AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix03.02.2017
ölçüsü1,35 Mb.
#7588
1   2   3   4

 

 

Şəkil 1.13. Boks kisələrinin müxtəlif növləri 

 

Boks armudları zərbələrin gücünü və dəqiqliyini  məşq etdirmək üçün istifadə 



olunur. Onların iki növü vardır: doldurulma və pnevmatik.  

Doldurulma  boks  armudları  xrom  dəridən  tikilmiş  örtük  və  onun  içərisinə 

yerləşdirilmiş qumla doldurulmuş kisədən ibarətdir. 

Pnevmatik  boks  armudu  da  öz  növbəsində  xrom  örtüklü  dəridən  tikilir,  lakin 

onun  içərisinə  hava  ilə  doldurulan  nippelli  rezin  kamera  yerləşdirilir.  O  öz 

ölçülərinə  görə  doldurulma  boks  armudlarından  1,5-2  dəfə  kiçikdir.  Pnevmatik 

boks  armudlarının  kiçik  və  böyük  növləri  vardır.  Kiçik  boks  armudunun 

hündürlüyü  270  mm,  böyüyünkü  isə  290  mm-dir.  Doldurulma  boks  armudlarının 

ölçüləri 400 və 500 mm olur.  

Boks topu boksçunun reaksiyasını və cəldliyini məşq etdirmək üçündür. Boks 

topu  250  mm  diametrli  dəri  örtükdən  və  daxilində  hava  ilə  doldurulan  rezin 

kameradan  ibarətdir.  İki  ədəd  rezin  və  dəri  qayışların  köməyi  ilə  idman  zalının 

tavanına  və  döşəməsinə  idmançının  boyuna  uyğun  bərkidilir.  Hazırda  müasir 

konstruksiaylı  və  dizaynlı  boks  zərbələrinin  məşqi  üçün  qurğular  istehsal  olunur. 

Bu qurğuların nümunələri şəkil 1.14-də göstərilmişdir.  


 

27

          



Şəkil  1.14. Müasir boks topu və boks məşqləri üçün qurğu 

 

Boks pəncələri  idmançının  məşqçi  ilə birgə  məşqi üçün  istifadə olunur. Boks 



pəncələri  əlcəyin  ovuc  hissəsinə  tikilmiş  döşəkçədən  ibarətdir.  Döşəkçənin 

üzərində  hədəfi  göstərən  dairə  rənglənmişdir.  Məşq  prosesində  məşqçi  həmin 

pəncələri əlinə keçirir, boksçu isə ona zərbə endirməyə çalışır. Boks pəncələri həm 

sol həm də sağ əl üçün tikilir.  



 Su  idmanı  üçün  avadanlıq.  Su  idmanı  növlərinə  müxtəlif  məsafələrə  üzmə 

və  xizək  və sörf  üzərində  yarışlardır. Üzgüçülük su polosu oyunu  üçün əsasdır  və 

həmçinin  yelkənli  qayıq  sürmə,  avarçəkmə  və  su-xizək  idmanı  ilə  məşğul  olan 

idmançıların hazırlanmasında zəruri elementdir.  



Üzgüçülük  üçün  avadanlıq.  Üzgüçülük  avadanlıqlarına  üzmək  üçün  lövhə, 

papaq, eynək, uşaqlar üçün üfürülmə halqalar aiddirlər. 

 Üzmək  üçün  lövhə  üzgüçülüyün  öyrədilməsi  və  həmçinin  idmançıların 

müxtəlif  hərəkətləri  məşq  etməsinə  xidmət  edir.  Lövhələrin  hazırlanması  üçün 

polivinilxlorid penoplast plitələrindən istifadə olunur. 

Üzgüçü  papağı  rəngli  rezindən  naxışlı  və  saya  hazırlanır.  Onlar  kəndirli  və 

kəndirsiz olurlar. Bu cür papaqları 50 ölçüdən 62 ölçüyədək buraxırlar. 

Üzmək  üçün  eynək  idmançının  gözlərini  suyun  zərərli  təsirlərindən  qoruyur. 

Eynəyin  şüşələrinin  arasında  hərəkətli  qovşaq  onların  ara  məsafəsini  artırıb-

azaltmağa imkan verir. 



 

28

Uşaqlar  üçün  üfürülmə  halqalar  rəngli  rezindən  hazırlanır.  Daxili  diametrləri 



175 mm-dən 200 mm-dək olan dörd nömrədə istehsal edilir.  

Sualtı  idman  üçün  avadanlıq.  Sualtı  idman  üçün  avadanlıqlara  maskalar, 

üzgəclər (lastı), nəfəs boruları, sualtı ovçuluq üçün silahlar, dərinlikölçənlər, siqnal 

kəməri, kukan və saatlar daxildir. 

Sualtı  üzgüçülük üçün  maskalar rəngli rezindən olan  gövdədən və oval  və ya 

fiqurlu  formaya  malik  qoruyucu  şüşədən  ibarətdir.  Maska  idmançının  gözünü  və 

burnunu  bağlayır.  Böyük  dərinliklərdə  maskanın  şüşəsinə  30-40  kq  təzyiq  təsir 

göstərir. Maskanın kənarları idmançının sifətinə kip oturmalıdır. Əlavə möhkəmlik 

üçün  maskanın  şüşəsinin  kənarları  metal  və  ya  plastik  kütlədən  olan  çərçivə  ilə 

haşiyələnə bilər. 

Üzgəcləri  rəngli  rezindən  və  ya  polietilendən  hazırlayırlar.  Konstruksiyasına 

görə  üzgəclərin  birləşmə  yeri  müəyyən  ölçülü  ayaqqabı  şəklində  olur  və  onların 

üzərində  müxtəlif  ölçülü  ayağa  bağlanması  üçün  kəmər  bərkidiciləri  vardır. 

Üzgəcinin forması, daban və barmaq hissəsinin konstruksiyası, uzunluğu və eni ilə 

fərqlənən  bir  neçə  modeldə  hazırlanırlar.  Misal  üçün  «Akvanavt»  üzgəcləri  ən 

böyük dayaq sahəsinə malikdirlər, «Rusalka» və «Turist» üzgəclərinin əlavə sərtlik 

qabırğaları  vardır.  Üzgəcləri  sağ  və  ya  sol  ayaq  üçün  fərqləndirmirlər  və  üç  ölçü 

tipində  istehsal  edirlər:  birinci  tip  36-38,  ikinci  tip  39-41  və  üçüncü  tip  42-44 

ayaqqabı ölçüsünə uyğun gəlir.  

Uşaqlar  üçün  üzgəclər  daha  yumşaq  və  elastik  rezindən  və  ya  polietilendən 

hazırlayırlar. 

Nəfəs  boruları  üzgüçüyə  uzun  müddət  suyun  səthində  başını  suya  salaraq 

qalmağa  imkan  verir.  Borunun  aşağı  hissəsi  birbaşa  və  ya  əyri  ağızlıqla  bitir. 

Boruları  alüminiumdan  və  ya  polietilendən  hazırlayırlar.  Boruların  uzunluğu  350 

mm-dən 550 mm-dək ola bilər.   

Akvalanq – üzgüçünün su altında nəfəs almasını təmin edən cihazdır. Sıxılmış 

hava  balonundan,  havanın  təzyiqi  normal  səviyyədə  saxlayan  nəfəsalma 

qurğusundan  (reduktor),  nəfəs  almaq  və  nəfəs  vermək  üçün  müştük  qutusuna 


 

29

birləşən  iki  şlanqdan  ibarətdir.  Balonlar  manometrlə  və  ya  sıxılmış  havanın 



minimal təzyiqini göstərən cihazla təmin olunurlar.  

Hidrokostyum  –  sualtı  üzgücünün  bədəninin  soyumadan  qorunması  üçündür. 

Onları  nazik  elastik  rezindən  və  ya  trikotajdan,  neopren  və  ya  poliuretandan 

hazırlayırlar.  Yeni  material  olan  SCS  «Metallit»  neopreni  titan  ərintisindən 

alınmış,  istiliyi  yaxşı  əks  etdirərək  hətta  kiçik  qalınlıqda  (4-5  mm)  belə  yüksək 

istiliksaxlama  qabiliyyətinə  malik  daxili  örtüyə  malikdirlər.  Bundan  başqa  bu 

material  elastikliyi,  bakteriyalara  qarşı  müqaviməti,  möhkəmliyi  və  yüksək  su 

itələmə qabiliyyəti ilə fərqlənirlər. «Quru» və «yaş» hidrokostyumlar vardır. 

«Quru»  tipli  hidrokostyumun  başa  kip  oturmuş  şlemli  konstruksiyası 

üzgüçünün  su  ilə  təmasını  heçə  endirir.  Bu  kostyumlarda  şalvar  və  gödəkçə  bir-

birlərinə  rezin  manjetlə  kip  birləşir.  Kostyumların  manjetsiz  modeli  də 

hazırlanmışdır.  Bu  növ  kostyumları  kürək  və  ya  sinə  nayihəsində  yerləşmiş 

yarıqdan geyilir və «quru» zəncirbəndlə bağlanır. Lateksdən hazırlanmış boyun və 

bilək  manjetləri  suyun  kostyumun  daxilinə  keçməsinə  imkan  vermir.  Kostyumun 

üzərindəki şlem açıq və ya eynəkli ola bilər. Gödəkçəyə havanın çıxarılması üçün 

boru birləşdirilmişdir. Bu  növ kostyumlar  soyuq suda  daha  uzun  müddət qalmağa 

imkan verir. 

«Yaş»  kostyumların  konstruksiyası  suya  daxil  olarkən  suyun  kostyumun 

daxilinə  keçməsinə  yol  verir.  Kostyumun  daxilinə  keçmiş  maye  tez  bir  zamanda 

üzgüçünün  bədən  temperaturunu  alır  və  lazımi  mikroiqlim  yaradır.  Bu  tip 

kostyumların  altından  adətən  yun  və  ya  porolon  alt  paltarları  geyilir.  «Yaş» 

kostyumları yay mövsümündə sualtı ovçuluqda daha geniş istifadə edilir.  

Sualtı  ovçuluq  üçün  silahlar  qundaqdan,  istiqamətverici  borudan,  tətik 

mexanizmindən  ibarətdir.  Tətik  mexanizmində  adətən  rezin  jqut  və  ya  sıxılmış 

havadan istifadə olunur. Bu növ silahların güllələri ucu iti və ya üç iti ucluğu olan 

harpun  (nizə)  şəklindədir.  Pnevmatik  silah  üçün  havanı  qabaqcadan  müəyyən 

təzyiqə qədər doldurmaq üçün nasos lazımdır. 


 

30

Pnevmatik silah daha güclü olmaqla harpunun daha uzaq məsafəyə uçması və 



nişanalmanın  dəqiqliyi  ilə  fərqlənir.  Onlar  daha  mürəkkəb  konstruksiyaya 

malikdirlər və daha çox qulluq tələb edirlər.  

Dərinlikölçən  –  bu  hər  iki  tərəfindən  lehimlənmiş  şəffaf  boru  şəklində 

pnevmatik  cihazdır.  Suyun  dərinliyinə  endikcə  su  havanı  daha  çox  sıxaraq  1 

metrdən  70  metrədək  dərəcələnmiş  boruya  dolur.  Boruda  suyun  həddi  dərinliyin 

ölçüsünə bərabərdir. 

Kukan ortasında deşiyi olan metal mildir. Şnur vasitəsilə üzgüçünün kəmərinə 

bağlanır. Kukanın üzərinə tutulmuş balıqlar taxılır.  

Sualtı  üzgüçülər  üçün  kompas  və  saat  suyun  gövdənin  içərisinə  daxil 

olmasının  qarşısını  alan  gücləndirilmiş  hidroizolyasiyaya  malikdirlər.  Onların 

əqrəbləri və siferblatları işıqlanır.  

 

 

1.4. Qış idman növləri üçün avadanlıq 

 

Qış  idman  növləri  üçün  avadanlıqlara  xizəklər,  sürüşmə  lövhələri,  sörflər, 

konkilər  və  roliklər  daxildir.  Xizəklər  həm  qar  üzərində  həm  də  su  üzərində 

yarışlar üçün istifadə oluna bilərlər.  



Xizəklər  və  qar  üzərində  yarışlar  üçün  avadanlıq.    Xizək  idmanı  üçün 

ləvazimatlara  xizək,  xizək  ağacları,  xizək  bərkidiciləri,  eynəklər  və  digər  əşyalar 

daxildir. Su xizək idmanı üzrə ləvazimatlara ayrıca baxılır. 

Xizəklər  bir  qayda  olaraq  möhkəm,  yüngül,  yüksək  əyilgənliyə  malik  və 

həmçinin  aşağı  sürtünmə  əmsallı  ağac  oduncağından  hazırlanır.  Xizəklərin 

hazırlanması  üçün  ən  yaxşı  ağac  oduncağı  növləri  göyrüş,  tozağacı,  ağcaqayın, 

vələs, qarağac və s.-dir. Ağac xizəkləri ilə yanaşı satışa ağacplastik və metalplastik 

xizəklər daxil olur. 

Xizək  sürüşkən  alt  və  üst  hissədən,  yük  meydançasından,  burun  və  daban 

hissələrdən ibarətdir. 

 


 

31

 



 

Şəkil 1.15. Xizəklər: 

1 – burun; 2 – yük meydançası; 3 - daban 

 

Xizəyin  yuxarı  hissəsi  möhkəmliyin  artırılması  məqsədi  ilə  yük 



meydançasından  burun  və  daban  istiqamətinə  əyilmə  ilə  hazırlanmışdır.  Ayağın 

altına  qarın  yığışmaması  üçün  yük  meydançasına  rezin  araqatı  yapışdırılır.  Yan 

tərəfə sürüşmənin qarşısının alınması üçün xizəyin alt səthi boyu novalça şəklində 

şırım  açılmışdır.  Xizəkçinin  çəkisi  altında  xizəyin  aşağı  istiqamətdə  əyilməsinin 

qarşısın almaq  məqsədi ilə xizək elə əyri düzəldilir ki, orta hissə, yük meydançası 

yerləşən  hissə  hündürdə  qalsın.  Bu  zaman  yük  meydançası  olan  hissə  elə  bil  ki, 

burun  və  daban  hissə  ilə  yay  şəklində  birləşir.  Bu  əyilmə  elə  hesablanmışdır  ki, 

idmançının çəkisinin təzyiqi nəticəsində xizək tam düz şəklə düşsün. 

Sənaye  tərəfindən  yapışdırılmış  və  bütöv  xizəklər  buraxılır.  Yüksək 

keyfiyyətli  xizəkləri  bir  neçə  ağac  növündən  olan  layların  bir-birlərinə 

yapışdırlması  ilə  hazırlanır.  Xizəyin  alt  hissəsindəki  layı  möhkəm  və  «sürüşkən» 

ağac  növündən  (tozağacı),  orta  hissəni  yüngül  ağac  növlərindən  (ağcaqovaq,  şam 

ağacı),  yuxarı  hissə  yüksək  möhkəmliyə  malik  gözəl  teksturalı  ağac  növlərindən 

(fıstıq,  göyrüş  və s.)  hazırlanır. Xizəklərin  rütubətdən qorunması  üçün  onların  hər 

tərəfini  yaxşı  qətranlayırlar.  Onların  üzərinə  suyadavamlı  lak  və  emal  çəkilir. 

Xarici  görkəminin  bəzəndirilməsi  üçün  bir  neçə  rəngdən  ibarət  basmanaxış  və 

şəkilköçürmədən istifadə edirlər.  

Təyinatından  asılı  olaraq  xizəklər  uşaq,  meşəçilik  (ovçuluq),  turist,  idman-

qaçış, yarış, dağ və tullanma üçün növlərə bölünürlər. 

Məktəb  və  aşağı  məktəbli  yaşlı  uşaqlar  üçün  xizəklər  daha  sadə 

möhkəmləndirilmiş konstruksiyaya  malikdirlər. Onları  ikilaylı  və çoxlaylı  istehsal 

edirlər.  Uşaq  xizəkləri  kiçik  uzunluğu  (1050-1500  mm)  və  ucuz  qiyməti  ilə 

xarakterizə olunurlar. 


 

32

Meşəçilik  (ovçuluq)  xizəkləri  dərin  və  yumşaq  qar  üzərində  yerimək  üçün 



nəzərdə  tutulmuşdur.  Daha  asan  hərəkət  etmək  üçün  onları  qısa  (1000  mm-dək), 

yük meydançasını isə yuxarıya doğru daha çox əyilmiş burun hissəyə yaxın edirlər. 

Xizək yumşaq qarın içərisinə batmaması üçün onları daha enli hazırlayırlar. Burun 

hissədə  (xizəyin  ən  enli  hissəsində)  en  115  mm-ə  çatır.  Meşəçilik  xizəkləri  bütöv 

və ya iki qat yapışdırlmış hazırlanır. Meşəçilik xizəklərinin uzunluğu 1800 və 1900 

mm olur.    

Turist  xizəkləri  həm  yumşaq  qar  üzərində  və  həmdə  bərk  qar  üzərində  çətin 

keçilən  yerlərdə  hərəkət  üçün  nəzərdə  tutulur.  Bu  növ  xizəklərin  yük  meydançası 

dabana daha yaxın yerləşir və burun hissənin eni 90 mm olur. Onları bir neçə ağac 

növünün yapışdırılması ilə hazırlayırlar. 

Sürüşkən səth üçün möhkəm ağac növləri olan göyrüş, tozağacı, ağcaqayın və 

ya plastik kütlədən istifadə olunur. Çəkisinin azaldılması üçün orta qat yüngül ağac 

növlərindən  (cökə,  ağcaqovaq,  iynəyarpaqlı  ağac  növləri)  və  həmçinin 

penoplastdan  hazırlanır.  Burun  və  daban  hissələrinin  yuxarı  səthləri  yüksək 

möhkəmliyə  malik  ağac  növlərindən  (vələs,  palıd,  göyrüş,  fıstıq,  tozağacı, 

ağcaqayın)    daha  tez-tez  zərbələrə  tuş  gələn  yan  kantlar  üçün  isə  xüsusi  ilə 

möhkəm  ağac  növlərindən  (qoz,  vələs,  ağcaqayın)  və  plastik  kütlədən  istifadə 

olunur.  Turist  xizəklərini  1800  mm-dən  2200  mm-dək  olmaqla  beş  ölçüdə 

buraxırlar. Turist xizəyinin çəkisi 3 kq-a çatır. 

İdman-qaçış  xizəkləri  düz  və  nisbətən  hamar  yollarda  sürətli  qaçış  üçün 

nəzərdə  tutulmuşdur.  Bu  növ  xizəklərin  burun  hissəsi  daha  uzun  və  əyilgən,  arxa 

daban  hissəsi  isə  daha  qısa  olur  ki,  bu  da  kəskin  dönməni  asanlaşdırır.  Bu  növ 

xizəklər  turist  xizəklərindən  eninə  (55  mm-dən  çox  olmur)  və  çəkisi  ilə  (1600 

qram) fərqlənir. 

İdman-qaçış  xizəklərinin  sürüşkən  alt  hissəsi  ağac  və  ağacplastik  ola  bilər. 

Ayrı-ayrı növ xizəkləri tam plastik kütlədən hazırlayırlar. Qeyd etmək lazımdır ki, 

ağac  materialından  hazırlanmış  xizək  daha  yaxşı  yağlanır,  həm  şaxtalı  havada  və 

həm  də  yumşaq  qar  üzərində  yaxşı  sürüşür.  Onların  üzərinə  istənilən  çək-

məbərkitmə  qurğuları  asanlıqla  bərkidilir.  Ağac  materialından  hazırlanmış 


 

33

xizəklərin  çatışmayan  cəhəti  onların  ağac  oduncağı  deformasiyaya  uğradan 



rütubətə davamlılığının az olmasıdır. Nəm çəkmiş xizəyin daxilində sellülozanı və 

hüceyrələri məhv edən müxtəlif göbələk əmələ gətirən xəstəliklər asanlıqla yaranır 

və buna görə də onları istifadə etdikdən sonra yaxşı qurutmaq lazım gəlir.  

Ağacplastik  xizəklər  yüngül, elastik  və ağacdan  daha  möhkəmdirlər. Rütubət 

onlara  təsir  göstərə  bilmir.  Bu  cür  xizəklərin  səthinin  qətranlanmasına  ehtiyac 

yoxdur. Bu növ xizəklər həm quru və həm də yumşaq qar üzərində yaxşı sürüşür.  

Ağacplastik  xizəkləri  təkcə  yaxşı  sürüşmək  üçün  deyil  həm  də  effektli  təkan 

vermə  üçün  yağlayırlar.  Ağacplastikdən  hazırlanmış  xizəklərin  əyilmə  bucağı  elə 

hesablanmışdır ki,  yük  meydançasının altındakı sürüşən səth ancaq  idmançının öz 

bədən  ağırlığını  bir  xizək  üzərinə  salarkən  təkan  zamanı  qarla  təmasda  olur.  Bu 

imkan  verir  ki,  «saxlanan»  sürtkü  materialını  ancaq  yük  meydançasının  alt 

hissəsinə  çəksinlər;  xizəyin  qalan  hissəsini  hətta  sulu  qar  üzərində  də  yaxşı 

sürüşməni təmin edən parafinlə yağlayırlar.  

İdman-qaçış xizəklərinin çeşidi böyük rəngarəngliyi ilə fərqlənir. Buraya uşaq 

xizəklərinin  700-1500  mm  uzunluqda  7  nömrəsi,  1600-1700  mm  uzunluqda  2 

nömrədə yeniyetmə xizəkləri, 1800-2200 mm uzunluqda 5 nömrədə böyüklər üçün 

xizəklər  daxildir.  İstehsal  ysuluna  görə  iki,  üç  və  daha  çox  qatdan  yapışdırılma 

idman-qaçış  xizəkləri  vardır.  Xizəklərin  üzərinə  rəngarən  emalla  naxışlar  və 

şəkillər vurulur. 

Yarış  xizəkləri  qabaqcadan  hazırlanmış  bərk  qar  üzərində  sürüşmək  üçün 

nəzərdə  tutulmuşdur.  Onlar  ən  dar  (47  mm)  və  ən  yüngül  (1300  qramadək) 

xizəklərdir.  Xizəklərin  hazırlanması  üçün  məsaməli  sellülozadan  və  karbonlu 

plastikdən  istifadə  edilməsi  onun  çəkisi  1000  qramadək  azaltmağa  imkan 

vermişdir. 

Yumşaq  qar  üzərində  sürüşmək  üçün  sürüşkən  səthi  qikori  (qoz  ağacının  bir 

növü)  ağacı  materialından  hazırlanmış  yarış  xizəklərindən  istifadə  edilir.  Sərt  və 

sulu  qar  üzərində  sürüşmək  üçün  xizəklər  vərəqə  şüşəplastik  və  ya  polietilen 

materialdan  hazırlanmış  sürüşmə  səthinə  malikdir.  Plastik  yarış  xizəklərinin 

konstruksiyası  ağac  materialından  hazırlanmış  xizəklərdən  prinsipial  olaraq 


 

34

fərqlənir.  Onların  ən  enli  hissəsi  (47  mm)  yük  meydançasının  aşağı  hissəsində 



yerləşir. Burun və daban hissəyə doğru onlar daralırlar. Xizəklərin orta hissəsi daha 

sərtdir və ancaq təkan zamanı «işə düşür». Uzunluğu 1900 mm-dən 2150 mm-dək 

olan 6 nömrədə yarış xizəkləri buraxılır.  

Dağ  xizəkləri  slalom,  böyük  slalom  və  dağdan  sürətlə  enmək  üçün  istifadə 

olunur.    

Slalom  –  bu  dağdan  «qapılarla»  qeyd  edilmiş  xüsusi  dolamalı  yolla  sürətlə 

enmədən  ibarətdir.  Slalomda  hündürlük  fərqi  150  metr,  sürət  40  km/saat  olur. 

Böyük slalomda hündürlük fərqi 500 metr, idmançının sürəti 65 km/saat olur.  

Sürətli  eniş  –  bu  qeyd  edilmiş  yolla  sürətli  enişdir.  Burada  hündürlük  fərqi 

1000 metr, idmançının sürəti 100 km/saatdır.  

Bü  cür  yüksək  sürətlərdə  manverlər  zamanı  xizəyin  üzərinə  yüksək  dinamik 

təzyiqlər təsir göstərir və buna görə də slalom xizəklərinin istehsalı üçün möhkəm 

ağac  növü olan qikoridən, alüminiumdan,  titandan, şüşəplastikdən  istifadə edirlər. 

Dağ  xizəyinin  ümumi  görünüşü  şəkil  1.16-da,  ağac  özəkli  «VOLKL»  şirkətinin 

istehsal etdiyi digər modelin konstruksiyası isə şəkil 1.17-də verilmişdir. 

 

 



Şəkil 1.16. «VOLKL» şirkətinin dağ xizəyinin ümumi görünüşü 

 


 

35

 



 

Şəkil 1.17. Ağac özəkli dağ xizəyinin konstruksiya quruluşu: 

1 – sürüşkən səth; 2 – titan lövhə; 3 – ağac özək; 4 – şüşəplastik qat;  

5 – elastomer; 6 – qəliblənmiş titan qapaq; 7 – yuxarı dekorativ qapaq; 

 8 – inteqrə edilmiş rels; 9 – kant; 10 –yan divar. 

 

Slalom  üçün  xizəklər  böyük  çəkisi,  sərtliyi  və  möhkəmliyi  ilə  fərqlənir. 



Xizəklərin  yanları  metal  kantlarla  haşiyələnir  ki,  onlarda  sürüşkən  səthə 

malikdirlər.  Xizəklərin  burun  və  daban    hissələrini  möhkəmlik  üçün  polad  və  ya 

titan lövhələrlə kantlayırlar, sürüşən hissəsinə isə polietilen çəkirlər. 

Dağ  xizəklərini  idmançının  boyunun  və  xizəyin  uzunluğunun  nisbətinə  görə 

üç  tipə  bölürlər:  «kompakt»,  «midi»  və  ənənəvi.  «Kompakt»  xizəyinin  uzunluğu 

təxminən  idmançının  boyuna  bərabərləşdirilir,  «midi»  xizəkləri  10  sm,  ənənəvi 

xizəklər  isə  idmançının  boyundan  25  sm  böyükdür.  «Kompakt»  xizəkləri  ənənəvi 

xizəklərdən  enli,  «midi»  xizəkləri  isə  ənənəvi  xizəklərdən  burun  və  daban 

hissələrinin daha az sərt olması ilə fərqlənirlər. 

Dağdan  sürətli  eniş  üçün  xizəklər  slalom  xizəklərindən  burun  və  daban 

hissəsinin enli olması ilə fərqlənirlər. 

Dağ  xizəklərini  uşaq,  yeniyetmə  və  böyüklər  üçün  hazırlayırlar.  Onların 

uzunluğu 800-2150 mm-dir. 

Tullanış  xizəkləri  tramplindən  tullanmaq  üçün  nəzərdə  tutulmuşdur.  Onlar 

nəinki yaxşı sürüşməli və həm də havada qaldırıcı qüvvəyə  malik olmalıdır. Buna 

görə də tullanış xizəkləri ən böyük sürüşmə səthinə malikdirlər. Onların uzunluğu 

2550 mm-ə çatır, eni 86 mm-dir. İki xizəkdən ibarət «qanadın» ümumi səthi 0,4 m

2

 



çatır, çəkisi 12,5 kq-dır.  

 

36

Tullanış  xizəkləri  ilə  yerə  enərkən  böyük  zərbə  təzyiqinə  məruz  qaldıqları 



üçün  onlar  da  dağ  xizəkləri  kimi  metal  və  plastikdən  hazırlanır.  Burun  və  daban 

hissələri  metal sıxaclarla bərkidilir. Xizəklərin sürüşkən səthini vərəqə polietilenlə 

örtürlər,  yuxarı  hissəsi  isə  rəngli  selluloidlə  örtülür.  Böyüklər  üçün  xizəklərin 

sürüşkən hissəsində altı, yeniyetmələr üçün 5, uşaqlar üçün dağ xizəklərində isə 3 

novalça  şırım  vardır.  Xizəklərin  uzunluğu:  uşaqlar  üçün  –  2000-2200  mm, 

yeniyetmələr üçün – 2400 mm-dən çox, böyüklər üçün 2450-2550 mm-dir.  

Xizəkrollerlər  idmançıların  yay,  yaz  və  payız  aylarında  məşq  etmələri  üçün 

lazımdır. Onların aşağı hissələri təkərli olur, əyləc qurğusu vardır. 

Xizəkrollerlər  xizək  sürmə  gedişləri  texnikasının  tez  öyrənilməsi  və 

möhkəmləndirilməsinə  şərait  yaradır,  yay  mövsümündə  idmançının  əzələ 

qüvvəsinin  lazımi  səviyyədə  saxlanılmasına  və  dözümlülüyünün  artırılmasına 

kömək edir. Təyinatın asılı olaraq ticarətə müxtəlif ölçülü xizəkrollerlər daxil olur. 

Xizək  bərkidiciləri  öz  təyinatına  görə  keçə  və  məktəbli  ayaqqabısı  üçün 

yumşaq, uzunboğaz çəkmə və köbəli çəkmə üçün yarımyumşaq, xüsusi köbəli dəri 

altlıqlı  xizək  çəkmələri  və  qəliblənmiş  altlıqlı  köbəsiz  çəkmələr  üçün  sərt  növlərə 

bölünürlər.  Yumşaq  bərkidicilər  burun  və  daban  kəmərlərindən,  iplərdən  və 

lövhələrdən ibarət dəstdən ibarətdir. 

Yarımsərt  bərkidicilərdə  əlavə  olaraq  ayaqqabının  yan  tərəfə  sürüşməsinin 

qarşısını alan  metal pərçim, ayaqqabının bir  yerdə qalmasını təmin edən pəncə  və 

daban qayışları vardır. 

Sərt  bərkidicilər  daha  geniş  yayılmışdır.  Onlar  istifadədə  sadə,  az  çəkili  və 

kifayət  qədər  təhlükəsizdirlər.  Sərt  bərkidicilərin  istifadəsində  məcburi  şərt 

ayaqqabının pəncə hissəsində kifayət qədər geniş köbənin olmasıdır.  

Köbəsiz  qəliblənmiş  və  altlığının  eni  75  mm  olan  xizək  ayaqqabısı  üçün 

«Sport-75» xizək bərkidiciləri istehsal olunur. Bu növ bərkidicilər bütün ölçülərdə 

ayaqqabılara uyğun gəlirlər.  

Dağ xizəkçiləri daha mürəkkəb quruluşlu bərkidicilərdən istifadə edirlər. Şəkil 

1.18-də dağ xizəkləri üçün «Motion» bərkidicisinin konstruksiyası göstərilmişdir.  

 


 

37

 



 

Şəkil 1.18. Dağ xizəkləri üçün bərkidici 

 

Şəkildə  rels  üzərində  hərəkət  edə  bilən  və  xizəyin  gövdəsinə  birləşdirilmiş 



bərkidicinin  başlıq  və  daban  hissələrini  görürük.  Bu  bərkidicilər  istənilən  ölçüdə 

ayaqqabıya uyğun gəlir və xizək sürən yıxılarkən onun ayaqlarını avtomatik olaraq 

azad  edir.  Dağ  və  tullanış  xizəklərinin  bərkidicilərini  xüsusi  ilə  etibarlı 

materiallardan hazırlayırlar.  

Yıxılarkən  bərkidicidən  açılan  xizəklərin  üzü  aşağı  sürüşməməsi  üçün 

bərkidiciləri onlar açılarkən işə düşən «stopper» qurğusu ilə təmin edirlər. 

Xizək çubuqları bambuk, düraliminium, polad və ya polad ucluqlu şüşəplastik 

mildən, plastik kütlədən halqaya, plastik kütlədən və ya rezindən dəstəkdən və təbii 

dəridən  və  ya  pambıq  parça  lentdən  əl  üçün  qaytandan  ibarətdir.  Uşaq,  turist  və 

idman-qaçış  xizəkləri  üçün  çubuqlar  1000-1500  mm  uzunluqda  altı  nömrədə 

buraxılırlar. 

Yarış və dağ xizəkləri üçün çubuqlar kütləsinin az olması, yüksək davamlılığı, 

daha  yaxşı  aerodinamik  və  erqonomik  xassələri  ilə  fərqlənirlər.  Çəkinin 

azaldılması  üçün  düraliminium  milləri  halqalırının  diametrini  kiçiltməklə  konus 

şəklində  hazırlayırlar.  Plastik  çubuqların  konstruksiyasında  qrafit  liflərindən  isti-

fadə edirlər. Bu onların hər birinin çəkisini 75 qram azaltmağa imkan verir. 

Sürətli  eniş  üçün  xizəklərin  çubuqlarını  bədən  quruluşuna  görə  əyri 

hazırlayırlar,  yarış  xizəklərinin  çubuqlarında  isə  halqa  əvəzinə  «pəncə»  qoyurlar. 

Bu  cür  çubuqların  dəstək  hissəsi  çox  zaman  milin  içərisinə  quraşdırılmış  yaylı 

ammortizatorla  təmin  edilir.  Bu  əllərin  yorğunluğunu  xeyli  azaldır.  Dəstəkdən 

rahat  yapışmaq  üçün  hər bir barmaq  üçün  girintilər qoyulur, dayaq platforması  və 

uzunluğu  tənzimlənən  qaytan  quraşdırılır.  Çubuğun  uc  hissəsindəki  iti  buzqıran 

ucluğu  frezlərlə  və  kürə  formalı  əymə  ucluqla  əvəz  olunmuşlar  ki,  onlar  da  buzu 

yaxşı yarmaqla yanaşı həm də daha təhlükəsizdirlər.     



 

38

 Dağ  xizəkləri  üçün  çubuqlar  beş  ölçüdə  1200  mm-dən  1400  mm-dək,  yarış 



xizəkləri  üçün  isə  yeddi  ölçüdə  1200  mm-dən  1500  mm-dək  uzunluqda 

buraxılırlar. 

Eynək dağ-xizək idmanı üçün zəruri ləvazimatdır. Eynək idmançının gözlərini 

küləkdən, qar tozundan və ultrabənövşəyi şüaların təsirindən qoruyur.  

Eynək  gözü  müdafiə  etməli  və  eyni  zamanda  yaxşı  havalanmalıdır  ki,  işıq 

süzgəcləri tərləməsin. Onlar ultrabənövşəyi şüaları udmalı və eyni zamanda tutqun 

havada görməni  məhdudlaşdırmamalıdırlar. Onlar təhlükəsiz, cızıqlara davamlı və 

yaxşı görünmə sahəsinə malik olmalıdırlar. 

Müasir  eynəklər  qarın  içəriyə  daxil  olmasının  qarşısını  alan  üzəri  məsaməli 

materialla  örtülmüş  havalandırma  deşikləri  olan  ikiqat  işıq  süzgəclərinə 

malikdirlər. Süzgəclərin arasındakı sahə  istilik  izoləsi  yaradır ki,  bunun sayəsində 

içəri  tərəfdəki  süzgəc  soyumur  və  nəticədə  tərləmir.  Bundan  başqa  içəri  tərəfdəki 

süzgəcin  üzərinə  rütubəti  udan  (adsorbsiya  edən)  kimyəvi  məhlul  çəkilir.  Buna 

görə  də  eynəyin  daxili  hissəsinə  düşmüş  su  damcılarını  silmək  olmur.  Onları 

sadəcə yaxşı qurutmaq lazımdır.  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin