TƏLƏBLƏR ...................................................................................  38 

2.1.  İdman mallarının keyfiyyətinə verilən ümumi tələblərin təyini ..... 

43 

2.2.  İdman oyunları üçün avadanlıqların çeşidinin öyrənilməsi, onların 



keyfiyyətinin təyini ...........................................................................  44 

2.3.  Yüngül atletika üçün avadanlıqların çeşidinin öyrənilməsi, onun 

keyfiyyətinin təyini ..........................................................................  45 

2.4.  Ayaq xizəyi və konkisürmə idmanı üçün avadanlıqların çeşidinin 

öyrənilməsi və onun keyfiyyətinin təyini .........................................  46 

 

NƏTİCƏ VƏ TƏKLİFLƏR..……………………………………  49 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT……...…………………… 

52 


 

 

 



 

 

 



 

 

 



 

3

GİRİŞ 

 

Azərbaycanda  bədən  tərbiyəsi  və  idmana  bütün  dövrlərdə  böyük  diqqətlə 



yanaşırdılar.  Çünki,  insanın  cəmiyyətdəki  mövqeyi  at  çapmaq,  ox  atmaq,  qılınc 

oynatmaq,  güləşmək  məharətinə  və  eyni  zamanda  fiziki  qüvvəsinə  görə 

müəyyənləşirdi.  Yaşlılar  öz  bacarıqlarını  ov  zamanı,  hərbi  yürüşlər  zamanı  və 

bayramlar 

münasibəti 

ilə 


müntəzəm 

keçirilən 

yarış 

və 


oyunlarda 

təkmilləşdirirdilər. Cıdır və dəvələrin yarışı xüsusilə məşhur idi.   

İnsanların  yerinə  yetirdikləri  fiziki  hərəkətləri  və  əmək  vərdişləri  üzrə 

sınaqlarını,  döyüş  və  mübarizə  növlərini  -  güləş,  qaçış,  tullanma,  ağırlıqqaldırma, 

üzmək,  avar  çəkmək,  ox  atmaq,  qılınc  oynatmaq,  nizə  tullamaq  və  s.  ilk  idman 

növləri  kimi  qəbul  etmək  olar.  Arxeoloji  tapıntılar  əsasında  onu  demək 

mümkündür ki, atletlərin ilk yarışı güləş üzrə olmuşdur. Onun haqqında ən qədim 

məlumat b.e.ə. XXVII-XXVI əsrlərə təsadüf edir. Bizim eradan əvvəl (b.e.ə.) VIII 

əsrə  aid  edilən  "Gilqamış"  dastanında  b.e.ə.  üçüncü  minilliyə  aid  olan  Şumer 

abidələrinə istinadla güləş üzrə yarış haqqında məlumat verilir.  

1922-ci  ilin  axırına  yaxın  bədən  tərbiyəsi  və  idman  işlərinə  Azərbaycan 

Həmkarlar  İttifaqları  qoşulmuşdur.  1925-ci  ildə  Bakıda  "Olimpiya  Oyunları"  adı 

altında  yarışlar  təşkil  olunmuşdu.  Bu  olimpiadanın  proqramına  əsasən  yüngül 

atletikanın  müxtəlif  növləri  üzrə  yarışlar  daxil  edilmişdi.  Bu,  Azərbaycanda 

Olimpiya  oyunlarına  nə  qədər  böyük  maraq  olduğunu,  ümumdünya  oyunlarına 

qoşulmaq imkanı olmayan bir şəraitdə gənclər arasında olimpiya ideallarının təbliğ 

olunmasının  əyani  göstəricisidir. Milli  Olimpiya  Komitəsinin  prezidenti  İlham 

Əliyev  komitənin  fəaliyyətində  müsbət  istiqamətdə  əsaslı  dönüş  yarada  bilmiş, 

ölkəmizdə  Olimpiya  Hərəkatının  sürətli  inkişafına  təkan  vermiş  və  onun 

Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir.  

Qədim insan təbii təkamül prosesi keçərək inkişaf etmişdir. Şübəhsiz belə bir 

prosesdə  insanın  fiziki  gücü,  cəldliyi,  reaksiya  qabiliyyəti,  sağlamlığı  olduqca 

böyük  əhəmiyyət  kəsb  etmişdir.  Yalnız  bu  keyfiyyətlərə  malik  insanlar  təbii 

seçmənin  süzgəcindən  keçə  bilmişlər.  İnsan  yaşamaq  naminə  vəhşi  heyvanlarla 



 

4

vuruşmuş,  sürətli  qaçışı,  eləcə  də  fiziki  qüvvəsi  hesabına  təhlükədən  xilas  ola 



bilmişdir.  Belə  bir  cəhət  hər  bir  insanın  özünün  fiziki  kamilliyinin  qayğısına 

qalması  tələbini  ortaya  atmışdır.  Zaman  ötdükcə  insanlar  öz  aralarında  fiziki  və 

əqli  qabiliyyətlərini  sınamaq  məcburiyyətində  də  qalmışlar.  Məhz  fiziki 

sınaqlardan keçən adamlar tayfa və qəbiləyə rəhbərlik etmək hüququ qazanmışlar. 

Beləcə  insanlar  arasında  öz  fiziki  keyfiyyətlərini  mübarizədə  sınamaq  tələbi  də 

meydana  çıxmışdır.  Cəmiyyət  inkişaf  etdikcə  bu  sınağın,  mübarizənin  forma  və 

üsulları  dəyişmiş,  müxtəlif  növləri  meydana  çıxmışdır.  Bəşər  mədəniyyətinin  ən 

böyük  nailiyyətlərindən  biri  olan  idmanın  yaranmasının  əsasında  belə  mübarizə 

formaları  durur.  İdman  müxtəlif  hərəkət  kompleksləri  üzrə  yarışlar  və  hazırlıq 

məşqləri  keçirilməsi  sistemi  kimi  böyük  təkamül  prosesini  yaşamışdır.  İnsanların 

yerinə  yetirdikləri  fiziki  hərəkətləri  və  əmək  vərdişləri  üzrə  sınaqlarını,  döyüş  və 

mübarizə  növlərini,  məsələn,  güləş,  qaçış,  tullanma,  ağırlıqqaldırma,  üzmək,  avar 

çəkmək,  ox  atmaq,  qılınc  oynatmaq,  nizə  tullamaq  və  sairəni  ilk  idman  növləri 

kimi qəbul etmək olar. Heç şübhə yoxdur ki, bütün xalqlarda bu cür idman növləri 

olmuşdur. Bu növlərdən hər hansı biri üzrə ilk idman yarışının birinci dəfə harada, 

nə  vaxt  keçirilməsi  haqqında  dəqiq  fikir  söyləmək  mümkün  deyildir.  Arxeoloji 

tapıntılar  əsasında  onu  demək  mümkündür  ki,  atletlərin  ilk  yarışı  güləş  üzrə 

olmuşdur.  Onun  haqqında  ən  qədim  məlumat  b.e.ə.  XXVII-XXVI  əsrlərə  təsadüf 

edir.  B.e.ə.  VIII  əsrə  aid  edilən  "Gilqamış"  dastanında  b.e.ə.  üçüncü  minilliyə  aid 

olan Şümer abidələrinə  istinadla  güləş  üzrə yarış  haqqında  məlumat  verilir. Güləş 

Azərbaycanda  da  qədim  dövrlərdən  yayılmış  ənənəvi  idman  növü  olmuşdur. 

Azərbaycan xalqının dastan və nağıllarında, yazılı abidələrində güləş yarışlarından 

çox  bəhs  olunur.  Tariximizin  qədim  yazılı  abidəsi  olan  "Kitabi-Dədə  Qorqud" 

dastanlarında  güləşlə  yanaşı  başqa  təkbətək  mübarizə  növlərindən  də  geniş  bəhs 

olunur. Bu mübarizələrin çox vaxt yarış məqsədi daşıması açıq-aşkar qeyd olunur. 

Nağıl  və  dastanlarda  igidlər  aslan,  buğa,  dəvə  ilə  güclərini  sınayır,  bir-biri  ilə 

qurşaq tutub  güləşirlər. Zaman keçdikcə  güləş  inkişaf etmiş, ona  münasibət, onun 

keçirilmə  qaydaları  dəyişmiş,  belə  qarşılaşmalar  xüsusi  yerlərdə  keçirilmişdir. 



 

5

Azərbaycanda  qədim  tarixə  malik  idman  növü  olan  güləş  yarışları  da  sonralar 



xüsusi yerlərdə - zorxanalarda keçirilmişdir. 

Oğuz  elinin  igidləri,  o  cümlədən  qızları  da  at  çapmaqda,  qılınc  oynatmaqda, 

ox  atmaqda  mahir  olmuşlar.  Bu  diyarda  oğlanlara  döyüşdə,  təkbətək  mübarizədə 

qalib  gəlməyincə,  igidlik  göstərməyincə  ad  verməzmişlər."Kitabi-Dədə  Qorqud" 

dastanlarında adı çəkilən idman yarışlarına başqa mənbələrdə rast gəlmək olur. XI 

əsr Azərbaycan şairi Xaqani Şirvaninin əsərlərində də çövkən, at çapmaq, şahmat, 

qılıncoynatma və s. oyunlardan danışılır. 

Dahi  Nizaminin  Xosrov  və  Şirin  əsərindən  və  "Kitabi-Dədə  Qorqud" 

boylarından  isə  məlum olur ki,  Azərbaycanda çovqanın tarixi  hətta VI-VII əsrlərə 

və bəlkə ondan da qabaqlara gedib çıxır. 

Orta  əsrlərdə  Azərbaycan  dünyada  öz  qüdrəti  və  əzəməti  ilə  seçilən  islam 

aləmində mədəni inkişafı, elmi potensialı baxımından ən qabaqcıl dövlətlərdən biri 

idi.  Ölkədə  fəlsəfə,  təbabət,  astronomiya,  riyaziyyat  kimi  elmlər,  musiqi, 

ədəbiyyat,  təsviri  incəsənətlə  yanaşı,  idmanın  intellektual  növü  olan  şahmat  da 

geniş yayılmışdı. Azərbaycan şahlarının saraylarında şahmat sevimli  məşğuliyyətə 

çevrilmişdi. Azərbaycanda şahmat oynayanların cərgəsində qadınlar da az deyildi. 

Azərbaycan idmanının tarixi ilə bağlı fikirləri ümumiləşdirib belə bir nəticəyə 

gəlmək olur ki, ölkədə idman çox qədim bir tarixə malik olmuşdur. Azərbaycanda 

güləş, oxatma, qılıncoynatma, nizə atma, atçapma, Çovqan, Sürpapaq, Baharbənd, 

daşqaldırma, miloynatma, şahmat və sair idman oyunları geniş yayılmışdır.  

Ötən  əsrin  əvvələrində  Bakı  neft  şəhəri  kimi  sürətlə  inkişaf  edərək  dünyanın 

ən  iri  sənaye  mərkəzlərindən  birinə  çevrilmişdi.  Bununla  əlaqədar  müxtəlif 

ölkələrdən  neft  mütəxəssisləri  və  fəhlələr  Bakıya  axışıb  gəlirdilər.  Xaricdən 

gələnlər  asudə  vaxtlarını  yaxşı  keçirmək  məqsədilə  öz  ölkələrində  populyar  olan 

idman  növlərinin  Azərbaycanda  yayılmasına  çalışırdılar.  Nəticədə  həmin  illərdə 

Bakıda  üzgüçülük,  yüngül  atletika,  ağır  atletika,  gimnastika,  futbol  və  bir  çox 

başqa idman növləri populyarlaşmağa başlayır. 

XX əsrin əvvəllərində Bakıda futbol daha geniş şöhrət qazanır. Qısa müddətdə 

şəhərdə  çoxlu  futbol  komandaları  yaranır.  "Balaxanı  futbolçular  dərnəyi",  "Stela" 


 

6

və  "İdmanın  dostları",  "İdmançı"  və  "Konqres",  "Unitas",  "Belaya",  "Senturion", 



"Tərəqqi" və sair belə komandalardan idi.  

Azərbaycan  güləşi  daim  özünün  tarixi  ənənəsini  qoruyub  saxlamışdır. 

Dünyanın  ən  mötəbər  idman  yarışı  olan  Olimpiya  Oyunlarına  Azərbaycandan  ən 

çox  lisenziyanı  güləşçilər  qazanmışlar.  Atlantada  8,  Sidneydə  isə  9  Azərbaycan 

güləşçisi Olimpiya Oyunlarının iştirakçısı olmuşdur. İki olimpiadada əldə olunmuş 

dörd  medaldan  ikisini  -  bir  qızıl  və  bir  gümüş  medalı  güləşçi  Namiq  Abdullayev 

qazanmışdır. 

Əsrin  son  on  ili  Azərbaycan  milli  komandasının  yaradılması,  klublarımızın 

Avropa  kuboklarında  debütü  ilə  əlamətdar  olmuşdur.  Doğrudur  futbolumuz 

müstəqillik  illərində  böyük  uğurlar  qazanmamışdır.  Hazırda  Azərbaycan  futbolu 

durğunluq dövrünü yaşayır. 

Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi  Azərbaycan  zəngin  idman 

ənənələrinə  malik  olan  bir  dövlətdir.  Bu  ənənələrin  minillik  tarixi,  enişli-yoxuşlu 

inkişaf yolu vardır. Bu gün Azərbaycan idmanı özünün ən uca zirvələrinin fəthinə 

doğru  gedir.  Sidney  Olimpiya  Oyunları  bir  daha  sübut  etdi  ki,  Azərbaycan 

idmançıları ən yüksək zirvələrə çıxmağa qadirdirlər. 

İdmanın  respublikamızda  belə  güclü  inkişafı  bütün  növ  idmana  aid  olan 

avadanlıqlarda  yaxşı  təminata  ehtiyacı  artır.  Ölkəmizdə  xüsusi  ixtisaslaşdırılmış 

idman  malları  marketləri  getdikcə  genişlənir.  Odur  ki  bu  malların  keyfiyyət 

göstəricilərinin ekspertizasının çeşidinin düzgün öyrənilməsi çox vacibdir. 

Buraxılış  işinin  bu  mal  qruplarına  geniş  təhlili  aparmaq  məqsədi  ilə 

yazılmışdır. 

 

 

 



 

 

 

 

7

I. İDMAN MALLARININ TƏSNİFATI VƏ AYRI-AYRI QRUPLAR ÜZRƏ 



ÇEŞİD XARAKTERİSTİKASI 

 

İdman  ləvazimatlarının  və  avadanlıqlarının  əsas  qrupuna  paltar,  ayaqqabı, 



idman alətləri  və avadanlıqları, cihazlar (təyyarələr,  yaxtalar, skuterlər, planerlər), 

idman tikililərinin və yarışlara xidmət üçün avadanlıq və cihazlar daxildir. 



 

1.1. 

Gimnastika üçün avadanlıq 

 

Əsas, idman, bədii gimnastika və akrobatika növləri bir-birindən fərqləndirilir. 



Bu bölgüyə müvafiq olaraq gimnastika avadanlığı qruplara bölünür. 

Əsas  gimnastika  üçün  avadanlıq.  Əsas  gimnastika  (gigiyenik  və  sağ-

lamlaşdırıcı) insanların ümumi fiziki inkişafını və sağlamlığını möhkəmləndirmək, 

əsas  hərəkət  vərdişlərinin  aşılanması  və  idman  bölmələrində  məşğul  olmağa 

hazırlıq  məqsədi  daşıyır.  Ümumi  fizikı  hazırlaq  üçün  trenajorlardan,  dırmanmaq 

üçün kəndirlərdən, qantellərdən, espanderlərdən, ağır toplar və s. istifadə edilir. 

Dırmanmaq  üçün  avadanlığa  gimnastika  nərdivanları,  oturacaqlar,  kəndirlər, 

şüvüllər və s. aiddirlər. 

Gimnastika divar-nərdivanı divara möhkəm bərkidilmiş nərdivandır. Onlar bir 

cərgəli və ya iki cərgəli ola bilərlər (şəkil 1.1). 

Gimnastika  oturacağı  universal  idman  alətidir.  Oturaq  və  uzanıq  vəziyyətdə 

müxtəlif  idman  hərəkətləri  etmək  üçün  nəzərdə  tutulub.  Oturacağın  ayaqlarını 

birləşdirən mil müxtəlif cür trazlaşdırma hərəkətlərini məşq etdirmək üçün nəzərdə 

tutulmuşdur.  Oturacağın  alt  hissəsində  xüsusi  qarmaqlar  bərkidilmişdir  ki, 

gimnastika nərdivanına müxtəlif maili bucaq altında birləşdirərək hərəkətlər etmək 

mümkün olsun.  



 

 

8

 



 

 

 



Şəkil 1.1. Müxtəlif növ gimnastika divar nərdivanları 

 

Gimnastika  şüvülü  dırmanmaq  hərəkətlərinin  məşqi  üçün  nəzərdə 



tutulmuşdur. Yüksək möhkəmliyə malik (palıd, göyrüş və ya şam) ağac növlərinin 

lövhələrinin  bir-birinə  yapışdırılması  üsulu  ilə  silindrik  formada  hazırlanır. 

Gimnastika  şüvülünün  uzunluğu  5000  mm,  diametri  40  mm  (qadınlar  və  uşaqlar 

üçün), 50 mm (kişilər üçün) olur. Şüvül düz və hamar səthli olmalıdır. Gimnastika 

şüvülünün uc hissəsinə tavandan asmaq üçün metal qarmaq bərkidilir. 

Dırmanmaq  üçün  buraz  qalın  pambıq  iplikdən  hörmə  üsulu  ilə  hazırlanır. 

Onun bir  ucuna  metal qarmaq  bərkidilir,  digər  ucu  isə  xüsusi kəndirlə toxunur  və 

təbii  və  ya  süni  gönlə  üzlənir.  Burazın  uzunluğu  5100  mm,  qalınlığı  35  mm 

(uşaqlar üçün), 40 mm (qadınlar üçün) isə 50 mm-dir (kişilər üçün). 

Dartışmaq üçün buraz güc və dözümlüyü artırmaq üçün komanda oyunlarında 

istifadə  olunur.  Dırmanmaq  üçün  burazdan  daha  uzun  olması  ilə  fərqlənir  (1250 

mm). Onun hər iki uc tərəfi təbii və ya süni  dəri ilə örtülür və tən ortasında rəngli 

işarə çəkilir. 

Gimnastika  nərdivanı  da  şüvül  və  buraz  kimi  idman  zalının  tavanına  polad 

qarmaqların  vasitəsi  ilə  bərkidilir.  Bu  növ  nərdivanlar  həm  ağac  materialından, 

həm  də kəndirdən  hazırlana bilər. Gimnastika zalının  hündürlüyündən asılı olaraq 

kəndir  nərdivanlar  üç  nömrədə  hazırlanır  №1 – 5700  mm, №2 – 6300  mm, №3 – 

7800 mm ölçülərdə olur.  

Trenajorlar    əhalinin  ev  şəraitində  və  sağlamlıq  qruplarında  ümumi  fiziki 

hazırlıqla məşğul olması üçün nəzərdə tutulmuşdur. 



 

9

«Zdorovye»  gimnastika  kompleksi  230  sm  hündürlükdə  divara  birləşdirilən 



şaquli  metal  çərçivədən  və  bəzi  idman  hərəkətlərini  yerinə  yetirmək  üçün  açılıb-

yığılan  çərçivədən  ibarətdir  (şəkil  1.2).  Açılıb-yığılan  çərçivənin  üzərində  təkərli 

arabacıq  hərəkət  edir  və  ona  divara  bərkidilmiş  çərçivə  ilə  bağlayan  iki  yay 

bərkidilmişdir.  Şaquli  çərçivənin  üzərində  istənilən  təzyiq  gücünü  yarada  bilən 

bloklarla  təchiz  edilmiş  və  müxtəlif  isiqamətlərdə  hərəkət  edən  espanderlər 

bərkidilmişdir.  Espanderlərin  konstruksiya  quruluşu  onların  üzərində  yayların 

dəyişdirilməsinə imkan verir. 

         

 

            



 

 

Şəkil 1.2. Müxtəlif növ trenayorlar, «Zdorovye» gimnastika kompleksi və 

qaçış cığırı 

 

Xaricdə  istehsal  edilmiş  atletika  mərkəzləri  adlandırılan  gimnastika 

komplekslərində  espanderlərin  əvəzinə  ümumi  çəkisi  100  kq  olmaqla  3-5  kq 

çəkidə  səsudan  vinil  üzlüklə  plitə  dəstlərindən  istifadə  olunur.  Onları  poliuretan 

izoləli polad troslardan asırlar. 

Müasir qaçış cığırları insanın sağlamlıq vəziyyətindən və yaşından asılı olaraq 

yükü  proqramlaşdıran  avtopilotla  təchiz  edilmişdir.  Maye  kristal  displeydə 

kompüter  məşqin bütün  parametrlərini  işıqlandırır: qaçış cığırının  lentinin sürətini 



 

10

və  əyilmə  bucağını,  məsafəni,  nəbzi,  tempi  (məsafəyə  sərf  olunan  vaxt),  sərf 



edilmiş kalorilərin miqdarını. 

Velotrenajorlar ürək qan-damar və tənəffüs sisteminin  möhkəmləndirilməsinə 

xidmət  edir.  Velotrenajor  çərçivədən,  yəhərdən,  sükandan,  pedaldan,  yüklənmə 

qurğusundan  və  «keçilmiş»  yolu, sürəti, sərf edilmiş  kilokaloriləri,  nəbzi  və digər 

parametrləri ölçməyə imkan verən velokompüterdən ibarətdir. 

Disk-trenajor  insanın  vestibulyar  aparatının  inkişaf  etdirilməsi  üçün  nəzərdə 

tutulmuşdur.  O  bir-birlərinin  üzərində  diyircəkli  metal  kürələrin  üstündə  sərbəst 

hərəkət  edən  iki  polad  diskdən  (əsas  və  platforma)  ibarətdir.  Trenajorun  üzərində 

bədənin müxtəlif istiqamətlərə fırlatma hərəkətləri edilir. 

Ümumi  fiziki  hazırlıq  avadanlıqlarına  müxtəlif  növ  massaj  alətləri  də  aid 

edilir:  massaj ağacı,  massaj  lenti  və elektriklə çalışan avtomassaj cihazı. Massajın 

məğzi  ondan  ibarətdir  ki,  titrəmə  hərəkətləri  insan  orqanizminə  müsbət  təsir 

göstərir – gümrahlıq hissi yaranır, əhval-ruhiyə yüksəlir.   

Qantellər  ümumi  fiziki  hazırlığın  artırılması,  qol,  bilək,  çiyin  əzələlərinin 

möhkəmləndirilməsinə  xidmət  edir.  Yerli  müəssisələr  tərəfindən  müxtəlif  növ 

qantellər satılır. Sabit çəkili qantellər əsasən çuqundan və ya digər metaldan tökmə 

üsulu  ilə  hazırlanır. Qantellərin ortası əl  ilə tutmaq  üçün rahat  hazırlanır kənarları 

isə  kürə,  disk  və  ya  altıbucaq  şəkilli  istehsal  olunur.    Çəkisi  dəyişdirilə  bilən 

qantellər isə öz konstruksiya quruluşuna görə kiçik ölçülü ştanqlara bənzəyirlər. Bu 

cür qantellərin polad tutacaqlarına çəkisi 2 kq-dan 24 kq-a qədər çəkisi olan disklər 

geyindirilir.  


 

11

 



 

Şəkil 1.3. Qantellər: 

1-yaylı qantel; 2 – bütöv qatnel; 3 – çəkisi dəyişdirilə bilən qantel; 

4 – müasir plastik örtüklü qantellər. 

 

Yaylı qantellər bütov sabit çəkili qantelin tən ortasından iki yerə bölünməsi və 



aralarına  sərt yayların yerləşdirilməsi ilə istehsal olunur. Yaylı qantellər qol-bilək 

əzələlərinin  möhkəmləndirilməsi  yanaşı  əl  və  barmaqların  əzələlərinin  inkişafı 

üçün nəzərdə tutulmuşdur. Qantelin çəkisi 1 kq-dan 4 kq-a qədər olur.  

Espanderlər əl, bilək, qol, çiyin və kürək əzələlərin inkişafı üçün zəruridirlər. 

Espanderlərin iş prinsipi elastik rezin lentin, metal yayların və bərk rezin həlqələrin 

dartılması və sıxılmasına əsaslanır. Bilək və çiyin espanderləri vardır (şəkil 1.4).  



 

Şəkil 1.4. Espander 

   


 

Ağır  toplar  tullama-itələmə  hərəkətlərini  məşq  etdirən  zaman  qüvvə  və 

cəldliyi inkişaf etdirmək üçün zəruridirlər. Toplar təbii və ya süni göndən kəsilmiş 

10-12  parçanın  bir-birinə  tikilməsi  ilə  hazırlanır  və  içərisinə  pambıq  və  ya  yun, 

  

 

                           1                                           2 



      

  



 

 



 

12

dəniz  otu  və  ya  at  tükü  doldurulur.  Bu  toplar  müxtəlif  çəkidə  olmaqla  5  nömrədə 



hazırlanırlar. 

Döşəməüstü  kiçik  ölçülü  yaylı  tərəzilər  insanın  çəkisinin  ev  şəraitində 

nəzarətdə  saxlanılması  üçün  nəzərdə  tutulmuşdur.  Bu  növ  tərəzilər  döşəmənin 

üzərində dayanan əsas hissədən və üzərinə keçirilmiş və yayların üzərində dayanan 

yüngül  platformadan  ibarətdir.  Tərəzinin  üzərindəki  oxlu  indikator  çəkinin  kq-la 

ölçülməsinə imkan verir.  



İdman gimnastikası üçün ləvazimatlar. Müasir gimnastika çoxnövçülüyünə 

müxtəlif  hündürlükdə  paralel  gimnastika  qollarında,  turnikdə,  halqalarda, 

gimnastika atlarında hərəkətlərin edilməsi daxildir. 

Paralel  gimnastika  qolları  möhkəm  ağac  növləri  olan  göyrüş,  palıd,  şamdan 

hazırlanmış  və  daxilindən  metal  ox  keçirilmiş  3500  mm  uzunluqda  xüsusi  şarnir 

mexanizmləri  ilə dörd ədəd boruşəkilli  metal dayaqların  üzərinə  yerləşdirilmiş  iki 

şüvüldən  ibarətdir.  Qeyd  edilən  xüsusi  şarnirli  mexanizmlər  vasitəsilə  şüvüllər 

arasındakı  məsafələri  artırıb  azaltmaq  mümkündür.  Boruşəkilli  dayaqların 

teleskopik  quruluşu  şüvüllərin  hündürlüyünün  artırılıb  azaldılmasına  imkan  verir. 

Dayaqlar  ağır  tökmə  çuqun  bünövrənin  üzərindəki  oyuqlara  bərkidilir  ki, 

gimnastika  hərəkətləri  zamanı  paralel  qollar  tərpənməsinlər.  Dörd  növdə  paralel 

gimnastika  qolları  istehsal  edilir:  kişilərin  yarışı  üçün  (hündür),  qadınlar  üçün 

(müxtəlif  hündürlüklü), kütləvi (alçaq  hündürlüklü)  və  universal. Onlar şüvüllərin 

döşəmədən  hündürlükləri  ilə  və  aralarındakı  məsafələrin  müxtəlifliyi  ilə 

fərqlənirlər.  

Gimnastika  turniki  2400  mm  uzunluğu  və  28  mm  eni  olan  poladdan 

hazırlanmış,  iki  teleskopik  dayaqa  bərkidilmiş  şüvüldən  ibarətdir.  Öz  növbəsində 

dayaqlar  tros,  zəncir  və  qarmaqlar  vasitəsilə  döşəməyə  bərkidilir.  Troslar  talper 

adlandırılan  xüsusi  vintli  qurğu  ilə  təchiz  edilmişdir  ki,  onun  vasitəsilə  trosların 

uzunluğunu  tənzimləmək  mümkündür.Turnikin  şüvülünün  istehsalı  üçün  yüksək 

keyfiyyətli  yay-ressor  poladından  istifadə  olunur.  Standart  turniklərdən  başqa 

yarışlar  üçün  və  universal turniklər  istehsal edilir ki, onlarında ölçüləri 2450  mm-

dən 1450 mm-dək dəyişir.  


 

13

Gimnastika halqaları satışa iki ədəd halqa, iki ədəd göndən asma qayış və iki 



trosdan  ibarət olaraq daxil olur.  Halqalar  fıstıq  və  ya  göyrüş ağacından  hazırlanır. 

Halqalarınm  daxili  diametri  180  mm,  qalınlığı  isə  28  mm  olaraq  hazırlanır. 

Halqaların  bərkidildiyi  gön  qayışlar  tavana  bərkidilmiş  troslara  xüsusi  şarnirli 

qurğu  ilə  bərkidilirlər.  Şarnirli  qurğu  idmançının  hərəkətləri  zamanı  trosların  bir-

birinə  burularaq  sarınmasının  qarşısının  alınması  üçün  istifadə  olunur.  Troslar 

gimnastika  zalının  tavanına  bərkidilmiş  bloklardan  keçirilir.  Ustalar  üçün  və 

kütləvi halqalar istehsal olunur.   

Gimnastika  tiri  qadınlar  üçün  nəzərdə  tutulmuşdur.  Bu  uzunluğu  5000  mm, 

işlək  üst  səthinin  eni  100  mm  olan  iki  metal  dayaq  üzərinə  bərkidilmiş, 

iynəyarpaqlı  ağac  növlərindən  hazırlanmış  və  üzəri  bərk  ağac  növlərindən 

rəndələnmiş  şponla  örtülmüş  tirdir.  Tirin  dayaqları  polad  borulardan  hazırlanmış 

və  xüsusi  vintli  qurğu  ilə  təchiz  edilmişdir.  Bu  qurğunun  vasitəsi  ilə  tirin 

hündürlüyünü  tənzimləmək  mümkündür.  Dörd  növ  tirdən  istifadə  olunur:  alçaq 

(sabit  hündürlüklü)  və  universal  (dəyişən  hündürlüklü),  sərt  və  yumşaq  üzlüklü. 

Alçaq  tirlərin  hündürlüyü  400  mm,  yarışlar  üçün  maksimal  hündürlüklü  tirlərin 

hündürlüyü 1200 mm-dir (şəkil 1.5). 

 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin