AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix03.02.2017
ölçüsü1,35 Mb.
#7588
1   2   3   4

 

 

Şəkil 1.5. Gimnastika tiri 

 

Gimnastika  atının  gövdəsinin  uzunluğu  1600  mm,  eni  350  mm,  hündürlüyü 



isə 280  mm-dir. Gövdə dörd ədəd dayaq «ayaqlar»ın üzərinə yerləşdirilmişdir. Bu 

dayaqlarda  quraşdırılmış  qurğunun  köməkliyi  ilə  gövdənin  döşəməyə  nisbətən 



 

14

hündürlüyünü  tənzimləmək  mümkündür.  Gimnastika  atının  gövdə  hissəsinin 



əsasını  ağacdan  hazırlayırlar,  onun  üzərini  keçə  və  ya  süngərli  rezin  materialla 

örtürlər, bütün bunların üzərinə kisəlik parça keçirilir və təbii sərrac-yəhər yumşaq 

yuft dərisi ilə örtürlər. Gimnastika atının ümumi çəkisi 125 kq-dan artıq olur, buna 

görə də onun bir yerdən başqa yerə daşınması üçün iki ayağının altına xüsusi açılan 

diyircək  bərkidilir.  Üç  növ  gimnastika  atı  istehsal  edilir:  üzərində  dönüşlər  etmək 

üçün,  tullanmaq  üçün  və  universal  növləri  vardır.  Üzərində  dönüşlər  etmək  üçün 

olan  gimnastika  atının  gövdəsinin  üzərində  iki  oval  formalı  yarımhəlqə  yerləş-

dirilmişdir  ki,  idmançılar  onlardan  yapışaraq  müxtəlif  dönüş  hərəkətləri  yerinə 

yetirilər. Bu növ atın hündürlüyü 1100 mm olur (şəkil 1.6).  

 

 



 

 

Şəkil 1.6. Gimnastika atları 

 

Tullanış üçün olan atların üzərində həlqələr olmur və onların hündürlüyü 1200 

mm-dən  (qadın  üçün)  1350  mm-dək  (kişilər  üçün)  olur.  Universal  at  isə  həm 

tullanmaq,  həm  də  dönüş  hərəkətlərinin  yerinə  yetirilməsi  üçün  nəzərdə 

tutulmuşdur. Belə ki, bu cür atın  gövdəsində xüsusi  yuvacıqlar  vardır ki,  istənilən 

vaxt həlqələri oraya bağlamaq mümkündür. Onun hündürlüyünü 900 mm-dən 1350 

mm-dək tənzimləmək mümkündür. 

Gimnastika  atlarının  məktəb  idman  zallarında  istifadə  edilməsi  üçün  kiçik 

ölçülü növü də vardır. Bu növ atın gövdəsinin uzunluğu 670 mm-dir.  


 

15

Gimnastika  döşəkləri  müxtəlif  idman  qurğularından  tullanarkən  və  ya  digər 



hərəkətlər  edərkən  zərbənin  yumşaldılması  və  zədələnmənin  qarşısını  almaq 

məqsədi  ilə  istifadə  olunur.  Gimnastika  döşəklərinin  iki  ölçü  növü  vardır:  2000  x 

1250  mm  və  2000  x  1000  mm;  onların  qalınlığı  65  mm-dən  çox  olmamalıdır. 

İdman  döşəklərinin  içi  pambıq,  yun,  porolon  və  ya  süngərli  rezinlə  doldurulur. 

İçliyin  üzəri  parusin,  pambıq  və  ya  kətan  parça  ilə  örtülür.  Gimnastika  döşəyinin 

üzü  süni  dəridən  tikilir.  Müasir  dövrdə  uşaq  və  yeniyetmə  gimnastların  məşqi  və 

yarışları  zamanı  qalınlığı  200  mm  olan  porolon  gimnastika  döşəklərindən  də  isti-

fadə olunur. Lakin peşəkar idmançıların yarışlarında bu cür döşəklərin istifadəsinə 

icazə verilmir.     

  Dayaq  tullanışları  üçün  körpülər  paralel  qollar,  gimnastika  atının  üzərinə 

tullanaraq  məşq  etmək  üçün  istifadə  olunur.  O,  bir-birlərinə  möhkəm  bağlanmış 

əsas  bünövrə  hissə  və  platformadan  ibarətdir.  Bünövrə  hissə  ilə  platformanın 

arasında  yaylar  yerləşdirilmişdir.  Körpünün  bütün  detalları  yüksək  keyfiyyətli 

yapışdırılma  laylı  fanerdən  hazırlanır.  Platformanın  üzəri  girintili-çıxıntılı  rezin 

təbəqə ilə örtülür.  

Bədii gimnastika üçün ləvazimatlar. Bədii gimnastika qadın idman növüdür 

və  hər  hansı bir əşya  ilə  (lent, top, çənbər, ip, gürz)  və  ya əşyasız  musiqi sədaları 

altında müxtəlif rəqs hərəkətlərinin yerinə yetirilməsi ilə müşayət olunur.  

Bədii 


gimnastika 

elementlərinin 

məşq 

edilməsi 



üçün 

gimnastika 

çubuqlarından  istifadə edilir. Bu cür çubuqların  istehsal edilməsi  üçün ağac  və  ya 

polietilen  materialdan  istifadə  olunur.  Əlvan  rənglərə  boyanmış  çubuqların 

uzunluğu uşaqlar üçün 750 mm, böyüklər üçün 1100 mm, diametri isə 21 mm-dən 

30 mm-dək olur.  

Gimnastika  gürzləri  forma  etibarı  ilə  butulkaya  bənzər,  uc  hissəsi  isə 

kürəşəkilli  olaraq  istehsal  edilir.  Plastik  kütlədən  yüngülləşdirilmiş  gürzlər  və 

daxilindən  metal  mil keçirilmiş bir  ucu kürə digər  ucu  isə armud  formalı ağacdan 

hazırlanmış  hissələrdən  ibarət  gürzlər  istehsal  edilir.  Gürzlərin  uzunluğu  uşaq  və 

qadınlar  üçün  460  mm,  kişilər  üçün  520  mm-dir.  İdman  yarışları  üçün  gürzlərin 

çəkisi isə 150 qram olur. Gimnastika gürzünün başlığındakı kürənin diametri ciddi 



 

16

normalaşdırılır və onların ölçüsü 30 mm olmalıdır. Onlar qızılı, gümüşü və bürünc 



rənglər istisna olmaqla istənilən rənglərdə ola bilərlər. 

Gimnastika  çənbərləri  ağacdan,  alüminiumdan,  poladdan  və  plastik  kütlədən 

hazırlanırlar.  Çənbərlər  həm  bədii  cimnastika  üçün  (daxili  diametri  900  mm)  və 

ümumi fiziki hazırlıq üçün (uşaqlar üçün – 510 mm, yeniyetmələr üçün 700 mm və 

böyüklər  üçün  830  mm  diametrli)  nəzərdə  tutulurlar.  Bədii  gimnastika  üçün 

çənbərlərin borularının diametri 14 mm, ümumi gimnastika üçün 20 mm olur. 

Polietilendən  hazırlanan  çənbərlərin  istehlak  xassələri  yüksək  olmur:  belə  ki, 

çəkisi  az  olduğu  üçün  onların  sabit  saxlanılması  üçün  fırlanma  sürəti  aşağı  olur. 

Polietilenin həmçinin davamlılığı və etibarlılığı aşağı olur.     

Gimnastika  ipləri  rezin  şnurdan  və  ya  kəndirdən  dəstəkli  və  ya  dəstəksiz 

hazırlanırlar. Şnurun uzunluğundan asılı olaraq uşaq (2730 mm), yeniyetmə (2830 

mm)  və böyüklər üçün  (2930  mm)  gimnastika ipləri  istehsal olunur. Ev şəraitində 

gimnastika üçün dəstəyi şarnirsiz o qədər də baha olmayan iplərdən istifadə edirlər. 

 

Şəkil 1.7. Gimnastika ipi 

 

Gimnastika  topları  qızılı,  gümüşü  və  bürünc  rənglər  istisna  olmaqla  istənilən 



əlvan  rənglərdə  rezin  materialından  hazırlanır.  Aşağı  dərəcəli  idmançılar  80-150 

mm diametrli kiçik və orta toplardan, yuxarı dərəcəli idmançılar və ustalar 200 mm 

diametrli və çəkisi 400 qramdan az olmayan toplardan istifadə edirlər.  

Gimnastika lentləri aşağı dərəcəli idmaçılar üçün 6000 mm uzunluqda, 40-60 

mm enində, yüksək dərəcəli  idmançılar  üçün 5000  mm  uzunluqda, 25  mm enində 

atlas  və  ya  digər  materialdan  hazırlanır.  Lent  500-600  mm  uzunluqda,  10  mm 

diametrli ağac və ya plastik çubuğa 70 mm uzunluqda şnurla bərkidilir. Gimnastika 

lentləri  də  qızılı,  gümüşü  və  bürünc  rənglər  istisna  olmaqla  istənilən  əlvan 

rənglərdə buraxılır. 


 

17

Akrobatika  üçün  ləvazimatları.  Akrobatika  ilə  məşğul  olmaq  üçün 

akrobatika cığırından, tramplindən, lonjadan və s. istifadə olunur. 

Akrobatika hərəkətlərini yerinə yetirmək üçün xüsusi cığırın ümumi uzunluğu 

30  metr  olur,  onlardan  əsas  hissə  adlandırılan  25  metr  uzunluqda  məsafəyə 

qalınlığı  100-200  mm  olan  gimnastika  döşəkləri  düzüb  onların  da  üzərinə  örtük 

çəkirlər, qalan 5  metrlik  hissə akrobatik  hərəkətlər  yerinə  yetirən  idmançının  yerə 

yumşaq enməsi məqsədi ilə bir qədər qalın döşənən hissədir.   

Akrobatika  tullanışları  üçün  tramplinlərin  əsas  bünövrə  hissəsi  metal 

çərçivədən  hazırlanır.  Metal  çərçivənin  üzərinə  rezin  amortizatorların  vasitəsilə 

platforma  bərkidilir.  Platforma  yüksək  keyfiyyətli  yapışdırılma  laylı  fanerdən 

hazırlanır. Platformanın üzəri girintili-çıxıntılı rezin təbəqə ilə örtülür.  

Xüsusilə  təhlükəli  akrobatika  hərəkətlərini  yerinə  yetirərkən  idmançının 

zədələrdən  qorunması  üçün  xüsusi  şarnir  vasitəsilə  idmançının  belinə  bağlanan 

lonja adlandırılan qurğudan istifadə olunur.  

 

 

1.2. Atletika və idman döyüşləri üçün ləvazimatlar 

 

 Atletika  dedikdə  fiziki  hərəkətlərin  vasitəsilə  insanın  gücünün  və  cəldliyinin 

artırılması sənəti başa düşülür. Atletikanın ağır və yüngül növləri vardır.  

Yüngül  atletika,  demək  olar  ki,  ən  kütləvi  idman  növüdür.  Buraya  müxtəlif 

məsafələrə  qaçış  və  idman  yerişi,  uzunluğa  və  hündürlüyə  tullanmaq,  disk,  nizə, 

çəkic,  qumbara  tullamaq,  yadro  itələmək  və  həmçinin  yüngül  atletika 

çoxnövçülüyü daxildir.      

 

 



 

 

18

 



 

 

 



Şəkil  1.8. Gimnastika ləvazimatları: 

1- gimnastika tiri; 2 – turnik; 3 - paralel qollar; 4 – halqalar; 5 – gimnastika 

körpüsü; 6 – müxtəlif hündürlüklü paralel qollar; 7 – tullanış üçün gimnastika atı; 

8 – kiçik gimnastika atı; 9 – gimnastika atı. 

 

Yüngül  atletikanın  populyarlığı  və  kütləviliyi  onun  əlçatan  olması,  yerinə 



yetirilən  hərəkətlərin  çoxsaylı  olması,  həm  idman  zallarında  həm  də  açıq  havada 

məşğul olmaq imkanının olması ilə izah olunur. 

İdman döyüşləri üzrə yarışlara güləş, boks və qılıncoynatma yarışları daxildir. 

Qılıncoynatma  avadanlıqlarına  rapira  və  şpaqa  kimi  silahlar  daxildir.  Deşici  və 

kəsici  alətləri  pərakəndə  ticarət  şəbəkəsi  vasitəsilə  satılmadığı  üçün  bu  dərslikdə 

onlar nəzərdən keçirilməyəcək. 



Qaçış  üçün  avadanlıq.  Yüngül  atletikanın  əsas  növü  olan  qaçış  üçün 

ləvazimatlara  idmançının  geyim  və  ayaqqabısından  başqa  start  üçün  qəlib  və 

tapança, estafet çubuğu, yüngül atletika səddi, saniyəölçən və addımölçən aiddir. 

Start  qəlibləri  qısa  və  orta  məsafələrə  qaçış  yarışlarında  idmançıların  start 

xəttindən  sıçrayaraq  qaçışa  başlaması  üçün  lazımdır.  Start  qəlibləri  əsas  hissədən 

və  şarnir  qurğusu  vasitəsilə  ona  birləşdirilmiş  platformadan  ibarətdir.  Qəlibin 

əsasının  altında  olan  tikanlar  onun  torpaqda  sürüşməməsini  təmin  edir,  platforma 


 

19

isə zəruri bucaq altında maili tənzimlənir. Sənaye tərəfindən həm təbii həm də süni 



örtüklü qaçış xəttləri üçün qəliblər buraxılır.  

Start tapançası yarışlar zamanı idmançıların hərəkətə başlaması üçün səs və ya 

işıq  siqnalı  verir.  Bu  tapançaların  lüləsi  olmur  və  5,6  mm  kalibrli  8  gülləsiz 

patronla  doldurulan  darağı  olur.  Patron  əvəzinə  Jevelo  ovçu  kapsullarından  da 

istifadə  etmək  olar.  Tapança  üzərində  «B»  işarəsi  olan  gülləsiz  patronlar  üçün 

daraqla və ya «Ü» hərfi ilə işarələnmiş Jevelo kapsulu üçün daraqla dəstləşdirilir.        

 Estafet  çubuqları  40  mm  diametrli,  300  mm  uzunluqlu,  150  qram  çəkidə 

əlvan rənglənmiş ağac borulardır.  

Yüngül  atletika  səddi  iki  dayaq  üzərində  1200  mm  uzunluqda  hazırlanır. 

Hündürlüyü  dəyişdirilə  bilən  səddlər  istehsal  olunur.  Yarışların  şərtlərindən  asılı 

olaraq  hündürlüyünə  görə  5  nömrədə  səddlər  istifadə  olunur    (hündürlüyü  1067 

mm olan №1-dən başlayaraq  hündürlüyü 762 mm olan №5-dək).   

Ticarət  müəssisələrinə  cib,  qol,  elektron  və  mexaniki  saniyəölçənlər  daxil 

olur.  Saniyəölçənlərin  dəqiqliyi  1  saniyədən  0,01  saniyəyədək  dəyişir. 

Saniyəölçənlər  bir  əqrəbli  60  saniyəni  ölçmək  üçün  və  əlavə  1  saatı  ölçmək  üçün 

əqrəbi olan iki əqrəbli olurlar.   

Addımölçənlər  cib  və  qol  üçün  olurlar.  Addımölçənlər  işləmə  prinsiplərinə 

görə  ətalət  cihazlarına  aiddirlər.    Addımölçənin  köməyi  ilə  insanın  gündəlik 

hərəkət yükünü və həmçinin keçdiyi yolu ölçülür.   

Hündürlüyə tullanmaq üçün avadanlıq. Hündürlüyə tullanmaq üçün dayaq, 

planka və şüyüvllərdən istifadə olunur. 

Dayaqlar  metal  borudan  hazırlanır  və  ağır  çuğun  əsasın  üzərində  bərkidilir. 

Dayaq  boruların  üzərində  60  mm  uzunluqda  xüsusi  lövhəcik  vardır  ki,  onun 

üzərindəki vintlərin köməyi ilə plankanı istənilən hündürlükdə qoymaq olar.  

Planka  həm ağac  həm də  metaldan boruşəkilli 25-30  mm diametrində 4  metr 

uzunluqda  hazırlanır.  Onun  hər  iki  ucu  yastılanmış  olur.  Bu  onun  üçün  edilir  ki, 

planka  dayaqlar  üzərində  dayansın.  Plankalar  açıq  rəngli  olur  və  onların  üzərinə 

üç-dörd tünd rəngli zolaq çəkilir. 


 

20

Şüvüllə hündürlüyə tullanmaq üçün dayaq teleskopik konstruksiyada olmaqla 



bir-birinin  içərisinə  keçirilmiş  borulardan  ibarətdir.  İçəri  borunun  uc  tərəfində 

plankanın  yerləşdirilməsi  üçün  çıxıntı  var,  aşağı  boruda  isə  zəruri  hündürlüyü 

almaq  üçün  vint  vardır.  Şüvüllə  hündürlüyə  tullanmaq  üçün  plankanın  uzunluğu 

4480 mm-dir.    

Tullanmaq üçün şüvül ağacdan,  metaldan və  ya süni  materiallardan hazırlana 

bilər.  Yarışların  qaydalarına  görə  istənilən  uzunluqda,  diametrdə  və  kütlədə 

şüvüllərdən  istifadə  etmək  olar.  Onların  hazırlanma  materialı  yarışın  nəticəsinə 

təsir  göstərir.  Şüvülün  aşağı  dayaq  hissəsinə  ağac  materialından  hazırlanmış  tıxac 

bərkidilir. Əllə tutulan hissəsinə iki lay yapışqanlı lent sarınır.    

Tullamaq və ya itələmək üçün ləvazimatlar.  Tullamaq və ya itələmək üçün 

ləvazimatlara disklər, nizələr, qumbaralar, yadro və çəkiclər daxildir.  

Disklər ağacdan, metaldan və ya rezindən hazırlanır. İri idman yarışlarında və 

rekordların qeydə alınması üçün ağac disklərdən istifadə olunur. 

Ağacdan  hazırlanmış  diskin  kənarları  metal  halqa  ilə  örtülür  və  mərkəzi 

hissəsində çəkinin tənzimlənməsi üçün xüsusi girinti açılır ki, oraya metal lövhələr 

qoyularaq lazım olan çəki əldə edilir.   

Metal  disklərin  hazırlanması  daha  ucuz  başa  gəlir  və  buna  görə  də  onlardan 

açıq havada məşqlər aparılması üçün geniş istifadə olunur. Yarış qaydalarına görə 

ağac  disklərdən  istifadə  olunmalıdır,  lakin  əgər  metal  və  ya  plastik  kütlədən  olan 

disklərin ölçələri və çəkisi dəqiqdirsə onlardan da istifadə etmək olar.  

Rezin  disklərdən  adətən  qapalı  şəraitdə  keçirilən  məşqlərdə  və  şəhər 

səviyyəsində aşağı səviyyəli yarışlarda istifadə olunur. 

İdmançının  yaş  həddindən  asılı  olaraq  500  qramdan  2000  qramadək  olan 

disklərdən  isdifadə  olunur.  Məşq  etmək  üçün  çəkisi  3000  qram  olan  disklər  də 

buraxılır. 

Nizə də disk kimi ən qədim yüngül atletika ləvazimatı sayılır. Onun quruluşu 

siqaraya  bənzərdir  və  ucuna  metal  ucluq  bərkidilmişdir.  Nizə  bərk  ağac 

növlərindən istehsal edilir. Metaldan hazırlanmış nizələrdən də istifadə edilir ki, bu 

zaman  onun  çəkisi,  ölçüsü  və  forması  dəqiq  olmalıdır.  Nizənin  ən  qalın  orta 



 

21

hissəsini  kəndirlə  elə  bağlayırlar  ki,  bu  zaman  ağırlıq  mərkəzi  məhz  həmin 



kəndirin  altına  düşsün.  Kişilər  üçün  nizələrin  kütləsi  805  qram,  qadınlar  üçün  isə 

605 qramdır.   

Tullamaq  üçün  idman  qumbaraları  ağacdan,  metal  örtüklü  digər 

materiallardan  və  həmçinin  bütöv  metaldan  hazırlanır.  Böyüklər  üçün 

qumbaraların  uzunluğu  236  mm,  çəkisi  700  qram,  uşaqlar  üçün  165  mm,  çəkisi 

250 qram olur (şəkil 1.9).  

Yadronu  əsasən  çuqundan  tökürlər  və  ya  poladdan  və  ya  latundan  kürə 

şəklində yonurlar. Onun çəkisinin tənzimlənməsi üçün xüsusi oyuq açılır və oraya 

lazımi  miqdarda  qurğuşun  tökülür.  Zəruri  çəki  alındıqdan  sonra  oyuğun  üzəri 

örtülür.  İdmançının  cinsindən  və  yaşından  asılı  olaraq  yadroların  çəkisi  7265 

qramdan (kişilər üçün) 3005 qramadək (uşaqlar üçün) dəyişir.  

 

 



Şəkil 1.9. Tullamaq və ya itələmək üçün ləvazimatlar: 

1 – nizə; 2 – yadro; 3 – disk; 4 –çəkic 

 

İdman  çəkici  yadrodan  və  ona  şarnirlə  bağlanmış  məftildən  və  onun 



üzərindəki  tutqacdan  ibarətdir.  Şarnir  qurğusuna  görə  yadro  məftilə  nisbətən 

sərbəst hərəkət edə bilir. 



Ağır  atletika  üçün  ləvazimatlar.  Ağır  atletika  üzrə  rəsmi  yarışların  müasir 

proqramlarına ştanqanın  iki əllə təkanla  və sıçrayışla  qaldırma daxildir. Sıçrayışla 

qaldırmada ştanqa baş üzərinə bir fasiləsiz hərəkətlə qaldırılır. Təkanla qaldırmada 

isə ştanqa əvvəlcə sinə üzərinə sonra isə baş üzərinə qaldırılır.  

 



 



  

                 2                         3                                           4 

 


 

22

Ağırlıq  qaldırmaq  üçün  ləvazimatlara  atletika  ştanqı,  daşlar,  qantellər 



aiddirlər.    

Atletika  ştanqı  çəkisini  asanlıqla  dəyişdirmək  mümkün  olan  idman 

ləvazimatıdır.  Ştanq  yüksək  keyfiyyətli  poladdan  yonulmuş  qrif  hissəsindən, 

disklərdən və onları qrifə birləşdirən iki açardan ibarətdir.  

Ştanqlar  rekord,  məşq  və  kütləvi  növlərə  bölünürlər.  Rekord  ştanqında 

disklərin  çəkisi  0,1  kq-dan  20  kq-dək  dəyişir  və  ümumi  sayı  20-yə  çatır.  Qrifin 

çəkisi açarlarla birlikdə 25 kq-a çatır, bütöv dəst ştanqın ümumi çəkisi isə 205 kq-

dır.  Məşq  və  kütləvi  ştanqlar  üçün  disklərin  növləri  daha  azdır  və  onların  ümumi 

çəkisi  132,5  və  80  kq-a  çatır.  Onların  qriflərinin  ölçüləri  də  fərqlənir:  rekord 

ştanqların  qriflərinin  uzunluğu  2200  mm,  məşq  qriflərinin  uzunluğu  1744  mm, 

kütləvi  ştanqların  qriflərinin  uzunluğu  isə  1300  mm  olur.  Rekord  ştanqlarının 

qrifləri  yüksək  keyfiyyətli  yay-ressor  poladından  hazırlanır  və  üzəri  daha  gözəl 

işlənilir. 

İdman  daşları  (qir)  eyni  ölçüdə  lakin  müxtəlif  çəkilərdə  (16,  24  və  32  kq) 

çuğun  materialından  tökmə  üsulu  ilə  hazırlanır.  Onun  çəkisinin  tənzimlənməsi 

üçün xüsusi oyuq açılır və oraya lazımi miqdarda qurğuşun tökülür.  

Ağır  atletlər  üçün  nəzərdə  tutulmuş  qantellər  ev  şəraitində  gimnastika  üçün 

qantellərdən  çəkisinin  ağırlığı  ilə  fərqlənirlər.  Bu  qantellərin  çəkisi  35  kq-a  çata 

bilir.  

 

 



 

Şəkil 1.10. Ştanqa və müxtəlif çəkili disk dəsti 

 

 

23

Güləş  üçün  idman  ləvazimatlar.  Güləş  üçün  idman  ləvazimatlarına  güləş 

kisələri  və  müqəvvalar  daxildir.  Bu  idman  ləvazimatları  həm  klassik  həm  də 

sərbəst  güləş  növləri  və  eləcə  də  sambo,  dzyu-do  və  karate  üzrə  məşqlərdə  də 

istifadə olunur.  

Giləş müqəvvaları  müxtəlif növ fəndlərin öyrənilməsi və  məşq edilməsi üçün 

istifadə  olunur.  Öz  formasına  görə  güləş  müqəvvaları  insan  bədənini  xatırladır. 

Müqəvvanın  bədən,  qol  və  baş  hissəsi  pambıq  lifi  ilə  doldurulur,  üz  səthi  isə 

velveton və ya mahuddan tikilir. Müqəvvaların çəkisi 30, 35 və 45 kq olur. 

Güləş  kisələri  də  müqəvva  kimi  idmançıların  məşq  etməsi  üçün  nəzərdə 

tutulmuşdur.  Onu  brezentdən  tikirlər  və  içərisinə  qumla  dolu  kisə  yerləşdirilir. 

Qumla  doldurulmuş  kisə  ilə  üz  səth  arasına  pambıq  lifi  doldurulur.  Güləş 

kisələrinin  üz  səthi  də  güləş  müqəvvaları  ilə  eyni  materialdan  hazırlanır.  Güləş 

kisələrin  üz  səthinə  eninə  və  uzununa  zolaqlar  tikilir  ki,  məşq  zamanı  onlardan 

rahat  yapışmaq  mümkün  olsun.  Güləş  kisələri  iki  çəkidə  35  və  45  kq  çəkidə 

hazırlanır.   



 

 

1.3. Boks üçün ləvazimatlar 

 

«Boks» ingilis mənşəli sözdür. O, «zərbə» mənasını ifadə edir. Hazırki dövrdə 

boks  elə  idman  növüdür  ki,  burada  iki  idmançı  arasında  xüsusi  qaydalarla 

tənzimlənən yumruq döyüşü aparılır. Boks üzrə yarışlar rinqdə keçirilir. 

Boks  əlcəkləri  zərbənin  yumşaldılması  və  əllərin  zədələrdən  qorunması  üçün 

istifadə olunur. Boks əlcəkləri alət, məşq və döyüş növlərinə bölünür (şəkil 1.11). 

Alət  əlcəkləri  idmançıların  boks  ləvazimatları  ilə  məşq  etdiyi  zaman  istifadə 

olunur.  Bu  növ  əlcəkləri  çoxda  baha  olmayan  dəri,  dəvi  əvəzləyici  və  ya  parça 

materiallarından  tikirlər.  Əlcəklərin  davamlı  olması  üçün  üst  hissəsinə  tikişlər 

vurulur,  ovuc  hissəsinə  isə  at  tükü  və  ya  penopoliuretanla  doldurulmuş  diyircək 

qoyulur  ki,  barmaqlara  zədə  yetirilməsin.  Alət  əlcəklərinin  çəkisi  150  qram  olur. 

Ölçülərindən asılı olaraq onları üç nömrədə tikirlər.                                             



 

24

 



 

Şəkil 1.11. Boks əlcəkləri 

 

Məşq  və  döyüş  əlcəklərini  yumşaq,  yüksək  keyfiyyətli  hamar  dərilərdən, 



məsələn,  layka  və  ya şevretdən tikirlər. Bu növ əlcəklərin  içərisini qalın burma at 

tükü ilə doldururlar. İçəri tərəfdən əlcəklər yumşaq bağlarla bağlanır.  

Boks  əlcəklərinin  çəkisi  yarış  qaydalarına  uyğun  olaraq  ciddi  tənzimlənir  və 

ənənəyə görə unsiya ilə ölçülür. İrimiqyaslı yarışlar üçün döyüş əlcəklərinin çəkisi 

227 qram (8  unsiya), digər  yarışlar  üçün 300 qram (10  unsiya), ağır çəki dərəcələ 

idmançıların  yarışı  üçün  isə  360  qram  (12  unsiya)  olur.  Yarış  normalarında 

göstərilmişdir ki, hər bir cüt boks əlcəyi 5-6 döyüşdə istifadə oluna bilər.  

Məşq əlcəkləri döyüş əlcəklərindən öz çəkilərinin ağırlığı ilə fərqlənirlər. Belə 

ki, bu növ boks əlcəklərinin çəkisi 12,13 və 14 unsiya və yaxud 360 qramdan 420 

qramadək olur.  

  Boks əlcəkləri üç ölçüdə hazırlanır: 23 (8,5), 24 (9) və 25 (9,5). Mötərizədə 

əlcəklərin düymlə ölçüləri göstərilmişdir.  

Boksçunun  yumruq  zərbələrinin  məşq  etdirilməsi  üçün  boks  kisələrindən, 

boks armudlarından, top və pəncələrdən istifadə olunur.  



 

25

 



 

 

Şəkil 1.12. Boks ləvazimatları: 

1 – spiral yay üzərində top; 2 - boksçu əlcəyi; 3 – boksçu pəncəsi; 4 – boks armudu 

 

Boks  kisələri  idmançıların  zərbə  gücünün  məşq  etdirilməsi  üçün  istifadə 



olunur.  Onun  idman  zalının  tavanından  metal  qarmaqlar  və  kəndirlər  vasitəsilə 

asırlar.  Boks  kisəsi  ümumən  üç  kisədən  ibarət  hazırlanır.  Daxili  ən  kiçik  kisənin 

içərisi çay qumu ilə doldurulur. Kiçik və orta kisələrin arasını süngərli rezin, pam-

bıq  və  ya  yun  daranma  tullantıları  ilə  doldururlar.  Hər  iki  kisəni  parusin 

materialından tikirlər. Boks kisənin üz səthini təşkil edən hissəni təbii sərrac-yəhər 

və  ya  «xüsusi  futbol»  dəridən  tikirlər.  Bundan  əlavə  vinilis  dəri  və  kirzadan  da 

istifadə edilə bilər. Sonuncu kisə ilə ikinci kisənin arası at tükü ilə doldurulur.  

  Hazırlanması  üçün  istifadə edilən  materiallardan asılı olaraq  usta  və kütləvi 

boks  kisələri  vardır.  Bu  kisələr  formaca  silindrik  və  ya  konusvari  olurlar  və 

çəkilərinə görə üç nömrədə istehsal olunurlar 1 – 20 kq, 2 – 40 kq və 3 – 60 kq. 



 

26


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin